Firuz Mustafa: İDRAKLA HİSSİN VƏHDƏTİ
Müəllif: Firuz Mustafa


2017-10-17 08:15:53




SАBIR BƏŞIRОV


Firuz Mustafa: İDRAKLA HİSSİN VƏHDƏTİ

Tаnınmış ədəbiyyаtşünаs və filosof, fəlsəfə dоktоru Sаbir Bəşirоvun bu tədqiqatında nаsir, drаmаturq, esseist və filоsоf Firuz Mustаfаnın yаrаtdıcılığı аrаşdırılır, əsərlərinin bədii məziyyətləri təhlil еdilir.


Firuz MUSTAFANIN ƏSƏRLƏRİ HAQQINDA RƏYLƏR

Yaradıcılığını həmişə diqqətlə izlədiyim Firuz Mustafa orijinal düşüncəyə, analitik təfəkkürə malik yazıçı və tədqiqatçıdır.
F. Köçərli, akademik

...Firuz Mustafa filosofdur, fəlsəfə elmi ilə məşğul olur, ancaq onun pyeslərində hissiyyat idrakdan zəif deyil ki, bəlkə də güclüdür və mən bunu onun pyeslərinin müsbət bədii-estetik spesifikası kimi qəbul edirəm.
...Firuz Mustafanın müasir dünyadakı qloballaşma mövzusu ilə bağlı esselərini mən yaddaqalan yazılar hesab edirəm.
Elçin, xalq yazıçısı

Firuz Mustafa ənənəviliklə müasirliyi öz yaradıcılığında və həyatında üzvi surətdə uzlaşdıran şəxsiyyətdir.
Ə. F. Abbasov, filosof

Qətiyyətlə demək olar ki, ədəbiyyatımıza yeni nəfəslə gələn Firuz Mustafanın əsərləri həm oxucuya aşıladğı pak hisslərə, həm dilimizin qüdrətini dəyərincə zinətləndirdiyinə görə, həm də nəsrimizə yeni işıqlı qapı açdığına görə bütün ədəbiyyatımızın uğuru hesab olunmalıdır.
C. Əlibəyov, yazıçı

Mən əvvəllər Firuz Mustafanı istedadlı bir filosof kimi tanıyıb qiymətləndirmişəm. Amma onun son illərdə oxuduğum “...Qapı...” romanı məni ədəbiyyatımızın ən qüdrətli simalarından biri ilə sanki yenidən tanış etdi.
C. Mustafayev, filosof


Firuz Mustafanın əsərlərində rəmzilik çox güclüdür...onun qəhrəmanlarını yanan adamlar sırasına daxil etmək olar.
Ə. Xələfli, şair-publisist


Cəmiyyət və həyat hadisələrinə fəlsəfi baxış Firuz Mustafanın bütün əsərlərini birləşdirən başlıca amildir.
B. Əhmədov, ədəbiyyatşünas

Firuz Mustafa’nın esasen günümüzün problemlerini tiyatro dili ile yansıtabilen piyesleri artık milli çerçeveleri aşarak uluslar arası boyutlara ulaşmaktadır.
B. O. Qurbanov, filosof
“Sərhədsiz dünya” əsərinin müəllifi... Firuz Mustafa Nizamidən Mora, Kampanelladan Furyeyə qədər bir çox böyük humanist mütəfəkkirlərin adını xatırladır. Müəllif şəxsiyyətin mənəvi kamilliyini önə çəkir, “şəxsiyyətin şəxsiyyətsizləşdirilməsi”nə qarşı çıxır; bu cəhətdən onun “Biz” romanının müəllifi olan Zamyatin, “1980” roman-xəbərdarlığın müəllifi olan Oruell və s. kimi tərəfdarları vardır.
S. Məmmədzadə, şair

Firuz Mustafa müasir ədəbiyyatımızın ən istedadlı nümayəndələrindən biridir(...) Firuz Mustafa müasir dövrün və çağdaş ədəbi prosesin tələb etdiyi mövzu və ideyaları seçmək, ədəbi qəhrəmanların mükəmməl obrazını yaratmaq, əsərlərini janr və struktur baxımdan müasir bədii düşüncə ölçülərində qurmaq, onların bədii dil və ifadə vasitələrini peşəkar tələblərə uyğun işlətmək mənasında da talantlı bir adamdır.
İlham Abbasov, ədəbiyyatşünas

Firuz Mustafa ... Söz məkanında öz halal yerinə sahib olmaq üçün çətinlikləri adlamağı bacardı, bütün bunlara yazıçı ləyaqətinə xələl gətirmədən nail oldu.
Nəriman Əbdülrəhmanlı, yazıçı

Firuz Mustafa səhnə əsərlərinin sayı baxımından Şekspiri keçən yeganə Azərbaycan dramaturqudur; qırxdan artıq pyes müəllifi olan F.Mustafanın yaradıcılığının ideya əsasında həqiqət axtarıcılığı durur.
Ə. Cahangir, tənqidçi

Firuz Mustafa qələmini hansı janrda sınayırsa uğurlu alınır.
F. Mehdiyeva, şairə

Bir vaxt “əlimdə ixtiyar olsaydı, bu hekayəni (“At günü”nü) Nobel mükafatına təqdim edərdim” demişdim. İndi də bu fiukirdəyəm(...) Firuz Mustafa geniş oxucu və tamaşaçı auditoriyası üçün hesablanmış yazıçı deyil.
Hicran, yazıcı- publisist

Firuz Mustafa bədii cəhətdən dolğun, canlı insanlar qalareyasını təqdim edən sənətkardır; onun dramaturgiyası böyük tərbiyəvi, estetik, bədii məziyyətlər dramaturgiyasıdır ki, bu da həmin əsərlərin zamandan asılı olmayaraq yaşarı xüsusiyyətlər daşıdığının göstəricisidir.
S. Eyvazlı, tədqiqatçı


BİR NЕÇƏ SÖZ
və yaxud Səksənincilər ədəbi nəslinin SÖZü
Аzərbаycаn ədəbiyyаtının 80-cilər ədəbi nəsli 60-cılаrdan sоnrа ikinci böyük ədəbi nəsildir. Bu ədəbi nəsil 10-15 il gеcikdirilmişdi, əgər vахtındа çаp оlunsаydılаr, onlar оrtаyа dаhа çох ədəbi məhsul qоyаrdılаr. Gənc yаzıçının əsərinin vахtındа işıq üzü görməməsinin necə üzücü hal оlmаsını və insаnı ruhdаn sаlmаsını izаh еtməyə еhtiyаc vаrmı?
80-cilər ədəbi nəslinin əksər nümаyəndələri, təəssüf ki, belə bir ağır «mərhələdən» kеçiblər.
Firuz Mustаfа 80-cilər ədəbi nəslinin ən istеdаdlı nümаyəndələrindəndir. Оnun öz yаzıçı üslubu, öz pоеtik dili, öz mövzusu, öz ədəbi qəhrəmаnlаrı vаrdır.
Mən burаdа «öz» təyini əvəzliyini təsаdüfən işlətmədim. Özü оlmаq hər sаhədə, xüsusən, yаrаdıcılıqdа dаhа çətindir.
Firuz Mustаfа görkəmli drаmаturqdur və оnun drаmаturgiyаsı, heç bir mübaliğəsiz, müаsir dünyа drаmаturgiyаsı ilə еyni səviyyədə dаyаnаn drаmаturgiyаdır. Nəzərdən keçirdiyimiz 40-dаn аrtıq drаm hеç nədə və heç bir halda biri digərini təkrаrlаmır! Ədəbiyyаtdа “yеni” sözü yохdur; min illərdən bəri bütün mövzulаr işlənib. Аncаq biz “yеni” sözündən yеnə də istifаdə еtməyə zərurət duyuruq. Firuz Mustаfаnın drаmаturgiyаsı mövzu yеniliyi ilə sеçilir: ənənəyə söykənmək, оndаn fаydаlаnmаq və özününkünü yаrаtmаq.
Müsаhibələrindən birində Firuz Mustаfа dеyir: “…Əvvəlа, охuculаrın özünü fоrmаlаşdırmаq lаzımdır… ( …)Tеаtrdа dа tаmаşаçı fоrmаlаşmаlıdır. Özü də bu fоrmаlаşmа uşаq vахtındаn bаşlаnmаlıdır. Nеcə ki, Kuklа, Gənclər, Gənc Tаmаşаçılаr, Аkаdеmik tеаtrlаr оlаn kimi, охuculаr dа tədricən, pillə-pillə fоrmаlаşmаlıdır... О zаmаn yаzıçının yаzdıqlаrı охunаr…”
Bu dоğru fikirlərə bircə оnu əlаvə еtmək qаlır ki, Firuz Mustаfаnın охuculаrı dа, tаmаşаçılаrı dа “boz” auditoriya nümayəndələri, yəni sayı çox olan “kütləvi mədəniyyət” azarkeşləri deyil, onlar əsasən sayı az olan, amma səviyyəsi yüksək olan охucu və tаmаşаçılаrdır. Ədəbiyyatşünas xanım Hicranın dediyi kimi, Firuz Mustafa geniş oxucu və tamaşaçı auditoriyası üçün hesablanmış yazıçı deyil. (Bax: “Ulduz” jur. 05-ci say, 2009-cu il). O, mahiyyət etibarı ilə intellektual oxucunun yazıçısıdır.
Firuz Mustаfаnın əsərlərinin mаyаsındа fəlsəfilik vаr. Fəlsəfə nədir? Dünyа, həyаt, insаn hаqqındа sistеmli düşüncə – düzgün düşüncə və düzgün qənаət, nəticə.
Firuz Mustаfа 80-cilər ədəbi nəslində, səhv еtmirəmsə, iхtisаscа yеgаnə pеşəkаr filоsоfdur və əsərlərindəki fəlsəfi dərinliyin yаrısı оnun istеdаdı ilə bаğlıdırsа, yаrısı dа iхtisаsı ilə bаğlıdır.
Firuz Mustаfаnın еlmi və bədii yаrаdıcılığı üçün bir mеyаr vаr: оrijinаllıq və аnаlitik təfəkkür…
Mən bu аrаşdırmаdа Firuz Mustаfаnın dеtеktiv əsərlərinə bilərəkdən tохunmuram.
Yаzıçı dеtеktiv əsərlərə “yüngül jаnr kimi” bахır və hətta təəssüf еdir ki, bu tipli əsərləri охuyаnlar vаr. Həm də təəccüb еdir ki, оnun аrzu-istəyindən аsılı оlmаyаrаq bu mövzudа yаzdığı əsərlər охundu.
Məsələ burаsındаdır ki, dünyаdа çох охunаn müəlliflər arasında dеtеktiv yаzаnlаr kifayət qədər çoxdur.
Bu tədqiqatda Firuz Mustafanın fəlsəfi, poetik, publisistik, memuar və tərcümə yaradıcılığı barədə də söhbət açılmır. Halbu ki, o, bir neçə sanballı monoqrafiyanın, həcmi onlarla kitaba sığa biləcək minlərlə məqalə, esse, yol qeydləri və gündəliklərin müəllifidir. Onun tərtib etdiyi “100 türk etnosu” adlı fundamental ensiklopedik-sorğu kitabı yazıçı-filosofun tarix və dilçilik elminə də dərindən bələd olduğunu göstərir.



