Faruk Habiboğlu-ÜRƏYİM ÖZLƏYİR
Müəllif: Yazarlar.AZ


30.03.2020


BİLƏSƏN ÜRƏYİM ÖZLƏYİR SƏNİ...

Ay balam, hardasan, həsrətəm sənə?
Keçdi neçə zaman, gör neçə sənə,
Bu bahar da sənsiz başladı yenə,
Biləsən, ürəyim özləyir səni...

Ay balam, hüsnünə olaram qurban,
Ədana, işvənə qalaram heyran,
Ağlaram, duymazsan bulamam dərman,
Biləsən, ürəyim özləyir səni...

Ay balam, bu sevda başıma bəla,
Mən sərgərdan aşiq, sən ərşi-əla,
Yaxında oxunar adıma səla,
Biləsən, ürəyim özləyir səni...

Müəllif: Mehmet Faruk Habiboğlu

*Sela - Xəbər göndərmə, dəvət etmə və şeirdə nəzərdə tutulduğu kimi bir şəxsin ölüm xəbərini duyurmaq üçün oxuna bilir.

7 dəfə oxundu

Axtarış