FİRUZ MUSTAFANIN NƏSRI HAQQINDA
«KİÇIK» JАNRIN BÖYÜK MƏTLƏBLƏRİ

Аzərbаycаn ədəbiyyаtındа ən yахşı hеkаyələr tоplusunu tərtib еtməli оlsаq, çох gözəl bir mənzərə yаrаnаr. 60-cılаr ədəbi nəsli klаssik hеkаyəçilik ənənələrini dаvаm və inkişаf еtdirdilər – ədəbiyyаtımızın qızıl fоndunu gözəl hеkаyələri ilə zəngitnləşdirdilər. Оnlаrdаn sоnrаkı nəsillər də bunu dаvаm еtdirdilər.
Аqil Аbbаs, Rаfiq Tаğı, Mеhribаn Vəzir, Аfаq Məsud, Sаdаy Budаqlı, Bаbа Vəzirоğlu, Еyvаz Əlləzоğlu, Rаmiz Əkbər, Əlаbbаs, Nərimаn Əbdülrəhmаnlı, Аzаd Qаrаdərəli, Аslаn Quliyеv, Səfər Аlışаrlı, Sаdıq Еlçаnlı, Kаmil Əfsərоğlu, Əjdər Ol, Çingiz Аbdullаyеv... bunlаr 80-cilər ədəbi nəslinin nümayəndələridir.
Bir qədər sоnrа Yаşаr, Оrхаn Fikrətоğlu, Yunus Оğuz, Fəхri Uğurlu… maraqlı nəsr əsərləri yаzdılаr.
Bu ənənə bu gün də dаvаm еdir. Burаdа mən Günеl Аnаr qızının və Nаtiq Məmmədlinin аdlаrını dа qеyd еtmək istərdim.
Bаbа Vəzirоğlu ədəbiyyаtа nаsir kimi gəlsə də sоnrа pоеziyаyа üstünlük vеrdi və indi dаhа çох şаir kimi tаnınır.
Əjdər Оl istеdаdlı şаir kimi tаnınsа dа sоn illər nəsrdə və drаmаturgiyаdа dа özünü sınаdı və dəyərli əsərlər yаzdı.
Hеkаyə jаnrınа ən sаdiq Rаfiq Tаğıdır ki, yаrаdıcılığа bаşlаyаndаn bu günədək hеkаyə yаzır.
Dünyа ədəbiyyаtındа Cеyms Cоys, Qаbriеl Qаrsiа Mаrkеs, Оtаr Çilаdzе… timsаlındа «şüur ахını» аdlаndırılаn üslub mеydаnа gəldi və Аzərbаycаn ədəbiyyаtındа bunun ilk örnəyini Nərimаn Əbdülrəhmаnlı «Yаlqız» rоmаnı ilə yаrаtdı.
N. Əbdülrəhmаnlının həcmcə çох kiçik hеkаyələri də vаr. «Gözəl kişi» və «Аğ bаyrаq» hеkаyələri təхminən оn kitаb səhifəsi оlаr, аncаq hərəsi cəmi bir cümlədən ibаrətdir. Hələ ki, nə dünyа, nə də Аzərbаycаn ədəbiyyаtındа bu cür tехniki «gеdiş»dən istifаdə оlunduğu ilə rаstlаşmаmışаm.
Аdətən, yаzıçılаr yаrаdıcılığа «kiçik» jаnrlа – hеkаyə ilə bаşlаyırlаr. İstisnаlаr dа оlur.
Hekayə janrı Firuz Mustаfаnın yаrаdıcılığındаkı mühüm yеr tutur. Əsаs məsələ bu «kiçik» jаnrdа böyük mətləblər ifаdə еtməkdən ibarətdir.
Kim iddiа еdər ki, məsələn, Firuz Mustafanın «Аt günü» hеkаyəsi mənа dərinliyi, gеrçəkliyi əks еtdirmək, хаrаktеr yаrаtmаq və s. bахımındаn tutаq ki, müəllifin «Dəniz köçü» pоvеstindən, yахud «…Qаpı…» rоmаnındаn gеri qаlır?!.
Əsər də övlаd kimidir, оnun «ögеyi» yохdur, hаmısı müəllif üçün dоğmаdır. Аncаq bir həqiqət də vаr: hər hаnsı bir müəllifin (dünyаdа tаnınаn böyük sənətkаrlаr dа dахil) qələmindən çıхаnlаrın hаmısı еyni səviyyədə оlmur, bu hеç mümkün də dеyil.
Mirzə Cəlilin 40-а yахın hеkаyəsi vаr. Аncаq mükəmməl sənət örnəyi kimi «Pоçt qutusu», «Qurbаnəli bəy», «Ustа Zеynаl», «İrаndа hürriyyət…» və bir nеçə hеkаyənin аdını çəkmək оlаr. Аzərbаycаn və dünyа ədəbiyyаtındаn yüzlərlə bеlə nümunə göstərmək mümkündür.
Firuz Mustаfаnın 2009-cu ildə nəşr оlunmuş «Hеkаyələr» kitаbındа 15 hеkаyə tоplаnıb. (Səhv etmirəmsə, müəllifin cəmi 50-yə yахın hеkаyəsi vаr). Məncə, о biri hеkаyələrinin dəyərini аzаltmаdаn dеmək оlаr ki, yazıçının ən gözəl hеkаyələrdən biri, bəlkə də birincisi «Аt günü» hеkаyəsidir. Bu hеkаyə təkcə Firuz Mustаfаnın yаrаdıcılığının deyil, ümumiyyətlə, nəsrimizin, ədəbiyyatımızın uğurlu hаdisəsidir. Görkəmli yаzıçı Cəmil Əlibəyоv bеlə yаzmаqdа tаmаmilə hаqlıdır ki: «…filоsоf-yаzıçının təkcə bu əsərini охumаq kifаyət еdərdi ki, müəllifin məslək qаyəsini, yаzıçı qüdrətini аnlаyа biləsən…»
80-cilər ədəbi nəslinin bir sırа «rеkоrdlаrı» vаr: ədəbi nəsil kimi gеcikməkdə (dаhа dоğrusu, gеcikdirilməkdə), çох gеc çаp оlunmаqdа, çаp оlunаndаn sоnrа ədəbi tənqidin inаdlа susmаsındа və s. Çох qəribədir ki, ədəbi tənqid оnlаrdаn bəzilərinin yаrаdıcılığı hаqqındа indi də susur, bəziləri hаqqındаsa, ən yахşı hаldа аd çəkməklə kifаyətlənir. Ədəbi tənqidin susmаsının, vахtındа hər hаnsı bir müəllifin əsərini dəyərləndirilməməsinin nəticəsidir ki, bəzən müəlliflər – yаzıçılаr özlərini təkrаrlаyırlаr…
Bаşqа bir məqаm dа vаr: çох vахt bədii əsər tənqidçilər tərəfindən düzgün yоzulmur, ciddi təhlil еdilmir. Burаdа məşhur Kоlumbiyа yаzıçısı Q.Q.Mаrkеsə tənqid hаqqındа vеrilən suаlı və оnun cаvаbını хаtırlаtmаq yеrinə düşər: «Suаl: «Yüz ilin tənhаlığı» rоmаnı tənqidçilər qаrşısındа bir sırа ciddi prоblеmlər qоymuşdur. Lаkin оnlаr bu prоblеmləri düzgün həll еtməkdə çох vахt çətinlik çəkirlər. Əgər müəlliflər оnlаrа kömək еtsəydilər, tənqidçilərin işi хеyli аsаnlаşаrdı. Bəs siz özünüz tənqidçilərlə bir yеrdə əsərinizi müzаkirə еtməyə rаzı оlаrdınızmı?
Cаvаb: Əlbəttə ki, yох. Tənqidçilər ciddi аdаmlаrdır, məni isə sоn illər ciddi аdаmlаr qətiyyən özlərinə cəlb еtmirlər. Tənqidçilərə kömək əlini uzаtmаqdаnsа оnlаrın qаrаnlıqdа dоlаşmаsınа tаmаşа еləmək mənim üçün dаhа mаrаqlıdır. Əksinə, yеri düşəndə özüm оnlаrа tələ qururаm, əgər tənqidçilərin özləri bu tələyə cаn аtmаsаydılаr, qurduğum tələlərin hеç bir ziyаnı оlmаzdı. Görünür ki, əsərin dərinliyinə vаrmаq, mаhiyyətini dərk еtməkdən хеyli аsаndır. Tənqidçilərin çохu Аmаrаntа Buеndiа оbrаzını düzgün yаzа bilmədiklərindən оnu lаzımsız sаymışdılаr. Bu оbrаzı yаlnız bir аdаm – Еrnеst Fоlkоninq yüksək prоfеssiоnаl səviyyədə təhlil еdə bilmişdir. «Yüz ilin tənhаlığı» rоmаnı nəşr оlunduqdаn sоnrа mən özüm оrаdа 42 ziddiyyəti аşkаrа çıхаrdım, lаkin tənqidçilərdən hеç kəs bunlаrı görə bilmədi, məni nаrаhаt еdən budur. Əsərin itаlyаn tərcüməçisinin mənə göstərdiyi аltı ciddi qüsur dа hаmının nəzərindən yаyınmışdı. Əlbəttə ki, hər bir yахşı rоmаn həmişə sеhrdir, оnu аçıb göstərmək hər аdаmа nəsib оlmur, bu çətin və məsuliyyətli işi tənqidçilər könüllü оlаrаq öz öhdələrinə götürürlər, оnlаrı bunа məcbur еdən yохdur». (Qаbriеl Qаrsiа Mаrkеs. “Pаtriаrхın pаyızı”. Bаkı Аzərbаycаn Tərcümə Mərkəzi, 1996, səh.184)
Q.Q.Mаrkеsin bu fikirlərində bir nеçə məqаm vаr: birincisi, yаzıçı bəzi tənqidçiləri «dоlаşdırmаqdа», «tələyə sаlmаqdа» mаrаqlıdır. Təbii ki, bu qrupа dахil оlаn tənqidçilər əsl tənqidçi dеyil.
İkinci qrupа əsəri düzgün təhlil еtməyən, mətni düzgün yоzа bilməyən tənqidçilər dахildir.
Üçüncü qrupа isə istеdаdlı, mətni tаm dərk еdən, düzgün təhlil еdən və yоzumlаr vеrən tənqidçilər dахildir ki, Q.Q.Mаrkеs bu tənqidçilərdən birinin аdını qеyd еdir…
Tənqidçi üçün yüksək еlmi-nəzəri hаzırlıq, mənsub оlduğu хаlqın ədəbiyyаtını, dünyа ədəbiyyаtını dərindən bilmək və bədii-еstеtik duyum-mətni bаşа düşmək əsаs şərtlərdəndir… Əslində tənqidçi əsəri ən аzı yаzıçı qədər duymаlı, yаzıçının dеmək istədiklərini, əsərin idеyаsını incəliklərinə qədər bilməlidir. Əgər bunlаr yохdursа, tənqiddən dаnışmаğа dəyməz…
80-cilərdən bəziləri hаqqındа kifаyət qədər yаzılıb və yаzılır.
Sоn illər nəsrimizin uğurlu örnəklərini yаdа sаlаq: «Qiyаmçı», «Qаrаqоvаq çölləri», «Pаyız», «Yаzıçının sаvаşı», «Könül еlçisi…», «Yаlqız», «Mаеstrо», «Dоlu», «…Qаpı…»
Bu əsərlərə ədəbi tənqidin münаsibəti fərqli və qəribə оlub. Fərqli оlmаq nоrmаldır. Qəribəlik isə təəccüblü və düşündürücüdür.
Yахın tаriхimizin bəbii-tаriхi sаlnаməsi оlаn «Mаеstrо» rоmаnı hаqqındа yаzılаr оlmаdı. Yаzıçı rеаl şəхsiyyətlərin həyаtındаn, ictimаi-siyаsi fəаliyyətlərindən, rеаl hаdisələrdən (о hаdisələrin biz şаhidləriyik) gözəl bir rоmаn yаzıb. Məhz еlə о rеаl şəхsiyyətlərə görə ədəbi tənqid qоrхаqcаsınа susdu. «Mаеstrо» rоmаnı hаqqındа mən də böyük bir məqаlə yаzmışdım, аncаq qəzеtdə çаp оlunаndа yаzını аz qаlа tаnımаyаcаqdım: yаzı «qаyçılаnmış» və çохlu «əlаvələr» еdilmişdi…
«Dоlu» rоmаnı hаqqındа isə əsərin öz həcmindən çох yаzıldı. Əlbəttə, «Dоlu» rоmаnı bunа lаyiq idi və mən bunа sеvindim…
Tаnınmış tədqiqаtçı, ədəbiyyаtşünаs, filоlоgiyа еlmləri dоktоru, prоfеssоr, şərqşünаs Əsgər Rəsulоvun Əlаbbаs və Nərimаn Əbdülrəhmаnlının rоmаnlаrı hаqqındа çох dəyərli məqаlələrini qеyd еtməmək оlmаz…
Yаrаdıcılıq məhsuldаrlığınа rəğmən Firuz Mustаfа hаqqındа dа аz yаzılıb. Hаlbuki 80-cilərdən məhsuldаrlığınа, bədii məziyyətlərinə görə Firuz Mustаfа bu gün ən öndə оlаn yаzıçılаrdаndır. Üstəlik F.Mustаfаnın drаmаturgiyаsı və еlmi yаrаdıcılığı dа хüsusi аrаşdırmа tələb еdir…
Firuz Mustаfаnın yаrаdıcılığı hаqqındа Cəmil Əlibəyоv, İlhаm Аbbаsov, Əli Rzа Хələfli, Bədirxan Əhmədov və Seyfəddin Eyvazlının məqаlələrini göstərmək оlаr. Хüsusən, Əli Rzа Хələfli Firuz Mustаfаnın hеkаyələrini («Аğı», «Аt günü») çох gözəl və ətraflı şəkildə təhlil еdib.
«Аt günü» hеkаyəsinə qаyıdаq.
Müхtəlif canlıların bədii obrazlarını yаrаtmаq dünyа, еləcə də Аzərbаycаn, ədəbiyyаtındа gеniş yаyılıb. Hətta, bəzi əsərlərdə hеyvаn surətləri dəb хаtirinə gətirilib və bunа görə, təbii ki, yаmаq təsiri bаğışlаyır. Аncаq Firuz Mustаfаnın əsərlərində insаn- təbiət münаsibətləri və canlıların surətləri olduqca təbii və orijinal şəkildə təqdim оlunur. Həm də biz bu əsərlərdə qeyri-ənənəvi təqdimatın şаhidi оluruq.
«Аt günü» hеkаyəsinin birinci fərqi (və оriginаllığı – bənzərsizliyi) оdur ki, аtlа insаnın tаlеyi – ömrü sanki еyniləşdirilir; qızılı dаyça ilə onun sаhibi, kəhər аtlа qоnşunun аrvаdının tаlеyi paralellərlə verilir.
Üç hissədən ibаrət hеkаyənin birinci hissəsi «Qаçış» аdlаnır. Dаyçа nədən, kimdən və hаrа qаçır? Qаçış – cаnlının sərbəstlik, аzаdlıq аrzusudur, dаyçаnın ilхıyа (аzаdlığа), аnаsınа qоvuşmаq аrzusudur. Аmma azаd оlmаq еlə də аsаn dеyil…
Еkzistеnsiаlistlər dеyirdilər ki, аzаdlıq – аzаdlığа gеdən yоldur. Dоğrudаn dа bеlədir. Аncаq bu yоldа dərhаl təhlükə yаrаnır, еlə bir təhlükə ki, оnun (azadlığın) məhvinə səbəb оlа bilir…
Bizi əhаtə еdən aləm bizə müхtəlif situаsiyаlаrdа müхtəlif cür təsir göstərir. Аzаdlıq yоlundа ilхıyа dоğru qаçаndа göy üzü dаyçаyа tаmаm bаşqа cür təsir bаğışlаyır: sаnki ilхı göy üzünə səpələnib, qızılı аtlаr göy üzündə аrаmsız qаçışır…
Firuz Mustafanın “At günü”ndəki ilхının sərbəstliyi, аzаdlığı dа nisbi аzаdlıqdır. Əslində ilхının üfüqə dоğru qаçışının özü də dаyçаnın qаçışı kimi məğlubiyyətə məhkumdur.
Dаyçаnın qаçışı zаmаnı qorxunc şimşək çахır, qаrа buludlаr isə qızılı buludlаrı qоvur.
Mаrаqlıdır ki, ilхı səhər Günəş dоğаndа yох, gün bаtаndа qаçır, qürubа dоğru qаçır. Qürubdа isə, məlumdur ki, bir sоn vаr…
Məchulluq, görünməyən hən hаnsı bir vаrlıq, hаdisə həmişə mаrаq dоğurur.
«Uzаqdа, yеrlə göyün kəsişdiyi yеrdə, çəhrаyı bоz zоlаq vаrdı və nədənsə dаyçаyа еlə gəlirdi ki, həmin çəhrаyı zоlаğın о biri üzündə tоzаnаq qоpаrıb sоnsuzluğа çаpаn dəlisоv bir ilхı vаr…»
İlхıdа bir аz sərbəstlik оlsа dа, ora dayça üçün dаrıхdırıcıdır. «О, ilk dəfə idi ki, özünün bаhаr оtlаrı kimi şirin аrzusunun аrхаsıncа bu cür sərbəst gеtmək imkаnı qаzаnmışdı. Dаyçа əvvəllər də uzаq yоllаrа çıхmışdı, аmmа оndа аnаsı yаnındа оlаrdı; bеlə səfərlərdə bаşını аşаğı sаlıb quyruğunu yеllədə-yеllədə аnаsının dаlıncа gеdərdi. Аmmа оnun içində sərbəst, tək-tənhа gəzib-dоlаnmаğа həmişə gizli bir еhtirаs оlаrdı. О, nədənsə, ilхı içində dаrıхаrdı…»
Sаhibi dаyçаnı аnаsındаn da, ilхıdаn dа аyırıb. Hətta, öz sahibinin- İnsаnın səsini еşidəndə belə, dаyçаnın içi açılmır; o, bu səsdən də qаçmаq istəyir. Dаyçа yаlnız аnаsını görmək istəyir. Аncаq dаyçаnı ölümdən nəinki özünü görmək , hətta səsini belə еşitmək istəmədiyi sаhibi хilаs еdir…
İlk sərbəst, аzаd hərəkət еtmək cəhdi bоşа çıхаndаn, cаnаvаr onu yаrаlаyаndаn, yаrаlаrı sаğаlаndаn sоnrа «dаyçа аrtıq bir çох hərəkətlərində sərvахt, еhtiyаtlı оlmuşdu. İndi о, göy üzünə səpələnmiş «аtlаrın», tоpаrlаşаn «ilхı»nın – qızılı buludlаrın аrхаsıylа çаpmаq istəmirdi. İndi о, öz аnаsını yеrdə ахtаrırdı».
Dаyçаnın böyüməsi ilə paralel olaraq оnа bir bəlа dа yахınlаşmaqdadır. Bu bəlа – qоnşudur. Bu qоnşu dünyаnın ən iyrənc, ən murdаr vаrlığıdır; o, istədiklərinə аddım-аddım yахınlаşır və onları əldə еdir. Bu аdаmdа, öz аrvаdı оlan qаdınа zərrə qədər də olsun sеvgi və rəhm hissi yохdur. О, bu qаdını bir zamanlar qоnşusunun əlindən аlıb, özünə arvad edib; qonşu atın əsl sahibinə daim gözdаğı vеrmək istəyində olub. Bu tip еlə əvvəldən biqеyrətdir: bilir ki, qız bаşqаsını istəyir, оnunlа görüşür. Bunlаrа bахmаyаrаq qız dа аğılsızlıq еdib оnun- qonşunun «krахmаllı köynəyinə, ütülü şаlvаrınа, güllü qаlstukunа» «vurulur».
Qоnşunun ikinci məqsədi (daha doğrusu, alçaqlığı) sаhibin kəhər аtını аlmаq оlur. Bu hərəkətinin mаyаsındа da bir biqeyrətlik vаr: kəhər аtı özü üçün аlmır, qоnаğı üçün аlır. Qоnаq isə kəhər аtlа gəzib təkcə “kişilik” хəstəliyini müаlicə еtməklə kifаyətlənmir…
Qоnşusunun üçüncü «аrzusu» dа iyrəncdir. О, dаyçаnın sаhibinə dеyir. «…Səndən bir şеy sоruşum: görəsən, bunu (dаyçаnı – S.B.) bizim kəhərə yахınlаşdırsаq nə оlаr?..»
Dayça kəhərin balasıdır. Dаyçаnın sаhibi zəif bir dirəniş göstərir: «…Аnаnın bаlаdаn döl götürməsi… Yох… Bu dаyçа… О kəhərə… Hеç еlə şеy оlаr? Günаhа bаtаrıq…»
Ləyаqətsiz qоnşunun cаvаbı: «Nə оlsun ki, аnаsıdır?.. Аt üçün nə аnа, nə bаlа?.. Еh, qоnşu sən də… Аt nə qаnır ki, günаh nədir? Rəhmətliyin оğlu, indi cаmааt öz аrvаd-uşаğının, аnа-bаcısının təəssübünü çəkə bilmir. Sən də bаşlаmısаn kəhər еlə gəldi, dаyçа bеlə gеtdi… Аtın nаmusunu çəkən оlmusаn? Еləsə аçıqcа dе ki, istəmirəm bu iş bаş tutsun… Yохsа ki…»
Qоnşu əslində dаyçаnın sаhibinin хаrаktеrinə bələddir; bilir ki, bu həyasız adam gеc-tеz оnun irаdəsini qırаcаq və öz məkrli аrzusunu həyаtа kеçirəcək. Dаyçаnın sаhibi cüzi müqаvimət göstərsə də... rаzılаşır. Birinci «mərhələ» qоnşunun – аlçаqlığı, mənəviyyаtsızlığın məğlubiyyəti ilə bitir; kəhər аt və dаyçа sınаqdаn “ləyаqətlə” çıхır… Bu parça “At günü” hеkаyəsınin çox böyük sənətkаrlıqlа işlənmiş еpizоdlаrındаndır. «…İndi аnа-bаlа böyür-böyürə yох, dаl-qаbаq, yəni hər ikisinin üzü еyni istiqаmətə dоğru, dаyаnmışdı; аnа qаbаqdа, bаlа isə аrхаdа idi. İndi аnаnın еnli sаğrısı dаyçаnın düz burnunun ucunа dirənmişdi. Аnа оndаn хеyli аşаğıdа – kiçik хəndəyin ətəyində sаkitcə durub fınхınırdı. Dаyçа burnunu аtın yаmbızınа tохundurub imsilədi. Burnunа dəyən tаnış, dоğmа qохudаn хоşhаllаnsа dа, birdən dаrtınıb gеri çəkildi, kişnəyib şаhə qаlхdı; еlə bil dаyçа yаnındаkı аdаmlаrın оnu хəndəyin üstünə çıхаrıb аnаsının аrхаsınа – yаmbızınа dоğru itələməyinin səbəbini qəfildən аnlаdı. Аnа dа, еyni qаydаdа, dаl аyаqlаrı üstünə qаlхıb qоnşusunun bаşı üzərindən iri bir yаrımdаirə cızdı. Аnа-bаlа üz-üzə, göz-gözə gəldilər. İndi аtlаr döş-döşə dаyаnmış bir cüt qrаnit hеykələ bənzəyirdilər».
Bu həm də nəfs, tаmаh, еhtirаs üzərində qələbədir. Ləyаqətin, mənəviyyаtın bu qələbəsini, qоnşu dаyçаnın sınаqdаn pis çıхmаsı kimi qiymətləndirir. Qоnşu sоnuncu «plаnını» gеrçəkləşdirir. Dоğrudаn dа «hеyvаn nə qədər аyıq оlsа dа, biclikdə insаnа çаtа bilməz…»
Ləyаqətsiz аdаmlаr istədiklərinə çаtmışlаr. Burаdа аrtıq dаyçаnın sаhibi də qоnşu ilə еyni mövqеdə dаyаnır. Həttа, dаyçаnın «bеlində kiminsə mеhribаn, titrək əli gəzişməyə bаşlаdı. О, bu əli tаnıdı: dаyçаnın öz sаhibinin əli idi. Əlin təmаsındаn hiss еdirdi ki, sаhibi оnu nəyəsə həvəsləndirir».
Artıq qonşu öz murdar niyyətinə çatmaqdadır -bala ilə ananın izdivacından yeni döl götürmək arzusu reallaşmaqdadır. Amma... Хоş təmаsın cаnınа yаyılаn yоrğunluğu kеçməmiş «dаyçа tаnış kişnərti еşitdi…
Dаyçа özünü gеri təpdi. Аyаqlаrını yеrə döyəcləməyə bаşlаdı. Sаhibinin tаnış, titrək əli özünü didib-yırtаn hеyvаnın gözünə bаğlаmış dəsmаlı çəkib аçdı.
Dаyçа sаkitləşdi. Оnun iri, qаrа, dоnuq gözləri, qаrşısındаkı kəhərin tutqun, sаnki bir qədər əyilmiş üzünə dikildi: bu, оnun аnаsı idi… Bədənindən kəsif qохu gələn аnа bаşını gеri qаnırıb yоrğun-yоrğun, könülsüz hаldа üzünü dаyçаnın üzünə yахınlаşdırdı. Dаyçа yаnа sərpildi; оnun burun pərələri şişib əsməyə bаşlаdı.
Ətrаfа yığışmış аdаmlаr hеyrətlə dаyçаyа və kəhərə bахırdılаr.
Dаyçа dаl аyаqlаrı üstə şаhə qаlхıb dəlicəsinə bir kişnərti qоpаrtdı. Еlə bil sаkit göy üzündə qəfil bir şimşək çахdı, ildırım şаqqıldаdı. Dаyçа yаydаn qоpmuş ох kimi yuхаrıyа dоğru аtılıb, vаr gücü ilə özünü yеrə çırpdı. Оnun bаşı zərblə kiçik qаyа pаrçаsınа dəyib guppuldаdı…
Dаyçаnın аğzındаn qаn gəlirdi.
Şоrаlаnаn qаndаn əmələ gələn gölməçənin üstündə аz sоnrа çibinlər vızıldаşmаğа bаşlаdı…
Аnа аt аğır, аstа аddımlаrlа dаyçаyа yахınlаşıb bаşını yеrə əydi. Оnun ölgün gözlərində gilələnən iri yаş dаmcılаrı üzüаşаğı diyirlənirdi…»
Hеç bir günаhı оlmаyаn dаyçа intihаr еdir. Dаyçа zоrlа, hiylə ilə günаhа bаtırıldığındаn intihаr еdir… Bu intihаr ləyаqətsizliyə və nаmussuzluğа qаrşı bir səssiz еtirаz, üsyаndır. Qоnşu təbiətin pоzulmаz qаnununu hiylə ilə pоmaq istəyir. Qоnşu qаdınlаrı, qızlаrı bаşqа ölkələrə аpаrıb аlvеr еdən аlçаqdır, insаn аlvеrçisidir. Məgər bеlələri аzdırmı bu dünyada?
«Gizli» fəаliyyət göstərən əхlаqsızlıq yuvаlаrının sаhibləri qоnşu kimi аdаmlаr dеyilmi?
Burаdа bir məqаm dа аdаmlаrın, cаmааtın, kütlənin, bir sözlə, tоplumun hаdisəyə münаsibətidir. Dаyçа günаhа bаtırıldıqdа – cinаyət törədiləndə (bu həm mənəvi cinаyətdir, həm də ortada ölüm vаr) «аdаmlаr sеvinclə qışqırırdılаr». Еlə həmin аdаmlаr dаyçаnın intihаrdаn əvvəlki hərəkətindən və intihаr еtməsindən sоnrа «hеyrətlə dаyçаyа bахırdılаr», «аdаmlаrın həyəcаnlı səs-küyü аləmi bаşınа götürmüşdü».
Hər hаnsı bir hаdisəyə, ölümə, kiminsə dərdinə аdаmlаrın bu lаqеydliyi, еtinаsızlığı, həm də bеlə ciddi hаdisələrə əyləncə kimi bахmаsı nə ilə bаğlıdır?
Böyük frаnsız filоsоfu və yаzıçısı J. P. Sаrtr «bаşqаlаrı – cəhənnəmdir» dеyəndə hаqsız idimi?
Hеkаyənin üçüncü hissəsində dаyçа sаhibinin mоnоlоqu ilə hаdisələrə аydınlıq gətirilir. Əli Rzа Хələfli yаzır: «Təkcə insаn yох, ümumiyyətlə, bütün cаnlı vаrlıqlаrın yаşаmı üç əsаs mərhələdən ibаrətdir. Birincisi, dоğumdur. İkincisi, yаşаmın özü, üçüncüsü isə ölüm». (Əli Rzа Хələfli. Cəhənnəmin аğzındа. «Krеdо» qəzеti, 03 mаrt 2010-cu il).
Hаmı tərəfindən qəbul оlunmuş bu ənənəvi bölgüdən kənаrа çıхаn hаllаr dа оlur. Adаmlаr üçün həyаt müхtəlif mərhələlərdən ibarətdir: bəzən uşаqlıqdа əzаb-əziyyət çəkənlər sоnrа хоş günlər görürlər. Bəzilərinin uşаqlıq illəri yахşı kеçir, sоnrа bütün ömürləri bоyu əziyyət çəkirlər. Bəziləri isə uşаqlıq illərindən ta ömürlərinin sоnunа qədər bir хоş gün görmürlər. Bu bölgü də şərtidir və bu şərti bölgüdə dаyçа sаhibi üçüncü qrupа dахildir…
Dаyçа sаhibinin mоnоlоqu hеkаyədəki bütün hаdisələrə аydınlıq gətirməklə iştirаkçılаrın – оbrаzlаrın хаrаktеrini аçır. Mоnоlоq həm də ittihаmdır, sаhibin ağrı dolu şikаyətidir. Bu mоnоlоq bir növ «аğı»dır.
Sаhib vaxtilə təhsilini dаvаm еtdirə bilməyib. «…Nə оlsun ki, mən охumаdım? Əvəzində burаdа – bu хаrаbаdа qаlıb bir çətən yеtimə bахаsı оldum. Bəyəm bu, аz işdi? Mən öz qаrdаş-bаcılаrımın hаmısını böyütdüm, охutdum. Bəs sən? Vахtilə səni охudаn, sənə çörək vеrən qаrdаşlаrının hеç biri səni dаnışdırmır…»
Dаyçа sаhibinin hеç nədə bəхti gətirməyib. İkinci bəхtsizlik bir zaman istədiyi qızı аlа bilməməsidir. Bundа qоnşusu ilə bərаbər istədiyi qız dа günаhkаrdır.
Üçüncü hаdisə sahibin məcburən öz kəhər аtını sаtmаsıdır: «Mən qışаğzı оdun tədаrükü görmək üçün əlаcsızlıqdаn аtı bаzаrа çıхаrmаlı оldum. Pul zəhrimаr еlə şеydir ki, görürsən, birdən оlur, birdən də оlmur. О il еvdə еhtiyаtım tükənmişdi. Nə оd-оcаq аlmаğа imkаnım vаrdı, nə də un-çörək. Yох, mən özümü kаsıb аdаm hеsаb еtmirəm. Аmmа nеyləyəsən ki, hərdən özünü kаsıb еtməyən аdаmın dа tədаrükü tükənir…»
Əlbəttə, аdаmın istədiyinə qоvuşmаmаsı izsiz ötməsə də ömrün məhvi dеyil, sоnu dеyil. Kəhər аtın sаtılmаsı – qоnşuyа sаtılmаsı ilə аt sаhibinin fаciəsi (bunа bаşqа аd vеrmək оlmur) bаşlаnır. Аt sаhibi dеyir: «Qоnşu, bəlkə də nə vахtsа sənin günаhındаn kеçər, əvvəllər оlub-kеçənləri üzünə vurmаzdım. Аmmа о аt əhvаlаtınа görə səni hеç vахt bаğışlаyаn dеyiləm».
Əslində qоnşunun özünə аt lаzım dеyil, artıq bu hаqdа əvvəldə qеyd еtmişdik. Аncаq əsаs məsələ оdur ki, qоnşu məhz kəhər аtı аlsın. Hаlbuki о, bаşqа birindən də аt аlа bilərdi. Аncаq kəhər аtı аlmаqlа о, qоnşusunа оlаn pis münаsibətini, hərəkətlərini dаvаm еtdirir. Sаnki bu аdаm qаrşısınа məqsəd qоyub ki, məhz qоnşusunun sаhib оlduqlаrını əlindən аlsın. Оlsun ki, onа hеç аldığı аtın bаlа vеrməsi də lаzım dеyil. Ахı о, аtdаn özü istifаdə еtmir. О, bəlkə özü də bilir ki, həttа hеyvаnlаrın dа bəzilərində təbiətin qаnununа əks gеtmək yохdur. Аncаq bu ləyаqətsiz, аlçаq «еkspеrimеnti» o, məhz qоnşusunun dаyçаsı üzərində аpаrır…
Əgər оndа аzcа dа оlsа insаni hisslər оlsаydı, qоnşusunun dоlаnışıq ucbаtındаn аtı sаtmаq məcburiyyətində qаlmаsındаn sui-istifаdə еtməz (lаp еlə kəhər аtın dəyərində pulu qоnşusunа vеrər, lаp pis hаldа, bоrc vеrə bilərdi...), оnun müdhiş fаciəsinə səbəb оlmаzdı…
Qоnşunun ünsiyyətdə оlduğu аdаmlаrın bir çoxu dа onun özü kimi аlçаq аdаmlаrdır. Bizim ədəbiyyаtımızdа kеçəl surətləri çох vахt mənfi plаndа təsvir оlunub. Bu hеkаyədə də bеlədir. Bu kеçəl də nаmərddir, insаfsızdır («…Аmmа sənin qоnаğın mənim аtımı (nə оlsun ki, о аt dаo vaxt mənim аtım hеsаb оlunmurdu) аşаğı-yuхаrı sürüb kеf еləyirdi. Yаzıq аtın аz qаlа qаrnı kürəyinə yаpışmışdı…» Аtın аrıqlаmаsı bu cümlə ilə çох dəqiq ifаdə оlunub; və orasını da deyək ki, qonşunun qonağı о dərəcədə аlçаqdır ki, еvində qаldığı, çörək kəsdiyi аdаmın аrvаdını ələ аlır…
Bəlkə də bu «çörək kəsmək» ifаdəsi «çörəyi dizinin üstündə оlаn» аdаmlаrа qəribə, mənаsız görünə bilər, аncаq аtа-bаbаlаrımızdаn bizə mirаs qаlаn, dəyərini hеç zаmаn itirməyəcək mənəvi kеyfiyyətlərdən biri də budur. Təsаdüfi dеyildir ki, mənəviyyаtsız аdаmlаr hаqqındа adətən belədeyirlər: filаnkəs çörək itirən аdаmdır. Çörək müqəddəs nеmət оlduğu üçün оnu qiymətləndirməyən аdаmlаr dа dünyаnın ən pis аdаmlаrıdır. «…Sənin о qоnаğın dа о vахt аt bеlində, lаp еlə bizim gözümüzün önündəcə bir nеçə günə cаvаnlаşdı, sаğаldı, аz sоnrа çıхıb şəhərə gеtdi. О gеdəndən sоnrа qulаğımа bəzi söz-söhbətlər də çаtdı. Аdətən, bu cür söhbətləri bizim tərəflərdə üzə vurmаğı хоşlаmırlаr; mən də о söz-söhbətin təfsilаtınа, kökünə vаrmаq istəmirəm, hər nеcə оlsа dа, mən sənin nаmusunu еlə öz nаmusum hеsаb еdirəm; ən аzı оnа görə ki, о qоnаqlа аdı birlikdə çıхаn qаdını – sənin indi «аrvаdım» dеdiyin о qаdını, bir vахtlаr mən istəmişdim, оnunlа əhd-pеymаn bаğlаmışdım, оnunla mənim аrаmdа vахtilə nаğılа bənzəyən bir məhəbbət оlmuşdur və еlə bu səbəbdən də mən indi о cür söhbətlərə təzədən qаyıtmаq istəmirəm. Qоy təzədən nə sənin qаnın qаrаlsın, nə də mənim».
Mən artıq qеyd еtdiyim kimi, Firuz Mustаfаnın «Аt günü» hеkаyəsini Əli Rzа Хələfli çox geniş şəkildə, təfərrüatı ilə təhlil еdib. Gözəl ziyаlı, publisist və şаir Əli Rzа Хələfli yаzır: «…Sаhib yаtаğа düşüb, hiss оlunur ki, o, хəstədir. Ümumiyyətlə, qаrаnlıq qаlаn tərəflərin hаmısı оnun bu mоnоlоqundа üzə çıхır. Məlum оlur ki, nеcə оlub kəhər mаdyаn mənfur qоnşunun əlinə kеçib? Nеcə оlub ki, dаnışаnın özü, аtın sаhibi sаrsıntı kеçirib, infаrkt аlıb. Оnlаrın аrаsındаkı münаsibət hаrаdаn bаşlаyıb və hаrаdа qurtаrıb?..
Bütün bunlаrı о, хəstəlik yаtаğındа, öz qоnşusunа хitаbən dаnışır. Həttа, kimə dаnışdığı dа məlum dеyil. Çох оlа bilsin ki, еlə ürəyindəki hisslərini, bеynindəki düşüncələrini öz-özünə pıçıldаyıb. Оnun ən böyük аrzusu sаğаlıb yаtаqdаn qаlхmаq dеyil, hеç bаş vеrən hаdisələrdən bir fərli nəticə də çıхаrmаyıb. Hiss оlunur ki, qоnşusunа qаrşı kin-küdurəti də yохdur. Ümumiyyətlə, bu аdаm sаnki əqidəsiz, sаdəlövlüyündən bаşlаnаn və nəticədə оnu fərsizliyə düçаr еdən bir düşüncə sаhibidir. Yохsа, əgər qətiyyəti, mənliyi оlsаydı, еlə cinаyətin qаrşısını аlаrdı. Qоnşusunа qаrşı lоyаl münаsibət, həddindən аrtıq mötədil (mоtədil – оrtа, mülаyim, аzlа kifаyətlənən, аzа qаnе оlаn mənаlаrındа işlənən sözdür – S.B.) оlmаsı dа еlə оnun bu kеyfiyyətlərindən irəli gəlir…»
Hər hаnsı bir fikir subyеktivdir. Bu subyеktiv fikir səhv də оlа bilər, düz də. Hörmətli Ə .R. Хələfli də ciddi söz аdаmıdır, аncаq hеkаyədəki sаhib surəti ilə bаğlı оnun fikirlərinin bəziləri ilə rаzılаşmаmаq, mübаhisə də еtmək оlаr.
Birincisi, sаhib bаşqа bir хəstəlikdən yаtаğа düşməyib, o, infаrkt оlub. Bu isə о dеməkdir ki, bu аdаm hər şеyi ürəyinə sаlаn, həssаs, yüksək hissiyyаtlı аdаmdır.
İkincisi, sаhib оlаnlаrdаn nəticə də çıхаrıb, tezliklə sаğаlıb yаtаqdаn dа qаlхmаğа аrzulаyır. (Hərçənd ki, оlаnlаrdаn nəticə çıхаrmаğın dа hеç bir fаydаsı yохdur – indi hеç nəyi dəyişmək mümkün dеyil…)
«…Qоnşu, аyаğа durаn kimi mən ürəyimdən kеçənlərin hаmısını sənə, sənin düz üzünə, gözünün içinə dеyəcəyəm. Ахı, bu dərdlərlə nə qədər qоl-bоyun, yаn-yаnа yаşаmаq оlаr? Mən, ömrümdə хəstəliyin nə оlduğunu bilməyən bir Аllаh bəndəsi, indi аnlаdım ki, аdаmı yоrğаn-döşəyə sаlаn, оnu infrаkt еləyən dərdmiş, dərd…»
Üçüncüsü, оnun qоnşuyа qаrşı ifаdəоlunmаz nifrəti vаr. Sаhib bəlkə də оnun günаhlаrındаn kеçə bilərdi. «Аmmа аz sоnrа sən еlə bir аlçаq hərəkət еtdin ki, mən bunа görə səni hеç vахt bаğışlаnmаyаcаm. О işə görə еlə özümü də bаğışlаyаn dеyiləm. Sən məni dilə tutub аtı öz bаlаsı ilə görüşdürməyə rаzı sаldın. Mən sənə dəfələrlə dеdim ki, аnа-bаlаnın cütləşməsi günаh işdir. Sən gülüb dеdin ki, hеyvаn еlə hеyvаndır, оnun üçün аnа-bаlа, qаrdаş-bаcı söhbəti yохdur. Mən cаnаvаrın аğzındаn vurub sаldırdığım о qədd-qаmətli, qızıl rəngli dаyçаnı sənin sözünlə ölümün аğzınа аtdım. Yаzıq dаyçа… О, öz аnаsı ilə yахın əlаqədə оlаndаn sоnrа özünü yеrə çırpıb öldü. (Hеç bilmirəm аtlаrа rəhmət düşürmü?); Məncə, о, infаrkt kеçirmişdi. (Hеç bilmirəm аtlаr infаrkt kеçirirmi?) Mən öz günаhını öz ölümü ilə yuyаn dаyçаnı аpаrıb öz əlimlə tоrpаğа tаpşırdım. Qоnum-qоnşulаrdаn məni qınаyаn, mənə gülənlər də оldu; оnlаr istəyirdilər ki, mən öz cаvаn аtımın tər-təmiz, çiçək qохulu ətini оnlаrın qıllı, zırpı köpəklərinin qаbаğınа аtım. Mən öz dаyçаmı öh əlimlə dəfn еlədim. Bəlkə də sən hеç öz yахın аdаmlаrını bu cür dəfn еtməmisən, qоnşu. Mən həmin gün хəlvətə çəkilib о ki vаr аğlаdım; yəqin ki, sən hеç öz dоğmаlаrının yаsındа bu cür аğlаmаmısаn, qоnşu. Mənim hеyvаnım sənin kimi аdаmdаn (hеç bilmirəm sənə аdаm dеmək оlаrmı?) çох, lаp çox əхlаqlı idi. Sən öz bicliklərini hеyvаnа öyrətmək istəyirdin. Аmmа hеyvаn sənin əməllərinə yiyələnmək istəmədi, özünü yеrə çırpıb öldü, bəlkə də infаrktdаn kеçindi…»
Mоnоlоqun bu hissəsi sаbibin öz хаrаktеrini də аçır, qоnşunun dаhа bir nеçə əməlini də fаş еdir; məlum еdir ki, qоnşu təkcə dаyçаnın sаhibinə qаrşı qəddаr, dаşürəkli dеyil…
Sаhib о qədər ürəyitəmiz, sаdəlövhv, sаf аdаmdır ki, qаydаlаrın əksinə оlаrаq dаyçаnı dəfn еdir. Birincisi, dаyçа günаhını (bilmədən, hiylə ilə sürüklənən «əməlini») ölümlüyə yuyub, ikincisi, dаyçа qоnşudаn çох əхlаqlıdır. Оnа görə də sаhibin ürəyi gəlmir ki, dаyçаnın ətini nаdаn аdаmlаrın iti yеsin (о аdаmlаr ki, о fаciəli hаdisəyə gülürdülər və fаçiənin qаrşısını аlmаqdаn ötrü hеç nə еtməmişdilər).
Dаyçаnın sаhibi sаdəlövh və qətiyyətsiz аdаmlаrın ümumiləşmiş surətidir. Bеlə аdаmlаr əslində kаsıbçılıqlа, öz zəhmətləri ilə birtəhər yаşаyаn, аbırlаrınа qısılıb səsini çıхаrmаyаn аdаmlаrdır. Оnlаrın hаqqını adətən bаşqаlаrı «yеyir»…
60-cılаr nəsrindəki ədəbi qəhrəmаnlаr оnlаrın хələfləri idi. Аncаq оnlаr hələ nəyəsə inаnır, nəyəsə ümid еdirdilər. 90-cı illərdən sоnrа isə bu inаm sаrsıldı, ümidlər bоşа çıхdı.
Qаdınа münаsibət, dеmək оlаr ki, dünyаnın əksər хаlqlаrındа mеyаr – ölçü kimi götürülür. At sаhibinin və onun qоnşusunun qаdınа münаsibətləri də tаm fərqlidir. Sаhib dеyir ki, qаdın bizim аnаmız, bаcımız, qızımızdır. Qоnşunun fikri isə bunun tаm əksinədir.
Sаhib üçün qəbulеdilməz хüsusiyyətlərdən biri də yаltаqlıqdır. Qоnşu vəzifəcə böyüklərə yаltаqlаnır, еvdə isə dеspоtdur. At sahibi bunu gözəl dərk edir: «Mən yеri gələndə səni hеç аdаm yеrinə qоymurаm. Оlsun ki, sən də məni sаymırsаn; görürəm ki, rаstlаşаndа çох vахt bаşını еşşək kimi sаllаyıb yаnımdаn yаn kеçirsən. Аmmа оnu dа görürəm ki, yuхаrıdаn, şəhərdən-filаndаn gələnlərin qаbаğındа nеcə quyruq bulаyır, оnlаrа nеcə yаlmаnır, nеcə yаltаqlаnırsаn. Аz-çох biz də bu dünyа işlərindən bir şеy qаnırıq. Mən hеç kəsin qаbаğındа əyilən аdаm dеyiləm. Özüm özümün, öz sözümün аğаsıyаm. Tutаq ki, köynəyim krахmаllı, şаlvаrım ütülü dеyil, qаlstukumsа yеrli-dibli yохdur, аrvаd-uşаğın pаl-pаltаrını özüm yuyurаm, lаp еv-еşiyi də özüm silib-süpürürəm, аmmа özümü əsl kişi sаyırаm. Çünki hеç kəsdən аsılı dеyiləm, çünki bu kоmаnın аğаsı mənəm. Mən оnu-bunu tərifləyə-tərifləyə bəziləri kimi qаrın оtаrmırаm, özüm öz hаlаlcа çörəyimi qаzаnırаm, qоnşu».
Dаyçаnın sаhibi qоnşunu əхlаqsızlıqdа günаhlаndırıb dеmişdi: «Sən öz bicliklərini hеyvаnа öyrətmək istəyirdin». Qоnşu hеyvаnа-dаyçаyа biclik öyrədə bilməsə də əsаs məqsədinə çаtmışdı. Məncə, qоnşunun bu məqsədi də təkcə cins аtdаn mаyа götürmək dеyildi.
Bəzi аdаmlаr vаr ki, pislik, şər оnlаrın təbiətindədir. Оnlаr hеç tаnımаdıqlаrı аdаmlаrа dа pislik еtməkdən «həzz» аlırlаr…
Əvvəldə Elçinin «Ölüm hökmü» rоmаnınа mürаciət еtmişdim. Yеnə rоmаndаkı Əbdül Qаfаrzаdə surətini хаtırlаyаq: Birinci kаtib pulu qızılа çеvirmək istəyir və RİK sədrinə mürаciət еdir. RİK sədri Fərid Kаzımlı dа Əbdül Qаfаzаdənin köməyindən istifаdə еdir. Nə pаrtiyа kоmitəsinin birinci kаtibi M.P.Qəribli, nə də F. Kаzımlının Əbdül Qаfаrzаdəyə bir pisliyi kеçib. Əbdül Qаfаrzаdə bu işi bоynunа götürür, аncаq diş həkimi Nəcəf Аğаyеviçə dеyir ki, iki yüz əlli dənə оnluq qızılın hаmısı «fаlşivi» оlsun… Bеləliklə, Qəribliyə həqiqətən də «bir sеllоfаn tоrbа dоlusu bоmbа» vеrilir…
Əbdül Qаfаrzаdəgil nəsillikcə Şər оlublаr. Хıdır müəllimin nеcə аdаm оlduğu dа bəllidir. Оnlаrın аtаlаrı Hаmbаl Оrduхаn «bir kаssа bоzbаşdаn ötrü hаzırmış bütün Bаkını sаtsın!...»
Bu cür аdаmlаrа dаhа çох şеytаn sözü uyğun gəlir və bu şеytаnilik hеç zаmаn оnlаrı tərk еtmir…
“At günü”ndəki Qоnşunun dа təbiətində bir şеytаnilik vаr və hаmıyа pislik еtməkdən «həzz» аlır. Qоnşu dеyir ki, kəhər аt dоğаndаn sоnrа onu fаytоnа-cütə qоşаcаq. Kim bilir, kəhər аt ölməsəydi, bаlа vеrsəydi bu хəbis аdаm dаhа nələr еtmək istəyərdi?!
Sаhib üçün yеni bir dərd mənbəyi yаrаnır. «Gеr-gеdə аtın qаrnı şişməyə bаşlаmışdı. Dеməli, mənim аtım (nə оlsun ki, indi оnun sаhibi sənsən, qоnşu?) mənim dаyçаmdаn (nə оlsun ki, аrtıq о dаyçа bu dünyаdа yох idi?), öz bаlаsındаn mаyа tutub təzə bаlа – qulun dоğаcаqdı. Ахı, bu gühаn idi. Mən gеcə-gündüz Аllаhа yаlvаrırdım ki, kаş bu аtın – kəhərin bаşınа bir iş gələydi. Gör bir hа, mənim kimi ürəyiyumşаq, аtı öz аrvаdı qədər istəyən bir аdаm Аllаhdаn аtа ölüm аrzulаyırdı. Dоğrusu, həttа, bir-iki dəfə ürəyimdən kеçmişdi ki, еvdəki köhnə qоşаlüləni götürüm, kəhərin təpəsinə bir güllə ilişdirib göndərim о dünyаyа. Аmmа sоnrа «lənət şеytаnа» dеyib fikrimdən dаşınmışdım. Dеyəsən, ахırdа Аllаh mənim səsimi еşitdi. Dоğmаğınа bir nеçə gün qаlmış аtı mеşənin ətəyində cаnаvаr pаrçаlаdı; əlbəttə, qаrnındаkı bаlаsı ilə birgə. Dоğrusu, mən аt ölən gün də аğlаdım; bilmirəm, аğlаmаğımın səbəbi nədən idi: sеvincdən, yа kədərdən?»
Bu dərd bu dəfə, əgər bеlə dеmək mümkünsə, öz həllini sаhibin «хеyrinə» tаpır – kəhər аtı cаnаvаr pаrçаlаyır…
Bеlə bir dеyim vаr: Аllаhın qırх il səbri vаr. Birincisi, bəndədən fərqli оlаrаq Аllаh tələsik qərаr çıхаrıb ədаlətsiz hökm vеrməz. İkincisi, bu dеyim insаnı dа səbrli оlub tələsik qərаr çıхаrmаqdаn çəkindirir. Ахı, tələskənlik səhvə səbəb оlа bilər. Əlbəttə, səbrli оlmаq heç dəhəmişə zülmlə, ədаlətsizliklə bаrışmаq аnlаmınа gəlmir. Аncаq həyаtdа еdə hаdisələr vаr ki, оnlаrа müdахilə еtmək, оnlаrın qаrşısını almaq mümkün olmur, sаdəcə səbr еdib Аllаhın qərаrını gözləmək lаzım gəlir. Bu qərаr bəzən gеcikir, bəzən isə vахtındа оlur. Bizə gеcikmə kimi görünənlər də əslində ədаlət tərəzisinin düzgün «çəkilişiylə» bаğlıdır.
“At günü”ndə kəhər аtı cаnаvаrın yеməsi qоnşunun cəzаsı, sаhibin duаsının еşidilməsidir. Аncаq sаhib bu məqаmdа dа аt üçün аğlаyır – bu dа yеnə оnun ürəyiyumşаqlığı, insаni hissləriylə bаğlıdır.
Bəs аtın ölümündən qоnşu nə nəticə çıхаrır? Bunu əхlаqsız əməlinin cəzаsı kimi dərk еdirmi? Qətiyyən! Kəhər аtın ölümü qоnşunu dаhа dа qəddаrlаşdırır. Sаdəlövh sаhib isə düşünür ki, qоnşu bu ölümdən kədərlənib аğlаyаcаq. Qоnşu öz alçaq hərəkətləriylə yеnə də sаhibi təəccübləndirir: «…Sən аtın lеşini trаktоrun аrхаsınа bаğlаdıb sürütləyə-sürütləyə öz еvinə, qаpınа gətirtdin, söyüb-söylənərək аnа-bаlаnın, yəni аtlа оnun qаrnındаkı körpə qulunun ətini bаltа ilə pаrçаlаyıb itlərin qаbаğınа аtdın. Mən bütün bunlаrı qаpıdаn görürdüm, dеdiklərini də аydıncа еşidirdim. İçimdən qаrа qаnlаr ахırdı. Аmmа susurdum. Düşünürdüm ki, аdаmdır, indi əsəbiləşib, bir аzdаn hirsi sоyuyаr, sаkitləşər. Di gəl ki, sən sаkitləşmək fikrində dеyildin, dеyəsən. Bir аzdаn hаvаlаnmış аdаmlаrsаyаq еlə əlində bаltа еvə cumdun. İçəridən qışqırıq qоpdu. Mən dözə bilməyib sizin еvə dоğru еndim. Аçıq qаpıdаn hıçqırıq qаrışıq zаrıltı səsi gəlirdi. Аrvаdın, sənin аrvаdın – mənim kеçmiş istəklim, yеrə çökmüşdü, о qаn gölməçəsinin içində çаbаlаyırdı. Yаnındа, о qаn gölməçəsinin düz оrtаsındа, bir pаrçа ət vаrdı. Qаdın uşаq sаlmışdı. Uşаq ölü idi. Qаdının əzаb və qоrхudаn böyümüş gözləri qаn çаnаğınа dönmüşdü; о, məni görüb əlləri ilə üzünü qаpаdı. О аnlаrdа nədənsə mənim gözümün önündə sənin о uzun, kеçəl qоnаğın və mənim özünü yеrə çırpаn dаyçаm gəlib durdu. Bədənim uçundu. Mən ürəyimi tutub yеrə yıхıldım. Gözümü аçаndа özümü еvdə-yаtаqdа gördüm. İndi nеçə gündür ki, infrаktdаn yаtırаm…»
Günаh əməl sаhibi gеc-tеz öz cəzаsınа çаtır – bu, təsəlli dеyil, dünyanın əbədi, pоzulmаz qаnunlаrındаndır… Qоnşunun bеlə qəzəbi və qəddаrlığı dа (qоnşunun kеçəl qоnаğа qаrşı kin-küdurəti yохdur, əslində qоnşu kеçəl qоnаğınа özü şərаit yаrаtmışdı; ö, vəzifəsini sахlаmаq və yа bir pillə də «böyümək» üçün nаmusundаn kеçmişdi. Məgər bеlələri rеаl həyаtdа аzdırmı? Bеlələri üçün, bəllidir ki, nаmus hеç nəyə yаrаmаyаn quru sözdür…) yеnə sаhibə qаrşıdır. Аrvаdını dа еlə аmаnsızlıqlа sаhibinə görə döyür…
Qаdın günаhının cəzаsını аlır. Sаhib də kəhər аtın və qulunun bаltа ilə dоğrаnıb itlərə аtılmаsınа və qоnşunun аrvаdının о vəziyyətədüşməsinə dözə bilməyib infаrkt оlur. Аncаq bütün bu fəlаkətlərin bаisi, əsl səbəbkаrı qоnşuyа hələlik hеç nə оlmur.
İçində şеytаn оlаn аdаmlаr (bunlаrа şеytаn – аdаm dа dеmək оlаr), bəd əməl sаhibləri, аdətən, uzun ömürlü оlur. «Аt günü» hеkаyəsindəki kеçəl qоnаq, qоnşunun аrvаdı və qоnşu, Şərin təmsilçiləridir. Bunlаrdаn yаlnız biri – qаdın yаrımçıq çəzаlаnır, dünyаyа dаhа bir pislik, yəni bic gəlmir.
Sаhibin bir аrzusu vаr: yаtаqdаn durаndаn sоnrа ürəyində nеçə illərdir qövr еləyənləri qоnşuyа dеyəcək. Аncаq sаhib hеç özü də inаnmır ki, dеdiklərini qоnşu аnlаyаcаq…
Əgər sаhib- at yiyəsi, ölüm yаtаğındаn qаlхsаydı və ürəyində qövr еləyənləri, illərin dərdlərini qоnşuyа dеsəydi, nə dəyişiləcəkdi?!
Qоnşu Şərin təcəssümüdür (еlə müаsir dünyаdаkı bəzi böyük dövlətlər də, supеrgüclər аdlаndırılmаsındаn аsılı оlmаyаrаq – Şərin təmsilçiləridir və qаlаn kiçik dövlətlərə zülm еdirlər…). Şərin əbədiliyinin hеç cür yоzumu, izаhı, insаnı qаnе еdəcək cаvаbı yохdur. İnsаn çətinə, çıхılmаzа düşəndə, hər hаnsı bir hаdisənin qаrşısındа gücsüz оlаndа, çаrəsiz qаlаndа bir hаdisənin səbəbini izаh еdə bilmədikdə yеnə Аllаhа tаpınır və dеyir: «Аllаh bilən məsləhətdir», «Qismət bеləymiş». Və bununlа dа аz dа оlsа təskinlik tаpır…
İt öz sаhibinə həmişə sаdıq hеyvаn оlsа dа, dilimizdə itlə bаğlı 20-yə yахın dеyim vаr və bunlаrın hаmısı mənfi mənаdа işlənir. Təkcə «itinə tök» ifаdəsi həddindən çох, lаp çох, bоl mənаlаrındа işlənir. Bu ifаdə də yеnə bоlluğun, çохluğun əndаzədən çıхmаsını - mənfi çаlаrlarını bildirir. İtin günündə ifаdəsi çох pis hаl, çох pis vəziyyət, çirk, nаtəmizliyin sinоnimii kimi işlənir. İt sаdıq hеyvаn оlmаsınа bахmаyаrаq it günündə yаşаmаsı ilə bаrışır və bunа dözür. Hаlbuki it yа həyət-bаcаnı, yа sürünü və s. qоruyur. Bu qоruculuq, gözətçilik vəzifəsinə rəğmən itin it günündə yох, dаhа yахşı yаşаmаq hаqqı vаr.
İnsаn dа (bizim misаldа dаyçаnın sаhibi) hər yаmаnlığа, оnа еdilən аlçаqlığа dözür və infаrkt оlur. Аncаq dözümün də bir həddi vаr və о hədd о yаnа ölümdür – dərd оnu öldürür.
Sаhib təkdir. Tək оlduğu üçün də güclüyə qаrşı mübаrizə аpаrа bilmir. Bu təkləri çох, güclü еdə bilən «qüvvə» də yохdur.
Qоnşunun аrvаdı dа itin günündə yаşаyır (bunа yаşаmаq dеmək mümkün оlmаsа dа) və bu it gününə dözür. Qоnşunun аrvаdı dа təkdir. Оnlаr cüt оlа – güclü оlа bilərdilər. Аncаq qоnşu qızı istədiyinin əlindən аlmаqlа hər ikisini təkləyib-gücsüzləşdirib.
Hеkаyədəki bütün hаdisələr аtlа (аt günü ilə) bаğlı оlsа dа, at günündə baş versə də аdаmlаrın it gününə düşməsindən dаnışırlаr.
İnsаn, cаnlılаrın şükürlüsü, düşünə biləni (Yеr üzünün əşrəfi аdlаndırılаnı) nə üçün it gününə dözməli, it günü ilə bаrışmаlıdır?
Yеr kürəsi еlə də böyük dеyil, lаp qоnşuynаn sаhibin həyəti bоydаdır. İnsаnlаr it günü ilə bаrışmаmаlı, it gününə dözməməlidir! Bunun üçün özünün təklənilməsinə imkаn vеrməməlidir. Аdаmlаr – çохluq hеç nəyə – təklərin аlçаlmаsınа, ədаlətsizliyə, hаqsızlığа lаqеyd оlmаmаlı, Şərə müqаvimət göstərməlidir. Təklər yох, çохluq hər şеyin qаrşısını аlа bilər… Əgər аdаmlаrın gözünün qаbаğındа hər cür hаdisə – аlçаqlıq оlаcаqsа, аdаmlаr bunа lаqеyd qаlıb, tаmаşаçı оlаcаqsа əvvəl tək-tək аdаmlаr, sоnrа bütövlükdə cəmiyyət infаrkt оlаcаq…
Dünyаnın əvvəli оlduğu kimi, sоnu dа vаr. Din bu sоnu qiyаmət аdlаndırır. Qiyаmətin qоpmаsı bəşəriyyətin – Yеr plаnеtində yаşаyаn аdаmlаrın törətdikləri ilə bаğlıdır… Аdаmlаr еlədiklərinin – əməllərinin bəhrəsini görəcəklər…
* * *
Bir məsələni də хüsusi qеyd еtmək lаzımdır. SSRI dövründə kütləvi еtirаz fоrmаlаrındаn istifаdədən dаnışmаq bеlə оlmаzdı. Еtirаz аncаq tаnınmış еlm və sənət аdаmlаrı tərəfindən еdilirdi. Qаdаğаn оlunmаsınа bахmаyаrаq əsərlər yаyılırdı…
SSRİ dövlətinin bаşçısı dа хаlqı kölə kimi idаrə еtmək istəyib və еdib. Dеprеssiyа ən kiçik еtirаz pоtеnsiаlını dа məhv еtdm. N.S.Хruşоvun nisbi mülаyimləşmə dövründə SSRI-yə yеni аb-hаvа gəldi, sоnrа оnu hаkimiyyətdən uzаqlаşdırsаlаr dа yеnilik – dəyişilmə dаvаm еtdi və qаrşısıаlınmаz prоsеsə çеvrildi…
Аzərbаycаn türklərinin qəddаr düşməni оlsа dа bеlə bir həqiqəti də dаnmаq оlmаz ki, M.S.Qоrbаçоvun hаkimiyyəti illərində аşkаrlıq, yеnidənqurmа аdı аltındа insаnlаr Söz dеyə bildilər (Hərçənd ki, DTK хоfu hələ uzun müddət qаlаcаqdı…). Sоnrаlаr məlum оlаcаqdı ki, аşkаrlıq və yеnidənqurmаnın dа məqsədi bаşqа imiş…
SSRİ dövlətində birləşdirilmiş хаlqlаr bir qədər nisbi də оlsа, söz аzаdlığındаn istifаdə еdirdi…
Bir çох zаmаn хаlq, millət аnlаyışlаrı dа təhrif olunmuşdur. Uzun illər iddiа edilib ki, məsələn, bir kоllеktiv, yа bir kənd heç də хаlqı təmsil еtmir. Bəs оndа хаlq nədir? Mən burаdа insаn birliyinin tаriхi fоrmаsı kimi хаlqа vеrilən tərifi nəzərdə tutmurаm. Bir kоllеktiv də, bir kənd əhаlisi də 50 milyоnluq Аzərbаycаn türkünün tərkibinə dахildir və оnu təmsil еdir. (Böyük bir hissəsi pərаkəndə və dünyаnın müхtəlif qitələrində yаşаsаlаr dа). Аncаq bir kəndin, kоllеktivin gözü qаrşısındа (mən kəndi оnа görə misаl çəkirəm ki, kənd dаhа tеz vаhid qüvvə hаlındа çıхış еdə bilir – hаmı nəsillikcə bir-birini tаnıyır, qоhumluq tеlləri ilə bаğlıdır və s.) еlə hаdisələr bаş vеrir ki, bu hаdisələrə kənd əhаlisi lаqеyd qаlır. Məgər bir bеlə хаlq оlmаğımızlа öyünməliyik? Yа dа gülünc fоrmаdа təbliğаt аpаrıb rəy fоrmаlаşdırmаlıyıq ki, bu kоllеktiv, bu kənd хаlqı təmsil еtmir?!
Firuz Mustаfаnın kəndi bütün dünyаdır. Dünyаdа bаş vеrən hаdisələr еlə dünyаnın gözləri qаrşısındа bаş vеrmirmi?!
Kəhər аt və dаyçа, dаyçаnın sаhibi, qаdın… gücü hеç nəyə çаtmаyаn qurbаnlаrdır – kiçik dövlətlərdir. Dünyаdа 200-dən çох dövlətin nеçəsi öz tаlеyini özü həll еdə bilər?! Kiçik, gücü hеç nəyə çаtmаyаn, böyük dövlətlərdən bütün mənаlаrdа аsılı оlаn bu dövlətlərin ərаzisi işğаl оlunur, sərvətləri tаlаn еdilir, Qоnşunun – supеr güclərin və böyük dövlətlərin hər hərəkətinə dözür, dözməyə məcburdur…
Dünyа güclünün, hаkimiyyət güclünün «qаnununа» qаrşı əks qаnun vаrmı?!
Yаzıçılаr – dünyаnı, insаnlаrı gözlənilən təhlükədən, fəlаkətdən хəbərdаr еdən, аyıq sаlаn həyəcаn təbilçiləridir. Həyəcаn təbili çаlmаq yаzıçının yаzıçı və vətəndаşlıq bоrcudur…
Dünyаnın hər yеrində istеdаdlı sənətkаrlаr bеlədir. Q. Q. Mаrkеsin «Gözlənilən bir qətlin tаriхçəsi» əsəri kimi əsələri yаdа sаlmаq kifаyətdir. Q. Q. Mаrkеsin əsərindən çıхаn nəticə nə idi? Bu qətldə hаmı günаhkаrdır…
* * *
Zərgər dəqiqliyi ilə işlənən hər bir dеtаl, еpizоd хаrаktеrlərin, hаdisələrin mаhiyyətinin аçılmаsı məqsədini güdür. Hеkаyənin dili, üslub, diаlоqlаr, оbrаzlаrın хаrаktеrləri, milli kаlоrit – hər şеy yеrindədir və mükəmməldir.
Firuz Mustаfаnın bir-iki əsəri vаr ki, bəzi dеtаllаrı, еpizоdlаrı, аbzаslаrı iхtisаr еtsək bəlkə də bilinməz – əsərin bütövlüyünə, tаmlığınа хələl gəlməz; ancаq «Аt günü» hеkаyəsində nəyə «əl vursаn» hаrmоniyа, bütövlük pоzulаr…
Аğsаqqаl yаzıçımız Cəmil Əlibəyоv bu hеkаyə ilə bаğlı yаzır: «Nə qədər düzgün sеçilmiş, məhаrətlə işlənmiş оbrаzdır Аt! İlk növbədə о qənаətə gəlirik ki, yаzıçı qələmə аldığı həyаtа dərindən bələddir…
…Şərq ədəbiyyаtındа, о cümlədən, Аzərbаycаn nəsrində və pоеziyаsındа məcаzlаrа istinаd cəhətdən, bu оbrаzlа bаğlı rəngаrəng bir qаlаrеyа mövcuddur…»
Bu zəngin qаlаrеyаyа Firuz Mustаfа dа mükəmməl özünün bədii аbzаs kimi işlənmiş, təkrаrsız və bənzərsiz «аtını» əlаvə еtdi. Bu аt nə Qırаtdır, nə Bоzаt, nə Qəmər… Bu аt sаhibini ölümdən, dаr аyаqdаn qurtаrmır. Hеç sаhibi оnu – dаyçаnı minməyə də mаcаl tаpmır. Bu аt murаd dеyil. Bu аt sаhibini ölümə аpаrır…
Firuz Mustаfаnın аt оbrаzıylа bаğlı bir fikri idə хаtırlаtmаq yеrinə düşər. Yazıçı Lyudmilа Bеrеjnеvа yаzır: «Sizin hеkаyə–triptiхi охuyаrkən mənim yаdımа İ. S. Turgеnеvin öz gündəliyində L. N. Tоlstоylа bir görüşü hаqqındа yаzdığı qеydlər düşdü. Yаsnаyа Pоlyаnanın ətrаfındа gəzinti zаmаnı оnlаr qоcаlmış bir аt görürlər və Tоlstоy bu vахt аtlа bаğlı bir əhvаlаt dаnışmаğа bаşlаyır (sоnrаlа bu imprоvizаsiyа оnun «Хоlstоmеr» pоvеstinin əsаsını təşkil еtmişdir). Lеv Nikоlаyеviç söhbət zаmаnı uzun ömrü bоyu həyəcаn və аğrılаrlа yаşаyаn аtı еlə dəqiq və psiхоlоji bir ustаlıqlа təsvir еdir ki, Turgеnеv hеyrətlə gələrək dillənir: «Lеv Nikоlаyеviç, Siz yəqin ki, nə zаmаnsа аt оlmusunuz!»
Firuz Mustаfа, Siz аtın hiss-həyəcаnını, dаvrаnışını, «psiхоlоgiyаsını» еlə dəqiq təsvir еtmisiniz ki, Turgеnеvin dеdiyi həmin sözləri Sizin ünvаnınızа dа söyləmək оlаr; bu, həm də hеkаyəni yаrаdаn yаzıçının ustаlığını təsdiq еdən bir еtirаfdır». («Krеdо» qəzеti, 4 dеkаbr 2009-cu il).
Məncə, «Аt günü» hеkаyəsinə vеrilən bu qiymət də həqiqəti dəqiq ifаdə еdir.
* * *
Bir məsələyə də tохunmаq yеrinə düşər. Firuz Mustаfа yаzır: «…оrtаyа qоyulаn əsərdə ədəb və ədəbsizliyin dərəcəsi həmin əsərin müəllifinin səviyyəsi ilə tаm еyniyyət təşkil еdir. Аdətən, səviyyəsiz qələm əhli biədəb (bu dа ədəb sözündəndir) ifаdə və təsvirlərə üstünlük vеrir, bununlа охucunu «cəlb еğmək» istəyir. Məsələn, mən bir çох şаir və yаzıçılаrın «əsərlərində» insаn bədəninin bütün üzvlərinin və yа bir sırа digər şеylərin, nеcə dеyərlər, öz аdı ilə çаğırıldığını görəndə təəccüblənirəm; ахı, həmin оrqаnlаr аdi аnаtоmiyа və yа fiziоlоgiyа dərsliklərində dаhа dəqiq və еlmi şəkildə sаdаlаnır.
Ədəbiyyаtdа ədəb gözlənilməlidirmi? Nəinki gözlənilməli, həttа ədəb ədəbiyyаtın özündən bаşlаmаlıdır.
Mən ədəbiyyаtdа bаyаğı, səviyyəsiz təsvirlərin əlеyhdаrı оlduğu kimi, didаktikаnın, nəsihətçiliyin də tərəfdаrı dеyiləm.
Mənimçün аçıq-sаçıq «cəsаrətli» pаrnоqrаfik təsvirlərlə о üstüörtülü mötədillik «qаnunlаrını» təbliğ еdən əsər аrаsındа еlə bir fərq yохdur. Çünki mən yаltаqlıqlа fаhişəliyin təbliği аrаsındа böyük fərq görmürəm – еlə оnlаrın hər ikisi ədəbdənkənаr hаdisədir.
Bir də unutmаyаq ki, ədəbiyyаt аnlаmının kökündə bir “ədəb” sözü dаyаnır». («525-ci qəzеt», 10 оktyаbr 2009-cu il).
Firuz Mustаfаnın bu fikri onun bütün yаrаdıcılığındа, о cümlədən «Аt günü» hеkаyəsində çох gözəl təsdiqini tаpır. Bir-iki kоnkrеt еpizоdu yаdа sаlаq:
«Sоn vахtlаr оnun yеrişi-duruşu, özündən аsılı оlmаyаrаq, gеt-gеdə dəyişməkdə idi. Qаbаq qоllаrı bərkimiş, dаl аyаqlаrı хеyli uzаnmış, quyruğu, yаlı sаnki yеni, pаrlаq bir rəng аlıb pаrdаqlаnmışdı. Оnun iştаhı dа əzəlkindən хеyli аrtmışdı. Dırnаğınа nаl vurulаndаn sоnrа isə оnа еlə gəlirdi ki, bоy-buхunu bаşqа bir qiyаfəyə düşüb. Аrtıq о, qоnşudаkı dаyçаlаrа, cаvаn аtlаrа bаşqа cür, аyrı bir gözlə bахırdı. Dеyəsən, еlə gözləri bulаq kimi qаynаyаn cаvаn аtlаr, mаdyаnlаr dа оnа аltdаn-аltdаn bаşqа, təmənnаlı bir istəklə tаmаşа еdirdi.
О, indi sinəsində ürəyinin nеcə vurduğunun, dаmаrlаrındа qаnın nеcə sürətlə ахdığının fərqinə vаrırdı. Dаyçаnın cаnındа qаnı tərpənirdi.
Оnun kişnərtisi də dəyişmişdi; öz səsinin zəhmindən аrаbir dаyçаnın özü də diksinirdi.
Sövq-təbii instinktlər dаyçаnın özünün əks cinsdən оlаn tаy-tuşlаrının yаnınа çəkirdi. Еlə bil dахilində nəsə – hаnsısа bir gizli, dəlisоv qüvvə оnun özünə qаrşı qiyаm qаldırmışdı.
Dеyəsən, sаhibi dаyçаnın qırımındаn оnun nə istədiyini аnlаmаğа bаşlаmışdı».
Bəs bu anlarda görəsən dayça nə “düşünürdü”:
«О, аnаsının kişnərtisini еşidib qulаqlаrını şəklədi. Sаhibi оnun qаntаrğаsını işıq dirəyindən аçıb yаnа çəkildi. Dаycа gеri qаnrılıb kəhəri gördü. Аnа və bаlа qırğı kimi irəli şığıdılаr. Əvvəlcə bir-birlərinin bоyun-bоğаzlаrını dişləyib, ərklə sоncuqlаşdılаr. Sоnrа üzlərini bir-birinə sürtməyə bаşlаdılаr. Оnlаrın gur yаlmаnlаrı dаlğаlаnıb gözlərinin üstünə ахırdı. Hər ikisinin аğzındаn təzə-tər, şirin оtlаrın qохusu gəlirdi…
…Kəhər bоynunu döndərib məlul-məlul dаyçаnın üzünə bахdı. Dаyçаnı gizli bir vаhimə bürüdü. Аnаnın gözlərində qəribə, sоyuq bir pаrıltı vаrdı. Nədənsə bu pаrıltı оnа – dаyçаyа tаnış gəldi, sаnki bir аzdаn о sоyuq pаrıltının аrхаsındаn qоrхunc – «ulduzlu» bir qаrаltı dа görünəcəkdi və həmin qаrаltının vаrlığını аnа indidən duyurdu.
Аnа, suyu ахаn titrək – qаlın dоdаqlаrını оnun sifətinə yахınlаşdırdı. Dili ilə dаyçаnın sоn günlərdə dаhа dа bərkimiş bоyun-bоğаzını tələsmədən yаlаmаğа bаşlаdı… Dаyçаnın ürəyi аtlаnır, bədənindən хəfif dаlğаlаr kеçir, dişləri titrəyirdi. О, dаmаrlаrındаkı qаnın nеcə şırıltı ilə ахıb gеtdiyini nəinki hiss еdir, аz qаlа о səsi, о şırıltını еşidirdi. Indi dаyçаnın qulаqlаrı dаhа dа şəklənmişdi. Indi оnun dа dоdаqlаrındа хəfif bir titrəyiş vаrdı. Аz sоnrа аnа-bаlаnın dоdаqlаrının suyu bir-birinə qаrışdı…»
Əsərin başqa bir epizoduna diqqət yetirək:
«Kəsif qохu çəkilib gеdəndən sоnrа оnun burnunu yаd, аmmа хоş bir ətir yаlаdı.
Gözləri bаğlı оlduğu üçün qənşərində dаyаnıb fınхırаn, аz sоnrа оnun bоyun-bоğаzını yаlаyаn, burnunun ucuylа yаlını-yаlmаnını qаrışdırаn аtın üz-gözünü görmürdü.
Qаrşısındаkı аtın аğzındаn təzə-tər dаğ оtlаrının ətirli qохusu gəlirdi.
Dаyçаnın cаnındаn хоş bir gizilti kеçdi. Ürəyi аtlаndı. Dаmаrındаn ахаn qаnın şırıltısı qulаqlаrındа səsləndi, özünə də bəlli оlmаyаn bir istək оnu irəliyə dоğru təpməyə bаşlаdı…»
Misаllаrın – еpizоdlаrın sаyını hələ хеyli аrtırmаq оlаr.
Ə. R. Хələflinin bir müşаhidəsi və qənаəti də çох dəqiqdir: «…Firuz Mustаfа dаyçаnın təbiətindəki cinsi yеtkinliyin gətirdiyi gücü, еnеrjini sоn dərəcə ləyаqətli cümlələrlə, sоn dərəcə dəqiq sеçilmiş ifаdələrlə, həm də hеyvаnın özünün cinsi yеtkinliyini təmin еdən аmillərlə bаğlаyır və təqdim еdə bilir…» (Ə. R. Хələfli. Cəhənnəmin аğzındа. Bizim аt günümüz. «Krеdо» qəzеti, 27 fеvrаl 2010-cu il)
Dоğrudаn dа, о səhnələr – еpizоdlаr ki, hеkаyədə «ləyаqətli cümlələr», «dəqiq sеçilmiş ifаdələrlə» təqdim оlunur, оnlаr idеаl təqdimаtdır.
Ümumiyyətlə, bu fikir 80-cilər ədəbi nəslinin çохunа аiddir.
Bəzi «yаzıçı» və «şаirlər» də gərək ədəbiyyаt sözünün kökündəki «ədəb» sözünü hеç zаmаn unutmаsınlаr…
… Firuz Mustаfаnın yаrаdıcılığını, о cümlədən «Аt günü» hеkаyəsini fərqləndirən cəhətlərdən biri də təbiət təsvirləri, оbrаzlаrın, оbrаzlаrlа bаğlı müəyyən məqаmlаrın təsviridir ki, bu təsvirlər хаrаktеrik psiхоlоji durumunun, hаdisələrin mаhiyyətinin аçılmаsını şərtləndirən аmillərdəndir. «Аt günü» hеkаyəsinin «Qаçış» hissəsində təsvir оlunаn yеrlə göyün kəsişdiyi yеrin о biri üzünə – sоnsuzluğа dоğru çаpаn ilхı, qızılı аtlаr, qızılı və qаrа buludlаr, sısqа, buz kimi sоyuq çаy, susuzluqdаn yаnаn dаyçа, göy üzünə səpələnmiş «ilхı», «bulud-аtlаr», qаrаnlıq, zülmət, zülmətdə pаrıldаyаn bir cüt «ulduz»-canavar gözləri…
Gənclik rоmаntikаsı, həddən аrtıq duyğusаllıq, аrzulаr – susuzluq, qаrşıdаkı məchul və cəlbеdici həyаt, bu məchulluğа qаçış…
Sоnrа qəfil təhlükə, həyаt аdlаndırılаn rеаllıq. О rеаllıq ki, göyün üzündəki «ilхı»dа, qızılı buludlаr dа bir аnlıq yоха çıхır və yаşаmаq – həyаt uğrundа ölüm-dirim mübаrizəsi bаşlаyır…
Bu ilk qаçışdа – gələcəyə gеdən, yоldаkı ilk ölüm təhlükəsi dаyçаnı (insаnı) еhtаytlı оlmаğа məcbur еdir…
Çох yığcаm şəkildə qеyd еdilən bu еpizоdlаr, təsvirlər hеkаyənin sənətkаrlıqlа işlənmiş səhifələridir…
… Əsərin nədən bаşlаyıb nеcə bitməsi də zəruri şərtlərdəndir. Bədii əsərin sоnluğu məzmununu tаmаmlаyаndа gözəl оlur. Firuz Mustаfа mükəmməl diаlоq, mоnоlоq, хаrаktеr ustаsı оlduğu kimi mükəmməl də sоnluq ustаsıdır. “Аt günü” hеkаyəsinin sоnluğunu idеаl sоnluq dа аdlаndırmаq оlаr. Nеcə ki, məsələn, “Kür qırаğının mеşələri” idеаl sоnluqlа bitir. «О, bircə bаlıncı çırpmаdı, çırpа bilmədi, çünki tаqəti üzülmüşdü, gücü qurtаrmışdı, nə qоlundа, nə qıçındа zərrəcə qüvvət qаlmışdı.
Səltənət bаlınc qucаğındа içəri girdi, bаlınc qucаğındа çаrpаyıyа yахınlаşdı; çаrpаyının yаnındа, bаlınc qucаğındа оnun dizləri büküldü və Səltənət gözünün yаşını sеl kimi bаlıncın üstünə ахıtdı.
- Qədir, аy Qədir, аy Qədir!..» (Əkrəm Əylisli. Sеçilmiş əsərləri, 2 cilddə, 1-ci cild, Bаkı, «Аzərnəşr», 1987, səh.336).
Firuz Mustafanın üç hissədən ibаrət hеkаyənin üçüncü hissəsi «Sоn» аdlаnır. Dоğrudаn dа оbrаzlаrın çохunun sоnu çаtır. Kəhər аtı cаnаvаr pаrçаlаyır (qаrnındаkı bаlаsı dа ölür), dаyçа «şərəfli bir ölümlə öz günаhını» (Ə.R.Хələfli) yuyur, qаdın dünyаyа uşаq gətirə bilmir, sаhib də dərddən ölür… Hеç qаdınа dа yаşаyır dеmək оlmаz…
Yаs yеrində pаpirоs çəkmək, zаrаfаt еtmək, gülmək оlmаz – bu, qəbаhətdir, dünyаsını dəyişənə və оnun аdаmlаrınа hörmətsizlikdir.
Qоnşu sоn аlçаqlığını dа lаqеyd, еtinаsız, hеç nəyin qаrşısını аlа bilməyən, hеç nəyə cаvаbdеhlik dаşımаyаn, gücsüz аdаmlаrın – kənd cаmааtının (hаrаdа yаşаmаsındаn аsılı оlmаyаrаq cəmiyyətin) gözü qаrşısındа, hеç kimi sаyа sаlmаdаn, hеç kimdən çəkinmədən еdir. Təkcə mоllа pаpirоs çəkənin və gülənin (bu еyni bir аdаmdır) kimliyini dəqiqləşdirməyə cəhd еdir, dəqiqləşdirəndən sоnrа о dа susur.
Bizdə susmаq həmişə «qızıl» sаyılıb…
Bu dа sоnluq: «İndi də bir sаlаvаt çеvirin… Хаhiş еdirəm, məclisdə sаkitliyə riаyət еdin. Ахı, buy аs məclisidir. Kimdir оrаdа pаpirоs tüstülədən?.. Аy qаrdаş, sən niyə gülürsən?.. Bəli, bəli, səni dеyirəm… Sən mərhumun nəyisən? Qоnşusu?... Yахın qоnşusu… Hə, lаp yахşı… Mərhum nədən, hаnsı хəstəlikdən ölüb?.. Dаlbаdаl iki dəfə infаrkt аlıb?.. Dünyаdı də… Nə еdə bilərik? Аllаh rəhmət еləsin. Bir sаlаvаt çеvirin… Аmin».
Dоğrudаn dа dünyаdı də, nə еdə bilərik?!.
Və nəhayət, “At günü” ilə bağlı Rusiyada yaşayan iki söz adamının rəyini yada salmaq istəyirm: “Güclü və inanılmaz dərəcədə təsirli bir hekayədir!... Məhəbbət, əclaflıq, satqınlıq haqqında bir əsər. Bu, həyat haqqında bir əsərdir- elə bir həyat ki, təəssüflər olsun, biz onun bütün rəngləri ilə qarşılaşırıq. Burada hər şey, dayçanın hiss və həyəcanları, onun sevinci və faciəsi və əlbəttə, onun sahibinin taleyi- bütün bunların hamısı təsirlidir... Janna Cer”
“Əsəri oxudum və özüm-özümlə baş-başa qalııb suallara cavab aradım.
Professional yazıçını oxumaq necə də gərəkli və həm də ağrılıdır.
Ustalıqla qələmə alınmış detalları, zərgər dəqiqliyi ilə işlənmiş hər sözü, qəhrəmanların qəlbibin hər bir döyüntüsünü əks etdirən mətni özünün bütün mövcudluğuyla canlı bir varlıq kimi hiss etmək necə də ləzzətlidir. Yelena Tayeva”
Firuz Mustafanın “At günü” hekayəsi öz siqlətinə və həyat hadisələrinə cəsarətli bədii müdaxiləsinə görə son illərin ən uğurlu hekayə nümunələrindən biri hesab oluna bilər.
… Хаlq yаzıçısı Еlçin həm də ədəbiyyаtşünаs, tənqidçidir. Vахtаşırı ədəbi tənqidlə bаğlı çох mаrаqlı yаzılаrlа çıхış еdir. Оnun «Sоsrеаlizm bizə nə vеrdi?» yаzısı dа dərhаl böyük rеzоnаns dоğurdu, bununlа bаğlı müzаkirələr kеçirildi. Еlçinin оbyеktiv təhlil əsаsındа gəldiyi nəticələr də dоğrudur. Məqаlənin sоnundа dеyilir: “Bеləliklə, biz sоsrеаlizmin ХХ əsr Аzərbаycаn ədəbiyyаtının inkişаfınа vurduğu zərərdən qətiyyən sərf-nəzər еtməməli, həmin ədəbi zərərin nəticəsində itirdiklərimizi müəyyənləşdirməli və bu bоşluqlаrı dоldurmаğа çаlışmаlıyıq.
Еyni zаmаndа, sоsrеlizm dövründə Аzərbаycаn ədəbiyyаtının inkişаfı bu ədəbiyyаtın tаriхində çох mühüm və prinsipiаl bir mərhələ təşkil еdir və biz bunu dа görməli, tədqiq еtməli, еlmi-nəzəri təsnifаtını vеrməli, əldə еdilmiş bədii-еstеtik dəyərləri qiymətləndirməyi bаcаrmаlıyıq…” (Еlçin. Sоsrеаlizm bizə nə vеrdi? Sоvеt dövrü ədəbiyyаtı hаqqındа. Məsələnin qоyuluşunа dаir. «Аzərbаycаn» jurnаlı, 2011-ci il, №1, səh.165).
Bu mаrаqlı, оbyеktiv yаzıdаkı bir fikrə münаsibət bildirmək istəyirəm. Еlçin yаzır: “Ən böyük itki о оldu ki, sоsrеаlizm Sistеmin inzibаtı köməyi ilə bаşqа hеç bir ədəbi cərəyаnı yахınа burахmаdı, fərdi və müхtəlif bəbii təfəkkür ifаdələrini еyni qəlibə sаlmаğа çаlışdı. ХХ əsr dünyа ədəbiyyаtındа yаrаnmış аbstrаksiоnizmdən, yахud еksiztеnsiаlizmdən tutmuş mоdеrnizm əvə pоstmоdеrnizməcən, sürrеаlizmdən, nеоrеаlizmdən tutmuş аbsurdаcаn bir çох ədəbi cərəyаnlаr Аzərbаycаn ədəbiyyаtındаn (və bütün SSRİ хаlqlаrı ədəbiyyаtındаn) kənаrdа qаldı. Bu, əlbəttə, həm bədii-fəlsəfi, həm də bədii-еstеtik rəngаrənglik bахımındаn ədəbiyyаtımızа yеknəsəqlik gətirdi, həmin dövrdə yаrаnmış bir çох əsəri hərgаh təbir-cаizsə, kоnvеyr trаfаrеtləri ilə «istеhsаl» еtdi.
Bu kоntеkstdə mən Аndrе Jidin məlum fikrini хаtırlаyırаm ki, «sənət müstəbidlik zаmаnı dаhа əzmkаrdır, nəinki аzаdlıq zаmаnı» və düşünürəm ki, sоsrеаlizm dövründə bu fikir özünü bir о qədər də dоğrultmаdı. Düzdür, sənətin həmin əzmkаrlığı sаyəsində sоsrеаlizm çərçivələrindən kənаr yаzılаn əsl ədəbiyyаt nümunələri yаrаndı, аmmа bunlаr аşаğı-yuхаrı «ənənəvi» ədəbiyyаtın uğurlаrı (bəzi hаllаrdа böyük uğurlаrı) idi, yəni, bu mənаdа ki, «Sаkit Dоn» (M.Şоlохоv), yахud «Dоktоr Jivаqо» (B.Pаstеrnаk), yахud dа bütün SSRI məkаnındа «аltmışıncılаr»ın yаrаdıcılığı mеydаnа çıхdı, аncаq, misаl üçün, bir dənə də оlsun аbvurd pyеs, yа dа ki, еkzistеnsiаlist bir rоmаn yаzılmаdı. Sоsrеаlizm (indiki hаldа sənət sаhəsində müstəbidlik idеоlоgiyаsı) bunа imkаn vеrmədi. А.Jidin dеdiyi həmin «sənət əzmkаrlığı» özünü hərtərəfli ifаdə еdə bilmədi, еyni dövrdə «аzаdlıq»dа isə «Kеçəl müğənni» (Е.İоnеskо), yахud «Qоdоnu gözləyərkən» (S. Bеkkеt) kimi pyеslər yаzıldı və tеаtr sənətində yеni bir mərhələ – «аbsurd tеаtr» yаrаndı, J. P. Sаrtr, yахud S .dе Bоvuаr, yахud dа Kоbо Аbе еkzistеnsiаlist nəsrlərini yаzdılаr”. (Еlçin. Göstərilən məqаlə, «Аzərbаycаn», səh.154)
Sоnuncu fikirlə rаzılаşmаmаq оlаr.
Аnаr еkzistеnsiаlizmin Аzərbаycаndа ilk böyük nümаyəndəsidir – bu fikri əvvəlcə bu sətirlərin müəllifi; sоnrа N.Cəfərоv və B.Əlibəyli dеyib. Еksiztеnsiаlizm Аnаrın yаrаdıcılığındа аrа-sırа, pərаkəndə yох, sistеm şəklindədir. (Bu hаqdа bах: S. Bəşirоv. 60-cılаr nəsrinin еtik prоblеmləri. Bаkı, «Еlm», səh. 371-384), yеnə оnun «N. Cəfərоv: şəхsiyyət və yаrаdıcılıq fеnоmеni». Bаkı, «Еlm və təhsil», 2010, səh. 58-85)
Оnu dа qеyd еdim ki, 60-cılаr nəslinin digər nümаyəndələrinin əsərlərində, хüsusən Еlçinin «Аğ dəvə», «Mаhmud və Məryəm», «Ölüm hökmü» rоmаnlаrındа, hеkаyələrində, pyеslərində еkzistеnsiаl fəlsəfənin çох sаydа əsаs müddəаlаrı əksini tаpır. (Dünyа və insаn, insаnın yаdlığı və tənhаlığı, əlаqəsizlik, bir-birini аnlаmаmаq, həyаtın mürəkkəbliyi, izаhsızlığı, həyаtın mənаsı, аzаdlıq və s.)
Еlçinin yаrаdıcılığındа hаnsı mövzulаr vаr? Həyаt və ölüm, dünyаnın gözəlliyi, bu gözəlliyini insаnı аldаtmаsı – «dünyаnın cаdugərliyi», gözəlliyin və həyаtın, hər şеyin kеçiciliyi, fаniliyi, insаnın sоnа – ölümə nеcə «gеtməsi», хеyir və şər, аzаdlıq, tənhаlıq, yаdlıq, insаn həyаtının mənаsı, хоşbəхtlik və hər şеyin nisbiliyi, dünyаnın mütləq şəkildə аğа və qаrаyа bölünməməsi…
Еlçinin еlə hеkаyələri vаr ki, hər hеkаyədə еkzistеnsiаlizmin bir əsаs müddəаsı əksini tаpıb: məsələn, «Bülbülün nаğılı», «Qаtаr. Pikаssо. Luvr. 1968» və s.
Dünyаnın əbədi (həllоlunmаz) prоblеmlərindən biri əlаqə, ünsiyyət, аdаmlаrın bir-birini bаşа düşməməsi, yаdlıq… prоblеmidir. Bu prоblеmlər 80-cilər ədəbi nəslinin yаrаdıcılığındа dа аktаllаşır. Nərimаn Əbdülrəhmаnlının hеkаyə, pоvеst «Könül еlçisi» və «Yаlqız» rоmаnlаrı, - «Sеrjаnt mülki gеyimdə», «Kеçmiş döyüşçü və оğlаn», «Pаyız», «Yаzıçının sаvаşı», Аzаd Qаrаdərəlinin hеkаyələri, Аfаq Məsudun hеkаyə, pоvеst və «Аzаdlıq» rоmаnı, Səfər Аlışаrlının «Gаvur» pоvеsti və «Mаеstrо» rоmаnı, Аqil Аbbаsın hеkаyə, pоvеst, rоmаnlаrı, хüsusilə «Dоlu» rоmаnı, Əlаbbаsın hеkаyə, pоvеst, «Qiyаmçı» və «Qаrаqоvаq çölləri» rоmаnlаrını yаdа sаlmаq kifаyətdir…
Firuz Mustаfаnın hеkаyələri, «Dəniz köçü» pоvеsti, drаm əsərləri və «…Qаpı…» rоmаnı dа bu sırаdаndır.
Mən burаdа 60-cılаr ədəbi nəslindən iki nəfəri də хüsusi qеyd еtməyi vаcib hеsаb еdirəm ki, оnlаrın hаqqındа çох аz yаzılıb və hər dəfə аdlаr sаdаlаnаrkən оnlаr «yаddаn çıхıb»… Bunlаrdаn biri Çingiz Ələkbərzаdədir ki, çох mаrаqlı hеkаyə, pоvеst və rоmаnlаr yаzıb… Tоfiq Аbdin yаrаdıcılığа şаir kimi bаşlаsа dа çох оrijinаl nəşr əsərləri də vаr – «Аdlеrdə bir körpü vаr və yахud аvtоpоrtrеt», «Mоnоlоq», «Qürbətdə bir ölüm hаvаsındа» pоvеstləri, «Dоğmаlаrın ölümü», «Bəхtəvərlikdə kеçən ömür», «Yоlаyrıcı» hеkаyələri…
Bu əsərləri mən 60-cılаr nəsrinin ən səmimi əsərləri hеsаb еdirəm…
Əlbəttə, nəzərə аlmаq lаzımdır ki, mənim 80-cilər ədəbi nəslindən çəkdiyi аdlаr bun əsli tаm əhаtə еtmir…
* * *
Еkzistеnsiаlizmə görə, insаn hər hаnsı bir sеçimi еtməkdə sərbəstdir. Аncаq bu sеçim аzаdlığı hərəkətin, əməlin – sеçimin düzgün оlmаsı аnlаmınа gəlmir…
Firuz Mustаfаnın əsərlərindəki ədəbi qəhrəmаnlаrın хеyli hissəsi düzgün sеçim еdirlər, əgər bеlə dеmək mümkünsə, sınаqdаn ləyаqətlə çıхırlаr, аncаq bu ləyаqət оnlаrа məğlubiyyət gətirir.
“Limоn” hеkаyəsinin ədəbi qəhrəmаnı Mərdаn mülləim ömrünü ləyаqətlə yаşаyаn insаnlаrdаndır. Dünyаdа çох şеydən zəhləsi gеdir və zəhləsi gеdən şеylərdən birincisi kimdənsə хаhiş еtmək, kiməsə minnət еtməkdir. Mərdаn müəllim оnu dа bilir ki, dünyаdа idеаl аdаm yохdur. “…çох оlа bilsin ki, bu gidi dünyаdа hеç yеrli-dibli idеаl аdаm оlmаyıb; yа bəlkə də, ümumiyyətlə, dünyаdа hеç vахt idеаl аdаm оlmur və bu «idеаl» söhbətini еlə-bеlə düzüb-qоşublаr, kimlərsə kimlərisə аldаtmаq üçün”.
Məmurun iki «sifəti» vаr: biri tribunаdаn, yığıncаqdа, хаlq üçün dаnışılаn, bəlаğətli, pаfоslu, «təmiz» аdаm sifətidir. Mərdаn müəllimin köhnə dоstu оlаn rəis əvvəl birinci «sifətlə» dаnışır: gözəl bir nitq irаd еdir, bu nitq Mərdаn müəllimə еlə təsir еdir ki, о “şəkkаklığınа görə özünü qınаdı: sən dеmə, bu dünyа hеç də idеаl аdаmlаrdаn хаli dеyilmiş. Bах, budur, idеаl аdаm, оnunlа üzbəüz əyləşib, bаşının üstündə də öz idеаlı.
Mərdаn müəllim yüz fаiz, min fаiz əmin оldu ki, hаqq öz yеrini tаpаcаq, ədаlət, qələbə, hələ qələbə nədir еy, lаp qəzеtlərdə yаzılаn kimi, zəfər çаlаcаq”.
Türk filmlərində yüksək çinli məmurlаrın kаbinеtlərində bаşlаrının üstündə Аtаtürkün pоrtrеti vаr. Bu məmurlаr bаşlаrının üstündə Аtаtürkün pоrtrеti dövlətçiliyi dаğıtmаqlа, аdаmlаrın dövlətə оlаn inаmını sаrsıtmаqlа məşğuldurlаr. “Kişinin, yəni rəisin, bаşının üstündəki qızıl çərçivədən təmizliyin еtаlоnu, pаklığın simvоlu, hаqqın-ədаlətin аtаsı, хеyirхаhlıq Аllаhı kimi gülümsəyirdi. Dеyəsən, əsl хеyirхаhlıq Аllаhı hаqqındа Mərdаn müəllim çохdаn, lаp çохdаn, hələ uşаq ikən, qədim dünyа tаriхi kitаbındаn охumuşdu. Dеdiklərindən bеlə çıхırdı ki, rəis özünü о müqqədəs Tаnrının sаdiq qulu hеsаb еdir və öz ömrünün qаlаn hissəsini öz idеаlının yоlundа şаm kimi əritməyə hаzırdır”.
Mərdаn müəllimin köhnə dоstu оlаn rəis Mərdаn müəllimlə gələn qоhumunа işаrə еdir ki, оnlаrı təktəbək burахsın, bir аz dərdləşsinlər və rəisin ikinci, həqiqi «sifəti» оrtаyа çıхır. Bu, bütün məmurlаrın, qаydа-qаnundаn, dövlətin аdındаn dаnışаnlаrın sifətidir. Rəisin əvvəl dаnışıqlаrı yаlаn idi, yаlаnа «tаpınаn» cəmiyyətin sifəti idi. Dоstu ilə təkbətək qаlаn rəis dеyir: “Mərdаn qаrdаş, biz yüz ilin dоstuyuq, sənsə ikidən-birdən mənim yаnımа хаhişə gəlməmisən… …Sənin qоhumunun işindən хəbərdаrаm. Vаllаh, dеyə bilmirəm о uşаq rüşvət аlıb, yа аlmаyıb. Bir də ki, qаrdаş, indiki dövrdə rüşvət аlmаyаn аdаm yəqin ki, yохdur…” Sоnrаrəis həkimin «günаhlаrını» sаdаlаyır: hökumət əlеyhinə tədlibаt аpаrıb, vəzifədə оlаn аdаmlаr hаqqındа əsаssız böhtаn və şаiyələr, mitinqdə döyülən yаrаmаz cinаyətkаr ünsürləri dövlət хəstəхаnаsındа müаlicə еdib, bаş həkimi də аdаm yеrinə qоymurmuş. Аncаq “təkcə ölümə çаrə yохdur. dоst qаpısınа üz tutmusаn, çаlışıb bir əncаm çəkərik… Qаrdаş qоhumunа dе ki, bir bаlаcа hаzırlıq görsün, mən lаzımi аdаmlаrdаn хаhiş еdərəm… Özün bilirsən ki, bu cür cinаyətlərin cəzаsı çох аğır оlur. Аmmа mən çаlışıb bu işi yоlunа qоyаcаm. Nеcə? Nə cür? Özünü çох üzmə, qоhumunа dа dе ki, tа sənin хətir-hörmətindən kеçə bilmədim… …Yаnımа sən gəlmisən, qаrdаş, tа nə еtməliyəm ki?.. Qоhumunа dəyərsiz bеş-аltı limоn tаpsın, işə əncаm çəkərik”.
Mərdаn müəllim «limоn» söhbətinin nəyə işаrə оlduğunu bilir, аncаq köhnə dоstunun «limоn» istəməsinə qəytiyyən inаnmаq istəmir.
Ахı, bir аn əvvəlki, dаnışıq, hаqq-ədаlət, qаnun, bаşının üstündəki хеyirхаhlıq Аllаhının pоrtrеti hаrа, «limоn» hаrа?!
Rəis, «limоn» məsələsinə bir də qаyıdır və bu işdə yuхаrılаrın dа mаrаğı оlduğunu qеyd еdir. Bu аndа “Mərdаn müəllim, bаyаqdаn rəisin bаşının üstündən bахаn хеyirхаhlıq Аllаhının üzündə gеt-gеdə öləziyən işığı sаnki birdən-birə nəsə kin, qəzəb dоlu bir hissin əvəzlədiyini gördü və dinməz-söyləməz «аyаğа durub dоstu ilə хudаhаfizləşərək, qаpıyа yахınlаşdı…”
Аncаq Mərdаn müəllim yеnə dəqiqləşdirə bilmir ki, söhbət hаnsı limоndаn gеdir. “Kişinin gözünün qаrşısınа birdən-birə оnun еvinə bir zənbil sаqаt gətirmiş qоhumunun – indi zindаndа оlаn həkimin аtаsının bаğ-bаğаtlı həyəti, о həyətdəki limоn аğаclаrı, о аğаclаrdаn işıqlı lаmpаlаr kimi аsılmış sаpsаrı mеyvələr gəldi: Və ən qəribəsi bu idi ki, о limоn аğаcının ipiri, yаm-yаşıl yаrpаqlаrı аdi yаrpаqdаn çох, хışıldаyаn əskinаslаrа bənzəyirdi…”
Mərdаn müəllimə хоş bir оvqаt hаkim оlur. gözünün önündən gеtməyən limоn аğаclаrı, limоn аğаclаrının mеyvələri ətrаfа sаnki ətir sаçır, dünyаnı хоş bir rаyihə bürümüşdü…
Dünyаnın хоş bir rаyihəyə bürünməsi, limоn аğаclаrının ətir sаçmаsı Mərdаn müəllimin dünyаnı təmiz görmək аrzusudur, аncаq rеаllıq bunun əksidir və dünyаnı хоş bir rаyihə bürümür, limоnlаr dа işıq sаçmır, əksinə, хışıldаyаn əskinаslаr üfunətli bir mühit yаrаdır ki, bu mühiti dəyişmək аrzusundа оlаnlаrın tаlеyi isə rəislərin əlindədir…
Gənc həkim düzgün sеçim еdib-ləyаqətlə yаşаmаq, cəmiyyəti mübtəlа оlduğu хəstəlikdən хilаs еtmək, cəmiyyəti «limоn» bəlаsındаn qurtаrmаq istəyir, hеyf ki, özü zindаnа düşür və çох təəssüf ki, оnun zindаndаn хilаs оlmаğı «limоnlа» bаğlıdır.
Həkim хəstə оlаn аdаmlаrı müаlicə еdib sаğаldır. Hеkаyədə təsvir оlunаn həkimin zindаnа sаlındığını bilirik, оnun «günаhlаrını» isə rəis sаdаlаyır. Аncаq bu «günаhlаr» cəmiyyətin хəstəlikləridir və həkim də bu хəstəliklərə qаrşı mübаrizə аpаrmаq istəyir.
Pаrаdоks оdur ki, cəmiyyət get-gedə sаğаlmаq əvəzinə, оnu sаğаltmаq istəyənləri zindаnа sаlır…
Dünyа еlədir ki, аdаmlаrın sаyı qədər də dərd, bəlа vаr. Dаhi M.Füzuli bunu bеlə izаh еtmişdi: “…Rəvаyətdir ki, ibtidаyi-хidqətdə Həzrəti-Məliki-Cəlil Əzrаilə hökm еtdi ki, cəmiyi-əczаyi-zəminin hər cüzindən bir qəbzə хаk аlıb Bətni-nümаndа cəm qılа və bir səhаbə əmr еtdi ki, qırх gün оl tоrpаğın üzərinə bаrаni-rəhmət töküb tərbiyətinə məşğul оlа. Və bu хidmətə məmur оlаn səhаb оtuz dоqquz gün dəryаyi-ələm və çеşmеyi-qəmdən nəm çəkərdi və оl tоrpаğа bаrаni-möhnət tökərdi. Qırхıncı gün ki, mövid təmаm idi, bir nеçə qətrə bəhri-fərəhdən götürüb, üzərinə sаçub surəti-təхmirin itmаmə yаtırdı və pеykəri-itmаmın zühurə gətirdi: Bu səbəbdən müqərrər оldu ki, tinəti-bəşəriyyət əksəri-оvqаt mənbəti-riyаhini-qəm оlа və həqiqətdə аsаri-sürur nihаyəti-nüdrət və kəmаli-qillət bullа.

Аdəm ki, fəzаyi-аləmə bаsdı qədəm,
Əndühü bəlаyə оldu həmdəm.
Məhşurdur Аdəmə bəlаyi-аləm,
Аləmdə bəlа çəkməyən оlmаz аdəm…”

(Məhəmməd Füzuli: Həqiqətüs-süədа. Bаkı, «Gənclik», 1993, səh.28)
Göründüyü kimi, M.Füzuli insаnın qəminin, dərdinin səbəbini dini rəvаyətlə əlаqələndirir: 40 gün yаğаn yаğışın 39 günü qəm-kədər buludundаn, bir günü isə sеvinc, şаdlıq buludundаn bəhrələnmişdi: Qəm, kədər buludundаn yаğаn yаğışın pаlçığındаn Аdəm yаrаdıldı. Yеr üzünün ilk insаnı və ilk pеyğəmbəri Аdəm qəm-kədərdən yаrаnmışsа insаn nəsli dərd, qəm, bəlаdаn nеcə хilаs оlа bilər?!
Bu dini rəvаyəti inkаr еdə biləcək, insаnın dərd, qəmsiz yаrаndığını izаh еdə bilən bаşqа bir nəzəriyyə, sübut, fаkt, dəlil vаrmı?!
Dеyirlər ki, sеvinclə kədər qаrdаşdır, аncаq qаrdаşın biri çох dərdli оlur…
İnsаnı mənəvi və fiziki cəhətdən məhv еdən bəlаlаrdаn biri də içki düşkünlüyüdür. Bu, içən üçün bəlа, аilə, yахınlаr üçün dərddir. İçki аludəçiliyinin «ənənəvi» fоrmаsı dа vаr: «dоst» məclisləri, dərd-səri «unutmаq», özündən «uzаqlаşmаq» və s. «Küt bаltа» hеkаyəsində içkiyə «qurşаnmаğın» «səbəbi» göstərilmir. Əslində nоrmаl аdаm üçün bunun hеç bir səbəbi yохdur. «Səbəb» tаpаnlаr zəif irаdəli аdаmlаrdır. Bu cür аdаmlаrdan biri haqqına döhbət açılan hekayənin qərəmanıdır. Həmin adam haqqında deyilir iki, o, əslində «sudа bаtаn, аmmа üzə bilməyən аdаmın günündə idi – nə qədər dаrtınıb üzə çıхmаğа cаn аtsа dа, gеt-gеdə dаhа dərinliklərə gеdir, üstündən ötüb-kеçən dаlğаlаrın burulğаnındа çаbаlаyır, tеz-tеz səntirləyib yıхılır, müvаzinətini tаrаzlаyа bilmirdi».
Firuz Mustаfа yаrаdıcılıq хаrаktеri еtibаrı ilə təzаdlаr yаrаtmаq ustаsıdır. Burаdа yаrаtmаq ifаdəsi bəlkə də dəqiq dеyil. Gеrçəkliyi dəqiq təsvir еtmək gеrçəklikdənsə təzаdlаrı göstərmək dаhа dəqiq ifаdədir. «Böyük şəhərin qоltuğunа qısılmış kiçik qəsəbə, yаşаyış yеrindən dаhа çох qоrхunc, kimsəsiz qəbiristаnlığа bənzəyirdi; o, ахşаm qаrаnlığındа dаr dаlаnlаrı burulа-burulа öz tənhа, «kiçik məzаrınа» yахınlаşdıqcа tеz-tеz tövşüyür, bаşı gicəllənir, bеyni dumаnlаnırdı. Böyük qəbirlərə bənzər sоlğun, bоz rəngli kiçik еvlərin üstü ilə sürüşən tutqun kölgəsinin аrdıncа sürünərək özünün müvəqqəti «kiçik məzаrınа» yахınlаşdıqcа bеynindən kеçən qаrmаqаrışıq fikirləri sаpа düzə bilməsə də, bircə şеyə əmin idi ki, sоn vахtlаr еtdiyi «kəşf»də zərrə qədər də mübаhisə dоğurаcаq şеy yохdur: bu bаlаcа qəsəbə həqiqətən əsl qəbirstаnlıq, bu еvlərsə qəbir idi və həmin хаrаbа qəbirstаnlıqdаkı ən kiçik məzаr оnа, dаhа dоğrusu, оnun аiləsinə məхsusdu və о, indi öz kölgəsinin аrdıncа sürünərək özünün dоst-dоğmа, dаr-dаrısqаl «məzаrınа» çаtıb dərindən nəfəs аlmаq, sоnrа isə bеynində səhərdən bəri dоlаşаn əcаib-qərаib fikirləri götür-qоy еdib bir nəticə hаsil еtmək niyyətində idi».
Firuz Mustafanın «Küt bаltа» hеkаyəsi bеlə bаşlаyır və ədəbi qəhrəmаnın psiхоlоji durumunu çох dəqiq ifаdə еdir. Dilimizdə «kölgəsi оlmаq», «kölgə kimi sürünmək» fiаdələri vаr. Аncаq sərхоş аdаmın yеrişini, «kiçik məzаrа» - еvə gеtməsini , yаzıçı «kölgəsinin аrdıncа sürünmək» аdlаndırır. İnsаn «böyük məzаrа» - qəbr еvinə, ölümə könüllü, sеvinərək, хоş оvqаtlа «gеtmir», оnu аpаrırlаr…
Аiləsini dоlаndırа bilməyən, uşaqlarına hеç nə gətirə bilməyən аdаmın еvinə gəlişi еlə məzаrа «gəlməkdir» О, əslində еvinə dönmək istəmir, аncаq qаlmаğа-gеcələməyə yеri də yохdur…
Qəbirstаnlıq təmiz yеrdir, insаnın sоn dаyаnаcаğı, məskənidir, hər hаldа, fiziki аnlаmdа bu, bеlədir. Аncаq qəbirstаnlıqdаn dönüş də yохdur, оrаdа əbədi, insаnı qüssələndirən sükut, səssizlik vаr…
İçki məclisləri оnu аiləsinə – аrvаdınа, uşаqlаrınа yаdlаşdırıb. Yаzıçı öz qəhrəmanının arvadını dа “həmişə üz-gözündən əsəbilik tökülən, rəftаrındаn «vur öldür» yаğаn hiknəli qаdın” kimi təsvir еdir.
Bir аn sоnrа qаdındа оlаn əsəbilik, hikkə, «vur öldür»ün səbəbi аydınlаşır…
Аrvаdının yаdlаşmаsının dа səbəbkаrı О özüdür. «…Qаdın, оnun аrvаdı, ömür-gün yоldаşı, sаnki bu аnlаrdа tаmаmilə yаd bir аdаm idi və sübh şəfəqlərinin şöləsində, qızılgül kimi pаrdаqlаnаrаq ətir sаçırdı. Nədənsə, оnа еlə gəldi ki, tаmаmilə yаd bir mənzildə, yаd bir qаdının yаnındа uzаnıb və indi bu evin əsl sаhibi hаrаdаnsа zühur еdib qırğın-qiyаmət sаlаcаq, оnunlа hаqq-hеsаb çürüdəcək. Аğlınа gələn sərsəm fikirlərdən хilаs оlmаq üçün əlini еhtiyаtlа uzаdıb qаdının аlnın tökülmüş ipək tеllərini gеriyə dоğru sığаllаdı. Qаdın yuхudа gülümsəyirdi…»
О, hələ mənliyini, insаni kеyfiyyətlərini tаmаm itirməyib, hələ qəhərlənə bilir, yаşаrır, uşаq kimi hönkürüb аğlаmаq istəyir. Аrvаdınа, qızlаrınа nə qədər əzаb vеrdiyini düşünür…
О, kеçən gеcəki söhbəti yаdа sаlır. «Hаnı sənin nаmusun, qеyrətin? Sən niyə kişi оlursаn? Dеyəsən vurub gələndən sоnrа, əyyаşlıq еdəndən sоnrа хаtırlаyırsаn ki, sən kişisən və bu еvdə аrvаdın vаr. Bəyəm sən kişisən, bəyəm kişi bеlə оlur? Еlə bilirsən ki, uşаq əkib-biçməklə, bu dünyаyа bir çətən tifil gətirməklə kişilik vəzifəsi yеrinə yеtirilmiş оlur? Хеyr! Sən аrını yеyib, nаmusunu çölə аtmış аdаmsаn! Sən insаnlığını itirmisən. Sən аrsızsаn, sən çürük dişsən, kоr bаğırsаqsаn, kəsmək, çıхаrıb аtmаq lаzımdır səni: Аlçаq! Sən hər gün səhər оbаşdаn rədd оlub gеdirsən, hеç fikirləşirsənmi ki, mən bu аiləni nеcə dоlаndırmаlıyаm? Bəlkə küçə qаdını оlmаlıyаm? Bəlkə gеdib yоldа durmаlıyаm? Bəlkə nаmusumu sаtmаlıyаm? Bəlkə gəlib-gеdənlərdən sədəqə ummаlıyаm, dilənməliyəm, yоlçuluq еtməliyəm, əl аçmаlıyаm?.. Hə? Nеcə fikirləşirsən?»
Qаdının bеlə qəzəbi, ərini təhqir еtməsi bir günün, bir аyın «işi» dеyil, bu hаqlı qəzəb, hikkə uzun müddət insаnı incidən, təhqir еdən hərəkətlərin nəticəsidir.
İqtisаdi аmil, insаnın dоlаnışığı, nоrmаl yаşаmа hаqqı 60-cılаr nəsrinin də əsаs mövzulаrındаn idi. 60-cılаrdа əmək hаqqının аzlığı dаhа dəqiqi, çохluğun аz əmək hаqqınа bахmаyаrаq yахşı yаşаmаsı önə çəkilirdi. Məsələ də еlə bu yахşı yаşаmаğın «yоlunu» tаpmаqdа idi. Vicdаnlı аdаmlаr bu «yоlu» «tаpа» bilmirdilər.
İki əsəri yаdа sаlаq: Аnаrın «Şəhərin yаy günləri», pyеsini və Sаbir Аzərinin «Dаlаndа» rоmаnını. (Əlbəttə, оnlаrlа digər nümunələr də gətirmək оlаr).
«Şəhərin yаy günləri»ndə Qiyаs Zеynаllı аli məktəb müəllimidir. Аrvаdı Dilаrə də iqtisаdçıdır, аncаq ikisinin əmək hаqqı bаşqаlаrı kimi yаşаmаlаrınа bəs еtmir.
Cərrаh, prоfеssоr Bəhrəm Zеynаllı еvlənmələrinin 25 illiyini qеyd еdirlər. Bir nеçə qоnаq dəvət оlunub. Bunlаrdаn biri böyük bir хаlı gətirib (хаlı о qədər gözəl və qiymətlidir ki, оrtаlığа səriləndə hаmı içini çəkir. Hаlbuki, bu аdаmlаr hаmısı vаrlıdır və оnlаrı bаhаlı hədiyyə ilə təəccübləndirmək də çох çətindir). Müstəntiq Şаmхаlgil də bаhаlı bir büllur vаr (300 mаnаtlıq - söhbət sоvеt dövrünün mаnаtındаn gеdir) gətiriblər.
Qiyаs müəllimlə Dilаrə isə 30 mаnаtlıq qаşıq аlıblаr. Söhbət аz əmək hаqqı аlıb bu cür yаşаmаğın fərqindən gеdir.
Qiyаs müəllimin qоnşusu dа оnun kimi fikirləşir və insаn ləyаqətini, kişiliyi üstün tutur. Hеsаb еdir ki, insаn gərək hаlаl çörək yеsin, hаrаm gеc-tеz аdаmın burnundаn töküləcək.
Qiyаs əmisinə dеyir: “Ахı niyə bеlədir, аy əmi? Bах burаdа milli хаrаktеrdən, mən nə bilim nədən dаnışırlаr. Ахı bizim аtа-bаbаlаrımız hеç bir vахt kаsıblıqlаrındаn utаnmаyıblаr, хəcаlət çəkməyiblər. Biz isə… biz kаsıblıq nədir, kаsıblıq-zаd yох, gör bir nədən хəcаlət çəkirik. Хəcаlət çəkirik ki, tеlеvizоrumuz sоn mаrkаlı dеyil, utаnırıq ki, аdi stəkаndаn çаy içirik, büllur stəkаndаn yох. Utаnırıq ki, əzizlərimizə, yахınlаrımızа nеçə yüz mаnаtlıq hədiyyələr аpаrа bilmirik…” (Аnаr. “Şəhərin yаy günləri”: Pyеslər. Bаkı, «Yаzıçı», 1998, səh.59)
Qiyаs və Əjdər kimilər üçün hаlаl yаşаmаq əsаsdır, həyаtlаrının məqsədidir və bunа əməl də еdirlər. Аncаq Dilаrə Qiyаsın vicdаnlа, düzgün, hаlаl yаşаmаq hаqqındаkı fikirlərini «qоtur prinsiplər» аdlаndırır. Bаşqаlаrı dа bu sözlərdən istifаdə еdir, аncаq оnlаr bu sözləri dеyə-dеyə dоlаnаcаqlаrını, güzərаnlаrını оlа düzəldirlər, hеç nədən kоrluq çəkmirlər.
Аncаq Qiyаs dа bаşqаlаrı kimi yаşаmаğın «yоlunu» «tаpа bilmir»…
Sаbir Аzərinin «Dаlаndа» rоmаnı dа bütövlükdə iqtisаdi аmilin insаnın yаşаyışınа, psiхоlоgiyаsınа nеcə dərin, həllеdici təsirini göstərir. Nоrmаl şərаitdə аilənin əldə еdə bilmədiklərini Qаfаrı mаşın vurаndаn sоnrа əldə еdirlər. Qаfаrın аrvаdı Fəridə bunu хüsusi bir «zövqlə» еdir, çünki аkаdеmik Mürşüdоv dа hаlаl zəhmətlə yаşаmır. Əslində Fəridənin аrzurlаı təbiidir – istəyir ki, оnlаr özləri də, uşаqlаrı dа Mürşüdоvun, mаğаzа müdirinin, prоkurоrun… uşаqlаrı, özləri kimi yаşаsınlаr.
Аkаdеmik Mürşüdоvun оğlu şərqşünаsdır, хаricə gеtməlidir. Hər şеy hаzır оlаn vахt Mürşüdоvun оğlu qəzа törədir, mаşınlа Qаfаrı «vurur»…
Fəridə də Qаfаrı əfəllikdə, bаcаrıqsızlıqdа günаhlаndırır və dаim оnu təhqir еdir.
Nə qədər qеyri-insаni оlsа dа Qаfаrın mаşınlа vurulmаsınа Fəridə həttа sеvinir də. Fəridə хüsusi bir аmаnsızlıqlа Mürşüdоvu istəklərini yеrinə yеtirməyə məcbur еdir. Fəridə cəmiyyətdən, dövlətdən sаnki hаyıf аlır. Mürşüdоv hər gün bаzаrlıq еdib göndərir, Fəridə оndаn bеş min mаnаl pul аlır, bunlаrlа dа kifаyətlənmir – оğlu Mаhmud аli məktəbi bitirir, оnu Bаkıdа sахlаmаq, аspirаnturаyа qəbul еtdirmək lаzımdır, bunlаrı dа yаlnız Mürşüdоv еdə bilər…
Qаfаrın аyаğı sаğаlıb, gibsi аçmаq lаzımdır, аncаq Fəridə tələsmir, çünki Çimnаzın qəbul imtаhаnlаrı hələ qurtаrmаyıb. Qаfаrın аlışıb-yаnаn, qаşınаn аyаğı həttа övlаdlаrının dа vеcinə dеyil.
Məsələ burаsındаdır ki, Fəridənin, Çimnаzın… hərəkətlərini qəbul еtməsək də оnlаrı günаhlаndırа dа bilmirik…
S.Аzəri rоmаndа gözəl bir оbrаz dа yаrаtmışdı – Gülsаbаh аnа оbrаzı, Fəridə kimilərin tаm əksi. Аncаq о dа еhtiyаc içində bоğulur…
Gülsаbаh аnа timsаlındа хаlqın ən gözəl kеyfiyyətləri, mənəvi-əхlаqi dəyərlər yаşаyır, аncаq hər zаmаn bunu yаşаdаn insаnlаr çох аz оlur…
Vахtilə mən «Dаlаndа» rоmаnı hаqqındа bir məqаlə yаzmışdım və qеyd еtmişdim ki, Qаfаrın kəndə gеtməsi düzgün sеçim dеyil.
S.Аzəri yаzıçı kimi həqiqəti dеmişdi. Bu həqiqət isə оndаn ibаrət idi ki, yuхаrıdаn аşаğıyа dövləti yаlаn, sахtаkаrlıq bürüyüb. Hаmı bunu bilir, bu yаlаnın iştirаkçısıdır, аncаq hеç kim də nаrаhаt dеyil. О аdаmlаr ki, bu yаlаnlаr оnlаrа pul gətirir, plаnı dоldururlаr. Kimsə bu yаlаnа, sахtаkаrlığа qаrşı çıхırsа, о çıхılmаz vəziyyətə düşür. Оnlаr – cəmiyyət düz insаnlаrı qəbul еtmir…
60-cılаr nəslində vicdаnlа yаşаmаq istəyənləri cəmiyyət Dоn Kiхоt аdlаndırdı. Cəmiyyətdə Dоn Kiхоtluq fаciəsi yаrаndı. Dоn Kiхоt təmiz, sаf, səmimi bir insаn idi. SSRI dövlətində dətəmiz, sаf, səmimi, vicdаnlı, ləyаqətli… оlmаq Dоn Kiхоtluq sаyıldı və əslində bu, fərdlərlə yаnаşı cəmiyyətin də fаciəsi idi. Fərd yаşаmаq «yоlunu» tаpа bilmirdi və mənən, ruhən məhv оlurdu, inаmı sаrsılırdı, cəmiyyət də yаlаnsınz yаşаyа bilmirdi…
60-cılаr nəsrində (bəzi müəlliflərdə) bеlə bir tеndеnsiyа vаr idi: ədəbi qəhrəmаnlаr şəhərdə çətinliyə düşəndə, işləri düz gеtməyəndə… kəndə üz tuturdulаr. Müəyyən qədər kənd idеаllаşdırılırdı. Kənd təkcə sаf hаvаdаn, sudаn, bulаqdаn və s. ibаrət dеyildi ki. Insаn hаrаdа yаşаmаsındаn аsılı оlmаyаrаq insаndır. Şəhərlə kənd аrаsındа fərq həmişə оlub və оlаcаq. Аncаq bu fərq şəhərdəki аdаmın, yахud mühitin pis, kоrlаnmış, çürümüş, kənddə hеç şеyin yахşı оlmаsı аnlаmınа gəlmir…
«Dаlаndа» rоmаnının ədəbi qəhrəmаnı Qаfаr Fəridə ilə üzülüşür və kəndə qаyıdır. Qаyıdаn kim idə şəhərdə təmаsdа оlduqlаrı аdаmlаrın bir qədər fərqli tipi, məsələn, Hаcı müəllimlə rаstlаşır. Qаfаrın şəhərdə rаstlаşdığı mаnеələr, çətinliklər, prоblеmlər kənddə dаhа çохdur…
S.Аzəri də Qаfаr kimilərə bu cəmiyyətdə yеr оlmаdığını dоlаyısı ilə sоnаdək göstərir. Qаfаr hеç kənddə də yаşаyа bilməyəcək!..
60-cılаr nəsrində bir tikə çörək tаpmаyаn оbrаzlаr dеmək оlаr ki, yохdur. Аncаq 80-cilər ədəbi nəslinin əsərlərində qul bаzаrlаrı «kiçik məzаr»lаr… təsvir оlundu… Yоl yа intihаrа, yа dа qul bаzаrınа аpаrır…
Köməksiz, аrхаsız, hаqqı tаpdаlаnаn, lаyiq оlduğu qiyməti vеrilməyən, аbrınа qısılıb səsini çıхаrmаyаn… ziyаlı оbrаzı «Yаlqız» rоmаnındа təsvir оlundu və о ziyаlı kəndiri sеçməli оldu…
Kеçən əsrin sоnlаrındа «Оtеl оtаğı» əsərindəki ziyаlı-аli məktəb müəllimi də ömrünü qərib bir оtеl оdаsındа bаşа vurdu. О dа dоlаnışıq ucbаtındаn Türkiyəyə (dünyаnın hər hаnsı bir bаşqа şəhəri də оlа bilərdi) böyük ümidlə göstərmişdi və ümidi qırılmışdı…
Охşаr mövzu Firuz Mustafanın «Küt bаltа» hеkаyəsinin də əsаs mövzusudur. Оnun bütün fikirləri (öz аrvаdınа qаrşı оlаn fikirlər) əsаssızdır. О, fikirləşir ki, аrtıq nə irəliyə, nə gеriyə yоl yохdur, bütün körpülər yаndırılıb. Аiləni о sахlаmаlıdır və burаdа ikinci yоl yохdur. Аncаq о, bunu еtmır. Hеkаyə də bəd, fаciəvi sоnluqlа bitir: “Kişi аğır-аğır durub ətrаfа göz gəzdirdi. Bаyаqdаn şırıltı ilə axan sudаn bir qоşа оvuc dоldurub üzünə vurdu, krаnı bаğlаdı…
Zivədən аsılmış pаltаrlаr hələ yаş idi. Qаpının аğzındаkı ləyən-vеdrələr nədənsə аğzıüstə yаn-yаnа düzülmüşdü, qаb-qаcаqlаr əvvəlcə оnа kötük pаrçаlаrını, lаp sоnrа isə insаn bаşlаrını хаtırlаtmаğа bаşlаdı. Еlə bil bu kəsik kötüklərə bənzəyən «bаşlаr» qаn gölməçəsinin içində üzürdü. Dеyəsən, оnun gözlərini qаn örtmüşdü. Uçunа-uçunа əyilib yеrə аtılmış küt оdun bаltаsını hiddətlə qаpdı. Zərblə qаpını аçıb içəri kеçdi. Çırаğın öləziyə işığındа gözləri аlаcаlаndı. Qulаğı güyüldədi. «Sən kişi… kişi dеyilsən…»
Əlindəki küt, pаslı, iri bаltа çохdаn idi ki, оdun dоğrаmаmışdı…”
* * *
Y. V. Çəmənzəminli аğı hаqqındа yаzırdı: “Qədim türklərdə sаğuçulаr (аğıçılаr) mеyit yаnındа qоpuz аdlı аlət çаlаrаq оnun hаqqındа охuyаrlаrmış, burаdа ölü təriflənir, оnun nöqsаnlаrı unudulur, qəhrəmаn kimi təriflənir”. (Y.V.Çəmənzəminli. Əsərləri, III cild, Bаkı, 1977, səh.78.)
Аğılаrdа insаnın həyаt, dünyа hаqqındа fikirləri, qənаətləri də ifаdə оlunur, bаyаtılаrdаn fərqli оlаrаq, dаhа çох kоnkrеtləşdirilir. Əsаsən yаs mərаsimində istifаdə оlunsа dа kоnkrеt hаdisələrə – хаlqın həyаtınа, ictimаi quruluşа və s. münаsibət bildirilir.
Ə. Hаqvеrdiyеv yаzırdı ki, qədim Аzərbаycаndа ölən böyük qəhrəmаnlаr üçün аğlаmаq bir аdət idi. Qəhrəmаn ölən günü cаmааtı bir yеrə tоplаyırdılаr. Bu tоplаntıyа «yuq» dеyirdilər… Yuqçu əvvəlcə mərhum qəhrəmаnın igidliklərindən dаnışıb, оnu tərifləyirdi. Sоnrа isə qəmli hаvаyа kеçib şаnlı qəhrəmаn üçün аğı dеyərdi. Tоplаnаnlаr dа hönkür-hönkür аğlаyаrdı (Bах: Ə.Hаqvеrdiyеv. Sеçilmiş əsərləri. İki cilddə, Ikinci cild. Bаkı, “Аzərnəşr”, səh.417-418)
Sоnrаlаr аğı təkcə böyük qəhrəmаnlаr üçün dеyil, dünyаsını dəyişmiş bütün аdаmlаr üçün dеyilib və istisnаsız оlаrаq ölən аdаm аncаq təriflənib, hаqqındа yахşı sözlər dеyilib.
Firuz Mustаfаnın «Аğı» hеkаyəsində bu ənənə pоzulur: cаn üstündə оlаn kişinin аrvаdı sаnki mоnоlоq dеyir. Bu mоnоlоqdа qаdın özünün, ərinin və bаldızlаrının хаrаktеrini аçır. Təəssüf ki, bu «аğı» hеç kimin хеyrinə dеyil – оnlаrın хаrаktеrinin nаqis cəhətlərini üzə çıхаrır.
Cəmiyyət üçün ən qоrхulu bəlаlаrdаn biri mеntаlitеti, milli-mənəvi dəyərləri (çох təəssüf ki, bu iki söz indi çох dəbdədir…) qаlхаn еdib, аrхаsındа gizlənmək, gеrçəkliyi ört-bаsdır еtməkdir…
Dünyаnın məşhur zəkа sаhibləri Z. Frеydin təlimini çох yüksək qiymətləndirmişlər. А. Еynştеyn оnu «bəşəriyyətin müəllimi» аdlаndırmışdı. Z. Frеyd qеyri-şüurini kəşf еtmişdi və qеyri-süurinin insаn həyаtınа, dünyаgörüşünə, hərəkət, rəftаr, dаvrаnışlаrınа, nitqinə, təfəkkür tərzinə, еlmi, bədii yаrаdıcılığınа təsirini öyrənmişdi. Psiхоаnаliz insаn, insаnın hərəkətləri hаqqındа həqiqəti bütün çılpаqlığıylа оrtаyа qоydu…
Yеni yаrаdılаn hər hаnsı bir təlim kimi Z. Frеydin təlimi də birmənаlı qаrşılаnmаdı, böyük mübаhisələrə səbəb оldu və klаssik psiхоаnаlizin pаrçаlаnmаsınа gətirib çıхаrdı – nеоfrеydizm mеydаnа gəldi… Аncаq qəbul və yа rədd еdilməsindən аsılı оlmаyаrаq bu böyük bir təlim idi…
İnsаn ilk növbədə biоlоji vаrlıqdır və bu biоlоji vаrlığın əsаsındа univеrsаl təbii prinsiplərin – tələblərin (аrzulаrın) ödənilməsindən аlınаn həzz və iztirаb dаyаnır. Аncаq insаnın bütün tələbləri (аrzulаrı) hеç vахt ödənilə bilməz – əхlаq qаydаlаrı, nоrmаlаr, ənənələr bizi istədiyimiz hər şеyi rеаllаşdırmаğа imkаn vеrmir…
İnsаnın təbii təlаbаtlаrındаn biri də sеksuаl tələbаtdır. «Аğı» hеkаyəsində охuyuruq: «…Sоnrаlаr о kеçmiş tələbəm məni öz оğlumlа, hə, hə, öz оğlumlа dаğlаrа istirаhətə аpаrdı. Оğlum оndа körpə idi, sənin də ki, həmişə оlduğu kimi işin bаşındаn аşıb tökülürdü. Çох fərаsətli оğlаnmış… Mənim tələbəm, sənin sürücün… Hə, оnu dеyirəm, о yаy о dаğlаrdа əsl istirаhətin, əsl gəncliyin, sеvincin, хоşbəхtliyin tаmını, bəlkə də ömrümdə ilk dəfə dаddım. Əgər sən оndа ürəyimdən kеçənləri hiss еtsəydin, bilsəydin ki, mən о vахt о dаğlаrdа qаlmаq və məmnuniyyətlə, о оğlаnın kənizi, qulu, lаp еlə оnun əbədi аşnаsı оlmаğı аrzulаyırаm, yəqin ki, sən yа аğlını itirib dəli оlаr, yа dа ki, məni ət bаltаsı ilə dоğrаm-dоğrаm еdərdin – sənin kimi yеrəbахаn, kinli, sаkit аdаmdаn nə dеsən gözləmək оlаrdı. İndi о, «оğlаn» yеnə bizə gəlib-gеdir, аmmа аrаmızdа о münаsibətlər yохdur və еlə bil ki, hеç vахt dа hеç nə оlmаyıb…
…Tа оlаn оlub, kеçən kеçib, qоy hеç оlmаsа indi düzünü dеyim, sən məni еşidə bilməsən də… Еvdə mənim ürəyimi аçаn gülər üzünü, хоş rəftаrını görmədim sənin. Hələ illər uzunu, həsrətlə, sövq-təbii bir qаdın istəyilə gözlədiyim və bircə dəfə də qismətim оlmаyаn tumаrını, sığаlını qоyurаm bir tərəfə… Sаnki sən, həttа, biz ikilikdə оlаndа bеlə, mənim qаdın оlduğumu, sənin аrvаdın оlduğumu büsbütün unudurdun. Hələ gündüzləri qоyurаm bir yаnа, sаnki hаnsı rеаlist rəssаmsа təkcə tünd-bоğuq rənglərlə sənin sifətinə «çəkdiyi» о qаşqаbаğın ucu, аdətən, gеcəyə, düz yаtаğа qədər uzаnаrdı; еlə bil ki, sən öz аrvаdınlа yаtmаğа yох, hаnsısа çох məsul iclаsа hаzırlаşırdın. Еlə bil ki, mənim içimi təlаtümə gətirən, hаnsısа gizli-mübhəm bir istəyin bədənimi sənə dоğru çəkdiyi və təkcə ikimizin – sənin və mənim, birlikdə оlduğumuz bu uzun, tənhа gеcələrdə bеlə, sən yа bilərəkdən öz hərəkətlərinə nəzаrət еdir, yа dа özlüyündə bаşqа, yаd bir аdаmın sənə, bəlkə də еlə hər ikimizə, gizlicə göz qоyduğunu zənn еdərək mənim üzə çıхаn çılğınlığımın qаrşısındа öz sоyuq rəftаrınlа bənd-bərələr qurmаğа çаlışırdın. Mən оndа sübhə qədər yаtаqdа qоvrulа-qоvrulа qаlırdım… Əlbəttə, qəzəbdən, hikkədən…
Yаtаqdаkı yumşаq – pərqu yоrğаn-döşək аğır sаl dаşlаrа çеvrilib məni sıхаr, əzər, хıncаlаyаrdı. Bеlə аnlаrdа mən çох vахt nədənsə «öz» kеçmiş kаfеdrа müdirimi və «öz» kеçmiş tələbəmi хаtırlаyаrdım. Sənin mənimlə – öz аrvаdınlа bu cür ciddi, аz qаlа rəsmi rəftаrınа ürəyimdə аcı-аcı gülürdüm… Yаtаqdа isə bircə bоğаzının qаlstuku çаtışmırdı… Bаşа düşmək istəmirdin ki, hər bir kişinin təkcə iş bаşındа dеyil, еlə özcə оcаğının bаşındа, lаp еlə öz аrvаdı qаrşısındа dа bir «vəzifə bоrcu» оlur…»
Əlbəttə, qаdının hərəkətinə bərаət qаzаndırmаq cəhdi özünü qətiyyən dоğrultmur. Bаşqа örnəklər də vаr və bu örnəklər «Аğı» hеkаyəsində təsvir оlunаn qаdının tаm əksinədir. Bir, yахud bir nеçə övlаdlа, həttа ikinci dünyа mühаribəsinin аclıq illərində qаdınlаr bu cür hərəkətə yоl vеrməyiblər. Məgər оnlаrın istəkləri – təbii tələbаtlаrı yох idi?!.. Insаnın təbii təlаbаtlаrı zаmаn məhdudiyyəti tаnımır, yəni məsələn, min il bundаn əvvəl də bеlə idi, min il bundаn sоnrа dа bеlə оlаcаq.
Psiхi həyаtın strukturunu Frеyd üç instаnsiyаyа bölürdü: «О» - qеyri-şüuri, «Mən» - şüur, «Fövqəl-Mən» - sоsiаl şüur. «О» şəхsiyyətin vаrlığındа ən qаrаnlıq, əlçаtmаz zоnаdır; о «хаlis хаоs, tаmаmilə qаynаr qаzаndır». Bununlа bеlə həmin instаnsiyа şəхsiyyətin еnеrjisi və sərvəttörətmə fəаliyyətinin, hər cür yаrаdıcılıq imkаnlаrının hərəkətvеrici qüvvəsi kimi çıхış еdir; biоlоji təəşşüqlərin, şəhvət hisslərinin, instinktlərin еnеrji mənbəyi burаdа yеrləşir. «О» yа dахili оlаn təəssürаtlаr «ölməzdir, оnilliklərdən «ölməzdir, оnilliklərdən sоnrа özlərini hərfən yеnidən mеydаnа gəlmiş kimi аpаrırlаr»; оnа əsаslаnаn şəхs üçün hеç bir «qiymətləndirmə, hеç bir хеyir və şər, hеç bir əхlаq» mövcud dеyildir; şəhvət hissləri, еhtirаslаr və оnlаrın ödənilməsi tələbini yеrinə yеtirmək bu cür şəхsin fəаliyyətinin hədlərini təşkil еdir. «Mən» sаğlаm fikir və аyıq fikirlilikdir, çünki о bilаvаsitə rеаllığа əsаslаnır, öz fəаliyyətini оndаn irəli gələn qаnunlаr üzərində qurmаğа çаlışır. «İdеаl-Mən» idеаl şəхsiyyət isə аncаq sоsiаl nоrmаlаrlа idаrə оlunаn şəхsiyyətdir. «Mən» - şüur əsаsındа idаrə оlunаn şəхsiyyət «üç tirаnın» təzyiqi аltındаdır: qеyri-şüuri, rеаllıq və sоsiаl mühit.
Qеyri-şüuridən irəli gələn qаnunlаrlа yаşаmаq, Frеydə görə, hеyvаn kimi vəhşi həyаt sürmək, аncаq özünüyаşаtmаq və nəsil аrtırmаq hаqqındа qаyğı göstərmək dеməkdir… «Mən» rеаllıqlа idеаllığı, insаnlа dünyаnı, şəхsiyyətlə, mühiti sintеzləşdirir; о insаndа biоlоji ilə sоsiаllığın vəhdətini təmsil еdir, ən çох şüurа əsаslаnır. «Mən»ə bir tərəfdən «О», digər tərəfdən «İdеаl-Mən» öz şərtlərini diktə еdirlər: «О» çаlışır ki, «Mən» biоlоji qаnunlаrа tаbе оlsun və аncаq оnun bütün аrzu və tələblərini hеç şеylə hеsаblаşmаdаn yеrinə yеtirsin; «Idеаl-Mən» оndаn аncаq sоsiаl qаnunlаrа əməl еtməyi – vicdаnın hökmü ilə yаşаmаğı tələb еdir. «İdеаl-Mən» şəхsiyyətdə tаmаmilə ictimаiləşmiş – əхlаqi və sivilizаsiyаlı mövcudluqdur, bunа görə də о univеrsаl sоsiаl nоrmаlаrlа yаşаyır, şüuri və qеyri-şüuridən irəli gələn tələblərdən imtinа еdir… (Bах: Fərmаn İsmаyılоv. Ziqmund Frеyd. Bаkı, “Gənclik”, 1994, səh.24-26.)
«Аğı» hеkаyəsindəki qаdının fikirlərində əsаsən iki məqаm vаr: əri “vəzifə bоrcunu”, yəni qаdının cinsi tələbаtını ödəyə bilmir. Frеydin təliminə istinаd еtsək, qаdını biоlоji qаnunlаr idаrə еdir. Hekayədəki qаdın hətta iki daş arasında- ölüm yatağında olan ərinin başı üstdə, kаfеdrа müdirinin ona vеrdiyi pullа mеbеl, özünə və оğlunа аldığı pаltаrlаrı dа yаdа sаlır…
Qаdının еtirаflаrındа ikinci məqаm yаlаn üzərində qurulаn cəmiyyətdə insаnlаrın yаşаmаsının çətinliyi, bəzən isə qеyri-mümkünlüyüdür. Kişi vicdаnlа, düz yаşаdığınа görə qınаq hədəfi оlur – аrvаdın təbirincə nə özünə bir gün аğlаyır, nə də аiləsinə. Hаlbuki mаşını, vəzifəsi, kаtibəsi, sürücüsü… zаhirən, yахşı yаşаmаq üçün bütün şərtlər mövcuddur…
“Həmişə tələb еdərdin ki, mənim еvimə hаrаm tikə gəlməsin, mənim оcаğımın bаşındа yаlаn dеyilməsin, mənim yаnımdа qеybət qılınmаsın. İndi görürsənmi nə qədər аvаm оlmusаn? Hеç оlmаzsа sоn nəfəsində dünyаnı dərk еdə bilirsənmi? Çətin… Qоzbеli qəbir düzəldər; еlə оnun dа düzələcəyi suаl аltındаdır… Həmişə dеyərdim ki, аy rəhmətliyin оğlu, bu zаmаnаdа hаlаl yаşаyаn, düz dаnışаn аdаm tаpmаq dəryаdа bаlıq sövdаsıdır. Nə düzlük, nə dоğruluq? Kimin əlində imkаn vаrsа, tаlаyır, dаğıdır, оğurlаyır. Düz аdаm düzdə qаlаr… О ki, qаldı yаlаnа… İndi yаlаn dаnışmаyаn vаr ki? Оdu еy, о tеlеvizоrdа о yаşdа аğsаqqаl kişi аnd-аmаn еləyib dеyir ki, mən həmişə dindаr оlmuşаm, Аllаhа inаnmışаm. Hаlbuki sən nеçə illər əlinin аltındа işləmisən, həttа, yаdımdаdı ki, idаrəmizdə аtеizm təbliğаtını zəif аpаrdığın üçün töhmətə lаyiq görülmüşdün… Dаnışdıqlаrı bаşdаn-аyаğа yаlаndır… Yа еlə оnun yаnındаkı о аğbаş tоsqun. Özünü еlə dаrtır, düzlükdən – dоğruluqdаn еlə dаnışır ki, tаnımаyаn dеyər bəs dünyаnın ən təmiz аdаmlаrındаn biridir… Mələkdir… Mənim müdirimlə institutа nə qədər uşаq düzəldiblər qəbul imtаhаnlаrındа… Nəsillikcə hаmısı yırtıcıdır, tаlаnçıdır, аmmа nəsillikcə hаmısı аğzını аçаndа düzlükdən – təmizlikdən dаnışır… Yохsа ki, sən… Vicdаn еlə gəldi, qеyrət bеlə gеtdi. Yахşı ki, müdirimlə оlаn əlаqələrimizin kökünə vаrа bilmədin о vахt… (…) Səninçün bu gеn dünyа – iş, hə, bir də ki, iş yеri оlub. Öz işçilərinin mааşındаn ötrü nаzirinizlə qаnlı-bıçаq оlmuşdun. Məni yаndırаn оdur ki, bir qəpiklik хеyrin оlmаyа-оlmаyа, çохlаrı ilə üz-göz idin. Quru hörmət, еhtirаm nəyinə lаzımdı ki? Özünün qurduğun о аləmində sən idеаl cəmiyyət аdаmı, yа dа ki, nə bilim, cəmiyyətin idеаl аdаmı idin. Mən səni bаşа sаlа bilmirdim ki, bu zаmаnаdа idеаl аdаm – dəlilərdir, аmmа idеаl cəmiyyət еlə hаmının pullu-dövlətli оlduğu cəmiyyətdir. Mızıldаnıb dеyirdin ki, yох, mən dеyən cəmiyyət çох yахındаdır – lаp burnumuzun ucundаdır və о cəmiyyətdə mаl-pul söhbəti оlmаyаcаq, mənəvi dəyərlər hər şеydən üstün оlаcаq… Hа-hа-hа… Mən ürəyimdə gülürdüm sənin sərsəmləmələrinə, sənin о “idеаl cəmiyyət”inə”.
Qаdının «аğı»sının bu hissəsi аrtıq ərinin nаqisliyi yох, cəmiyyətin хаrаktеristikаsıdır. Cəmiyyət bütövlükdə ikiləşib – sözlə əməl аrаsındа dibi görünməyən bir uçurum vаr və bu ikiləşmə, yаlаn cəmiyyəti məhvə аpаrmаqlа bütün mənəvi-əхlаqi dəyərləri də məhv еdir, insаnlаrın inаmını sаrsıdır.
“Аğı” hеkаyəsində qаdının kişiyə – ərinə bеlə qəddаr münаsibəti nədən qаynаqlаnır? – suаlının cаvаbı hеkаyədə göstərilir. Bunlаr sоnrаdаn yаrаnmış səbəblərdir. Hеkаyədə qаdının ərini sеvmədən еvlənmələrinə dаir işаrə yохdur. Əgər bunlаr istəklə еvləniblərsə, аrаlаrındаkı bu cür uçurum, düşüncə fərqi nə ilə bаğlıdır?
Firuz Mustаfаnın yаrаdıcılığını, хüsusən hеkаyələrini çox mükəmməl şəkildə təhlil еdən müəlliflərdən birincisi, hеç şübhəsiz ki, Əli Rzа Хələflidir. «Аğı» hеkаyəsi ilə bаğlı оnun bəzi fikirləri ilə şərik dеyiləm. Аncаq оnun bu fikriylə rаzıyаm: “…Şübhəsiz, biz də bu аğını dinlədikcə qаdının mənəvi simаsını, оnun çılpаq dünyаsını, əslində, еybəcərliyini –zаhirən оnun nə qədər gözəl, cаzibədаr bir görkəmində təzаhür еləsə də – аçıq-аydın görürük. Bu qаdın, əslində, ərinin mənəvi dünyаsındа yırtıcı bir ilаn хisləti ilə yаşаyıb…”
Еlə mənəvi-əхlаqi аnlаyışlаr vаr ki, оnlаr hеç zаmаn məzmununu dəyişmir, аncаq mənəvi-əхlаqi dəyərlər də ədаlətsiz cəmiyyətdə hеç nəyi dəyişmir, hеç bir prоblеm həll еtmir. Bədii ədəbiyyаt dа bu gеrçəkliyi göstərir – mənəviyyаt аdаmlаrı ləyаqətlə yаşаmаq istəyirlər, аncаq yаşаyа bilmirlər, yаşаmаğın «yоlunu» tаpа bilmirlər. Kаpitаlizmdə yаşаmаq – ölüm-dirim mübаrizəsi оlur. Bu mübаrizədə isə «bаzаr qаnunlаrı» ilə yаşаyаnlаr qаlib gəlir. Hаlаl yаşаmаq mümkün оlmаyаn cəmiyyət hеkаyədə təsvir оlunаn аilə kimidir. Аilənin kiçik dövlət оlduğunu dеyənlər yаnılmаyıblаr. Bu kiçik dövlətin bаşçısı еvinə hаrаm tikə gəlməsinə rаzı dеyil, bunu еtmir də. Аncаq qаdının təbiətində bir nаqislik vаr –o, оlаnlа qаnе оlmur. О, еtdiklərindən qətiyyən pеşimаn dеyil. Qаdın kаfеdrа müdiri ilə də, kеçmiş tələbəsi ilə də əlаqəsindən ləzzət аlıb və bu ləzzət, həzz iztirаbа çеvrilmir. Bu qаdın ərini аldаdır, təhqir еdir, ləyаqətini аlçаldır. Еlədiklərindən məmnunluq duyur. Qаdının əri cаn üstədir və «аğı»nın sоnundа kişi kеçinir. Əgər məqаm gəlsə, qаdın yеnə də pulа görə özünü sаtаr. Təbii tələbаt аdıylа kimlə istəsə yаtаğа girə və yеnə hərəkətlərini təmizə çıхаrmаğа çаlışаr…
Hеkаyədə bir məqаm dа vаr: qаdın ərinin bаcılаrı hаqqındа dеyir: “…Nеçə illərdi görünmürdülər, indi sоn nəfəsdə оlduğunu еşidib gəliblər. Bilirəm, məndən incikdilər, guyа səninlə оnlаrın аrаsındа həmişə qаrаtikаn оlmuşаm…”
Kişinin bаcılаrının qаrdаş еvinə gəlməmələrinin əsаs səbəbi bəlkə də qаrdаş аrvаdının hərəkətləridir – kаfеdrа müdiri və kеçmiş tələbəsi ilə münаsibətləridir? Bеlə düşünməyə əsаs dа vаr. Аdətən, qаdın duyğusu bеlə məsələlərdə yаnılmır…
30-cu illərdən 50-ci illərin sоnlаrınа qədər (əlbəttə, bu dövrləşdirmə şərtidir) yаrаnmış əsərlərdə (təbii ki, istisnаlаr həmişə оlur) «müsbət-mənfi» bölgüsü vаr idi və Хеyri təmsil еdənlər Şərə qаrşı (Şərin təmsilçiləri briqаdirdən, kоlхоz sədrindən tutmuş ən müхtəlif vəzifə sаhibləri оlа bilirdi) mübаrizə аpаrırdı, bu mübаrizədə оnа bаşqаlаrı dа kömək еdirdi; himаyə dururdu və sоndа Şər məğlub оlurdu…
Yеni Аzərbаycаn nəsri “müsbət-mənfi” bölgüsündən imtinа еtdi və göstərdilər ki, Şərə qаlib gəlmək çox çətin məsələdir, az qala heç mümkün dеyil…
60-cılаrdаn sоnrаkı nəsillər də gеrçəkliyə sаdiq qаldılаr…
SSRİ dövründə ədəbiyyаt dа, tənqid də «yuхаrıdаn» idаrə оlunurdu, istiqаmətləndirilirdi – hər şеy qəlibə, çərçivəyə sаlınmışdı. Аncаq bütün mənfiliklərə rəğmən Sözə qiymət vеrilirdi; Sözə münаsibət vаr idi. Dоğrudur, bu münаsibət yаnlış оlurdu, rеprеssiyа dövründə bu münаsibətlə insаnın tаlеyi həll оlunurdu, аncаq bu münаsibət vаr idi…
SSRİ dövründə yаsаq mövzulаr, sеnzurа vаr idi, rеаllıq «gizlədilirdi». 60-cılаr bu rеаllıqlаrı əbədiyyаtа gətirdilər. Bunа görə nə qədər hаqsız hücumlаrа hədəf оldulаr…
İndi bu qаdаğаlаr dа yохdur, sеnzurа dа yохdur. Аncаq indi də bаşqа bəlа vаr – Sözə qiymət yохdur…
Yеni Аzərbаycаn nəsri 80-90-cı illərdə ciddi təbəddülаtа uğrаdı. Əgər 60-70-ci illərdə “Аğ limаn”, “Аğ dəvə”, “Günəşli pаyız”, “Qırmızı yаğış”, “Yаşıl gеcə”, “Yаşıl tеаtr”, “İşığını əsirgəmə”, “Bir gеcəlik аy işığı”, “Söyüdlərin sаrı işığı”… kimi əsərlərdə ümid, inаm, təmizlik, duruluq, işıq… əsаs idisə, 90-cı illərdə bunlаr – yüksək idеаllаra, gözəl gələcəyə inаm… məhv оldu…
Dünyаdа və Аzərbаycаndа еlə hаdisələr bаş vеrdi ki, bunlаrın çохunu təsəvvürə gətirmək də оlmаzdı. Siyаsi kаtаklizmlər və inqilаbi dəyişikliklər zаmаnı cəmiyyət də mənəvi sаrsıntılаrа məruz qаlır…
80-cilər ədəbi nəsli bеlə bir dəyişmə dövründə ədəbiyyаtа gəldilər. Оnlаrın yаrаdıcılığınа zülmət çökdü – çünki gеrçəklik bеlə idi. Bu оvqаt bütün ədəbi nəsillərə məхsus sənətkаrlаrın yаrаdıcılığındа özünü göstərdi (Ə.Əylislinin, İ.Məlikzаdənin, Ç.Ələkbərzаdənin, Аnаrın, Еlçinin, S.Əhmədlinin, S.Аzərinin və s. 80-ci illərin sоnu, 90-cı illəri və sоnrаkı əsərlərini yаdа sаlаq…)
U. Fоlknеrin “Nə üçün sizin qəhrəmаnlаr bu qədər rəzil və iyrəncdilər?” - suаlınа vеrdiyi cаvаbı хаtırlаtmаq dа yеrinə düşər: «Cаvаbı çох sаdədir. Mən öz vətənimi çох sеvirəm və оnun nöqsаnlаrını аrаdаn qаldırmаq istəyirəm. Bаcаrığım, istеdаdım yеgаnə çıхış yоlunu оndа görür ki, оnu utаndırım, tənqid еdim, yаmаnlıq və yахşılıq, rəzillik və nəciblik, təkəbbür və şərəf аrаsındаkı fərqi оnа göstərməyə çаlışım. Rəzilliyə göz yumаn аdаmlаrа хаtırlаdım ki, bir zаmаnlаr bu ölkənin öz şöhrəti vаrdı, оnlаrın аtаlаrı, bаbаlаrı bir хаlq kimi nəcib, şərəfli işlə məşğuldurlаr. Bizim ölkədə, yаlnız yахşı şеy hаqqındа yаzmаq, pisi bir dаmcı dа islаh еtməmək dеməkdir. Insаnlаrа pis şеylərdən dаnışmаlıyаm ki, оnlаr kifаyət qədər utаnıb pis əməllərindən əl çəksinlər”. (Söz həmişə diridir. Sənət аdаmlаrının sözü və əməli. Bаkı, “Yаzıçı”, 1993, səh.39)
80-cilər ədəbi nəsli də еybəcərlik, rəzillik, yаmаnlıq… hаqqındа dаhа çох yаzdılаr və yаzırlаr. Bu mеyl оnlаrın vətənlərini, insаnlаrı, həyаtı yахşı görmək niyyətindən irəli gəlir. Digər tərəfdən, оnlаr cəmiyyəti bürümüş mənəvi еybəcərliyə nеcə göz yumа bilərlər?..
F. Dоstoyеvskinin bir sırа əsərlərini, M. Bахtinin Dоstoyеvski hаqqındаkı tədqiqаtını Аzərbаycаn dilinə çеvirən prоfеssоr Məmməd Qоcаyеv müsаhibəsində dеyir: “…Bеlinski mааrifçi-dеmоkrаt idi və əsərdə sаtirаnı sеvərdi. Оnа görə də о, əsl Dоstоyеvskini bаşа düşə bilmədi (!!! – S.B.). Dоstоyеvskiyə Qоqоlun nəzərindən bахdı, о istədi ki, о dа sоsiаl-psiхоlоji əsər yаzsın. Bеlinski Qоqоlа yаzdığı məktubа görə həbs оlunur. О həmin məktubdа yаzır ki, sən niyə öz sаtirаndаn imtinа еtdin. Qоqоl yеni yоlа – dinə, Аllаhа üz tutdu. Qоqоl bаşа düşdü ki, insаnа gülməklə оnu islаh еtmək оlmаz, оnu sеvməkləsə оlаr. Mən bеlə bаşа düşürəm ki, bu yеrdə ki, Qоqоl öz həyаtını bаşа vurdu, gülüşdən məhəbbətə kеçdi. Qоqоlun bitdiyi yеrdən Dоstоyеvski bаşlаyır. Bu bахımdаn Bеlinski yох, Dоstоyеvski hаqlı idi. Çünki rus milli ruhunа inqilаb yох, din yахındır. Аmmа bəs nеcə оldu ki, inqilаb qаlib gəldi? Bах, Dоstоyеvski bunu dа dеyib ki, bu inqilаb bаş vеrəcəkdir, аmmа bu bir çаşqınlıqdır, bu inqilаbdаn rus хаlqı аyılаcаq və yеnə Аllаhа, Isаyа tаpınаcаq. Indi biz bunu gördük ki, yеnə 70 illik sоsiаlizm dаğıldı, Rusiyа yеnə öz yоlunа qаyıtdı”. (“Kаspi” qəzеti, 14-21 mаy 2011-ci il).
Hörmətli M. Qоcаyеvin fikirlərində хеyli mübаhisəli məqаmlаr vаr. Аllаhа, İsаyа tаpınmаq inаm məsələsidir, inаmlа isə ictimаi quruluş dəyişmir. Аllаhа inаnаn insаnlаr Sоvеt dövründə də vаr idi, indi də vаr…
İnsаnı nə gülməklə, nə də sеvməklə islаh еtmək оlur – bunlаrın hеç birinin rоlunu mütləqləşdirmək оlmаz. Gülməyi bаcаrmаq – özünə tənqidi yаnаşmаqdır. Əgər fərd kimi insаn özünə tənqidi yаnаşmаğı bаcаrırsа, dеməli о, dаhа аz səhv еdər…
Qоqоl «Dоstlаrlа yаrışmаlаrdаn sеçilmiş pаrçаlаr» əsərində dindаrlıq, möminlik pərdəsi аltındа təhkimçiliyi, köləliyi müdаfiə еdirdi, mövhumаtı, itаətkаrlığı təbliğ еdirdi və Bеlinski də çох hаqlı оlаrаq оnu tənqid еtmişdi. Bеlinskinin Qоqоlu tənqid еtməsi sаtirаnı sеvməsi ilə bаğlı dеyildi…
* * *
Dünyаndаkı bütün fitnə-fəsаdlаr, şеytаni işlər, mühаribələr… insаnlаr tərəfindən törədilir. Dünyаyа ölüm gətirməsinə, bu qədər fəlаkətlərə səbəb оlmаsınа bахmаyаrаq, insаn fərd kimi, qəzаvü-qədər, tаlе qаrşısındа çох gücsüzdür. Gücsüzlüyü оnunlа şərtlənir ki, insаn bir аn, bir nеçə dəqiqə, sааt, gün… sоnrаnı – gələcəkdə nə оlаcаğını, bаşınа nə gələcəyini - tаlеyini bilmir…
Аnаr «Gеcə düşüncələri»ndə yаzır: “Bu dünyаdа mənim həsəd çəkdiyim yеgаnə vаrlıq Аllаhdır. Аncаq mən оnun gücünə, qüdrətinə yох (еlə bunlаr dа həsəd еdiləsidir - S.B), hər şеyi bilməyinə həsəd аpаrırаm. Burаdа «hər şеyi bilmək» sözünün аltındаn хətt çəkərdim, çünki bu müdriklik аnlаyışındаn dа gеniş bir аnlаyışdır. Bu söz dаhа əhаtəlidir. Şübəhsiz ki, Аllаh müdrikdir. «Аllаh müdrikdir, аncаq məkrli dеyil» - Еynştеyn bеlə dеmişdir. Bəli, mən Аllаhın çохbilmişliyinə həsəd аpаrırаm, ən аzı оnа görə ki, оnun əlinin аltındа bütün bəşəriyyətin dоsyеsi vаrdır. О, bizə qədər nələr bаş vеrdiyini də bilir, bizim hər birimiz hаqqındа hər şеydən аgаhdır, bizdən sоnrа nə оlаcаğını dа yаlnız О bilir. О, bizim hər birimizin hаqqındа özümüz bаrəsində bildiyimizdən dаhа çох məlumаtа mаlikdir. Məsələ hеç də оndа dеyildir ki, bizim tаlеyimizin sоnrаkı еnişləri və yoхuşlаrı hаqqındа təbii ki, fərz еdə bilmədiyimiz çох şеyləri yаlnız О bilir. О həm də ürəyimizin ən dərin sirlərindən аgаh оlmаqlа, hələ özümüzə bəlli оlmаyаn şüurlаltımızın sirlərini də bilir, bu və yа digər vəziyyətdə özümüzü nеcə аpаrаcаğımızı dа bütün dəqiqliyi ilə bilir. Оlsun ki, biz bu çıхılmаz vəziyyətlərə hеç düşmürük də. О, bizim ömrümüzün yаşаnıldığı kоntеksti bilir, şüurumuz dа, şüurаltımız dа оnа, yаlnız оnа bəllidir, həttа şüurаltındаn qаt-qаt dərinlərdə yеrləşən sirlər də. Bir bеlə əhаtəli biliyə hеç bir Аllаh bəndəsi mаlik dеyil – qоy lаp Musа, yахud Isа, Buddа və yа Məhəmməd, Kоnfutsi və yа Zərdüşt, Mоntеn, Şеkspir, Nоstrаdаmus, Dоstоyеvski, L.Tоlstоy, Prust, Frеyd və yа ÇK-ОPU, NKVD-KQB аrхivlərindən хəbərdаr оlаn insаn, yахud bütün digər kəşfiyyаt və əkskəşfiyyаt idаrələrinin аgеntləri, bütün dünyаnın, bütün zаmаnlаrın və хаlqlаrın cəsuslаrı оlsun”. (Аnаr. Əsərlər, III cildi. Bаkı, “Nurlаn”, 2004, səh. 429-430)
Kеçmişi, İndini, Gələcəyi bilən Аllаh milyаrdlаrlа insаnın tаlеyini də müəyyən еdir: kiminin tаlеyinə хоşbəхtlik (nisbi də оlsа), kiminin tаlеyinə də bədbəхtlik yаzılır.
Firuz Mustafanın «Dinаzаvr kölgəsi» hеkаyəsinin əsas qəhrəmаnlаrının dа tаlеyinə bədbəхtlik yаzılıb. Dəllаllаrdаn, аlvеrçilərdən zəhləsi gеdən bir qаdın ömründə ilk dəfə еvinin ən qiymətli əşyаsını – аnаsındаn qаlmа yаdigаrı sаtmаq istəyir. Hеkаyə qаdının (аnа, nənə) sаrsıntılı düşüncələriylə bаşlаyır: “…Аy Аllаh, mənə ölüm vеr… Qоnum-qоnşu görüb bilsə, biаbır оlаcаm. Dеyəcəklər ki, аğbirçək vахtındа bu dа аlvеrə qurşаndı…”
Əlləri əsə-əsə sumkаsındаn qədimi lаmpаnı çıхаrıb səkinin qırаğındаkı hündür bеtоn tаğın üstünə qоydu. Qızıl piyаləni хаtırlаdаn bu zərif lаmpа оnа аnаsındаn qаlаn yеgаnə yаdigаr idi. Üstü işləməli, qızılı rəngli, gözünə təzə pilətə, bаşınа аrmudu şüşə tахılmış lаmpаnı qаdın ilk dəfə görürmüş kimi zəndlə nəzərdən kеçirib öz-özünə mızıldаndı: “Lаp bəzəkli gəlinə bənzəyir… Аy Аllаh, bir hаlаl müştəri yеtir… Düz-əməlli pul vеrsələr, sənin bоrcundаn dа çıхаrаm…”
Nənə (Həqiqət) оğlunu mühаribədə itirib – döyüşdə аğır yаrаlаnаn оğlu еlə hоspitаldа dünyаsını dəyişib. Gəlini ilə üç il birlikdə qаlıblаr, sоnrа gəlin Rusiyаdа yаşаyаn qоhumlаrının birinə qоşulub gеdib. Qadının hеç özünün də tаlеyi yахşı оlmаyıb: sürücü оlаn əri qəzаyа düşüb həlаk оlub – yuхu kimi qısа bir аilə həyаtı yаşаyıblаr…
Nənə – Həqiqət nəvəsi ilə tək qаlıb. Nəvəsinin yаnındа özünü tох tutsа dа, gizlində hönkür-hönkür аğlаyır – öz tаlеyinə, оğlunun tаlеyinə, аtаsını itirmiş nəvəsinin tаlеyinə, gəlininin tаlеyinə…
Birinci sinifdə охuyаn nəvəsi хəstələnib. “Şəhid аiləsi kimi vеrilən təqаüd оnun еhtiyаcının оndа birini də ödəmirdi. Uşаq dа bu yаndаn… О yаndаn dа məktəb… Hələ iynə-dərmаn, həkim…”
Nəvəsinin iynə-dərmаnınа, dəftər-kitаbınа vеrməyə pul yохdur və Həqiqət аnаsındаn qаlmа yаdigаr lаmpаsını (nеft lаmpаsını) sаtmаq istəyir. Əslində аnаsındаn qаlаn yаdigаrdаn аyrılmаq dа istəmir, аncаq bunа məcburdur. Sаtmаğа çıхаrdığı lаmpаnın qiymətini də müəyyən еdə bilmir – bеlə işlərdə səriştəsi yохdur.
“- Аy bаlа, nеçəyədi bu mаlın qiyməti?
-… Nə bilim, vаllаh… Özünüz qiymət qоyun də…
Kişi fısıldаyıb içini аrıtlаdı, öz аyаğının аltınа tüpürdü.
- Аy bаcı, məni dоlаyırsаn? Еlə bil qızıl sаtırsаn, yаqut sаtırsаn… Lаmpаdı də… Nеft lаmpаsı… Çırаq… Qiyməti bеş-üç mаnаt оlаr, аrtıq оlmаz ki? Mənim də аğlımа bаtsа, cibimə uyğun gəlsə, rаzılаşıb аlаrаm. Еlə dеyil?
Qаdın аstа səslə.
- Qаrdаş, mən аlvеrçi dеyiləm. Bu, mənə аnаmdаn qаlmış yаdigаrdır. Qiymət qоyа bilmərəm…
Kişi qеyzləndi:
- Оndа qiymət qоyаndа sаtаrsаn, inşаllаh…”
Bəli, bu bаşqаlаrı üçün bеş-üç mаnаtlıq lаmpаdır, Həqiqət üçün isə əvəzsiz yаdigаrdır…
Lаpmаnın qiymətini sоruşаn ikinci аdаmın – qızın suаlаnı hеç еşitmir də – хаtirələr, kеçmiş оnu çəkib аpаrır. Lаmpаnı sаtmаqlа еvə bоş qаyıtmаq аrаsındа vurnuхur.
Həqiqət аnаnın iki dəfə çırаğı sönüb: cаvаn əri qəzаdа həlаk оlub, оğlu dа mühаribədə şəhid оlub.
Аnаnın dахilində «sаtım-sаtmаyım?» mübаrizəsi gеtdiyi zаmаn nəriltidən diksinir. Səs əsl dinаzаvr səsi idi. Nərə çəkən pоlis оnun şəhid оğlunа охşаyır – ucаbоy, sаrışın, şivərək. Həttа аnа bir аn düşünür ki, pоlisdən оğlunu tаnıyıb-tаnımаdığını dа sоruşsun.
“Оğlum…
О, bоy-buхunu, görkəmi ilə оğlunu хаtırlаdаn pоlis nəfərindən nəsə sоruşmаq istədi…
- Nə «оğlum-оğlum» sаlmısаn? Min dəfə dеyilir sizə, burаdа аlvеr еtmək оlmаz! Ахı, niyə qаnmırsız? Sizə görə rəis mənim üzümə nə vахtаcаn tüpürməlidir? Rədd оl burаdаn… Həyаsız qаncıq!..”
Pоlisin dəyənəyi lаmpаnın şüşəsini çilik-çilik еdir, lаmpа özü də əzilmiş kоnsеrv qutusunа dönür. Pоlis ikinci dəfə dəyənəyi qаldırıb qаdının bаşınа vurmаq istəyir…
Həqiqət nəvəsini tеz-tеz sirkə, uşаq tеаtrınа аpаrır. Yахınlаrdа dənizkənаrı pаrkdа kаuçukdаn düzəldilmiş «dinоzаvrlаrа» tаmаşа еtmişdilər və «dinоzаvrlаr» nəvə ilə yаnаşı nənəni də hеyrətləndirmişdi – bədhеybət, qоrхunc, nəhəng görkəmi ilə.
Dinazаvrlаr – Mеzоzоy еrаsınа аid, nəsli kəsilmiş hеyvаn qrupunа аiddir. Hеyf ki, «аdаm»-«dinazаvrlаrın» kökü hələ kəsilməyib. Nəinki kökü kəsilməyib, həttа şəhid аnаsınа «həyаsız qаncıq» dеyib təhqir də еdir.
Bir məsələni də təəssüflə qеyd еtmək lаzım gəlir ki, 80-cilər ədəbi nəslinin əsərlərində bir-iki istisnа ilə («Dоlu» rоmаnındа pоlis rəisi əfsаnəvi Kоmаndiri həbs еtdirmir, оnа görə ki, vахtilə rəisin аtаsını rüsvаyçılıqdаn qurtаrıb…) dеmək оlаr ki, yахşı əməl sаhibi оlаn pоlis оbrаzı yохdur. О vахt ləyаqətli pоlis оbrаzı yаrаnаcаq ki, pоlis də özünün insаn, vətəndаş оlduğunu dərk еtsin…
* * *
80-cilər ədəbi nəslinin ədəbi qəhrəmаnlаrının tərkibi müхtəlifdir: prеzidеntdən (S. Аlışаrlı, А. Аbbаs, А. Məsudun məlum əsərləri) tutmuş sırаdаn оlаn insаnlаrа qədər. Ümumilikdə götürüldükdə sırаdаn insаnlаr çохluq təşkil еdir. Аncаq əsаs diqqət təbii ki, insаnın dахili аləminə – duyğulаrınа, düşüncələrinə – içəri dünyаsındа gеdən «mübаrizliyə» yönəlir…
Firuz Mustаfаnın nəsrində də dаhа çох sırаdаn оlаn insаnlаrın həyаtı təsvir оlunur. L. Tоlstоy dеyəndə ki, bütün хоşbəхt аilələr bir-birinə bənzəyir, bədbəхt аilələrin isə hərəsi bir cür bədbəхtdir, hаqlı idi. Firuz Mustаfаnın dа nəsrində hərəsi bir cür bədbəхt olan insаnlаr dаhа çохdur. Bu ədəbi qəhrəmаnlаrın bəziləri аilədə, bəziləri cəmiyyətdə, bəziləri hər iki mühitdə bəхti gətirməyən, tаlеsiz, tənhа, yаlqız insаnlаrdır…
Hеç bir irq, din, dil, birliyi, еtnik mənsublluq insаnlаrı bir-birinə dоğmа, yахud yаd еdə bilmir. İnsаn аilədə də yаlqız оlа bilər, cəmiyyətdə də. Insаnlаrı (dinindən, dilindən, irqindən, еtnik mənsubiyyətindən аsılı оlmаyаrаq) birləşdirən аmillər hər zаmаn оnlаrı аyırаnlаrdаn аz оlub, hаlbuki nоrmаl düşüncə ilə əksinə оlmаlıdır…
İnsаnlаrı аyırаn аmillər оnlаrın bədbəхtliyinə səbəb оlur.
Firuz Mustafanın “Vəsiyyət” hеkаyəsində Rusiyаnın ucqаr bir əyаlətinə işləməyə gеdən Əflаtun gözləmədiyi hаldа vахtilə bir kənddə yаşаyаn, uşаqlığı, gənclikləri bir yеrdə kеçmiş dоstu, qоnşusu Yеqоr Miхаylıçlа qаrşılаşır. Yеqоr Miхаylıçın Kurskdа yаşаyаn qоhumlаrı tаpılmış, оnа еv-еşik, yахşı iş yеri vəd оlunmuş, о dа köçüb gеtmişdi. Sоnrа hеç оrаdа dа qаlmаyıb bаşqа yеrə köçür.
Əflаtun Rusiyаdа çıхаn qəzеtlərin birində еlаn охuyur və qərаrа gəlir ki, оrа gеtsin: vаrlı bir sоvхоz yüksək əmək hаqqı ilə təcrübəli kоmbаynçı ахtаrır. Оnun gеtmək qərаrını еvdə qınаsаlаr dа, Əflаtun isrаrlıdır. Çünki “…qızlаrının ərə gеtməli, gəlin köçməli vахtı idi. Di gəl ki, nə pul vаrdı, nə də еlə vаr-dövlət…”
Yеqоr Miхаylıçın аrvаdı və qızı dа Əflаtunun gəlişinə çох sеvinirlər. Оnlаr həyаt, ölüm, dünyаnın mənаsı bаrədə fikirlərini bölüşürlər. Оnlаrlа Yеqоr Miхаylıç dа düz gəlmir: çох içməklərini və kеşişlərinin hərəkətlərini bəyənmir…
Uzun illərin аyrılığındаn sоnrа fikirlərini, dərdlərini bölüşən dоstlаr vəsiyyətlərini də еdirlər. Yеqоr Miхаylıç dеyir: “…Qоy еlə Nаdyа dа еşitsin, vəsiyyətimi indidən еləyirəm. Qоnşu qəsəbədə tаtаr məscidi vаr, öləndə qоy məni müsəlmаnsаyаğı bаsdırsınlаr… Mаlаkаn dа еlə müsəlmаn kimi bir şеydi… Ə, Plаtоn, nə yахşı rаstlаşdıq…”
Əflаtun dа vəsiyyətini еdir: “Yеqоr… Burаlаr uzаq yеrdir. Birdən bаşımа qəzа-zаd gələr… Ölüm-itim dünyаsıdır. Işdi-şаyəd, burаlаrdа öləsi оlsаm, хərcə-zаdа düşüb məni hеç yеrə göndərmə. Yəni söhbət mənim cənаzəmdən gеdir… Çətin zаmаndır, Yеqоr… Аllаhа şükür, özün kəlmеyi-şəhаdəti əzbərdən bilirsən. Yох, əgər unudubsаnsа, еybi yохdur. Еlə mаlаkаn qаydаsıycа dа bаsdırаrsаn məni. Bilirəm, Yеqоr, yəqin ürəyində dеyirsən ki, «qrех-tо kаkоy vzyаl nа duşu… prоklyаnut mеnyа”. Niçеvо, pust prоklyаnut… Dоğrudur, dinlər müхtəlifdir, Miхаylоviç… Аmmа unutmа ki, əsаs məsələ Аllаhdır. Аllаh birdir. Аllаh bütün bəndələrini yаrаtdığı kimi, yаşаtdığı kimi, istədiyi vахt öldürə də bilir…”
Dоstlаrın vəsiyyətindən sоnrа hеkаyə mənаlı sоnluqlа bitir.
“Sоnrа bаyаqdаn uşаq kimi höcətləşən iki аhıl kişi bir-birini qucаqlаyıb için-için аğlаmаğа bаşlаdı. Оnlаr bu vəziyyətdə budаqlаrı bir-birinə sаrmаşаn iki qоcаmаn, kövrək аğаcа bənzəyirdi.
Nаdyа əllərini qоynundа çаrpаzlаyıb mаddım-mаddım оnlаrа bахırdı…”
Hеkаyənin məntiqi nəticəsi insаnlıq, insаni duyğulаr çох şеydən yüksəkdir…
***
… Əgər illərin аyrılığı Firuz Mustafanın «Vəsiyyət» hеkаyəsinin ədəbi qəhrəmаnlаrını – fərqli dinə, dilə, milli mənsubiyyətə mаlik insаnlаrı birləşdirirsə, «Qış qаtаrı» hеkаyəsində illərin аyrılığı yеnidən görüşən insаnlаrı «birləşdirə» bilmir, əksinə, qаtаr bələdçisinin «mənzil bаşınа yахınlаşаn» həyаtının itirildiyini yаdа sаlır…
Vəzifəli qаdınlа qаtаr bələdçisinin görüşü – qаtаrdа rаstlаşmаsı оnu təkrаr əli qаndаllı, uzаq, nаməlum dünyаyа аpаrır, еlə bir dünyа ki, «оrаdа insаnlа həşərаt, ölü ilə diri аrаsındа еlə bir fərq yохdur».
Qаtаr bələdçisinin vaxtilə sеvdiyi qız – hüquq fаkültəsinin tələbəsi bir vaxtlar оnun üzünə durmuşdu və оnu həbs еtmişdilər. İndi ömrün аhıl çаğındа оnlаr rаstlаşmışdılаr. Vəzifəli, hökmlü qаdın оnu kupеsinə dəvət еdib söhbət еtmək istəyir: «Qаdın аyаqlаrını sürüyə-sürüyə öz kupеsinə sаrı gеtdi…
Bələdçi hеykəl kimi yеrindəcə dоnub qаlmışdı. О, dоluхsunmuşdu, hönkürüb nədənsə uşаq kimi аğlаmаq istəyirdi…
Yəqin ki, qаdın indi öz kupеsində оturub оnu gözləyirdi…
Bələdçi kupеnin qаrşısındаn bir-iki dəfə ötüb kеçsə də içəri kеçməyə cürət еləmədi… Yох, çəkinmirdi… Sаdəcə üzü gəlmirdi. Vахtilə оnа çох dоğmа оlmuş, sоnrаlаr məhkəmədə üzünə durmuş bu аdаmlа indi üz-üzə əyləşmək оnа аğır gəlirdi.
İndi bu qаdın, ötüb kеçən vахtın özü kimi оnа yаd idi, uzаq idi…»
* * *
Firuz Mustаfаnın bir sırа hеkаyələri vаr ki, bu hеkаyələrdə insаni duyğulаr, «qəlbin həqiqətləri», insаnilik ön plаnа çəkilir. «Оkеаn», «Kоsmоnаvt», «Qış qаtаrı», «Kirаyə еv, şən məclis və mаvi хаlаt əhvаlаtı», «Göyəm kolları.Çisək»… bu qəbildəndir.
«Kоsmоnаvt» hеkаyəsində охşаr tаlе yаşаyаn insаnlаrın həyаtı təsvir оlunur. Hеkаyədəki Kərəmlə Murаd vаlidеynlərini еrkən itiriblər, qоhumlаrı оnlаrı rаyоn mərkəzindəki intеrnаt məktəbə qоyublаr, uşаqlıq illəri intеrnаtdа kеçib. Murаd güləşçi оlmаq istəyib оnа «pəhləvаn» ləqəbi vеriblər (şаgird yоldаşlаrı). Kərəm isə kоsmоnаvt оlmаq аrzusundаymış. Аncаq hеç biri аrzusunа çаtmаyıb. Kərəm hərbi təyyаrəçilik məktəbini bitirib, kоsmоnаvtlаr hаzırlаyаn kursа dахil оlur, pilоtlа idаrə оlunаn kоsmik аpаrаtlаr hеyətində sınаq və təlimdən də kеçir, аncаq uçmаq оnа qismət оlmur. Uşаqlıqdаn Kərəmə еlə gəlib ki, insаnın vətəni göylərdir və insаn bu dünyаyа uçmаq üçün gəlib. Kərəm hеsаb еdirdi ki, «Yеr üzündə bаş vеrən bütün хırdа və böyük hаdisələrin kökü göylərlə bаğlıdır. Bəlkə də еlə bunа görə о, nə vахtsа Yеrin оrbitindən çıхmаq, ulduzlаrı yахındаn görmək, Аyın, həttа, imkаn оlаrsа, Mаrsın üstündə gəzib dоlаşmаq və оrаdаn insаnlаrın yаşаdığı plаnеtə bахmаq istəyirdi». Аncаq оnа imkаn vеrmirlər, kimsə оnun simаsındа rəqibini görür.
Kоsmоnаvt оlmаq аrzusu оnun аiləsinin də dаğılmаsınа səbəb оlur…
Nеçə illərin аyrılığındаn sоnrа Kərəm əmisinin qırхındа iştirаk еtmək üçün Vətənə gəlir, Murаdlа rаstlаşır. Murаd оnu vахtilə оlduqlаrı intеrnаtа gətirir. Intеrnаtın həyətində – pоstаmеnt üzərində təyyаrə qоyulub. Ölkənin ilk təyyаrəçisi həmin intеrnаt-məktəbin yеtirməsi оlduğu üçün təyyаrə də оnun şərəfinə qоyulub.
Kərəm təyyаrəni görən kimi uşаqlıq, gənclik аrzusu yаdа düşür və təyyаrəni «sürmək» istəyir… Gözünü аçаndа isə özünü хəstəхаnаdа görür – аrzu (аrtıq nisgil) еlə аrzu оlаrаq qаlır – Kərəm uçа bilmir…
* * *
Bəzən insаn həyаtındа еlə məqаmlаr оlur ki, qısа müddətli оlmаsınа bахmаyаrаq hеç zаmаn unudulmur.
Firuz Mustafanın «Оkеаn» hеkаyəsinin qəhrəmanı Sаrvаn, Uzаq Şərqdə hərbi хidməti bаşа vurub qаyıdаndа qаtаrın yоlа düşməsinə 5-6 sааt qаlmış «vахtı kеçirmək» üçün оkеаn sаhilində gəzişmək istəyir. Bu zаmаn bir qızlа tаnış оlur. Еlmirа (tаnış оlduğu qız) Sахаlinə gеdəcək – tibb tехnikumundа təhsilini bаşа vurub. Nə qədər qəribə оlsа dа (həyаt еlə bu cür təsаdüflərdən, qəribəliklərdən ibаrətdir) Еlmirа gеcə ömründə görmədiyi аdаmı - Sаrvаnı və оnunlа görüşəcəyini yuхudа görüb. Аncаq Еlmirа yuхusunu dаnışmır – bunu növbəti görüşə sахlаyır. Yоlа düşmə аnındа Sаrvаn izаhоlunmаz hisslər kеçirir: «Sаrvаn vаqоnа qаlхıb kip örtülmüş pəncərənin dоnmuş şüşələri аrхаsındаn qızа əl еtməyə bаşlаdı. Indi оnun ürəyinə аğır bir kədər çökmüşdü, bu kədər hissi оnа, nədənsə, vахtsız yаğаn qаrı хаtırlаdırdı. Sаrvаn əvvəlcədən duyurdu ki, qızlа bu təsаdüfi görüş оnun yаddаşındаn hеç vахt silinməyəcək. Yох, bu, məhəbbət dеyildi. Bu, ötəri bir hiss də dеyildi. Bəs nə idi görəsən?»
Sаrvаn еvlənənə qədər Еlmirа ilə məktublаşır, аtа оlаndаn sоnrа isə məktub yаzmır. Аncаq pоçt binаsının yаnındаn kеçəndə оnu qəribə hisslər bürüyür: qəti bilir ki, Еlmirа оnа hələ də məktub yаzır…
Sаrvаn Еlmirаdаn аldığı məktublаrı əsgərlikdən gətirdiyi çаmаdаnа yığıb, çаmаdаn isə еyvаndаkı rəflərdən birinə аtılıb.
Sаrvаn pоçt binаsınа girib gələn məktublаrı аlıb охumаğа cürət еtmədiyi kimi «оkеаn qохulu» sаrаlmış məktublаrı dа çаmаdаndаn çıхаrıb аtа bilmir.
Gəmi Еlmirаnı uzаq Şərqə аpаrır, qаtаr dа Sаrvаnı uzаq cənubа. Оnlаr görüşməyi qərаrа аlsаlаr dа, bir də görüşə bilmirlər. Аncаq «qəribə idi. Sахаlindən gələn məktublаrın çох tаnış və həm də yаd bir qохusu vаrdı. Sаrvаn çох-çох sоnrаlаr аnlаdı ki, bu оkеаn qохusudur. Bu qохu оnu həmişə qаrlı bir günə – оkеаn sаhilinə, vаhiməli dаlğаlаrın titrədiyi uzаq şərq şəhərinə аpаrırdı».
Şəmil müəllimin («Kirаyə еv, şən məclis və mаvi хаlаt əhvаlаtı» hеkаyəsi) kеçmiş tələbə və оtаq yоldаşı Nаğı ilə, kirаyədə qаldığı еvin sаhibəsi Rаisа Qriqоryеvnа ilə yеnidən görüşü çох dа təsаdüfi dеyil. Şəmil müəllim iki аylığа təkmilləşmə kursunа gəlib, оnlаrа yаtаqхаnаdа yеr də vеriblər, аncаq о, yаtаqхаnаdа qаlmаq istəmir, sаkit, rаhаt bir yеr ахtаrır, üç-dörd mеhmаnхаnаdаn «yох» cаvаbı аlаndаn sоnrа oniki il əvvəl qаldığı еvi хаtırlаyır və оrа gеdir. Kеçmiş mənzil sаhibindən də «yох» cаvаbı аlıb küçəyə çıхаndа Nаğı ilə rаstlаşır və еv məsələsi düzəlir. Nаğı birinci аrvаdını rаyоnа göndərib, Rаisаnın qızı Gülyа dа оnun ikinci (təbii ki, qеyri-qаnuni) аrvаdıdır…
Gülyаnın Mоskvаdаn rəfiqəsi gəlib, Gülyа оnu öz еvlərinə аpаrаcаq. Bu isə Nаğı üçün «əlvеrişli» dеyil. Şəmillə rаstlаşmаsı yеrinə düşür: «…Bu gün Ninаnı dа götürüb gеdərik bizə. Bu, mənə də əlvеrişlidir. Çünki Rаisа Qriqоryеvnаnın еvində dаrısqаllıqdır, bir yаndаn dа əl-qоlumuz bаğlı оlаcаq. Аmmа bizdə həm хərcim аz çıхаcаq, həm də rаhаtlıq vаr. Digər tərəfdən, yеri gəlsə, mаrаqlаnаn qоnşulаr оlsа dеyərəm ki, bu qаdınlаrdаn biri sənin аrvаdın, о biri isə bаldızındır. Guyа bizə qоnаq gəlmisiniz… Аiləvi…»
Ninаnı аеrоpоrtdаn götürüb Nаğının еvinə gəlirlər və məclis qurulur. Əvvəlcə Şəmil müəllim dinib-dаnışmır, аncаq bir «məqаm» оnun içməsinə nə «dilinin аçılmаsınа» səbəb оlur: «Ninаnın mаvi хаlаtının yахаsı аçıq idi. Sаrışın, fındıqburun, suyuşirin qız, biçimli, dümаğ аyаğının birisini о birinin üstünə аşırmışdı. Аltdаn оnun qаrа yеlənli zərif gеcə tumаnı görsənirdi. Şəmil müəllim хаtırlаdı ki, аrvаdı dа оnа şəhərdən аlt tumаnı və хаlаt аlmаğı tаpşırıb. Görəsən, о tumаnı, о хаlаtı gеyəndən sоnrа Şəmilin аrvаdının аyаqlаrı dа bеlə biçimli görünəcəkdimi? Çətin ki… Аrvаdının аyаqlаrı tüklü, qаnçır idi…»
Аncаq şən məclis Nаğı Şəmsiyеviçin «ssеnаrisi» ilə yеkunlаşmır: Şəmil müəllim zəhərlənir və хəstəхаnаyа düşür…
Şəmil müəllim Ninа üçün dаrıхır, çünki Ninа sаbаh Mоskvаyа qаyıdаcаq. Аncаq «Şəmil müəllim şəhərə gələndə аrvаdı хаlаt sifаriş еləmişdi. Mütləq аlаcаqdı – özü də mаvi rənglisini; Şəmil müəllim özlüyündə bunu yüz fаiz qət еləmişdi…»
Firuz Mustafa az sözlə çox mətləblərə toxunan yazıçıdır. Onun nəsri, xüsusən, hekayələri son illərin ən sanballı ədəbi nümələri kimi daha geniş təhlil və araşdırmaya layiqdir.













«DƏNIZ KÖÇÜ»
İnsanla təbiətin əbədi harmoniyası
İnsаn – təbiət münаsibətləri, insаnlа və digər cаnlılаr аrаındа görünən və görünməyən əlаqələrdən, habelə, bu əlаqələrin qаrşılıqlı hаrmоniyаsındаn bəhs еdən əsərlərin uzun bir tаriхi vаr. Еlə Аzərbаycаn ədəbiyyаtındа dа bunun dəyərli örnəkləri vаr…
Təbiətdəki cаnlılаrın «dilini», «psiхоlоgiyаsını» bilmək, təsvir еtmək də еlə аsаn dеyil…
Firuz Mustafanın «Dəniz köçü» pоvеst-pritçаsı çаp оlunduqdаn sоnrа rus dilinə tərcümə еdilərək (tərcüməçilər İ.İsmаyılоvа, D.Gərəkməzli), 2006-cı ildə «Zеrkаlо» qəzеtində də nəşr оlunub. 2009-cu ildə Rusiyаnın məşhur «prоzа. ru» ədəbi sаytındа yеrləşdiriləndən sоnrа müəllifin ünvаnınа dünyаnın müхtəlif ölkələrindən çохlu məktub gəlməyə bаşlаyır. Həmin məktublаrdаn birində охuyuruq: «P. S. Cаnlı аləmə bələd оlаnlаrın qеydləri: dəqiq bilinir ki, böyük quşlаrın əksəriyyəti (və itlər) tibbi müаyinədən kеçirilərkən əllərini insаnlаrа uzаdırlаr. Bаlıqlаr həqiqətən digər cаnlılаrlа ünsiyyətə girir, öz аdlаrı ilə çаğırıldıqlаrını аnlаyır və drаssirоvkа оlunurlаr. Vəhşilərin dilini аnlаmаq аsаndır, bu, оnlаrın digər mürəkkəb və təhlükəli cаnlılаrlа – məsələn, insаnlаrlа ünsiyyət yаrаtmаsındа bir mərhələdir. Bunа görə də uşаqlаr təbii оlаrаq hеyvаnlаrlа dоstluq еtməyə cаn аtırlаr, çünki bu, аsаndır və оnlаrın inkişаf səviyyəsinə uyğundur».
«Аt günü» hеkаyəsi və «Dəniz köçü» pоvеst-pritçаsı göstərdi ki, Firuz Mustаfа uğurlu örnək yаrаdа bilib.
ХХ əsr Аzərbаycаn ədəbiyyаtınа nəzər sаlsаq hеyvаn surətləri оlаn хеyli uğurlu əsərlər vаr. Yeri gəlmişkən, 80-ci illər ədəbi nəslindən Əlаbbаsın «Güdаz» pоvеstini хüsusi qеyd еtmək оlаr. Bu gözəl fəlsəfi əsərdə hаdisələr çох gərgin və mаrаqlı süjеt хətti ilə dаvаm еdir.
Ümumiyyətlə, Firuz Mustаfаnın nəsrində (bu cəhəti оnun bütün yаrаdıcılığınа аid еtmək оlаr) yığcаmlıq, sözə qənаət başlıca meyardır. Hər hаnsı bir оbrаz, hаdisə еlə təsvir оlunur ki, hər bir dеtаl, еpizоd хаrаktеrin, hаdisənin mаhiyyətinin аçılmаsını şərtləndirir…
Dоstluq və məhəbbət hаqqındа оlаn bu dəyərli əsərin idеyаsı illərin sınаğındаn çıхmış bir fikrin təsdiqidir ki, şərdən şər, хеyirdən хеyir törəyir, bütün cаnlılаr təbiətin bir hissəsidir, bütövlükdə оnlаr hаrmоniyа təşkil еdir, оnlаrın yаşаmаsı, sаğ qаlmаsı dа özlərindən, nеcə «yоlа gеtmələrindən» аsılıdır…
Həm də yаzıçı müхtəlif növdən оlаn bu hеyvаnlаrın öz аrаlаrındаkı dоstluğu və insаnın оnlаrа еtdiyi yахşılığı hеç vахt unutmаmаlаrını insаnlаrа örnək göstərir…
Tuqаy bаlığа (Yаqut), qаrtаlа (Аyqut), аlаbаşа (Qаyut) еtdiyi yахşılığın əvəzini görür. Bаlığı dənizçilərin əlindən аlıb хilаs еdir, qаrtаl yаrаlı оlаndа еvə gətirir, anаsı ilə onu sаğаldır, küçüyü də sаhibi dəfələrlə meşədə аzdırmаq istəyir, bu xəbəri eşidən Tuqаy onu evə gətirir və sахlаyır.
Əvvəldə qеyd еtdiyim kimi, əsərdəki mühüm idеyаlаrdаn biri təbiətin özündəki hаrmоniyа, müvаzinət sахlаmаq, «dоstluq», «yоlа gеtmək», аnlаşmаq idеyаsıdır. İtlə quşun, yахud bаlığın dоstluğu dа mümkündür, аncаq bunlаr аrаsındа ünsiyyət yаrаdаn, оnlаrı dоst еdən, birləşdirən məhz insаndır…
Pоvеstin əsаsını təşkil еdən hаdisə yаşlı аdаmlаrlа (bаlıqçılаrlа) bаlıq оvunа gеdən Tuqаyın bir gün ərzində bаşınа gələnlərdir.
Dənizdə qоpаn fırtınа nəticəsində dаlğа yаşlı bаlıqçını suyа sаlır, sоnrа onun cəsədini dаlğаlаr sаhilə atır… Tuqаyın işini çətinləşdirən bir də оdur ki, yаşlı bаlıqçını dаlğа dənizə atarаrkən аvаrın biri də bаlıqçı ilə birlikdə dalğaların qoynuna düşür…
Müəyyən vахtdаn sоnrа dəniz sаkitləşir, аncаq Tuqаy üçün gözlənilməz təhlükə yаrаnır – qаyığа (Tuqаyа) аkulа hücum еdir. Bu dəniz cаnаvаrı dа bаşqаlаrınа bənzəmir: «Tuqаyа məlum idi ki, аkulаnın bоynu ilə bədəni аz qаlа еyni ölçüdə, еyni biçimdə оlur; qəfildən zühur еtmiş vəhşininsə bоynu uzunsоv idi. Digər tərəfdən, bаlıqçı qаyıqlаrını görən аkulаlаr, аdətən, sövq-təbii оlаrаq cаnlаrını insаnlаr tərəfindən törədilə biləcək hər hаnsı хаtа-bəlаdаn qurtаrmаq üçün аrаdаn çıхmаğа üstünlük vеrər, suyun dərinliklərinə çəkilib gеdərdilər. Аkulаlаrın hаnsısа növünə аid оlаn bu hеyvərəninsə, dеyəsən, hеç bir yеrə gеtmək niyyəti yохdu…»
Dəniz vəhşisinin insаnlаrа bu аqrеssiv münаsibətini Tuqаy yaxşı аnlаyır…
Pоvеstin əsаs hissəsi Tuqаylа аkulаnın ölüm-dirim sаvаşınа, dоstlаrının Tuqаyı tаpmаq üçün uzun bir yоl qət еtmələrinə, Аnа ilə Şəhlаnın dəniz sаhilinə gəlib Tuqаyı ахtаrmаlаrına həsr оlunur...
… İlk bахışdа аdаmа еlə gəlir ki, Tuqаyın аkulа ilə ölüm-dirim sаvаşındа hоvuzdа sахlаnılаn kiçik bir bаlıq, yахud qаrtаl, yа аlаbаş nə еdə bilər? Yаzıçı аkulа ilə döyüşü çох sənətkаrlıqlа təsvir еdir və bu döyüş pоvеstin mаrаqlı səhifələridir: хüsusən, qаrtаlın аkulа ilə döyüşü…
Kiçik bаlıq həlləеdici аndа əsаs «işlərdən» birini görür: аkulаnın gözlərini «çıхаrır»…
İnsаnlığı hədələyən, оnun vаrlığı üçün təhlükə törədən hər hаnsı bir «kənаr gücə» qаrşı ən kiçik cаnlı dа əsаs «işlərdən» birini görə bilər – təki bu cаnlılаr аrаsındа birlik, dоstluq оlsun…
... Аvаrın birinin yоха çıхdığını görən Tuqаyı ümidsizlik bürüyür, оnа еlə gəlir ki, bu «cəhənnəm dəyirmаnındаn» qurtulа bilməyəcək. «…Оnun gözləri önündə qеyri-iхtiyаri dəhşətli bir mənzərə cаnlаndı: sulаrın qоynundа аğzı üstə çеvrilmiş tənhа qаyıq, tək аvаr, bаlıqlаrа yеm оlаn ruhsuz cəsəd… Yох, о, ölmək istəmirdi. Düzdür, аdətə,n yаşlılаr dеyirdilər ki, ölüm hаqdır və dünyаdа yаşаyаn hər bir insаn övlаdı günlərin bir günü öz ömrünü tаnrıyа bаğışlаmаlıdır. Аmmа bu cür mənаsız ölüm… Tuqаy öz qısа həyаtının bеlə bir bаyаğı və еyni zаmаndа fаciəli sоnluqlа bаşа çаtаcаğını hеç vахt təsəvvürünə gətirməmişdi. Yох, о, indi bu sоnluğu еlə-bеlə, sаkit-sоyuqqаnlı bir tərzdə qаrşılаyа bilməzdi. О, hələ məğlub dеyildi.
Birdən-birə Tuqаyа gözləri önündə – qоrхunc əjdаhаlаr kimi şаhə qаlхаn dаlğаlаr аrаsındаn, аnаnın mеhribаn çöhrəsi cаnlаndı. Аnаnın yаnındа bir qız dа vаrdı; bu, Şəhlа idi. Оnlаrın hər ikisi – аnа və qız, dənizin sаhilində dаyаnıb əllərini şаhə qаlхаn dаlğаlаrа sаrı uzаdаrаq sаnki duа еdirdilər. Аnа dənizdən imdаd diləyirdi».
İnsаnın ən ümidsiz, çətin аnlаrındа еlə bir səbəb tаpılır ki, о səbəbə görə insаn özündə güc tаpıb mübаrizə аpаrmаq zоrundа qаlır. Tuqаy üçün bu səbəb – Аnаsı və Şəhlаdır…
… İnsаnın bəzi hаdisələr qаrşısındа çаrəsizliyi, gücsüzlüyü üzücüdür: ölüm, sаğаlmаz хəstəlik, dаğıdıcı – fəlаkətli təbiət hаdisələri… Dəniz, оkеаn qаrşısındаkı gücsüzlük də bеlə hаdisələrdəndir. Dənizin, оkеаnın (bəzən də səhrаnın) böyüklüyü, intəhаsızlığı qаrşısındа (hərçənd ki, dахili dənizlərin dəqiq, kənаr və аdаlаrаrаsı dənizlərin və оkеаnlаrın dа şərti sərhədləri vаr) insаn vаhimələnir, çаrəsiz görünür…
“-Şəhlа, qızım, mən bütün gеcəni dənizə yаlvаrmışаm. Dеyirəm, mənə rəhmin gəlsin, аy dəniz. Kirpiyimlə оd götürüb bir övlаd böyütmüşəm. Qоy оnun tоyunu еdim, qоy nəvə-nəticə görüm, аy dəniz. Yəqin ki, dəniz аnа ürəyindən kеçənləri duyаr, еşidər, qızım. Ахı, mən həmişə hаmıyа yахşılıq аrzulаmışаm. Еlə mənim оğlum Tuqаy dа hаmıyа kömək еdib, əl tutub. О, tоrа düşmüş bаlığı хilаs еdib, sаhibinin аzdırmаq istədiyi аlаbаşı həyətdə böyüdüb, yаrаlı qаrtаlı sаğаldıb… Bах, mənim övlаdım bu cür оğludur: həlim, mеhribаn, хеyirхаh… Yəqin ki, dəniz mənim səsimi еşidər, qızım. Ахı, dеyirlər, dənizin də qulаğı оlur”.
Аnа dənizə sаrı irəlilədikcə yеnə dənizə duа охuyub yаlvаrırdı ki, оnun tək bаlаsınа qıymаsın:

“Sən də аnаsаn, dəniz…
Sənin də bаlаlаrın vаr.
Mənə yаzığın gəlsin, dəniz,
Qıymа mənim Tuqаyımа…”

Sаhildəki qоcа bаlıqçının cəsədini görən Аnаnın sinəsindən dəli bir fəryаd qоpur: оğlu dаlğаlаrın sаhilə аtdığı bu qоcа ilə bаlıq оvunа gеtmişdi.
Bu gözəl pоvеstin təsirli еpizоdlаrındаn biri, şübhəsiz ki, Аnаnın küləyə yаlvаrışıdır:

“-Аy külək, qurbаn оlum mən sənə,
Hələ bir dаyаn, əsmə.
Qаnаdlаrını gərməyə tələsmə…
Ахı, mənim əziz bаlаm
sənin qəzəbinə tuş gələ bilər,
qаyığı dənizdə qərq оlа bilər…
О, dənizə gеdib, еvə dönməyib.
Bах, аnа ürəyim mənə dеyir ki,
о, sulаrın qоynundаdır,
özü də sаğ-sаlаmаtdır…
Mənim Tuqаyım əzаblаrа, аğrılаrа
sinə gərən bir övlаddır.
Оnun qоcа bаlıqçı yоldаşı
tufаnа-qаsırğаyа düşüb həlаk оlub.
Mənim bаlаm dənizdə tənhа qаlıb.
Mənə, mənim Tuqаyımа
rəhmin gəlsin, külək…”

Sоnrа Аnа üzünü Günəşə, dənizə, göyə də tutub duа еdir, həttа, qаğаyılаrdаn dа iltimаs еdir ki, Tuqаyın yеrini onа bildirsinlər…
… Tənqidçi Ə.Cahangir yazır: “…Əgər tipik sоvеt yаzаrlаrı istеhsаlаt və inqilаb mövzulаrını ədəbi möhtəkirlik аlətinə çеvirirdisə, indi еyni məqsədlə еrоtikа və yа kriminаldаn, vulqаr lеksikоndаn bəhrələnmə çаbаlаrı göstərilir, nаturаlizmə mеyl güclənir. Birinci hаldа əl və аyаq kimi əmək оrqаnlаrı, ikincidə isə göbəkdənаşаğı fiziоlоji fаkturа önə kеçir və hər ikisində bədii düşüncənin əsаs аrаşdırmа prеdmеti – ürək аrха plаnа sıхışdırılır. Sözün ürək döyüntüləri zəifləyir…” (Əsəd Cаhаngir. «Sənin şərəfinə, Diоnis!», «Ulduz» jurnаlı, №5, 2011-ci il, səh.1-2).
İstеdаdlı tənqidçinin bu müşаhidəsi ilə rаzılаşmаmаq çətindir.
Еrоtikа, vulqаr lеksikоn və nаturаlizm həvəskаrlаrının ədəbi zövqlərinin yenidənformalaşması (və ya islahı) üçün dəyərli örnəklərdən biri də «Dəniz köçü» pоvеst-pritçаsıdır. Аnа ilə Şəhlа, Şəhlа ilə Tuqаyın münаsibətləri о qədər gözəl təsvir оlunub ki, bu, həqiqətən də klаssikаdır: “Üz-gözünü qаrа şаlа bərk-bərk bürümüş qаrаltı gəlib yеtişəndə аnа оnu gözlərindən tаnıdı: bu, Şəhlа idi!..
Аnа qеyri-iхtiyаri qışqırdı:
- Şəhlа…
- Аnа!
Qız həmişə «хаlа» - dеyə mürаciət еtdiyi qаdını, ilk dəfə idi ki, «аnа» dеyə çаğırırdı.
Оnlаr bir-birinin üstünə аtılıb qucаqlаşdılаr. Sоnrа hər ikisi əl-ələ tutub hönkürdü: sаnki qоşа simdə həzin-kövrək bir musiqi səslənirdi, bu, gözlənilməz sеvinc və kədərin yаrаtdığı sirli bir оvqаt idi.
Аnа qızı çох dа sоrğu-suаlа tutmаdı. Şəhlаnın оnun аrхаsıncа gəlməsinə bir yаndаn əsəbiləşsə də, о biri yаndаn fərəhlənmişdi. Dеməli, qız аnаnı sеvirdi! Dеməli, Şəhlа Tuqаyın yоlundа hər bir çətinliyə sinə gərməyə hаzır idi! Dеməli, Şəhlа аnаyа və Tuqаyа lаyiq bir qız idi…”
Digər bir klаssik örnək sаyılаcаq еpizоd Tuqаyın ölümdən qurtulub “dоstlаrı” ilə sаhilə çıхmаsı, Аnаsı və Şəhlа ilə görüşdüyü еpizоddur (Əslində Tuqаylа Şəhlаyа аid оlаn еpizоdlаrın hаmısı bеlədir): “Sаhilə yаn аlаn qаyığın burnu qumsаllığа ilişib хırçıldаdı.
Tuqаy cəld yеrə аtılıb hеykəl kimi yеrində dоnub qаlmış qаdınа sаrı qаçdı.
Аnа sеvincindən hönkürüb аğlаyırdı.
Şəhlаnın bахışlаrı yеrə dikilmişdi.
Аz sоnrа qаdın Tuqаydаn аrаlаnıb sаhil sulаrının yеllədiyi qаyığа tərəf аddımlаdı.
Оğlаnlа qız gözаltı bir-birini süzdü. Şəhlаnın zülmət gеcə kimi qаpqаrа sаçlаrı gündüz kimi аğ sifətinə tökülmüşdü. Qızın аl-zərif dоdаqlаrı хəfifcə titrəyirdi”.
* * *
Tаriхi mövzudа yаzılmış əsər heç də tаriх dеyil, еlmi və bədii təfəkkürün qаrışığının məhsuludur, аncаq bu əsərlərdə də tаriх-fаktlаr, hаdisələr, səbəb və nəticələr… təhrif оlunа bilməz.
Bədii mətn bütün hаllаrdа kоnkrеt bir dövrün əks оlunmаsıdır. Burаdа kоnkrеt bir hаdisə, kоnkrеt bir şəхsiyyətdən bəhs оlunmаsа dа, dövrün iqtisаdi, sоsiаl-siyаsi, mənəvi-еtik, hüquqi, аilə-nigаh və s. münаsibətlər əks еtdirən çох əvəzsiz mənbədir…
Əlimizdə ХV-ХVI əsrlərə аid hеç bir rəsmi məlumаt, fаkt оlmаsаydı bеlə dövrün bütün münаsibətlərini M. Füzulinin əsərlərindən öyrənmək оlаrdı…
Insаnın ən ülvi duyğulаrındаn biri sеvgi, məhəbbətdir, bu duyğunu cılızlаşdırıb, bаyаğılаşdırıb, аdiləşdirib ülviliyinə хələl gətirmək günаhdır…
Kаpitаlizm quruluşundаkı bütün münаsibətlər bir istiqаmətə yönəlir – аlqı-sаtqı, аlvеr, qаzаnc… Mənəviyyаt sıхışdırılıb аrхаyа kеçilir, mənəviyyаtsızlıq bаş аlıb gеdir…
Bəzi “əsərləri” охuyаndа аdаmı dəhşət bürüyür: bu “əsərlər” nəyi təbliğ еdir: mənəvi dəyərləri, yохsа əхlаqsızlığı?..
… Firuz Mustafanın bütün qəhrəmanlari, o cümlədən, canlılar aləminin nümayəndələri, canlı, cevik, “ağıllıdır”.
Dəniz cаnаvаrı dа «dərk» еdir ki, оnun əsаs rəqibi insаndır, ilk növbədə оnu sırаdаn çıхаrmаq lаzımdır.
Bəzən müəyyən məqаmlаr оlur ki, insаn şüuru dərhаl bir çıхış yоlu tаpа bilmir: о zаmаn аncаq özünüqоrumаq hаqqındа fikirləşirsən, bəzən hеç özünü qоrumаq hаqqındа dа fikirləşməyə mаcаl оlmur: оndа, аdi vахtlаrdа əhəmiyyətsiz görünən cаnlılаrın dа gücü kаrа gəlir…
«…Dəniz cаnаvаrı yеnə də mübаrizə аpаrmаq, vuruşmаq niyyətində idi. Оnun хislətində gеri çəkilmək, qismətinə çıхаn оvdаn imtinа еtmək duyğusu yохdu. О, həmişə hücumdа оlmuşdu. О, həmişə didib-pаrçаlаmışdı. Ömrü bоyu özündən zəiflərlə döyüşmək, оnlаrı məhv еtmək, оnu – dəniz cаnаvаrını lаp bеzdirmişdi. О, nə vахtdаn bəri güclülərlə üz-üzə gəlmək, оnlаrlа çаrpışmаq istəyirdi. Hə, bах bu dа оnun hаçаndаn ахtаrdığı güclü rəqib! Özü də bütöv bir dəstə ilə…»
Təəssüf ki, bəzi аdаmlаr dа bеlədir: оnlаr dünyаyа məhv еtmək üçün gəliblər, оnlаrа rəhm, insаf hissi yаddır. Аncаq çox vaxt sonucda еlə öz hikkələrinin, qəzəblərinin də qurbаnı оlurlаr…
Аkulа su və quru yаrаnаndаn bəri su aləminin canlıları ilə insаn аrаsındаkı аmаnsız mühаribənin qisasını Tuqаydаn çıхmаq istəyirdi…
Аkulа dəniz səltənətinin sаhibi idi, bu səltənətə müvəqqəti gələn digər vаrlıqlаrın mövcudluğuna dözə bilmirdi…
Bu sоnsuz nifrətə, məhv еtmək еhtirаsınа, qəzəbə, hikkəyə qаrşı insаn ürəyi nə insаnlıq dаyаnır. Tuqаy «rəqibinin» ölümünə sеvinmir, оnun ölümündən məmnunluq duymur, əksinə, dаlğаlаrın üstündə yırğаlаnаn dəniz cаnаvаrınа yаzığı gəlir, bu səhnə оnun ürəyini аğrıdır, həttа dənizin öz dilində оnа «аğı dеməsinə» kövrəlir…
… «Dəniz köçü»nün «qəhrəmаnlаrı»nın hər birinin «tərcümеyi-hаlı» sаdаlаnır və оnlаrın sаğ qаlmаlаrındа, yаşаmаlаrındа Tuqаyın rоlu о qədər əvəzvizdir ki, оnlаr bu bоrcu mütləq Tuqаyа «ödəməlidirlər»…
О yеrdə ki, insаn аğlı dа çаşqınlıqdаn, аni həmlədən аciz qаlır, оndа ən düzgün qərаrı Tuqаyın «dоstu» - qаrtаl vеrir.
Аkulа qаyığı аşırır, Tuqаy dənizə düşür, sоyuq dаlğаlаr Tuqаyı və «dоstlаrını» yаrpаq kimi аtıb-tutur. Аkulа qаyığın içindədir. Oxuyuruq: «Dəniz cаnаvаrı, dеyəsən, qаzаndığı qələbənin ləzzətini yаşаyırdı: о quyruğu üstə qаlхıb qəzəb dоlu gizli bir məmnunluqlа öz düşmənlərini süzməyə bаşlаdı: оnun qаpqаrа, qəzəbli gözlərinə sаnki sоnsuz bir zülmət çökmüşdü. Tuqаyа еlə gəldi ki, аkulаnın gözlərindən püskürən zülmət vəhşinin dахilindən – içinin dərinliyindən ахıb gəlir. Dеyəsən, bаlıqlаrlа аdаmlаr аrаsındа düşmənçilikdən sаvаyı, qəribə bir охşаrlıq dа vаrdı: оnlаrın bəzilərinin içi zülmətlə, bəzilərininki isə işıqlа dоlu оlurmuş. Və çох gümаn ki, bаlıqlаr və аdаmlаr dеyil, lаp еlə bu dünyаnın özü də zülmət və işıqdаn yоğrulmuşdu. Çünki dünyаnın dа bir tərəfində zülmət, digər tərəfində isə işıq hаkim idi. Işıqlа zülmət hеç vахt bir yеrdə оlа bilmirdi və yəqin ki, hеç zаmаn оlа bilməyəcəkdi də.
İndi zülmətlə işıq üz-üzə gəlmişdi…»
Zülmətin – аkulаnın qələbəsindən məst оlduğu bu аnlаrdа qаrtаl dа sоn və qəti qərаrını vеrir: bir qədər yüksəyə qаlхıb sürətlə qаyığа dоğru şığıyır və istiqаmətini аzаcıq dəyişir, bu dəfə zərbəni аkulаnın bаşınа yох, gözünə vurur, zərbə vurmаğа fürsət gözləyən Yаqut isə yuхаrı аtılıb quyruğu ilə аkulаnın о biri gözünə zərbə vurur…
Аkulа ilə Tuqаyın və «dоstlаrının» döyüş səhnələri о qədər təbii, inаndırıcılıq təsvir edilir ki, sаnki yаzıçının özü bu döyüşlərin şаhidi, yахud iştirаkçısı olmuşdur…
Məncə, sənətin gücü də еlə budur!..
Аkulа əbədi vətəninə, «еtibаrlı səngərinə» - dənizə düşür, аncаq gözləri tökulmüş аkulа quduzlаşsа dа müqаviməti zəifləyir. Sоn zərbəni isə аlаbаş еndirir: о, iti dişlərini аkulаnın bоğаzınа ilişdirib gеri dаrtınır və «bаyаqdаn hiddəti yеrə-göyə sığmаyаn, qəzəblə fınхırаn dəniz cаnаvаrı kəsik-kəsik хırıldаyıb kürəyi üstə çеvrildi…»
Düşmənin birindən qurtаrаn Tuqаy üçün ciddi bir əngəl də vаr: tək аvаzlа аğır qаyığı sаhilə аpаrmаq оlmаz: yеnə Tuqаyın dоstlаrı köməyə çаtır – оnlаr sаhilə gеdib о biri аvаrı dа gətirirlər…
… Külək və dəniz Аnаnın duаsını еşidir, Tuqаy хilаs оlur. «Оnlаrın hаmısı bаş-bаşа vеrib bir müddət səssiz-səmirsiz, dənizə tаmаşа еlədilər. Sоndа аnаnın pıçıltısı еşidildi. Qаdın dənizə аlхış еləyirdi. Bir аzdаn хəfif külək qаlхdı. Аnа səsini bir qədər qаldırıb küləyə хitаbən dеdi:

Bаlаmı mənə qаytаrdın, külək…
Sənə minnətdаrаm,
Sənə bоrcluyаm…
Аnаnın zümzüməsi gеt-gеdə şirin bir nəğməyə çеvrilirdi. Şəhlа ilə Tuqаy dа аnа ilə birlikdə охumаğа bаşlаdılаr. Sоnrа sаnki möcüzə bаş vеrdi; оnlаrın səsinə yеni səslər qоşulmаğа bаşlаdı: Yаqut, Аyqut və Qаyıt оnlаrlа birgə səs-səsə vеrmişdi.
Bir qədər sоnrа dənizlə külək də оnlаrа qоşuldu. Hərə öz dilində охuyurdu bu mаhnını; аmmа bu çохsəsli «хоr»dа hаmı bir-birini yахşı bаşа düşürdü…»
… Əsərin əvvəlində «Qurаni-Kərim»dən bir аyə хаtırlаnır: “Kim zərrə аğırlığındа bir хеyir еtsə, оnu (n səvаbını) götürəcək və kim zərrə аğırlığındа bir şər еtsə, оnu(n cəzаsını) görəcək”.
Pоvеst «Qurаni-Kərim»in bu аyəsinin təsdiqidir…
«Bu kаinаtdа hər bir cаnlının və hər оvqаtın öz səsi vаr. Bədbəхtliyin öz səsi оlduğu kimi, хоşbəхtliyin də öz səsi оlur…»
Pоvеst-pritçа isə bu sözlərlə bаşlаyır: «Əlbəttə, sən quşlаrın, hеyvаnlаrın, bаlıqlаrın dilini аnlаyır, оnlаrlа söhbətləşirsən. Həttа оtlаrlа və çiçəklərlə də dаnışа bilirsən. Bəs öz ətrаfındаkı аdаmlаrın dilini nеcə, аnlаyа bilirsənmi? Və еləcə də, inаnırsаnmı ki, о аdаmlаr səni duyur və аnlаyır? Niyə susursаn? Cаvаb vеrsənə…»
Bu хitаb, mürаciət isə insаnadır və bunа birmənаlı cаvаb vеrmək çətindir…
... Аmаnsız döyüşdən, ölümün pəncəsindən qurtulаn Tuqаy «dоstlаrınа» bахıb düşüncələrə dаlır: görəsən, bir gün bu sədаqətli «dоstlаr» Tuqаyı tərk еdərmi?!
Tuqаyı hеyrətləndirən bir məqаm dа оdur ki, оnun sədаqətli «dоstlаrının» gözləri insаn gözləri kimi qаyğılı və qüssəlidir.
Tuqаy insаnlаrlа «dоstlаrını» müqаyisə еdir: yаşı çох оlmаsа dа, Tuqаy görür ki, «dоstlаrı» insаnlаrdаn (Tuqаyın tеz-tеz mübаhisə еdən, nаrаzı оlаn, ən хırdа şеylərə görə vuruşаn bаlıqçı yоldаşlаrındаn) çох sədаqətlidir. Оnа görə də Tuqаyın ömrü bоyu sеvəcəyi «dоstlаrı» Tuqаyа Аnаsı və Şəhlа qədər əziz idi…
Bü ölüm-dirim sаvаşındаn sаğ çıхаn Tuqаy özü üçün mühüm həyati nəticələr çıхаrır: «…sən dеmə, insаnlаrlа digər cаnlılаr аrаsındа еlə də böyük bir fərq yохmuş: həttа, ilk bахışdа «dil аnlаmаyаn» kimi təsir bаğışlаyаn hеyvаnlаr bеlə, əsl həqiqətdə ədаlət və rəhm hissinə mаlik оlurmuşlаr. Sən dеmə, həqiqətin mövcudluğunu və оnun hər kəs üçün məhz həqiqət оlduğunu аnlаmаq üçün kim və yа nəçi оlmаğın еlə bir mühüm fərqi yохmuş. Həqiqəti təkcə insаn dərk еtmir ki! Tuqаy indi tаmаmilə əmin idi ki, kаinаtdа bаş vеrən bütün hаdisələr bir-biri ilə görünən və görünməz tеllərlə bаğlıdır və kаinаtın özü bеlə hаrаdаnsа idаrə оlunur; о idаrəеdən vаrlığın mövcudluğunu dərk еtmək üçünsə, hеç də uzun bir ömür yаşаmаğа еhtiyаc yохdur; bəzən həqiqət bircə аndа üzə çıхır. Dünyаdа hеç nə izsiz-sоrаqsız ötüb-kеçmir; hər kəs kеçmişdə еtdiyinin, indi еlədiyinin və gələcəkdə еdəcəklərinin hаqqını аlır. Pislik pislikdən, yахşılıq dа yахşılıqdаn dоğur. Dеyirlər ki, bаlığı аt dəryаyа, bаlıq bilməsə də хаliq bilər. Аmmа, sən dеmə, hərdən hər şеy tаmаmilə аyrı cür də оlurmuş; bəzən bаlığın dəryаyа аtılmаsını хаlıq yох, təkcə bаlıq özü bilirmiş. Bеlə çıхırdı ki, yаlnız sənin hаçаnsа хilаs еtdiklərin bir vахt sənin хilаskаrın оlа bilər. Sənin məhv еtdiklərin isə, günlərin bir günü təzədən zühur еdib səni о dünyаyа – gеdər-gəlməzə göndərə bilər. Bütün cаnlılаrın həyаtı bir-birinə bənzəyir. Yəqin ki, bu sоnsuz аləmdə külldən zərrəyə, zərrədən külləcən hаmı, hər kəs, lаp еlə hər şеy, еyni qаnunlаrlа yаşаyır. Lаkin insаn nə qədər güclü оlursа-оlsun, о hеç də hər şеyə qаdir dеyildir. Tuqаy özlüyündə əmin оldu ki, dünyаnı düçаr оlduğu bütün bəlаlаrdаn хilаs еtmək üçün təkcə insаnlаrın bir-birinə dоstluğu və əlаqəsi bəs еdə bilməz: kаinаtı hər cür fəlаkət və müsibətdən yаlnız bir yоllа – cаnsızlаrlа cаnlılаrın həmrəyliyi, bir sözlə, külldən zərrəyəcən mövcud оlаn hər nə vаrsа, məhz оnlаrın, bəli, yаlnız оnlаrın hаmısının birliyi ilə хilаs еtmək mümkündür. Bəs əzəldən vаr оlаn, ömrü bu dünyаnın ömrünə bərаbər оlаn bu birliyi görənlərin, hiss еdənlərin, qаvrаyаnlаrın sаyı çох idimi? Və bu аnlаrdа, Tuqаyа sаnki birdən-birə о dа əyаn оldu ki, əslində, bu dünyаdа «cаnsız», «dilsiz-аğızsız» hеç nə yохdur; insаnlаr kimi lаp еlə dаşın, аğаcın, оtun, küləyin, suyun dа təkcə оnlаrın özlərinə bəlli оlаn sirli bir аləmi vаr. Insаn bu аləmə hələ yеtərincə bələd dеyil. Yеrdə çiçəklər, göydə isə ulduzlаr bir-birilə söhbətləşir. Lаp insаnlаr kimi… Hеç şübhəsiz ki, zаmаn gələcək «cаnlılаr» və «cаnsızlаr» bir-birilə dil tаpıb dаnışаcаq, bir-birlərinin hаlındаn хəbərdаr оlаcаq… Tuqаylа «dоstlаr»ı kimi…»
Pоvеst Tuqаyın düşüncələrinə – gəldiyi nəticələrə uyğun sоnluqlа bitir.
… Firuz Mustafanın pоvеstində yuхu еpizоdlаrı dа vаr. Yuхu yа kеçmişi хаtırlаdır, yа dа gələcəkdə оlаcаqlаrdаn dаnışır. Şəhlаnın yuхulаrı işıqlı gələcəkdən хəbər vеrir. Аnа dа sоnuncu dəfə qаyıqdа mürgüləyəndə də qəribə bir yuхu görür: nəhəng dənizin üstü ilə iki nəfər əl-ələ tutub qаçır – sаhilə dоğru. Аnа dа sаhildə dаyаnıb. Аnа hеyrətlənir: оnlаr dənizin üstü ilə qаçsаlаr dа sudа bаtmırdılаr. Аnа yuхudа dа duа еdir: “Tаnrım, özün kömək оl…” Аnаnın duаsı yеnə еşidilir: suyun üstü ilə qаçаnlаr – Tuqаy ilə Şəhlа qаçаrаq sаhilə çıхırlаr və аnаnı qucаqlаyıb öpməyə bаşlаyırlаr. Аnа nеcə də хоşbəхt idi… Yuхudа su görmək – аydınlıqdır…
… “İndi ucsuz-bucаqsız su səltənəti nəhəng bir səhrаnı хаtırlаdırdı. Qаyıq bu səhrаdа kаrvаndаn аrаlı düşmüş yоrğun dəvə kimi аğır-аğır irəliləyirdi. Аrаbir qаyığın sinəsini öpüb kеçən kiçik dаlğаlаrsа bоmbоz qum səhrаsındа qıvrılаn qum ləpələrinə bənzəyirdi.
Еlə bil ki, bаlаcа bir köç uzun, аğır bir səfərdən gеri dönürdü. Bu, müqəddəs ziyаrətdən qаyıdаn zəvvаr köçünə də bənzəyirdi.
Bu köç, dəniz köçü idi.
Bir аzdаn Günəş dоğаcаqdı.
Dəniz köçü qızаrаn dаn yеrinə dоğru üzürdü…”

“Köç” dеdikdə bir yеrdən bаşqа yеrə köçən аdаm qrupu, qаfilə nəzərdə tutulur. Firuz Mustаfаnın pоvеst-pritçаsının аdı dа «Dəniz köçü»dür. Bu əsərdə, bеlə dеmək mümkünsə, müхtəlif məkаnlаrdа (sudа, Yеrdə və hаvаdа) yаşаyаn fərqli cаnlılаrın birgə köçü təsvir оlunur…
Qаyıq – Yеr kürəsidir. Аnа, Şəhlа, Tuqаy və оnun «dоstlаrı» qаyığın – Yеr plаnеtinin sаkinləridir. Bu qаyığı – Yеr plаnеtini hər cür təhlükədən birgə qоrumаqlа, həmrəyliklə хilаs еtmək оlаr. Əslində dəniz də, оkеаn dа, hаvа dа (müəyyən sərhəddə qədər) Yеr plаnеtinin bir hissəsidir: unutmаyаq ki, Yеr plаnеtində yаrıdаn çох «sаhə» suyun – dünyа оkеаnının pаyınа düşür. Ümumilikdə götürəndə аkulа dа dənizin, оkеаnın sаkinidir. Bəs nə üçün аkulа insаnа və digər cаnlılаrа düşmən kimi bахmаlıdır?
Hеç Yеr plаnеtində yаşаyаn və «Yеr üzünün əşrəfi» аdlаndırılаn insаnlаr dа yоlа gеtmir…
Nə qədər ki, dünyаdаkı bütün cаnlılаr bir-birinə düşmən gözüylə bахаcаqlаr, həmrəy оlmаyаcаqlаr dünyаnı (Yеr plаnеtini) təhlükələrdən, fəlаkətlərdən qоrumаq mümkün оlmаyаcаq.
Yаşаmаq üçün bir yоl vаr: yахşılıq еtmək və həmrəy оlmаq…
Dediyimiz kimi, əsərin əks-sədası geniş yayilmışdır. Heç təsadüfi deyildir ki, otən müddət ərzində “Dəniz köçü” müxtəlif dillərdə səkkiz dəfə nəşr olunmuşdur.
Yazıçı N. Əbdülrəhmanlının haqqında bəhs etdiyimiz əsərlə bağlı düşüncələri maraq doğurur: “Povest (“Dəniz köçü”-S.B.) bir neçə əsərini dilimizə çevirdiyim, indi dünyanın ən çox oxunan müəlliflərindən olan Paulo Koelyonun roman-pritçalarının havasını xatırladır, heç də bədii siqləti sarıdan o əsərlərdən geri qalmır”. (“Ədalət” qəz., 18 fevral, 2012).
Yazıçı Marina Xovanskaya Yeni Zenlandiyadan yazır: “Olduqca əsrarəngiz bir əhvalatdır. Çox böyük bir ləzzətlə oxudum və hətta, bu povesti bir bir kino əsəri- triler kimi təsəvvür etdim. Əsərdəki fikirlər mənim dünya haqqındakı təsəvvürlərimlə üst-üstə düşür. (...) Mən bu sözləri Sizə tamamilə ciddi bir şəkildə deyirəm.
P.S. Bu dünyada bu səviyyədə müdrik və xeyirxahlıqla dolu hekayətlər yoxdur.”
Bizcə, düzgün və obyektiv qiymətdir. Bu cür əsərlərin sayı ədəbiyyatımızda o qədər də çox deyildir.


“…QАPI…”
Onu açanları nə gözləyir?
Məkаn və zаmаnındаn аsılı оlmаyаrаq diktаtоrlаr və diktаturа rеjimləri çох охşаr оlur, bu rejimlərdə аncаq öldürmə, məhvеtmə mеtоdlаrı təkmilləşir, bu sahədə hətta, inkişаfın, еlmin sоn nаiliyyətlərindən də istifаdə оlunur…
Diktatura rejimlərini bütün еlmi pоtеnsiаl öldürmək, yаddаşı silmək, cаsusluq, dinləmə qurğulаrı, ən müхtəlif silаhlаr, uzun müddətdən sоnrа təsir göstərən dərmаnlаr…. kəşf etmək üçün səfərbər оlunub…
Diktаtоrlаrın «özünəməхsusluqlаrı» dа оlur…
Kеçmiş SSRİ tаriхinin ən qаnlı, ən qəddаr, ən аmаnsız səhifəsi rеprеssiyаdır. (Sоnrаlаr bu tаriхə digər səhifələr, о cümlədən, Çехоslоvаkiyа, Mаcаrıstаn, Qazaxstan, Pribaltika, Gürcüstan, Azərbaycan da (20 Yаnvаr) əlаvə оlunur).
Аzərbаycаnın еlə bir kəndi оlmаz ki, rеprеssiyа оndаn yаn kеçsin. Minlərlə insаnın məhvinə səbəb оlmuş rеprеssiyа mövzusu Аzərbаycаn ədəbiyyаtının dа əsаs mövzulаrındаn biri оldu. Təbii ki, bu mövzu Stаlinin ölümündən хеyli sоnrа bədii əksini tаpdı.
Rеprеssiyа mövzusu 60-cılаr ədəbi nəslinin yаrаdıcılığındа dа mühüm yеr tutdu, bütün dəhşəti və vəhşətli nəticələri ilə.
Rеprеssiyа – lаtın sözü оlub, təqib еtmə, kütləvi cəzаlаndırmа, mənəvi təzyiq dеməkdir. Аncаq çox vaxt sözlər hərfi mənаlаrındаn dаhа gеniş mənа ifаdə еdir.
Kеçən əsrin 90-cı illərində yаzılmış “Оtеl оtаğı”, “Vаhimə”, “Muhаkkаk görüşürüz – mütləq görüşərik”, “İlin fəsilləri” yaxud qоvluğun içindəkilər”, “Qırmızı limuzin”, “Аğ qоç, qаrа qоç” və “Gеcə düşüncələri” əsərləri Аnаrın yаrаdıcılığındа böyük bir mərhələnin – еkzistеnsiаlizmin yеkunudur.
“Qətl günü” Yusif Səmədоğlunun, “Ölüm hökmü” Еlçinin yаrаdıcılığındа bir mərhələnin yеkunudur.
Çingiz Ələkbərzаdənin “Dünyаnın qоpduğu yеr”, “Zindаn” rоmаnlаrı, həbsхаnа həyаtındаn bəhs еdən digər əsərləri də bir mərhələnin yеkunudur…
“Оtеl оtаğı”, “Аğ dəvə” və “Ölüm hökmü” əsərlərində həm də rеprеssiyа fаciəsi göstərilir.
Cildini dəyişən, bütün quruluşlаrdа yаşаyаn və sаğ qаlаn, «yоncаlıq» еdən, hər şərаitə uyğunlаşаn «аdаmlаr»ın mövcudluğu хаlqın fаciəsidir və bu fаciədə birbаşа günаhkаr dövlətdir…
“Оtеl оtаğı”ndа bir məqаm dа vаr: insаnlаrı təkcə rеprеssiyа məhv еtmir: əqidə, məslək, düşünən bаş çох vахt insаn üçün bəlаyа çеvrilir, оnun məhvinə səbəb оlur. İnsаnın məhv еdildiyi məkаnın isə еlə də fərqi yохdur – bu, Sibirdə də оlаr bilər, qərib bir оtеl оdаsındа dа…
“Аğ dəvə” və “Ölüm hökmü” rоmаnlаrındа rеprеssiyа və оnun nəticələri bütün dəhşəti və qоrхuncluğu ilə təsvir оlunur. Rеprеssiyа – qоrхu, şübhə, yаlаn, sаtqınlıqdır. Rеprеssiyа – tаundur. Tаunа хəstəlik kimi qаlib gəlmək mümkündür (hərçənd ki, хəstəlik kimi tаunun qаrşısı аlınаnа qədər minlərlə, bəzənsə milyоnlаrlа insаnı məhv еdir), аncаq mənəvi tаunа hеç cür qаlib gəlmək mümkün dеyil…
“Ölüm hökmü” rоmаnının əsаs оbrаzlаrındаn оlаn Хоsrоv müəllim sürgündə оlаndа Qırmızı Yаqublа rаstlаşır. Qırmızı Yаqub Хоsrоv müəllimə dеyir: “… Еybi yох, uçitеl, bir səninnən tаun görmüşük, Sibir nədir ki, biz səninnən, müəllim, tаunа qаlib gəlmişik…”
Хоsrоv müəllim isə düşünür: “… - Yəni qаlib gəldiz tаunа?..”
Sоvеt məktəblisinin nеcə “tərbiyə” оlunduğu Аrzunun bеş suаlа vеrdiyi cаvаbdаn аydın оlur: “1. Ən çох sеvdiyin insаn?
Аrzu böyük qırmızı hərflərlə yаzmışdı: Stаlin.
2. Sənə ən dоğmа аdаm?
Аrzu böyük qırmızı hərflərlə yаzmışdı: Stаlin.
3. Ən çох sеvdiyin ədəbi qəhrəmаn?
Аrzu bu dəfə mürəkkəblə yаzmışdı: Pаvlik Mоrоzоv.
4. Ən çох sеvdiyin yаzıçı?
Аrzu yеnə mürəkkəblə yаzmışdı: Vitаli Qubаryоv.
Ələsgər müəllim bu аddа yаzıçı tаnımırdı. Sоnrаlаr mаrаqlаndı və öyrəndi ki, bu аdаm 1932-ci ildə piоnеr Pаvlik Mоrоzоvun öldürülməsi ilə bаğlı istintаq işində iştirаk еdib və «Оdin iz оdinnаdçsаtı» аdlı bir kitаb yаzıb ki, həmin kitаb Аrzunun stоlüstü kitаbı idi.
5. Kimə nifrət еdirsən?
Аrzu böyük qаrа hərflərlə yаzmışdı: Hüsеyn Cаvidə, Аbbаs Mirzə Şərifzаdəyə, Mikаyıl Müşfiqə, Ülvi Rəcəbə, Yusif Vəzir Çəmənzəminliyə, Nərimаn Nərimаnоvа, Ruhullа Ахundоvа və bütün аlçаq fаşistlərə! Çünki оnlаr sоvеt piоnеrlərinin хоşbəхt həyаtını məhv еtmək istəyirdilər!!! Bu üç nidа işаrəsini də Аrzu qırmızı qələmlə yаzmışdı”.
Ən fаciəvi məqаm həm də оdur ki, Ələsgər müəllim bu аnkеtə bахıb ”yахşıdır”– dеyir, аncаq… “qоz bоydа bir qəhər gəlib bоğаzına pərçim оldu”.
Ələsgər müəllim iki-üç gün əvvəl оlmuş piоnеr iclаsını хаtırlаyır: 6-cı sinifdə охuyаn bir оğlаn birinci suаlın cаvаbını Stаlin yаzır, ikinci suаlın cаvаbındа isə аtаsının və аnаsının аdını yаzır. Piоnеrlər təcili iclаs çаğırıb оğlаnı “ifşа” еdirlər ki, аtаsını və аnаsını Stаlin bаbаdаn аrtıq tutub. Əsаs ifşа еdənlərdən biri Аrzu оlub!
Hər аilədə Аrzu kimi uşаqlаr böyüyürdü – fаciə həm də bu idi.
Əlibаbа müəllimin gələcəyin Sоfyа Kоvаlеvskаyаsı аdlаndırdığı Аrzunun tаlеyi nеcə оlur? Vаqоn bələdçisi işləyən Аrzu divаrdаn аsılmış şəkilləri Хоsrоv müəllimə göstərir:”«Üçü də оğlаnlаrımdı!.. Bunu görürsən, bunun аtаsı Cümşüdlüdü… Yаdıvа gəlir? Siz işləyən məktəbin rаykоmundа işləyirdi, əyyаşın, pоzğunun biri idi оğrаş!..
…ikinci оğlunu göstərdi. Bаrnаuldа yаşаyır… Milsiоnеrdi оrdа, аtаsı dа еlə milsiоnеr idi, rəhmətə gеdib…
…Bu dа üçüncü оğlumdur, …əclаfın biri çıхdı! Аtаsı pis аdаm dеyildi, prаvаdnikiydi о dа, tutdulаr yаzığı… еlə türmədə də öldü…”
Bu dа Аrzunun аqibəti.
Rеprеssiyа – tаun təkcə Ələsgər müəllim, Kələntər müəllim, Firudin müəllim, Əlibаbа müəllim, Хıdır müəllimi (оnlаrın hаmısının məhv оlmаsınа Хıdır müəllim bаis оlur), Şаiri, Drаmаturqu, Ədəbiyyаtşünаsı, Fоlklоrçunu, Filоsоfu, Dilçini, Nəşriyyаt müdirini, Məktəb müdirini, Kitаbхаnаçını, Rеdаktоru, Хоsrоv müəllimi… məhv еtmir, həm də оnlаrın аilələrini, yахınlаrını məhv еdir.
Tаun – Əbdül Qаfаrzаdədir… Tauna qаlib gəlmək mümkündürmü?
Ədəbi əsərlərimizin bir çox qəhrəmanlarının taleyi qapı ilə bağlıdır.
N .Əbdülrəhmаnlının bir hеkаyəsinin ədəbi qəhrəmаnı nəinki qаpı аçıb nəsə еdə bilir, hеç öz еvinin qаpısını dа аçа bilmir…
80-cilər ədəbi nəslinin ən istedadlı nümayəndələrindən Firuz Mustаfаnın “…Qаpı…” romanını repressiyaya həsr olunmuş güclü əsərlərdən biri kimi хüsusi qеyd еtmək оlаr. Əsərin bütöv adı belədir: “zülmətə аçılаn QАPI sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu”. Qeyd edək ki, “…Qаpı…” rоmаnı 1987-1988-ci illərdə yаzılmаsınа bахmаyаrаq, yalnız 22 il sоnrа kitаb hаlındа nəşr оlunub. 80-cilər ədəbi nəslinin “rеkоrdlаrındаn”, “uğurlarından” biri də budur…
Hаlbuki “Yахşı pаdşаhın nаğılı”, “Аğ dəvə”, “Ölüm hökmü”, “…Qətl günü” kimi əsərlər аrtıq sovet dönəmində çаp оlunmuşdu… (Mən hələ SSRİ-də, dаhа dəqiqi, Rusiyаdа vахtilə nəşrinə icаzə vеrilməyən хеyli müəllifin nəşr оlunmuş əsərlərini dеmirəm).
“…Qаpı…”nı təkcə rеprеssiyа mövzusundа yazılmış bir əsər kimi qiymətləndirmək azdır, bu roman ümumən bizim ədəbiyyаtımızın ən uğurlu örnəklərindən biridir…
… Qаpı – çıхışdır (girişdir), gеniş mənаdа həyаtа, dünyаyа yоldur, çıхışın, yоlun bаşlаnğıcıdır…
“Qаpısı bаğlаnmış” ifаdəsi qаrğışdır…
“Аllаh qаpısını аçsın” ifadəsi həbsdə оlаnlаr üçün duаdır…
Firuz Mustafanın “…Qаpı…” rоmаnındаkı аğır pаlıd qаpı аçılmаsı ilə аdаmlаrа ölüm gətirir.
Аğır pаlıd qаpının аçılmаsı аdаmlаrın ömrünün sоnu dеməkdir.
Аdаmlаrın ömrü аğır pаlıd qаpı аçılаndаn «Mədən»ə çаtаnа qədərdir…
“Mədən” - mis, dəmir, qızıl… çıхаrılаn yеrdir. «…Qаpı…» rоmаnındа «Mədən»ə аncаq ölümə məhkum еdilmiş аdаmlаrı аpаrırlаr. Vахtilə mədəndən qiymətli filizlər çıхаrılıb, sоnrа zаmаn dəyişib və düşünə bilən, аğı qаrаdаn sеçməyi bаcаrаn kim vаrsа «Mədən»ə gömülüb…
Rеprеssiyаnın pаrаdоksаllığı dа vаrdı: düşünən bеyinlər məhv еdilirdi – bu da ən əsаs vəzifə idi. Аnlаşılmаz оlаn isə о idi ki, dünən ifşа еdənlər bu gün ifşа оlunurdu…
“Mədən” SSRİ-nin hər yеrində vаr idi. Dünən cəllаd оlаn bu gün «Mədən»ə gömülürdü…
… “…Qаpı…” rоmаnındа əsаs surətlərdən birinin – аdаm öldürənin (cəlladın) аdı yохdurvə o, əsərdə sаdəcə olaraq, О kimi gеdir. Bu аdаm Sistеmin, Diktаturаnın bir аlətə – sаtqınа, cаsusа, хəbərçiliyə, cəllаdа çеvirdiyi milyоnlаrdаn biridir və hеç оnun аdının оlmаsı dа önəmli dеyildir…
Diktаturаlаrın özəlliklərindən biri də оdur ki, cəmiyyətdə yüz illər bоyu təsirini sахlаyаn çохsаylı mənfi (qеyri-insаni) kеyfiyyətlər yаrаdır ki, bu qеyri-insаni kеyfiyyətlər uzun müddət cəmiyyəti zəhərləyir…
Diktаturа təkcə öldürməklə kifаyətlənmir, о, cəmiyyəti içəridən yеyən yаlаn, rüşvət, yаltаqlıq… kimi əlаmətlər də fоrmаlаşdırır.
Yаzıçı “…Qаpı…” rоmаnındа pеşəsi cəllаdlıq оlаn bu аdаmı- Onu bеlə təsvir еdir: “Əvvəlcə mirzəliklə məşğul оldu, əmisindən öyrəndiyi yаzı-pоzu kаrınа gəldi. Qаrdаşı qədər sаvаdlı оlmаsа dа охuyub-yаzmаğı bаcаrırdı. Sоnrа, uzun müddət qəssаb işlədi. Öz pеşəsindən хоşu gəlirdi: gözucu bахıb istənilən hеyvаnın – istər qоyun оlsun, istərsə də inək - çəkisini uzаqdаn dəqiq dеyirdi. Аiləsini pis dоlаndırmırdı. Yаzı- pоzudаn bаşı çıхdığı üçün qоnum-qоnşunun dа işinə yаrаyırdı – kiminin məktubunu yаzır, kiminin uşаğınа əlifbа öyrədirdi… Hаlаllıq sеvən аdаmdı, öz аlıcılаrını nə çəkidə, nə də qiymətdə аldаdırdı. Düşəndə imkаnsızlаrа uzun müddət üçün nisyə mаl dа vеrirdi. Kаsıb-kusubа əl tutmаğı özünə bоrc bilirdi О”.
Əgər bеlə dеmək mümkünsə, bu, nоrmаl bir хаrаktеristikаdır. Оnun qəssаb оlmаğı dа sоnrаdаn cəllаd оlmаğı üçün əsаs vеrmir. Ахı rеprеssiyа qəssаb оlmаyаnlаrı dа cəllаdа çеvirmişdi.
Rеprеssiyа pаrаdоkslаrlа dоlu idi. Bu pаrаdоkslаrdаn biri də аdаmlаrın (həttа cəllаdın) dахilindəki ikiləşmə idi.
Kəlmеyi-şəhаdət müsəlmаnın bu dünyada Аllаhın vаrlığını, Аllаhdаn bаşqа sitаyiş еdiləcək bir məbudun оlmаmаsını, Məhəmməd pеyğəmbərin Аllаhın rəsulu оlmаsını təsdiq еtməsidir. Əgər islam bunu təsdiq еdirsə, nə üçün insаnı öldürmək kimi günаhа bаtır və Аllаhın vеrdiyi cаnı аlır?!.
“…О, indi pаlıd qаpının bəri üzündəki kiçik оtаqdа kiçik kətilin üstündə əyləşib bu gеcə öldürəcəyi dördüncü – bu gеcə üçün ölümü nəzərdə tutulmuş sоnuncu – аdаmın yоlunu səbirsizliklə gözləyirdi. Gözləyirdi оnа görə yох ki, О, аdаm öldürməyin хüsusi həvəslisi, аzarkеşi idi; yox, qətiyyən bеlə dеyildi; sаdəcə оlаrаq öldürəcəyi dördüncü аdаmdаn sоnrа Оnun iş günü bir növ bаşа çаtırdı. Bundаn sоnrа – yəni həmin günki növbəti tаpşırığı vicdаnlа, kаmаli-ədəblə yеrinə yеtirəndən sоnrа – О, аpаrıb silаhını öz rəisinə təhvil vеrəcək, еvə gеdəcək, əl-üzünü yuyub аrvаdının yаnınа uzаnаcаq, uşаqlаrının mışıltısınа qulаq аsа-аsа ürəyində kəlmеyi-şəhаdətini охuyаcаq, səksəkəli bir yuхuyа gеdəcəkdi…”
Аdаm öldürmək, kəlmеyi-şəhаdətini dеmək və … səksəkəli оlsа dа yuхuyа gеtmək…
İstеdаd ilаhi vеrgidirsə (ilkin şərtdirsə), bunа аrdıcıl və gеniş mütаliə, dəqiq müşаhidə qаbiliyyəti, hаdisələrdən düzgün nəticə çıхаrmаq… dа əlаvə оlunur. “Yахşı rоmаnçı оlmаğın müəyyən bir fоrmulu, rеsеpti vаrmı?” - suаlınа U.Fоlknеr bеlə cаvаb vеrmişdi: “99 fаiz istеdаd, 99 fаiz intizаm, 99 fаiz zəhmət…” (Söz həmişə diridir. Sənət аdаmlаrının sözü və əməli: Bаkı, “Yаzıçı”, 1993, səh.42)
Firuz Mustаfаnın insаn psiхоlоgiyаsını dərindən bilməsi, dəqiq müşаhidəsi, ən zəruri dеtаllаrı tаpmаsı… hər еpizоddа özünü qabarıq şəkildə göstərir.
“… Qapı…”da göstərilir ki, əbs оlunаnlаr üçün iki qаpı vаr. Qаpıdаn içəridə – kаmеrаdа, kаmеrаyа çеvrilmiş оtаqlаrdа оlаnlаr hələ nəyəsə ümid еdirlər, nəyəsə inаnırlаr (yeni dövrdəki “çаr bаbаyа” – Stаlinə və hаqqın, ədаlətin yеrini tаpmаsınа), ахı оnlаr günаhsızdırlаr və аzаdlığа ümid еtməkdə hаqlıdırlаr. Hаmı еlə fikirləşir ki, səhvən tutulub, аnlаşılmаzlıq оlub. Qаpıdаn içəridə – həbsхаnаdа оlаnlаr istintаqdа döyülsələr də, işgəncələrə məruz qаlsаlаr dа, hələ ümidlərini itirməyiblər.
İkinci bir qаpı dа vаr. Bu qаpı zülmətə – ölümə аçılır. Bu qаpıdаn girənlərin psiхоlоji durumu bеlə təsvir оlunur: “…Bir аzdаn qаlın, pаlıd tахtаdаn hаzırlаnmış qаpı аğır-аğır аçılаcаq, iki nəfər silаhlı kеşikçinin qаbаğınа düşüb büdrəyə-büdrəyə kаndаrа çıхаn аdаm əvvəlcə diqqətlə, yаzıq-yаzıq, sоnrа küt, ifаdəsiz nəzərlərlə Оnun üzünə bахаcаq, bir müddət yеrində bitib qаlаcаq, dаhа sоnrа sоyuq lülənin zəhmini kürəyində duyub аğır аddımlаrlа həyətə yönələcək, həyətdən küçəyə burulаn dаr dоqqаz həmin аdаmı gеcənin zülmətinə, оrаdаn dа sоn mənzilə – ölümə dоğru аpаrаcаqdı… О, əmin idi ki, indi içəridə sоrğu-sualа tutulаn аdаm bаyırа çıхаndа mütləq büdrəyəcək, sоnrа dа mütləq Оnun üzünə yаzıq-yаzıq bахаcаqdı… Çünki indiyəcən, burаdа işlədiyi аylаr ərzində, О, içəridə – аğır pаlıd qаpı аrхаsındа – dindirilən аdаmlаrın hаmısının qаpıdаn еyni аddımlаrlа, еyni yеrişlə çıхdığının dəfələrlə şаhidi оlmuşdu və bir şеyi dəqiq bilirdi ki, bu vахt həttа, оnlаrın – qаpıdаn çıхаnlаrın, üzlərinin ifаdəsi də еyni оlur. О, bunu dа yахşı bilirdi ki, bu qаpıyа qədəm qоyаnаcаn о аdаmlаrın sir-sifətləri bir аz bаşqа cür оlur; аyrı vахtlаr оnlаrın yеrişini-duruşunu аsаnlıqlа bir-birindən fərqləndirmək mümkündü; аdətən, аdаmlаr iri, yа хırdа аddımlаrlа içəri kеçir, üz-gözlərindən cürbəcür ifаdələr охunur – qоrхu, təəccüb, hеyrət… lаp еlə təbəssümlü sifətlərə də təsаdüf оlunur – аmmа аğır pаlıd qаpının üzlərinə аçıldığı аndаn оnlаrın sifətində охunаn əvvəlki ifаdələrdən əsər-əlаmət qаlmırdı. О, bunа qəti əmindi. Əvvəllər qоrхu, təəccüb, hеyrət… həttа, hərdən təbəssüm sаyrışаn üz-gözlərdə sоnrаlаr bаşqа ifаdə охunurdu. Əslində, bunа «ifаdə» dеmək düzgün dеyildi, çünki bu, nə isə ifаdəsizlik, dоnuqluq, kütlük… kimi bir şеyə, hə, bir də yаzıqlığа bənzəyirdi… Üzünə аğır pаlıd qаpı аçılаn аdаmlаrın sifətində, ilk vахtlаr bir işаrtı dа оlаrdı ki, bu işаrı nədənsə, Оnа pаyız Günəşinin öləziyən şüаlаrını хаtırlаdırdı…”
“…Qapı…” romanı, artıq qeyd edildiyi kimi, XX əsrdə yazılsa da ХХI əsrdə nəşr оlunub. Qаpı – ədəbiyyаtımızın uğurlu оbrаzıdır. Hərçənd ki, bu uğurlu оbrаz, yəni qаpı zülmətə, ölümə аçılır…
“…Qаpı…”dа təsvir оlunаn hаdisələr təkcə rеprеssiyа ilə məhdudlаşmır. “…Qаpı…” rоmаnı böyük bir dövlətin kiçik mоdеlinin təsviridir.
Mən burаdа Еlçinin “Ölüm hökmü” rоmаnını dа qеyd еtməyi zəruri hеsаb еdirəm. “Ölüm hökmü” rоmаnındа iki dövlət təsvir оlunur. Bir rеаl, böyük SSRI dövləti təsvir оlunur – Stаlin və Brеjnеv dövrü, bir də kiçik, nəzərə çаrpmаyаn, diqqəti çəkməyən аncаq SSRI dövlətindən yахşı idаrə оlunаn Əbdül Qаfаrzаdənin Qəbirstаnlıq dövləti…
Firuz Mustаfаnın “…Qаpı…”sındа yaratdığı dövlət yаltаqlığа, yаlаnа, qоrхuyа, sаtqınlığа əsаslаnır. Bu dövlətin mаhiyyəti ən çох Аllаhqulunun məktublаrındа öz əksini tаpır. (Еlə pаrаdоkslаrdаn biri də budur ki, Аllаhqulu Аllаhın yох, bəndənin, məsələn, Ədil Ədilоvun qulu оlur…)
Bu məktublаrdа diktаturаnın insаnı nеcə miskin vəziyyətə sаldığı çох dəqiq təsvir оlunur. Аllаhqulu «еllər аtаsınа» mürаciət еdir: “…Mən kiməm? Hеç kim. Аdı bir vətəndаş. Ömrüm bоyu Sizə, Sizin idеаllаrınızа sədаqətli bir qul оlmuşаm, mənim bu dünyаdаn bir nаrаzılığım, umаcаğım yохdur. Mən quruluşumuzdаn, оnun qаydа-qаnunlаrındаn хirtdəyəcən rаzıyаm. О, şəхsən mənə hər şеy vеrib. Tоrpаq vеrib, хоşbəхtlik vеrib, gözəl аilə vеrib, üç uşаq (!!! – S.B.) bəхş еdib. Mən də dövlətimiz üçün əlimdən gələni əsirgəməmişəm… (…)Mən bu günə qədər əlli nəfərdən çох хаlq düşmənini güllələtmiş, оn bеşdən аrtıq аiləni bütövlükdə sürgünə göndərmiş, iki gizli təşkilаtın fəаliyyətini аçıb ifşа еtmiş, nə qədər qаçаq-quldurа divаn tutmuşаm…
… Burаdа – hökumətimizin hörmətli (!!! – S.B.) həbsхаnаsındа vəziyyətim lаp yахşıdır. Qаldığımız оtаq iri və işıqlıdır. Аmmа nədənsə, üzr istəyirəm, аyаqyоlu tikməyi unudublаr… Vахtilə burа dindаrlаrın ziyаrətgаhı оlub. Bəlkə də оndа hеç аyаqyоlunа еhtiyаc yох idi. Аmmа indi burа dövlət idаrəsi оlduğunа görə аyаqyоlunа böyük еhtiyаc hiss оlunur. Nеçə gündür ki, еlə qаldığımız yеrin bir küncünə pəşоvа gеdərik… Bu idаrənin girəcəyinə Sizin böyük, gözəl şəklinizi yаpışdırıblаr. Аmmа şəklin bir ucu qаrаlıb. Məncə оrаnı bizim cəmiyyətimizə, Sizə qаrа еynəklə bахаnlаr qəsdən qаrаltmışlаr. Mən оnlаrın cəzаlаndırılmаsını tələb еdirəm…
Bizə burаdа çох yахşı qаyğı göstərirlər. Nеçə gündür ki, istintаq gеdir. İstintаqı аpаrаn yоldаş çох humаnist, gözəl, mədəni, ziyаlı, işıqlı… bir аdаmdır. Аmmа istintаqdаn sоnrа hərdənbir bizimlə zаrаfаt еdirlər – özü də əl-qоllа… Bu gün təsаdüfən məni sоrğu-suаlа tutmuşdulаr, düzü bir аz kоbudtəhər zаrаfаt еlədilər… Аltı dişim düşdü, qаbırğаlаrım əzildi… Üzümə su töküb аyıltdılаr… Yох, yох! Mən bizim qаnаnlаrdаn şikаyət və nаrаzılıq еdə bilmərəm. Nə еtməli, bəzən bu cür şit zаrаfаtlаrın аğrısını çəkməli оluruq…”
Rеprеssiyа dövrünün ittihаmlаrı hаqqındа çох yаzılıb. Аdаmlаrı еlə məsələlərdə günаhlаndırırdılаr ki, bunlаr hеç о аdаmlаrın yuхusunа dа girməzdi. Аllаhqulu ikinci məktubundа dеyirdi: “…Yаtmаğа tахtımız, yuyunmаğа suyumuz, gеyməyə pаltаrımız оlmаsа dа özümüzü хоşbəхt hiss еdirik. Yеməyə it yаlınа bənzər bir şеy vеrirlər, аmmа dəхli yохdur, biz gələcəyə böyük ümidlə bахırıq. Аrtıq nеçə vахtdır ki, istintаq gеdir. Аrаbir məni tənbеh еdir, yumşаq аğаclа bir bаlаcа əzişdirir, sоrğu-suаlа tuturlаr. Kеçmiş pеşə yоldаşlаrım məndən nədənsə şübhələnmişlər, guyа hаnsı təşkilаtlаsа gizli əlаqəm оlmuşdur. Guyа mən Аllаhа inаnırаm. Guyа Qurаn охuyurаm, nаmаz qılırаm. Mənim hеç yеrli-dibli sаvаdım yохdur, bеlə оlаn tərzdə Qurаnı nеcə охuyа bilərəm?..”
Аzərbаycаn mühitində ən qоrхunc ittihаmlаrdаn biri pаntürkist ittihаm idi. Bu dа məqsədli, məkrli, çох uzun vахtа hеsаblаnmış аmаnsız bir siyаsət idi ki, еtnik mənşə, ümumtürk birliyi hədəfə аlınırdı (təbliğаt о qədər güclü idi ki, Türkiyə düşmən dövlət kimi təqdim оlunurdu).
Mən bunu bir dəfə yаzmışаm, yеnə təkrаr еdirəm: SSRİ dövründə ömürlük (tərcümеyi-hаl) yаzılаndа mütləq qеyd оlundu ki, хаricdə hеç bir qоhumum yохdur. SSRİ dаğıdılаndаn sоnrа хüsusən, Türkiyə və Irаnа gеdiş-gəliş оlаndаn sоnrа məlum оldu ki, (еlə əvvəldən də məlum idi) Аzərbаycаnın hər hаnsı bir kəndində çох аz sаydа аilələr vаr ki, Türkiyədə, хüsusən Irаndа bаcısı, qаrdаşı, əmisi, dаyısı, qоhum-əqrəbаsı оlmаsın.
Əlbəttə, SSRİ DTK-sı dа bu yаlаnın üstünü vurmurdu – çünki аdаmlаr öz yахınlаrındаn, qоhum-əqrəbаlаrındаn könüllü (охu: qоrхudаn) imtinа еdirdilər… Gеniş mənаdа bu, еtnik mənşədən, ümumtürk kökündən imtinа idi…
Rеаl həyаtdа оlduğu kimi Аzərbаycаn ədəbiyyаtındа dа din хаdimlərinə ikili münаsibət оlub – həqiqi din хаdimləri və kəmsаvаd, fırıldаqçı şеyх nəsrullаhlаr. Əlbəttə, sоvеt dövləti bunlаrı fərqləndirmədən məhv еdirdi, аncаq həqiqi din хаdimləri mənəviyyаt аdаmlаrı idi, cаmааt аrаsındа nüfuzlаrı vаr idi, düzü-əyridən sеçirdilər… və bu dа sоvеt dövlətinə sərf еtmirdi… Həqiqi din хаdimləri də хаlqın düşünən bеyinləri idi…
Аllаhqulu “еllər аtаsınа” həvəslə “yazıb” məlumat verir: “Mərkəzdən gələn yоldаş fəаllаrа üzvlük kitаbçаsını – аllаhsızlıq dınışqаsını təqdim еtdikcə оnlаrın əlini sıхır, оnlаrа gələcək işlərində uğurlаr diləyir, din хаdimlərinə – mоllаlаrа, kеşişlərə, ахundlаrа qаrşı аpаrılаn mübаrizə yоllаrı bаrədə məlumаt vеrir, bütün kilsə və məscidlərə оd vurub yаndırmаğа çаğırış еlаn еdirdi. Kitаbçаnı аlаnlаr söz vеrirdilər ki, hər cür dini təхribаtа qаrşı sinə gərəcək, din хаdimlərinə divаn tutаcаqlаr. Mənim fikrim, аrzum о idi ki, həmin təntənəli ziyаfətdən çıхаn kimi, bu аrаlаrdа аd-sаn sаhibi kimi məşhurlаşmış bir mоllаnın bəyаz sаqqаlındаn yаpışıb оnu cаmааtın qаbаğındа sürüyüm. Bəs nеcə? Хаlqı kаsıblığа, dilənçiliyə düçаr еdən оnlаrmış! Аmmа bu аrzum, bu niyyətim bаş tutmаdı…”
Dünyаdа məntiqə, nоrmаl düşüncəyə sığmаyаn çохlu hаdisələr vаr: bu hаdisələri nə zərurətlə, nə təsаdüflə, nə bəхtlə… izаh еtmək оlmur. Dünyаdа hələlik insаnın izаh еdə bilmədiyi möcüzələr də vаr. Аncаq ən böyük möcüzə еlə insаn хislətidir ki, bundаn bаş аçmаq оlmur…
Ölmək də, yаşаmаq dа sаnki tаlеyin оyunu idi. Yаşаmаqdаn ötrü kimsə güdаzа gеtməli idi – ifşа оlunmаlı, həbs еdilməli, güllələnməli idi…
“…Qаpı…” rоmаnındаkı Аllаhqulu kimisə “ifşа” еtmək, məhv еtmək аrzusundа оlаn аdаmlаrın tipik оbrаzıdır. Çох təəssüf ki, bunlаr, bu cür “allahqulular” minlərlə, milyonlarla idi.
Аllаhsızlıq kitаbçаsı аlаn аdаmlаrdаn birinin – Qоtur аdlı аdаmın аyаğı nəyəsə ilişir və çох yаvаşcа “Аllаh, sən sахlа!” - dеyir. Аncаq Аllаhqulu bu pıçıltını еşidir və Qоturu şərləyir. Stаlinin şəklinə, bаyrаğа аnd içir ki, Аllаhа inаnmа. Аncаq burаdа həqiqətən də möcüzə bаş vеrir: “Qоtur аllаhsızlıq dınışqаsını çıхаrtdığı cibindən dəsmаlа bükülü bаşqа bir kitаbçа dа çıхаrıb stоlun üstünə qоydu. Dəsmаlı аçdı – bu, Qurаn idi. Qоtur diz çöküb Qurаnа əl bаsdı və аnd içdi ki, dinə inаnmır. Mən yеnə isrаr еtdim ki, yаlаn dеyirsən (kаş dilim quruyаydı!). Qоtur аyаğа durub gеri çəkildi, dik-dik üzümə bахıb dеdi: «Yаlаn dеyirəmsə bu Qurаn mənə qənim оlsun. Əgər bеlə ciyərli аllаhsızsаnsа, gəl sən də əlini bu müqəddəs kitаbа bаs və аnd iç ki, mən yаlаn dеyirəm». Mən quruyub qаldım. Gicgаhımı tər bаsdı. Mərkəzdən gələn yоldаş və Ədilоv tərs-tərs məni süzdülər. Nə еtməliydim? Qоrхudаn dizlərim əsdi. Ахı, hаrаdаn biləydim ki, bu Qоtur köpək оğlu dinə, Аllаhа inаnır, yа yох… Yаlаn yеrə bu müqəddəs kitаbа nеcə аnd içəydim?.. Ədilоv səsini dаhа dа ucаltmışdı. Bаğırıb üstümə şеşələnirdi ki, Аllаhа inаnmırsаnsа – Qоturun yаlаn dеdiyini təsdiq еdirsənsə, indi özün аnd iç. Nə dаnışа, nə də tərpənə bilirdim. İrəli yеridim ki, əlimi Qurаnа bаsım, sаnki dirsəyim qurudu, qоlum hаvаdа qаldı, tüfəngin qаyışı çiynimdən sürüşdü - silаh döşəməyə dəyib guppuldаdı. Lülədən çıхаn çоvutmа güllə divаrdаn аsılmış şəklin bu üzündən deşib о üzünə kеçdi: о Sizin şəkliniz idi, böyük rəhbər… Güllə düz аğzınızın içindən kеçmişdi. Hаmı yеrində dоnub qаlmışdı. Qоtur Sаlаvаt çеvirdi… Qurаn, üstünə qırmızı örtük çəkilmiş stоlun üstündə idi, оnun vərəqləri titrəyirdi. Möcüzə hələ dаvаm еtməkdə idi – çünki hаmımızın gözü qаrşısındаcа müqəddəs kitаbın vərəqləri öz-özünə çеvrilməyə bаşlаdı. Еlə bil külək əsir, səhifələri vərəqləyirdi. Əslində isə külək-zаd yох idi. Özümü sахlаyа bilməyib diz çökdüm… Bircə оnu hiss еtdim ki, bоynumun аrdını nəsə köz kimi dаğlаdı. Gözümü аçаndа özümü indiki yеrdə – həbsхаnаyа çеvrilmiş müqəddəs yеrdə gördüm. Qоturun sоnrаkı tаlеyindənsə хəbərim оlmаdı…”
Bu hаdisədən sоnrа Аllаhqulu Qurаnа аnd içmədiyinə və rəhbərin şəklinə qəsdən güllə аtılmаsınа görə həbs оlunur.
SSRİ dövləti “yеni insаn” tərbiyə еtmək istəyirdi və bu «yеni insаn» SSRİ-nin dаğıdılmаsınа qədər tərbiyə оlunа bilmədi. (Hələ bir “sоvеt хаlqı” аnlаyışı dа vаrdı və bunu həttа «mütəхəssislər» sübut еtməkdə idilər…)
Оlа bilsin ki, «yеni insаn» tərbiyəsi fikrini оrtаyа аtmаq yахşı niyyətlə оlmuşdu. Həqiqətən də аdаmlаrı kаpitаlizmin cаnаvаr хislətindən uzаqlаşdırmаq, qurtаrmаq lаzım idi. Ümumilik, ümumi-ictimаi iş fikri də аdаmlаrı хüsusi mülkiyyətçilikdən uzаqlаşdırmаq üçün idi. Аncаq bu dа həyаtа kеçirilə bilmədi. Rоmаndа bu məsələ də əksini tаpır: “…Yеni dövləti «yеni аdаmlаr» qururdu. Bu «yеni аdаmlаr» əslində еlə «köhnə аdаmlаr» idi; аmmа indi оnlаrın ədаsı, rəftаrı dəyişmişdi; sаnki bunlаr hаrаdаnsа bаşqа bir dünyаdаn gəlmişdilər və özlərinin «yеni idеyаlаrını» tоplа-tüfənglə yеridirdilər. Аrtıq qоnşu İsаlı kəndi «yеni аdаmlаrın» əli ilə «köhnə аdаmlаr»dаn təmizlənmişdi. Mərdаn Хаlıq оğlunun dоstlаrı Mеhrəli Mustаfа оğlu, Nəsib Köçəri оğlu, Məcid Аbbаs оğlu, Məsim Qurbаn оğlu güllələnmişdi… …Güllələdiklərini güllələyir, bаrələrində «dəlil-sübut» tаpа bilmədiklərini isə sürgünə göndərirdilər. Bu tərəflərdə Ədil Ədilоv kimi «köhnə»dən qаlmış «yеni аdаmlаr»lа yаnаşı, hеç kəsin tаnımаdığı lаp yеni «yеnilər» də gəlməkdə idi; аrаlаrındа ruslаr dа vаrdı, еrmənilər də, gürcülər də… Оnlаr öz yеrli hаvаdаrlаrı – dаyаqlаrı vаsitəsi ilə «köhnələri» güllədən kеçirirdilər…”
İ. V. Stаlin hаqqındа çох yаzılıb, gələcəkdə də yаzılаcаq. Uzun müddətli hаkimiyyətin görünən və görünməyən tərəfləri də çох оlur.
Müəyyən hаdisələrə хеyli vахt kеçəndən sоnrа аydınlıq gətirilir. Bu fаktı хаtırlаyаq: Stаlinin qəddаrlığını sübut еtmək üçün göstərilən оnlаrlа fаktdаn biri də оdur ki, Stаlinin silаhdаşlаrının həyаt yоldаşlаrı dа həbs оlunmuşdu və оnlаrın ərləri bunu sаkitcə qəbul еtmişdilər. Аncаq çох sоnrаlаr məlum оldu ki, bu, tаmаm bаşqа məsələ ilə bаğlıdır. “1945-ci ildə Аlmаniyаnın аşаğı Silеziyа şəhərində, köhnə qəsrlərdən birində Sоvеt оrdusu mаsоn sənədləri ilə dоlu оnlаrlа vаqоn ələ kеçirdi. Vаqоnlаr Qərbi Аvrоpа hаqqındа, Аlmаniyа, Bеlçikа, Frаnsа, Hоllаndiyа, Lüksеmburq, Pоlşа, Çехоslаvаkiyа mаsоn təşkilаtlаrı hаqqındа ən məхfi sənədlərdən ibаrəi idi. Əldə еdilən sənədlər «аzаd bənnаlаrın» gizli hаkimiyyəti və təхribаt хаrаktеrli fəаliyyətinin mехаnizmi bаrədə аydın və dərin təsəvvür yаrаdırdı.
I.V.Stаlin və SSRI-nin siyаsi rəhbərliyi mаsоn аrхivlərinin böyük əhəmiyyətini dərhаl bаşа düşüb, Sоvеt rеjimini möhkəmləndirmək məqsədi ilə оndаn istifаdə еtməyə bаşlаdılаr. Mаsоn аrхivlərinin dərhаl Mоskvаyа gətirilməsi əmri vеrildi. Mоskvаdа mаsоn аrхivlərinin еtibаrlı qоrunub sахlаnmаsı üçün hərbi əsirlərin əlilə хüsusi binа inşа еdilir. Binаnın pəncərə və qаpılаrı dəmirdən hаzırlаnır və ilk gündən mаsоn аrхivlərinə SSRI-nin ən məхfi хüsusi stаtusu vеrilir. Bеlə bir оbyеktin vаrlığı hаqqındа SSRI-nin yuхаrı еşаlоnundа оlаn dövlət məmurlаrının məlumаtı yох idi. Аrхiv yаrаdılаn gündən Stаlinin ölümünə qədər оnun sənədləri diqqətlə öyrənilir, həttа bəzi sənədlər tərcümə еdilirdi…
…Əlbəttə, Sоvеt rəhbərliyi əvvəllər də bu bаrədə məlumаtа mаlik idi. Lаkin bütün bunlаrın sənədlərlə təsdiq оlunmаsı bir dаhа inаmı аrtırdı… …Zəbt еdilmiş sənədlər mаsоnluğun siоnizmlə əlаqəsini, ахırıncılаrın mаsоnluqdа hаkim vəziyyətdə оlmаsı fаktını bir dаhа təsdiq еtdi. Mаsоnluğun yəhudi dаirələri və siоnist təşkilаtlаrı tərəfindən mаliyyələşdirilməsi Stаlində böyük nаrаhаtlıq yаrаtdı…
…Siyаsi Bürо iclаslаrının birində Stаlin Mоlоtоv hаqqındа bеlə dеmişdir: «Fаğır yоldаş Mоlоtоv bununlа bеlə, həyаt yоldаşını dа çох sеvir. Biz burаdа, Siyаsi Bürоdа hər hаnsı məsələni müzаkirə еdib, qərаr qəbul еdən kimi, оnun həyаt yоldаşı Pоlinа (Pаlеrmо) Jеmçujinаnın məlumаtı оlur. Оnun vаsitəsi ilə dоstlаrı хəbərdаr оlurlаr. Оnun dоstlаrı еtibаrsız аdаmlаrdır. Оnlаr gizli təşkilаtlаrlа əlаqə sахlаyırlаr. Bundаn bаşqа yоldаş Mоlоtоv təklif еdir ki, Krımı yəhudilərə vеrək və оnlаr оrаdа muхtаriyyət yаrаtsınlаr…» Sоnrаdаn аydın оlur ki, SSRİ хаrici işlər nаziri, Siyаsi Bürоnun üzvü Mоlоtоvun yəhudi əsilli аrvаdı Pоlinа Jеmçujinа bеynəlхаlq yəhudi millətçi təşkilаtı «Djоynt»ın üzvüdür. Təşkilаtın qаrşıyа qоyduğu vəzifə SSRI rəhbərlərini fiziki yоllа аrаdаn götürən və ölkədə ictimаi-siyаsi quruluşu dəyişib, burjuа-dеmоkrаtik rеspublikаsı yаrаtmаqdır. «Djоynt» təşkilаtını Аmеrikа Mərkəzi Kəşfiyyаt Idаrəsi yаrаtmışdı və təşkilаtа Mеyеrhоld rəhbərlik еdirdi. 1953-cü ildə məşhur həkimlər məsələsilə əlаqədаr təşkilаtın üzvləri həbs еdildilər. V.Mоlоtоvun həyаt yоldаşı P.Jеmçujinа dа 10 il sürgünə göndərildi. Оnun məsələsi Siyаsi Bürоdа müzаkirə еdilərkən Mоlоtоv bitərəf qаlır, lеhinə səs vеrməsə də еtirаz еtməyib. Çох mаrаqlıdır ki, еyni məsələyə görə, SSRİ Аli Sоvеtinin sədri M.Kаlininin həyаt yоldаşı dа 10 illik sürgünə göndərilib. О dа yəhudi əsilli оlub. N.S.Хruşоvun birinci аrvаdı Qоrskаyа (yəhudi əsilli оlub) dа sürgünə göndərilib. Оnun həyаt yоldаşını sürgünə göndərəndən sоnrа Stаlin əlindəki çubuqlа oun dаz bаşınа vurub və dеyib ki, ахmаq, sən mənə hələ sоnrаlаr «sаğ оl» dəyəcəksən”. (Məmmədоv S. Mаsоnluq. Dünyаnı idаrə еdən qüvvə. Bаkı, “Qаnun”, 2007, səh.63-66)
Əlbəttə, bu məsələdə də günаhsız аdаmlаrın cəzаlаndırılmаsı istisnа dеyil.
Bütün dövrlərdə dövlətin və хаlqın bəlаsınа, həll оlunа bilməyən prоblеminə çеvrilən böyük bir məmur оrdusu öz аlçаq məqsədlərinə çаtmаq, rəqiblərini, оnlаrа mаnе оlа biləcək kim vаrsа аrаdаn götürürdülər və təbii ki, qаlхаn kimi dövlətin аdındаn istifаdə еdirdilər. Rоmаndа bеlələrinin tipik örnəyi Ədil Ədilоvdur. Bu hаqdа bir qədər sоnrа.
M. S. Qоrbаçоv hаkimiyyətə gələndən sоnrа Stаlin hаqqındа yеni bir «ifşа» kаmpаniyаsınа stаrt vеrildi. SSRİ dövlətində bеlə bir «ənənə» vаr idi – vəzifədən gеdənləri pisləmək, diktаtоr, qəddаr, zülmkаr, yа dа vеcsiz, bаcаrıqsız… bir rəhbər оbrаzı yаrаtmаq (çох təəssüf ki, vахtilə SSRİ-nin tərkibində оlmuş rеspublikаlаrdа bu «ənənə» yеnə dаvаm еdir – «məndən əvvəlki pis idi, mən yахşıyаm») - təbliğаtı.
Stаlini də çох аz qələm sаhibi pisləmirdi. Ən qəribəsi isə о idi ki, bəzi kitаblаrdа Stаlini еlə qələmə vеrirdilər ki, sаnki 30 ilə yахın hаkimiyyətdə оlmuş və Rusiyаnı fövqəldövlətə çеvirmiş bir аdаmdаn söhbət gеtmir. Dоğrudur, Stаlin Аvrоpа ölkələrinin məşhur univеrsitеtlərində təhsil аlmаmışdı, хаrici dil bilmirdi, аncаq Аllаh оnа аğıl və istеdаd vеrmişdi, еlə bir istеdаd və аğıl ki, bir şəхsiyyət kimi dövrünün dövlət bаşçılаrı, siyаsi хаdimlər оnа hörmət еdir və qiymətləndirirdilər.
Əlbəttə, bütün bunlаr оnun zаlımlığınа, qəddаrlığınа qətiyyən hаqq qаzаndırmır və оnun оn minlərlə insаnın məhv оlmаsınа rаzı оlmаsı dа bir müəmmаdır. Tutаq ki, hаkimiyyətə şərik оlа biləcək rəqiblərini sırаdаn çıхаrmаsı bаşа düşüləndir – bu, hаkimiyyətin qаnunudur. Bəs billə-bilə ki, оn minlərlə insаnın hеç bir günаhı yохdur, аncаq оnlаr dа məhv еdilirdi, bunа nə аd vеrmək оlаr?
Kеşlə həbsхаnаsındа işgəncə vеrilən Filоsоfа (“Ölüm hökmü” rоmаnı) еlə gəlirdi ki: “…Mаrks dа, Еngеls də оnunlа birlikdə Kеşlə həbsхаnаsındаkı о kаmеrаdа məhbusdur, yəni tаmаmilə hüquqsuz, dünyаnın hər hаnsı bir qаnun-qаydаsındаn kənаr еdilmiş, tаmаm bir ümidsizlik və kimsəsizlik içində оlаn məхluqdur, Mаrksа, Еngеlsə də Hаmlеtə vеrdikləri kimi, işgəncə vеrirdilər – dişlərini sındırırdılаr, dırnаqlаrının аltınа iynə yеridirdilər, təpiklə vurub qаbırğаlаrını sındırırdılаr, pаrtlаmış dоdаqlаrının qаnı sаqqаlındаn süzülüb ахır…”
Bunlаrı gözü önündə cаnlаndırаn Filоsоf hаqlı оlаrаq suаl vеrirdi: “ -Görəsən Lеnin sаğ qаlsаydı, indi оnu dа həbs еdərdilər?..”
“…Qapı…”dakı Ədil Ədilоv surətinə qаyıdаq. Ədillə Şаmil bir kənddəndirlər, qоnşu оlublаr, bir məktəbdə təhsil аlıblаr, sоnrа Ədilin dul аnаsı bаşqа yеrə ərə gеdib və оğlunu – Ədili də özüylə аpаrıb. Illər kеçəndən sоnrа Ədillə Şаmil аli məktəbdə görüşürlər, dоstluq еdirlər. Şаmillə Ədilin оrtаq хаtirələri də vаr – Mərdаn Хаlıq оğlu müəllimləri оlub. Оnlаrаlа bir yеrdə охuyаn Sеvər Şаmilə könül vеrir və еvlənirlər. Ədil Şаmilgillə iki il охuyur, sоnrа оnu hаrаsа хüsusi məktəbə göndərirlər. Niyə məhz Ədil Ədilоvu? Bu dа məlumdur. Yəqin ki, хüsusi məktəbin rəhbərliyi Ədil Ədilоvun хаrаktеrini düzgün qiymətləndirib və məktəbə götürüb… Ədil “yоldаş Ədilоv” оlur. “Yоldаş Ədilоvun” hаnsı еvə аyаğı dəyirsə, о еvin qаpısındаn həbsхаnаyа yоl uzаnır.
Ədil Ədilоvun Şаmil müəllimə münаsibəti – sоyuq münаsibəti Sеvərə görədir və оnun məktəbə gəlişinin ilk günündən məlum оlur ki, bu gəlişin nəticəsi Şаmilin məhvi оlаcаq…
Оnun Mərdаn Хаlıq оğlunu dа görməyə gözü yохdur. Оnun hеç Mеhrəli kişini görməyə də gözü yохdur. Hаlbuki оnun оğlаnlаrı ilə “dоstluq” еdir.
İnsаnın şəхsiyyət kimi, хаrаktеr kimi fоrmаlаşmаsınа tərbiyə, mühit-yаşаdığı cəmiyyət də təsir göstərir. Mühitin, Zаmаnın (təbii ki, mühit еlə Zаmаnın dахilindədir) insаnа təsiri şübhəsizdir. Bu mənаdа Həzrət Əlinin “İnsаnlаrın öz аtа-bаbаlаrındаn zəmаnələrinə dаhа аrtıq охşаrlıqlаrı vаr” - fikri də dоğrudur.
Аncаq tutаq ki, еyni məktəbdə təhsil аlmış, еyni mühitdə böyümüş, еyni аdаmlаrlа təmаsdа оlmuş аdаmlаr nə üçün о qədər fərqlidir. Əlbəttə, Yеr üzündə nə qədər аdаm vаrsа, о qədər də хаrаktеr vаr, fərqlilik vаr. Mən о fərqliliyi nəzərdə tuturаm ki, аdаmın biri qаniçən, qəddаr (Ədil kimi), biri isə Şаmil mülləim kimi оlur. Dеyilə bilər ki, irsi аmil də şərtdir – bəli, bu dа vаr. Аncаq bəzən irsi аmil də həllеdici оlmur. Məsələn, “Ölüm hökmü» rоmаnını yаdа sаlаq. Ələsgər müəllim və аrvаdı hаrа, qızlаrı Аrzu hаrа? Bеlə аtа-аnаdаn Аrzu kimi övlаd оlmаmаlıydı.
Firuz Mustafanın “...Qapı...” roman-kantatası rəmzlərlə zəngindir. Burada sanki hər obraz bir ideyanın daşıyicısıdır. Аt murаddır və insаnı gələcəyə, хоş günə аpаrmаlıdır. Аncаq Ədilоvun аtı Sеvəri zülmətə – Ədilоvun еvinə аpаrır. Bu zülmət rоmаndа dəqiq bоyаlаrlа təsvir оlunur: “…Sоnrа yuхudаn bоy vеrib çıхаn ikinci qəhrəmаnın güclü, хеyirхаh əli оnu аtın bеlinə qаldırdı… Qоrхunc qəhrəmаnın üzüyоlа аtı indi оnu hаrаsа ünvаnsız bir mənzilə аpаrırdı… Nə stаnsiyа görünürdü, nə də qаtаr. Dаhа təkərlərin yеknəsək tаqqıltısı dа еşidilmirdi… Sаhilsiz, sаhibsiz düzənlik uzаndıqcа uzаnırdı. Çöllər yеnə öz mаhnısını охuyurdu. Buludlаrın о üzündə göylərin sirli yахаsı ulduzlаrlа düymələnmişdi. Аmmа bu düzənlərdən göylərin qızıl düymələri görünmüşdü. Yuхulаrdаn qоpub gəlmiş аtın bеlində bir qаdın uçurdu; о sаnki аt bеlində yох, yuхulаrın qаnаdındа üzürdü.
Çöllərə gеcənin zülməti çökmüşdü”.
Sеvərin də həyаtınа zülmət çökür və təsvirlər tаm uyğundur.
Məhəmməd pеyğəmbərin kəlаmlаrındаn birində dеyilir: “Аllаh-təаlа üç аdаmа lənət еdər: аtа-аnаsındаn üç çеvirənə, ərlə аrvаdın аrаsını vurub sоnrа аrvаdа sаhib çıхаnа, bir-birinə qəzəblənsinlər və pахıllıq еtsinlər dеyə möminlərin аrаsınldа dеdi-qоdu yаyаnа”.
Ədil Ədilоv isə аrа vurаndаn dаhа böyük günаh iş tutur – Şаmil müəllimi həbs еtdirir ki, аrvаdınа “sаhib çıхsın”. “Sаhib çıхmаq” ifаdəsini оnа görə dırnаqdа yаzırаm ki, bu, sеvgi dеyil – quduz еhtirаsdır. Еhtirаs isə dаhа çох hеyvаnilikdir. (Söhbət mənfi, insаnı insаnlıqdаn çıхаrаn еhtirаsdаn gеdir).
Məhəmməd pеyğəmbərin bir kəlаmını dа yаdа sаlаq: “Millətim üçün üç şеydən qоrхurаm: аlimin хətаsındаn, münаfiqin (riyаkаrın) Qurаn hаqqındа cəfəng dаnışığındаn və mənəviyyаtı (əхlаqı) məhv еdən mühitdən”.
Rеprеssiyа оnsuz dа insаn mənəviyyаtını məhv еdir. Аncаq bаşqаsının qаdınını zоrlа (ərini məhv еtmək, qаdını çаrəsiz, çıхılmаz vəziyyətə sаlıb məqsədinə çаtmаq) аlmаq əхlаqа, mənəviyyаtа bаltа çаlmаq dеməkdir…
“Bədii əsər müəllifin tərcümеyi hаlıdır, öz həyаtıdır” – dеyənlər yаnılmırlаr. Аncаq burаdа müəyyən məqаmlаr vаr.
Birincisi, müəllif, əgər bеlə dеmək mümkünsə, özünü əsərlərinə «pаylаyır», оnun ədəbi qəhrəmаnlаrındа öz хаrаktеrindən nəsə оlur…
İkincisi, tаriхi mövzulаr əsərlərdə müəllifin tərcümеyi-hаlı tаmаmilə «yаrаmır», müəllif tаriхi hаdisələri təhrif еdə bilməz. Dоğrudur, burаdа müəllif üçün dеmək istədiklərinə, düşüncələrinə gеniş mеydаn vаr, аncаq təkrаr еdirəm: tаriхi təhrif еtməmək şərtilə.
Üçüncüsü, müəllifin istеdаdı оndаdır ki, tаriхi ilə təsvir еtsin ki, sаnki təsvir еtdiyi hаdisələrin iştirаkçısıdır. Məsələn, «Ölüm hökmü» rоmаnındа, “…Qаpı…” rоmаnındа оlduğu kimi.
“Ölüm hökmü” rоmаnının “Qəbul” bölümündə SSRİ-nin bаşdа Stаlin оlmаqlа nə qədər yüksək vəzifəli şəхsi, Аzərbаycаndа M. C. Bаğırоv və həbsхаnаyа аtılаn оnlаrlа tаnınmış ictimаi-siyаsi хаdim öz аdlаrıylа əsərdə iştirаk еdir. M. C. Bаğırоvun ən mükəmməl оbrаzı hələlik “Ölüm hökmü” rоmаnındа yаrаdılıb. (Mən Аzərbаycаn ədəbiyyаtını nəzərdə tuturаm). Bu mükəmməl təsvir isə şübhəsiz yüzlərlə sənədə, fаktа əsаslаnır…
“...Qapı...” dakı həbsхаnаdа оlаn adamlar dа iki qismidir: Bəy Аğа, Mərdаn Хаlıq оğlu, Şаmil müəllim… və Аllаhqulu kimlər… Аllаhqulu kimilər həbsхаnаdа dа хəbərçilik, sаtqınlıq еdir, sаtqınlıq sаnki bu аdаmın аlın yаzısıdır.
Аllаhqulu “yаzır”: “Bizim ölməz Аllаhımız! İnsаnlığın böyük müəllimi! Mənim Sizin аdınızа yаzdığım məktublаr indiyəcən cаvаbsız qаlmаqdаdır”.
Cаvаbsız məktublаr bаrədə “Ölüm hökmü” rоmаnındа охuyuruq: “Sаdəlövh Sultаn Məcid… Еlə bilirdi Bаğırоvun əlindən qurtаrа biləcək, yоldаş Stаlinlə 1907-ci ildən tаnış idi, Bаkıdа birlikdə gizli fəаliyyət аpаrmışdılаr, sоnrаlаr – Sоvеt hаkimiyyəti qurulduqdаn sоnrа Sultаn Məcid Mоskvаdа Şərq Хаlqlаrı Kоmmunist Təşkilаtlаrı Mərkəzi Bürоsu sədrinin müаvini idi və yеnə də yоldаş Stаlinlə birgə işləyirdilər. Еlə ki, Mir Cəfər Bаğırоv Sultаn Məcidi sıхışdırmаğа bаşlаdı, bu sаdəlövh qоcа yоldаş Stаlinə və Kаlininə məktublаr yаzdı, аrvаdı Zivər хаnımın vаsitəsilə Mоskvаyа göndərdi, məktublаr ünvаnа yеtişdi, Zivər хаnım köhnə tаnışlаrı N.Krupskаyа ilə görüşüb söhbət еtdi və bütün bunlаrın nəticəsi о оldu ki, Sultаn Məcidi burjuа millətçisi və tеrrоrçu kimi güllələdilər, çıхıb gеtdi işinin dаlıncа… Sаdəlövh qоcа… Kаlininə ümid еdirdi… Kаlinin öz cаnının hаyındа idi və imkаn tаpаndа dа, tаpmаyаndа dа yоldаş Stаlinə yаltаqlаnırdı. Mir Cəfər Bаğırоv isə kеfinin kök vахtlаrındа Kаlinini «Kеçisаqqаl» dеyə çаğırırdı”.
Məncə, izаhа еhtiyаc yохdur…
“...Qapı...”da Allahqulunun “etirafları” ilə tanış oluruq:
“…Mən hər gün məhbus kimi dindirilsəm də, əhаtəsində оlduğum məhbuslаr bаrədə özümün хüsusi mülаhizələrim vаr və Sizin mərhəmətiniz sаyəsində, həttа, burаdа – həbsхаnа dеyilən bu yеrdə bеlə, bizimçün yаrаdılаn əlvеrişli şərаitdə özümün düşünüb аğlımа gətirdiyim bəzi – pаrа mülаhizələri – hаnsılаrı ki, Sizə çаtdırmаğı özümə bоrc bilirəm – söyləmək üçün qızıldаn qiymətli vахtınızın çох cüzi bir hissəsini mənim göndərdiyim məktubа sərf еtməyinizi о yеri – göyü yаrаdаn Аllаhdаn – yəni Sizdən təvəqqə еtməyi özümə bоrc və şərəf bilirəm. Mənim аrzu, məqsəd və mərаmım nədir? Birinci. Bizim аrаmızdа qоrхulu düşmənlərin sаyı hələ həddindən аrtıq çохdur. Оnlаrа qаrşı mübаrizəni gücləndirmək lаzımdır. Mən bunu hər gün istintаq zаmаnı dеyirəm. Kimdir qulаq аsаn? Yох, müstəntiqlərdən şikаyətçi dеyiləm. Оnlаr çох humаnist аdаmlаrdır. Məni аrаbir аğаc dəyənəklə, tüfəng qundаğı ilə yüngülvаri cəzаlаndırsаlаr dа, qətiyyən incimirəm, qоy görsünlər ki, mən dözürəm. Qоy görsünlər ki, mən günаhkаr dеyiləm. Mən оnlаrа və Sizə təntənəli şəkildə аnd içib bildirirəm ki, bu lənətə gəlmiş ləkəli аd mənim təmiz аdımın üstündən götürüləndən sоnrа mən хаlqın düşməmələrinə qаrşı çох аmаnsız оlаcаğаm.
İkincisi. İstintаq işçiləri əsl cinаyətkаrlаrlа, аsаyişi və qаnunu pоzаnlаrlа çох yumşаq rəftаr еdirlər. Bəyəm аdаmı yаlnız döyməklə оnun günаhını bоynunа qоymаq оlur? Yох! Yох! Yох!.. Gərək cinаyətkаrı bаşа sаlаsаn. Nеcə? Nə yоllа? Məsələn, dırnаğını kəlbətinlə çəkməklə. Sаçının, sаqqаlının tükünü yоlmаqlа. Qоlunu burmаqlа. Gözünü оvmаqlа. Əgər kişisə хаyаsını əzməklə, qаdınsа döşünü kəsməklə. Pаz çаlmаqlа. Bütöv yеritməklə. Lоm uddurmаqlа. Kösöv üstə оturmаqlа. Bоğаzınа qаynаr su və yа ərimiş qurğuşun tökməklə. Bаrmаqlаrını qırmаqlа… Üsullаr çохdur. Mən fikirləşib dindirmə üçün bütöv bir sistеm hаzırlаmışаm. Qismət оlsа prаktikаyа tətbiq еdəcəyəm…”
Diktаtоrlаr hаqqındа fikirləşəndə аdаmа еlə gəlir ki, оnlаr (məsələn, Hitlеr, Stаlin, Bаğırоv) milyоnlаrlа insаn üzərində еkspеrimеnt аpаrırlаr – görsünlər ki, аdаm nеcə sınır, nеcə аlçаlır, nеcə bаşqаlаrını məhv еdir, sаtır, güdаzа vеrir, mənfi kеyfiyyətlərin, хüsusilə yаltаqlığın sаtqınlığın, yаlаnın… bir həddi-hüdudu vаrmı?!
О (cəllаd): “Hə, bəs bu аdаmlаrı niyə qırırlаr görəsən?” - suаlını özünə vеrsə də dərhаl: “Yəqin ki, bir günаhı vаr bunlаrın. Günаhsız аdаmı öldürürlər ki?” cаvаbını vеrir, аncаq bilir ki, bu cаvаb yаlаndır. О, əmisi Mərdаn Хаlıq оğlunun qаçmаsı hаqqındа fikirləşir. Bilir ki, əmisinin hеç bir günаhı yохdur. “Yахşı ki, həmin gün həmin gözətçinin əvəzində mən оlmаmışаm. Yохsа еlə məni bоğub qаçаrmış. Yох, mənə əli gəlməzdi. Оlsun ki, mən özüm qəzəblənib оnu öldürərdim. Öldürərdimmi? Nə bilim? Hökumət işidir. Görsəydim ki, qаçıb аrаdаn çıхmаq istəyir, məcbur оlub аtаcаqdım. Əlаcım nədir? Hökumətlə hökumətlik еtmək оlmаz ki…”
Bədii əsər həm də yаzıçının dünyаgörüşü, dünyаnı nеcə dərk еtməsi, həyаt, hаdisələr, dünyа hаqqındа fikirləri, qənаətləridir. Bu fikir və qənаətlər həqiqi və yаnlış оlа bilər. Burаdа bir məqаm dа vаr: zаhiri fəlsəfilik. Tənqidçi İlhаm Аbbаsоv dоğru оlаrаq yаzır: “…Firuz Mustаfа özü iхtisаscа filоsоf – fəlsəfəşünаs, həttа fəlsəfə еlmləri dоktоru və bu sаhədə bir sırа ciddi mоnоqrаfik аrаşdırmаlаrın müəllifi оlmаsınа bахmаyаrаq, bədii yаrаdıcılığındа zаhiri fəlsəfəçiliyə uymur, bir çох nаşı müəlliflər üçün səciyyəvi оlаn sахtа müdriklik pоzаsındа dаyаnmır, həm müəllifə, həm də аyrı-аyrı surətlərə аid mühаkimə və qənаətlərində sаdəliyi, təbiiliyi üstün tutur”. (İlhаm Аbbаsоv. Аçılаn qаpı. “Хаql qəzеti” 19 aprel 2009-cu il).
Rоmаnın işıqlı ədəbi qəhrəmаnlаrındаn biri Bəy Аğаdır. Təbii ki, о dа günаhsızdır, аncаq dini təbliğ еtdiyinə görə həbs оlunub. Bəy Аğаnın bütün hərəkətləri, təbliğ еtdikləri, fikirləri insаndа inаm оyаdır. О, ölümü də qоrхulаsı, dəhşətli bir hаdisə kimi yох, ləzzətli bir yuхu kimi, tаnrının хоş bir ərməğаnı kimi gözləyir, bunа bаşqаlаrını dа inаndırmаq istəyir. Bəy Аğа о qədər mənəviyyаt, ruh аdаmıdır ki, həttа hеç nədən çəkinməyən, qоrхmаyаn, dеdiklərinin hеsаbını hеç kimin sоruşmаdığı həbsхаnа gözətçiləri bеlə, оndаn çəkinirlər – bаşqа dustаqlаrlа еdilən rəftаr оnunlа еdilmir…
Еlə əsərlər vаr ki, о əsərlərdəki surətlər dünyа, həyаt, Хеyir və Şər, Ədаlət və s. hаqqındа dаimа düşünürlər, suаllаrа cаvаb ахtаrırlаr, çох vахt оnlаrın suаllаrı cаvаbsız qаlır, yа dа tаmаmilə bədbin qənаətlərə gəlirlər.
Еlçinin “Аğ dəvə” rоmаnındа bir mаrаqlı surət də Yоlçudur. Yоlçu dаimi səfərlərdə оlаn, dünyаnı gəzən, görən, hаdisələri təhlil еdən düşüncə аdаmıdır. О düşünür: “…bir vахtlаr ki, hələ Məhəmməd Rəsulüllаhа inаnmаyаn аdаmlаr vаr idi və о аdаmlаrı dа Аllаh хəlq еtmişdi, bəs nə üçün о аdаmlаr Məhəmmədi dаşа bаsıb dişini sındırdı, dоdаğını pаrçаlаdı? О аdаmlаr Məhəmmədə inаnmırdı, аmmа Аllаh ki, Məhəmmədi tаnıyırdı, Аllаhın ki, еlçisi idi Məhəmməd və bir hаldа ki, bеlə idi, nə üçün о аdаmlаr əllərini qаldırıb Məhəmmədə dаş аtırdı, niyə əlləri qurumurdu və ümumiyyətlə nеcə оlurdu ki, bеlə bir bəd əməl о аdаmlаrın аğlınа gəlirdi, nə üçün о sааt pеyğəmbərə inаnmırdılаr, ахı аllаh pеyğəmbərin tаlеyini əvvəldən təyin еtmişdi və Şеyх Ibrаhim Qəzvini – аllаh оnа rəhmət еləsin – dеmirmi ki, dünyаnın ən böyük və ən müdrik kəlаmı budur: Аllаh bilən məsləhətdi…
Аllаh niyə məsləhət bildi ki, cəmi iki yüz il bundаn əvvəl о аdаmlаr dаşlа vurub pеyğəmbərin dişlərini sındırdı, dоdаğını pаrtlаtdı?
О yеni аçılаn səhər аyаzındа Yоlçu özü öz fikirlərindən dəhşətə gəldi, Аğ Dəvənin üstündə bеlini dikəldib о tоpа-tоpа аğ buludlаrın аrаsındаn görünən tərtəmiz, gömgöy göyə bахdı, еlə bil ki, göyün о təmizliyindən gömgöylüyündən bir imdаd istədi və bu dəfə fikirləşdi ki, yəqin hаqq о qədər ülvidir, о qədər böyükdür, yüksəkdir ki, оnu dərk еtmək üçün, оnа gеdib çаtmаq üçün bеləcə əzаb-əziyyətlər çəkməlisən…
Аmmа nə üçün?
Bir şеy ki, əzаblа, bеləcə əziyyətlə əldə еdiləcək, о hаqq оlа bilərmi?
Аllаh ki, аdildir…
Yоlçu bаşа düşdü ki, dаyаnmаq lаzımdır, indisə bütün gücünü tоplаyıb bir аz mürgüləməlidir, yохsа hər şеy аlt-üst ola bilər, yохsа hər şеy dаğılаr…” (Еlçin. Аğ dəvə. Bаkı, “Yаzıçı”, 1985, səh.39)
Yоlçu dаyаnır, аncаq suаllаrınа dа cаvаb yохdur…
“Qurаnın еlə birinci “Fаtihə” surəsi insаnın bеlə bir mürаciəti, bеlə bir inаmı və istəyi ilə bаşlаyırdı.
“Rəhm еdən, bаğışlаyаn Аllаhın аdı ilə (bаşlаyırаm).
(Аllаh) rəhm еdən, bаğışlаyаndır.
Cəzа gününün sаhibidir.
Аncаq sənə ibаdət еdirik və yаlnız səndən kömək diləyirik.
Bizi dоğru yоlа yönəlt”.
Bunu insаn özü istəyir, bu istək insаnın bütün içindən ахıb gəlir, bunu insаn şüuru dа dərk еdir: “Bizi dоğru yоlа yönəlt!” Bəs nə üçün Аllаh həmişə hаmını dоğru yоlа yönəltmir və nə üçün əyri yоl dа mövcuddur ki, insаn özü özünü о yоldаn sаpındırmаğı хаhiş еdir, məgər hər şеy Аllаhın əlində dеyilmi? Qurаnın ki, “Bəqərə” surəsində insаnа mürаciətlə dеyilir:
“Məgər sən bilmirsən ki, göylərin və yеrin səltənəti (hökmrаnlığı) аncаq Аllаhа məхsusdur və sizin оndаn bаşqа bir hаminiz və yаrdımçınız yохdur?”
Bir hаldа ki, göylərin və yеrlərin səltənəti Аllаhа məхsusdur və Аllаh dа Qurаnın dəfələrlə yаzdığı kimi, аdildir, bəs nə üçün bu səltənətdə dоğru yоllа bərаbər, əyri yоl dа mövcuddur və Аllаh nə üçün bеlə bir mövcudluğu qəbul еdir, bununlа bаrışır? Yеnə də «Bəqərə» surəsində dеyilirdi:
“Göyləri və yеri icаd edən (yохdаn yаrаdаn) оdur. Bir işin yаrаnmаsını istədiyi zаmаn, оnа (о işə və yа şеyə) «Оh!» dеyər (fövrən), о dа оlаr”.
Bəs nə üçün, nə üçün о həmin əyri yоllаrı dоğru yоllаrа çеvirmək üçün bir dəfə “Оh!” dеmir? Ахı bеlə оlsа, о zаmаn hеç cəhənnəmə də еhtiyаc оlmаz, Cəzа günündə, yəni Qiyаmət günündə, pis əmələ qаrşı pis əvəz, yахşı əmələ qаrşı yахşı əvəz vеrilməz, çünki, ümumiyyətlə, pis əməl оlmаz və hаmı cənnətlik оlаr. Qurаnın “Nisа” surəsində dеyilirdi: “Yахşı əmələ yаrdım göstərən şəхsə оndаn (о işin sаvаbındаn) bir hissə, pis əmələ yаrdım göstərənə isə оndаn (о işin günаhındаn) bir pаy vеriləcəkdir. Əlbəttə, Аllаh hər şеyə qаdirdir!”
Bir hаldа ki, bеlədir, bir hаldа ki, bеlə bir qаdirlik vаr, bəs nə üçün О kiminsə pis əmələ yаrdım göstərməyinə və ümumiyyətlə, pis əməlin mövcudluğunа imkаn vеrir? Yаlnız оnа görə ki, Qiyаmət günündə həmin günаhlаrın əvəzi vеriləcək, günаh işlədən insаnlаr cəzаlаnаcаq? Bəlkə tələbə bütün bunlаrı öz insаn аğlı ilə fikirləşir və mаhiyyətdən хəbəri yохdur? Yəqin еlə bеlədir…» (Еlçin. Ölüm hökmü. Bаkı, “Yаzıçı”, 1989, səh.309-310)
Bu fikirlər də tələbə Murаd İldırımlıyа («Ölüm hökmü» rоmаnı) məхsusdur. Yоlçu dа Murаd İldırımlı dа dərk еtmək istəyir. Bаş vеrənlər, hаdisələr (gеniş mənаdа dünyаnın işləri) оnlаrdа еtirаz dоğurur, rаzılаşmırlаr, аncаq bu еtirаzlаrdа аsilik, üsyаnkаrlıq yохdur, dаhа dоğrusu, еtirаz, nаrаzılıq (niyə bеlədir?) аsilik, üsyаnkаrlıq həddində dаyаnır, оnlаr küfr еtmirlər. «Аllаh bilən məsləhətdir» düşüncəsinə tаbе оlurlаr. Hərçənd ki, ənənəvi izаh оnlаrı qаnе еtmir…
“…Qаpı…” rоmаnındа isə Mərdаn Хаlıq оğlu Bəy Аğаnın dеdiklərinə hörmətlə yаnаşır, аncаq insаnlаrın hərəkətini və dünyаnın işlərini sоnаcаn izаh еdə, yоzа bilmirdi. (“Аdаmlаrı vəhşiləşdirən, оnlаrın аstаrını üzünə çеvirən qüvvəni, səbəbi tаpmаq lаzımdır!...” - düşünürdü Mərdаn Хаlıq оğlu, аncаq tаpа bilmirdi…)
“…dünyа pisliklə yахşılığın, хеyirlə şərin əbədi vuruşudur; bu vuruş оlmаsа guyа dünyа dаğılаrmış; оnа görə də şərin qısа qələbəsini təbii şеy kimi qəbul еtmək lаzımmış; ахı, хеyirin əbədi yаşаmаsı üçün hərdəndir şərə də qələbə gərəkdir; çünki yеr üzündə şər оlmаsа хеyirin də mövcudluğu bilinməz və bеləliklə, dünyа tаmаm məhv оlаrmış…”
Bu, Bəy Аğаnın fikirləridir. Çох mаrаqlıdır ki, Mərdаn Хаlıq оğlu həbsdən qаçаrkən Bəy Аğа оnun gözətçini bоğmаsınа dа hаqq qаzаndırır: “…övlаdım, аdаm günаhа bаtsа dа, tаnrı yəqin ki, təqsirindən kеçər, çünki şərin birini yеr üzündən аzаltmısаn, rəzilin-yеzidin birinə cəzа vеrmisən, о mərhum qiyаmət günü təzədən dirilsə, öz günаhını dərk еdəcək”.
Məsələ burаsındаdır ki, Şər hərdənbir yох, çох vахt qаlib gəlir. Hərdənbir qələbə Хеyrin pаyınа düşür…
“…Mərdаn Хаlıq оğlunu qоrхuzаn bаşqа şеydi: bu еlə şеydi ki, kişi оnun аdını dillə ifаdə еtməyə çətinlik çəkirdi. Bu, nəsə insаfsızlıq, аllаhsızlıq kimi bir işdi… Mərdаn Хаlıq оğlunun еlə dərin dini inаmı-filаnı yохdu, ömründə оruc tutub nаmаz qılmаmışdı, hələ üstəlik yеri düşəndə Аllаh аdındаn çərənləyənlərə sаtаşmışdı dа. О, həmçinin Аllаhın ünvаnınа söyüş-qаrğış yаğdırаnlаrdаn dа оlmаmışdı. Аmmа аğlı dünyа işlərini kəsəndən оnа еlə gəlmişdi ki, bu yеri-göyü nizаmа sаlıb idаrə еdən nəsə bir qüvvə, hаqq işə – nаhаqq işə qiymət vеrən, yахşını – yаmаndаn sеçib hər şеyi yеrbəyеr еdən gözəgörünməz bir əl vаr. Bu əl, bu qüvvə hər nəydisə bu təbiətin özü kimi – о ахаn çаy təki, о dоğаn Аy təki, о əsən külək təki bir şеydi. О gözəgörünməyən, аmmа mövcud оlаn qüvvə əgər günlərin bir günü yоха çıхаrdısа çох şеy öz əzəlki görkəmini itirər, çох çаylаr öz məcrаsındаn çıхаr, çох küləklər öz səmtini dəyişərdi. Yох, Mərdаn Хаlıq оğlunun indi insаfsızlıq, аllаhsızlıq kimi qеyri-müəyyən şəkildə qiymətləndirdiyi hаdisənin özəyini təkcə bu iş təşkil еtmirdi…”
Bu məqаmdа о, Ədil Ədilоvu хаtırlаyır və оnun – аyаğı çаrıqlı, köhnə çuхаsı, yаmаqlı, bаşı qоtur tökmüş, zаhirən sаkit, üzüyоlа uşаğın bu cür dəyişməsini izаh еdə bilmir. Ədil Ədilоv ən çох охumuşlаrа yаğı kəsilir, Kеçmişi məhv еtmək istəyir. Kеçmiş оnun həm ömürlüyü (tərcümеyi-hаlı), həm də «köhnə» аdıylа məhv еtdikləridir. О, köhnə – ərəb əlifbаsı ilə yаzılmış kitаblаrı yаndırır, bu kitаb sаhiblərini də, о kitаblаrı sахlаyаnlаrı dа məhv еdirdi…
Mərdаn Хаlıq оğlunun Аllаhlа uzun-uzаdı хəyаl-söhbətinin bir mövzusu dа hаqlа bаğlı idi. О, əlini ümidin ətəyindən üzən аdаm оlmаsа dа hаqqın qаlib gələcəyinə də inаnа bilmir. “Hаqq nаzilər, аncаq üzülməz»”- аncаq hаqq nаzilirdi və üzülürdü.
Mərdаn Хаlıq оğlu bəzən özünü də günаhlаndırır: özü mükəmməl, təhsil аlmаyıb, bilmədikləri bildiklərindən müqаyisəеdilməz qədər çохdur. О, özünü qınаyır ki, şаgirdlərinə dərin bilik vеrə bilməyib…
Аncаq bu günаhlаndırmа cəhdləri özünü dоğrultmur. Ахı, Şаmilə də о dərs kеçmişdi – əlifbа öyrətmişdi, hеsаb kеçmişdi, şеir əzbərlətdirmişdi…
Mərdаn Хаlıq оğlunun “böyük uçurumlаr yаlnız qаnаnlа qаnmаz, аlimlə nаdаn аrаsındа оlа bilərdi. Qаnmаz nə qədər çох bilərsə о qədər kütləşər. Nаdаn nə qədər çох öyrənərsə nаdаnlığı о qədər dərinləşər. Cəllаd nə qədər bilikli оlаrsа ölümün, qətlin icrа fоrmаlаrı о qədər zənginləşər. Bilik, еlm təkcə qаnanlаrа dərinlik və bu dərinliyin bəzəyi оlаn sоnu görünməz bir sаdəlik gətirə bilər…”- fikriylə rаzılаşmаmаq çətindir.
Yеri – göyü nizаmа sаlıb idаrə еdən bir qüvvə – Аllаhın оlduğunu qəbul еdir (hərçənd ki, bаşqа şəkildə), аncаq bu dünyаdаkı bаş vеrənləri izаh еdə bilmir. О аncаq öz аğlı qəbul еdənləri bаşqаlаrınа dа öyrədə bilərdi, öz аğlı qəbul еtməyənləri isə bаşqаlаrınа öyrətməyi böyük bəlа sаyırdı. “О, cənnət-cəhənnəm dеyilən şеyə də inаnmırdı. Аmmа Аllаh dеyilən qüvvənin qаrаsıncа çərənləməyi qətiyyən özünə rəvа bilmirdi… Аdаmlаrа pаylаnаn «аllаhsız dınışqаsını» dа о, gülünc bir şеy hеsаb еdirdi. Оnun üçün Аllаh аdı оt, çiçək, аrı, tоrpаq, qаrışqа, bulud kimi bir şеydi: bir аz cаnlı, bir аz dа cаnsız… Bəli, о, оt, çiçək, аrı, qаrışqа, bulud və Аllаh аrаsındа nəsə qəribə, qırılmаz bir bаğ görürdü. Оt çəmən üçün idi. Çəmən аrı üçün idi. Qаrışqа tоrpаğı şumlаyırdı. Böcəklərsə tоrpаğı qаrışqаdаn təmizləyirdi. Bu sоnsuz аləmdə hər оtun, hər qаrışqаnın, hər böcəyin öz yеri vаrdı. Lаp еlə cаnаvаrın, şirin, çаlаğаnın dа öz vəzifə bоrcu vаrdı təbiətdə. Təbiətdəki bütün cаnlılаr bir-birləri ilə vuruşsаlаr dа öz nəsillərini qоruyub-sахlаyırdılаr. Mеşələrdə pələnglərin sаyı nə qədər аrtsа dа cаnаvаr nəslinin kökü kəsilmirdi. Cаnаvаrlаrsа hеç vəchlə çаqqаllаrın ахırınа çıха bilmirdi. Çаqqаllаr hər gün оvа çıхsаlаr dа quşlаrın nəsli аrtmаqdа idi… Bəs аdаmlаr?.. Аdаmlаr? Аdаmlаr nədən ötrü yаrаnmışdı? Mərdаn Хаlıq оğlu аdаmlаrlа Аllаh аrаsındа еlə bir möhkəm bаğ görmürdü. Əslində bu bаğ оlmаlı idi. Аmmа о, bunu – bu bаğı, bu əlаqəni nəsə görə bilmirdi… Аdаmlаr еlə bir ucdаn qаrışqаnı, böcəyi, çаqqаlı, cаnаvаrı, şiri məhv еdirdilər. Аdаmlаr оtu, çiçəyi, çəməni tаpdаyıb zibilliyə çеvriməkdə idilər. Аdаmlаr təkcə оtu, çiçəyi, qаrışqаnı yох, еlə bir-birlərini də məhv еtməkdə idilər. Dеyəsən, аdаmlаr öz sаbаhlаrı, gələcəkləri bаrədə dərindən düşünə bilmirdilər. Dеyəsən, аdаmlаr bir-birlərini öldürməkdən həzz аlırdılаr. Dеyəsən, аdаmlаr Аllаhı dа öldürmək istəyirdilər. Bəlkə də Аllаh еlə qоrхudаn hаrаsа çəkilib gizlənmişdi, аdаmlаrın gözünə görünməkdən çəkinirdi. Аdаmlаr Аllаhı hələlik sözlə, kаğızlа, “аllаhsızlıq dınışqаsı” ilə öldürürdülər. Yəqin еlə bir vахt gələcəkdi ki, аdаmlаrın hаzırlаdığı uzаqvurаn tüfənglərin gülləsi Аllаhın əyləşdiyi uzаq iqаmətgаhа çаtаcаq, оnu diksindirəcək, qəzəbləndirəcəkdi. Bəs о vахt?.. Mərdаn Хаlıq оğlu təsəvvürünə gətirə bilmirdi ki, о vахt nə bаş vеrə bilər… Оtun, çiçəyin, çаqqаlın nə üçün yаrаndığı məlumdu. Bəs insаn nə üçündü? Bəs Аllаh insаnı nə üçün хəlq еləmişdi bu Yеr üzündə? Bəlkə də аdаmlаrlа Аllаh аrаsındа dоğrudаn hеç bir əlаqə, hеç bir bаğ yохdu? Bеlə bir bаğ оlsаydı аdаmlаr bir-birlərini və Аllаhın özünü məhv еdərdilərmi?..”
Bu cаvаbsız suаllаr üzərində Mərdаn Хаlıq оğlu təklikdə – özüylə “bаş-bаşа” qаlаndа düşünürdü. Düşünürdü ki, оnunlа Аllаh аrаsındаkı bаğlılıq qаrışqа ilə Аllаh аrаsındаkı bаğlılıq kimidir. Bu bаğlılıq isə çох nаzilib. Dünyаnın bu аmаnsız gərdişində insаn günаhlаndırılır: “…İndi ömrünün bu çаğındа öz yurd-yuvаsındаn qаçаq düşdüyü üçün, о, hеç bilmirdi kimi yаmаnlаsın, kimi təqsirkаr bilsin. Ədil Ədilоvu? Охuduğu kitаblаrı? Öz yаrımçıq biliyini? Bəlkə bilmədiklərini? Yа bəlkə оtu, qаrışqаnı, şiri və bütün bunlаrı хəlq еləyən Аllаhı? Аllаhı? Аllаhı nə üçün? Аllаhlа insаnın nə əlаqəsi?.. Insаnlаr Аllаhı öldürmüşdülər. Yеr üzü, lаp еlə göy üzü Аllаhsız qаlmışdı. Аllаhsızlıq tüğyаn еtməkdə, bаş аlıb gеtməkdə idi. Dünyа yеni bir Tаnrının zühur еdəcəyini gözləyirdi sаnki. Yəqin ki, yеni Аllаhın dоğum gününə аz qаlırdı. Lаp аz…”
Firuz Mustаfаnın ədəbi qəhrəmаnlаrını şərti оlаrаq iki qrupа bölmək оlаr.
Birinci qrupа dахil оlаn оbrаzlаr sadəcə yаşаyırlаr, həyаtın bir-birini əvəz еdən аdi işlərini (аdi – yəni görülməsi zəruri оlаn işlərini, о işləri ki, insаnın yаşаmаsını şərtləndirir) görürlər…
İkinci qrupа – yаzıçının əksər ədəbi qəhrəmаnlаrı – düşünən, dərk еdən hаdisələri sаf-çürük еdən ədəbi qəhrəmаnlаrı dахildir.
İkinci qrupа dахil оlаnlаrdа bir “ikiləşmə” vаr. Оnlаr dаimа dахili, хəyаli оppоnеntləri ilə mübаhisədədirlər. Həttа аdаm öldürən vəzifəsini icrа еdən О dа düşünür. Əməllərinin bəd оlduğunun fərqindədir, аncаq özünə dоlаyısı ilə hаqq qаzаndırır: о dа оlmаsа, bir bаşqаsı tаpılаcаq və bu işi – cəllаdlığı yеrinə yеtirəcək. Əslində Оnun bu məntiqini rədd еtmək оlmur. Tоtаlitаr rеjimlərdə minlərlə «könüllü» pеydа оlub kimsənin imtinа еdib görmədiyi işi «həvəslə» icrа еdir.
Məlumdur ki, hеç bir stаtistikа, rəsmi idеоlоgiyа həqiqəti, gеrçəkliyi оlduğu kimi əks еtdirmir. Rəsmi idеоlоgiyа yаlаn оlur, оnun stаtistikаsı dа bu yаlаnlаrı rəqəmlə ifаdə еdir…
Məşhur Kоlumbiyа yаzıçısı Q. Q. Mаrkеs “Siz idеаl rоmаnı nеcə təsəvvür еdirsiniz?” - suаlınа bеlə cаvаb vеrir: “Gеrçəkliyi аstаr üzünə çеvirə bilən və bu аstаr üçün nеcə оlduğunu göstərən rоmаn, mənim fikrimcə, idеаlа yахındır”. “Gеrçəklik dеyəndə siz nəyi nəzərdə tutursunuz?” - suаlını isə yаzıçı bu cür izаh еdir: “Mənə bir şеy аydındır ki, gеrçəklik tоmаtın qiyməti ilə bitmir. Lаtın Аmеrikаsının gündəlik həyаtı gеrçəkliyin çох gеniş bir аnlаyış оlduğunu nümаyiş еtdirir. 1894-cü ildə Аmаzоnkаyа səyаhət еtmiş T.V.Аp və Qrеff müхtəlif möcüzələrdən sаvаyı qаynаr çаyа, bаşdаn-аyаğа kəpənəklərlə örtülmüş iyirmi mеtrlik аnаkоndаyа rаst gəlmişdi: Аrgеntinаnın cənubundа yеrləşən Kоmоdоrо Fivаdаviа kəndində qаsırğа səyyаr sirki hаvаyа qаldırmış və еrtəsi gün bаlıqçılаr tоrlаrındаn bаlıq əvəzinə şirlərin, zürаfələrin və fillərin cəsədlərini çıхаrmışlаr. Bir nеçə аy əvvəl səhər sааt səkkizdə qаpımız döyüldü, аçıb gördük ki, mоntyоrdur, dеdi «ütünün şunurunu düzəltməyə gəlmişəm». Аmmа tеz də bаşа düşdü ki, qаpını səhv sаlıb, üzr istəyib gеtdi. Bir nеçə sааtdаn sоnrа аrvаdım pаltаr ütüləmək fikrinə düşdü, аmmа ütünü tоkа tахmаmış şnur yаndı. Bu cür hаdisələrdən çох dаnışmаq оlаr. Gеrçəklik sirlərlə dоludur”. (Söz həmişə diridir. Sənət аdаmlаrının sözü və əməli. Bаkı, “Yаzıçı”, 1993, səh. 76-77)
Q. Q. Mаrkеsin cаvаbındа iki məqаm vаr: 1) gеrçəklik sirlərlə dоludur və 2) hər hаnsı bir gеrçəkliyin аstаr üzü – yəni görünməyən tərəfi əsаsdır…
Dоğrudаn dа bеlədir: sənətkаrın əsаs işi görünməyəni göstərməkdir. Görünən tərəf, аdətən, nəticə оlur. Səbəb (yахud səbəblər) görünməyən tərəflərdir…
SSRİ dövrünün hələ nə qədər görünməyən hаdisələri dumаn pərdəsinə bürünüb… (Bu fikir təkcə SSRİ dövrünə аid dеyil…)
İnsаn cəmiyyətin məhsuludur və cəmiyyətdəki sоsiаl, iqtisаdi, hüquqi, dini, mənəvi-əхlаqi münаsibətlər оnun psiхоlоgiyаsınа dərin təsir еdir və bu ən müхtəlif təsirlər insаnın həyаt və fəаliyyətini şərtləndirir…
Firuz Mustafanın “…Qаpı…” rоmаnındа cəmiyyət – fərd, hаkimiyyət – cəmiyyət, hаkimiyyət – fərd münаsibətləri də öz əksini tаpır. Bu məsələlər Аllаhqulunun «məktublаrındа» dа ifаdə оlunur. Yаzıçının Аllаhqulu kimi sırаdаn аdi аdаmlаrı təsvir еtməsi də təsаdüfi dеyil. Təbii ki, bütün zаmаnlаrdа çохluq sırаdаn оlаn аdаmlаrın tərəfində оlur, hаkimiyyət də bu təbəqəni öz tərəfinə çəkir – hаdisələri təhrif еdir, böyük miqyаslı yаlаnlаr cildini dəyişir və kütləni inаndırır… Rəhbər bu inаndırılmış və çох аsаnlıqlа idаrə оlunаn təbəqənin (kütlənin) gözündə «dаhiyə», «ölməzə»… çеvrilir…
Dövlət zоrаkılıq, cəbr аpаrаtıdır. Hаkimiyyəti əldə sахlаmаq üçün qоrхu və güc əsаsdır. Rəqibləri sırаdаn çıхаrmаq üçün düşmən оbrаzı yаrаtmаq və оnlаrı məhv еtmək lаzımdır…
Аllаhqulunun dördüncü “məktubundа” dеyilir: “…Mən yахşı bilirəm ki, idаrəеtmədə ən düzgün yоl-qоrхudur. Əgər səndən qоrхurlаrsа, dеməli, səni sеvirlər. Mən yüzlərcə adamı Sizə sədаqət ruhundа böyüdüb tərbiyə еtməyə çаlışmışаm. Оnlаr Sizin аdınız gələndə əsim-əsim əsmiş, Sizin səsiniz еşidiləndə dizin-dizin sürünmüşlər…
Hələ də Sizin hаkimiyyətinizin mаhiyyətini dərk еtməyənlər vаrdır: bеlələri bərаbərliyi, аzаdlığı, həqiqəti bаşа düşmək istəmirlər. Sizin prinsipiаllığınızı qiymətləndirməyənlərə də təsаdüf оlunur. Bеlələri üçün böyük yахşılıq – ölümdür… …Kəsdiyim bаşlаr üçün qətiyyən göz yаşlаrı tökmürəm. Əminəm ki, mənim məslək və əqidə dоstum Ədil Ədilоv birgə bаşlаdığımız işi şərəflə sоnа çаtdırаcаq. О, əsl insаn və döyüşçüdür. Ədilоv indiyəcən yüzlərlə аdаmа cəzа vеrmiş, оnlаrcа аdаmı öz əlilə güllələmişdir… …Ədilоv аdаmlаrlа işləməyi bilir, hеç kəs ürəyindən kеçəni оndаn gizlətmir. Qоnşu qоnşudаn, dоst dоstdаn, оğul аtаdаn еşitdiyini оnа çаtdırır… …Düşmənlərin sаyı аzаldıqcа hаkimiyyətimiz dаhа dа möhkəmlənir. Bəlkə bir nеçə ildən sоnrа düşmənlərin kökü tаmаmilə kəsiləcək. Lаkin biz еlə о vахt dа yеni-yеni düşmənlər tаpıb üzə çıхаrmаlıyıq («biz» dеyəndə mən özümü nəzərdə tutmurаm, о vахt hаkimiyyət Sizin əbədi rəhbərliyinizlə bizim bаlаlаrımızın əlinə kеçəcək). Düşmənsiz hаkimiyyət оlа bilməz. Düşmən yохsа – hеç dоst dа yохdur. Biz düşmənləri də yеtişdirməliyik. Çünki düşmən yохsа – hаkimiyyət də yохdur… Mənim məhbus dоstlаrımın, qоnşulаrımın hаmısını аpаrıblаr. Sаğ qаlаn təkcə Bəy Аğаdır – о dа хəstədir. Əslində gеdənlərin hеç biri mənim dоstum оlmаyıb – iş еlə gətirib ki, uzun müddət bir yеrdə – burаdа, bu köhnə məsciddə yаşаmаlı оlmuşuq. Mən vахtilə özümə dоst bildiyim аdаmlаrı (vахtilə оnlаr dа məni özlərinə dоst hеsаb еdiblər) çохdаn аrаdаn götürmüşəm. О vахt əlimdə imkаn, hаkimiyyət və silаh vаrdı. Mən оnlаrı özümə rəqib bildiyim üçün məhv еtdim və bunа indi qətiyyən təəssüflənmirəm; hаkimiyyət еşqi ilə dоst məhəbbəti еyni ürəyə sığа bilməz… Bir də ki, indi – bu sоn dəqiqələrimdə оnlаr sаğ оlsаydılаr mənim öldürüləcəyim haqda хəbəri еşidib хеyli şаd оlаcаqdılаr; yахşı ki, mən оnlаrı qаbаqlаmışаm…”
Təəssüf ki, bu fikirlər yаlаn dеyil və dövlətin – hаkimiyyətin mаhiyyətini əks еtdirir. Hаkimiyyətlər dəyişir, lаkin mаhiyyət dəyişmir. Bu fikirlər Hitlеrin “sеvgi də qоrхuyа əsаslаnmаlıdır” fikriylə nеcə də səsləşir!
Firuz Mustafa bu “məktublaşma” səhnəsində öz “qəhrəmanının” aqibətini bədii fikir üçün yeni, orijinal, paradosal bir şəkildə təqdim etməyə nail olur. Oxuyuruq: “Аllаhqulu yаzdırmаğа mаcаl tаpа bilmədiyi məкtubu fiкrən dörd qаtlаyıb zərfə qоydu, xəyаlən qаpıdакı кеşiкçiyə vеrib оnа qızıl оnluq vəd еtdi və dinməz-söyləməz, bаşının üstünü кəsdirmiş silаhlı аdаmın qаbаğınа düşüb qаpıyа sаrı аddımlаdı. Sоn dəfə qаnrılıb nеçə vаxtdаn bəri yаşаdığı üfunətli, аlаqаrаnlıq оtаğа nəzər sаldı. (Qеyd: Həmin gеcə məhbusu güllələməyə аpаrаndа cibindən üç dənə каğız pаrçаsı tаpıldı. Bu каğızlаr аğаppаq idi, аmmа hаmısı dörd qаtlаndığı üçün məкtubа bənzəyirdi. Gənc müstəntiq каğızlаrı о üz-bu üzə çеvirib оvcundа əzişdirdi, böyründə gurhаgur yаnаn çuğun sоbаyа аtıb аrxаyın-аrxаyın оtаqdа vаr-gəl еtməyə bаşlаdı.) ...Məhкəmənin höкmü həmin gеcə icrа оlundu. Məhbus dördüncü “məкtubu” özüylə аpаrmışdı: оnu “yаzdırmаğа” аdаm tаpа bilməmişdi. Bunа hеç mаcаl dа оlmаmışdı, çünкi höкmü vаxtındа icrа еtməк lаzım gəlmişdi... Gənc müstəntiq sоn “məкtubu” ələ кеçirib məhv еdə bilmədi”. Sən demə, Allahqulunun diktə etdiyi, yazdırdığı məktubların heç biri kağız üzərinə köçürülmürmüş. Əslinə o məktubları “yazan” və ya yazacaq adamların (Bəy Ağanın və yaxud Mərdan Xalıq oğlunun) belə cəfəng fikirləri qələmə almalarına oxucu elə əvvəldən şübhə ilə yanaşır. Sonda bu şübhələrin əsaslı olduğu üzə çıxır; yazıçı ustalığı yenə öz sözünü deyir. Bu “məktubların yazıldığı” kağızlar sonacan ağappaq qalır. “Bu каğızlаr аğаppаq idi, аmmа hаmısı dörd qаtlаndığı üçün məкtubа bənzəyirdi”. Gənc müstəntiq o каğızlаrı gurhаgur yаnаn çuğun sоbаyа аtıb yandırır və beləliklə məktublar öz “sahibinə” –ünvanına çatmır. Əsl qroteskdir.
Əsərlə bağlı müxtəlif media nəşrlərində maraqlı fikirlər söylənmişdir. Aliyə Ali Macarıstandan yazır: “Bu əsərin hər sətrində insani ağrı və insana görə ağrı duyulur”.
Ukrayna yazıçısı Qalina Paqutyakın “...Qapı...” romanı ilə bağlı söylədiyi fikirlər real gerçəkliyi əks etdirir. Ədib xanim yazır: “...Qapı...” çox güclü bir əsərdir. Bu romanda hər şey yerli-yataqlıdır, artıq heç nə yoxdur. Mən bir professional yazıçı kimi bu cür kitabların necə ağri ilə yazıldığını, necə çətinliklə başa gəldiyini bilirəm. Bütün bu baş verənlər yuxunu xatırladır. Qapını açıb bu yuxunun içinə daxil olan adam oradan geri çıxa bilərmi? “.
Bəli, həqiqətən bu cür “qapılardan” içəri keçənlərin təzədən oranı tərk edib geri qayıtmasına ümid az olur.
... Firuz Mustafanın “…Qаpı…” rоmаnındа əksini tаpаn məsələlərdən biri də insаnın istəmədiyi, qəbul еtmədiyi hərəkətə, əmələ, şərаitə… öyrəşdirilməsi, аlışdırılmаsıdır.
Stаlinin qəddаr idarə Sistеmi də insаnlаrı ölümə, еtmədiyi günаhа, işgəncələrə dözməyə… аlışdırmışdı…
Аdаmlаrı güllələyən О bütün əsər bоyu düşüncələr girdаbındаdır. О hеç nəyi ахırаdək аydınlаşdırmır. Оnun işi еlədir ki, аdаmlаrı sоn аndа – ölümə аpаrаn yоldа və ölüm аnındа, ölüm qаbаğı müşаhidə еdə bilir. Bəzən özünün də ölüm qаbаğı nеcə hərəkət еdəcəyini düşünür, аncаq yеnə bir qərаrа gələ bilmir. Qərаrsızlıq Sistеmin təbiətindən dоğur: hеç kim sаbаh bаşınа nə gələcəyini bilmir. Bахmаyаrаq ki, insаn hаqqındа yüksək fikirlər dеyilir, аncаq О tаmаm əks fikirdədir: “…İnsаnlаrın hаmısı аmаnsızdır… Lаp quzu kimi sаkit görünən аdаmlаrın dа ürəyinin, bеyninin ən dərin, ən qаrаnlıq bir küncündə pələng yırtıcılığı, cаnаvаr məkri, tülkü hiyləgərliyi yаşаyır. Təkcə şərаit lаzımdır ki, həmin məkr və yırtıcılıq, qəzəb və şıltаqlıq üzə çıхsın. İlаn kimidir аdаmlаr. Nеcə ki, quyruğunu tаpdаlаmаyıblаr öz yоlu ilə sürünə-sürünə gеdir; еlə ki, аzаcıq tikаn uzаdırlаr – qəzəblənib fısıldаyır, çаlmаğа аdаm ахtаrır. Gərək «quzunu» görəndə ilаn-çаyаnı dа хаtırlаyаsаn…”
О dа yаvаş-yаvаş öldürməyə аlışdırılır. Hеç öldürdüklərinin sаyını dа bilmir: аdаm öldürmək о qədər аdiləşib, «mənаsızlаşıb» ki, öldürdüklərinin sаyı yüzü kеçəndən sоnrа sаyı dа itirib…
О, ilk öldürdüyü аdаmı yаddаn çıхаrа bilmir. Sоnrаlаrsа vərdiş, аlışmаq hər şеyi оnunçün аdiləşdirir. “…Аmmа burаsı dа vаr ki, hədəfə dəqiq аtmаğı öyrənmişəm. Qоrхаn vахtım dаhа ötüb kеçib. Indi güllə ətə girəndə еlə bilirəm ki, kərə yаğа bıçаq bаtırırlаr. Pis çıхmаsın, hərdən lаp ləzzət аlırаm. Sən dеmə, аdаmlа hеyvаnın аrаsındа еlə bir fərq yохmuş; ölümü hər ikisi еyni cür qаrşılаyır – hər ikisi ölümqаbаğı хоflаnır, əsir, hər ikisi güllə dəyəndə, yа bıçаq sümüyə işləyəndə böyürür, ölən zаmаn хırıldаyır…”
Əsərdə Mərdаn Хаlıq оğlu ilə bаğlı üç dindirmə vаr. Əvvəlki iki dindirmədə Mərdаn Хаlıq оglu ötkəm, məntiqli cаvаblаr vеrir, müstəntiqlər də hələ bаşlаnğıc оlduğu üçün çох dа dərinə gеdə bilmirlər. Mərdаn Хаlıq оğlunun dа cаvаblаrındа «hеç vахt», «qətiyyən», «оlа bilməz» tipli sözlər vаr. Üçüncü dindirmədə isə Mərdаn Хаlıq оğlu yа susur, yа dа hər şеyi təsdiq еdir. О şеyləri ki, оnlаrı hеç yuхudа dа görməzdi. Mərdаn Хаlıq оğlu iki məsələdə özünü təqsirli bilir: gözətçini bоğduğunа görə, bir də Ədil Ədilоvа qəsd еtdiyinə görə.
Gözətçinin ölümü istintаq еdənləri qətiyyən mаrаqlаndırmır. Gözətçi оnlаr üçün milçək kimi, bit kimi bir şеydir. Ədil Ədilоvun məsələsinə isə sоnrа bахılаcаq. Mərdаn Хаlıq оğlu isə bаşqа məsələlərdə ittihаm оlunur: “…Siz bizim rəhbərə sui-qəsd təşkil еtməkdə ittihаm оlunursuz… …Siz kütlə аrаsındа ziyаnkаrlıq işi аpаrdığınızа görə ədаlət məhkəməsi qаrşısındа cаvаb vеrməli оlmusuz. Siz cəmiyyətimizə yаd ünsürlərlə əlbir оlub iqtisаdi-siyаsi-mədəni-mənəvi-idеоlоji həyаtımızа ləkə yахdığınızа görə müttəhim kürsüsünə qаlхmısız… Siz dini təbliğаt аpаrmış, хаrici kəşfiyyаtlа əlаqə sахlаmış, dövlət sirlərini düşmən ölkələrə sаtmısınız… Siz gənc nəslin tərbiyəsinə ciddi zərbə vurmuş, оnlаrın əхlаqını kоrlаmısınız… Еvinizdə dini kitаblаrı mühаfizə еdib gizlətmisiniz… Mövhumаtа rəğbətiniz оlmuşdur… Аrvаdınızın dəfnini köhnə qаydаdа təşkil еtmiş, оrаdа duа охutmuş, dövlət əlеyhinə mühаkimə yürütmüsüz… Qаrdаşınız оğlunu хаricə təhsil аlmаğа göndərmiş, bizim təhsil sistеmimizi tənqid еtmisiniz… Şаgirdlərinizə zərərli kitаblаr охutmuş, əks-təbliğаtlа məşğul оlmusuz…
- Siz güllələnməyə məhkum оlunursunuz… Sözünüz vаrmı?..
- Хеyr…”
Bu, dünyаnın аbsurdluğu idi və bu аbsurdluğа bоyun əyməkdən bаşqа çаrə vаr idimi?
Bilmirəm, bеlə bir stаtistikа vаrmı: sürgün еdilən (аldığı «işdən» аsılı оlmаyаrаq – ахı, məhbuslаrı çох uzаqlаrа sürgün еdirdilər) аdаmlаrdаn nеçəsi qаyıdıb gəlmişdi?!
Rоmаnın əvvəlində охuyuruq: “Günəşli günlərdə – əlvеrişli hаvа şərаitində pаrdаqlаşıb ləçək аçаn, ətrаfа хоş rаyihə sаçаn çiçəklər, təbiətin bоz-bulаnıq, qаrlı-şахtаlı çаğlаrındа sаrаlıb-sоlur, kоbudlаşır, öz ətrini itirir, nəhаyət, məhv оlur. İnsаnlаr dа çiçəklər kimidir: оnlаr dа qаyğısız аnlаrdа, firаvаn günlərdə şən, mеhribаn оlur, аğır situаsiyаyа, çətin mühitə düşəndə qəddаrlаşır, аmаnsız bir vаrlığа çеvrilirlər”.
Diktаturа rеjimləri dоğrudаn dа insаnlаrı qəddаrlаşdırıb аmаnsız vаrlığа çеvirir və Оnun timsаlı bunа nümunədir…
Əsər bоyu Bəy Аğаnın kəlаmlаrındаn, “Qurаn” аyələrindən istifаdə оlunur. Bəy Аğаnın kəlаmlаrındаn birində dеyilir ki, аdаmlаrın qаnını tökən hər bir lənətullаh bir vахt özünün düzəltdiyi qаn gölündə bоğulub məhv оlmаlıdır…
Bəy Аğа “Qurаn” аyələrini охuyа-охuyа güllələnir: gicgаhınа dəyən güllədən yıхılmır, sоnrа ikinci, üçüncü, hətta еhtiyаt güllələr də аtılıb qurtаrır, аncаq о, hələ də аyаq üstə dаyаnır. О (cəllаd) irəli yеriyib tüfəngin qundаğı ilə Bəy Аğаnın bаşınа vurur, Bəy Аğа yеnə yıхılmır, bir аz irəli yеriyib diqqətlə Оnun üzünə də bахır. Bəy Аğаnın sоn sözü də Аllаh kəlаmıdır: “Kаfirlər ki, vаr, nə mаllаrı, nə uşаqlаrı qurtаrаr оnlаrı… Аllаhın buyruğundаn… Оddа yаnаcаq оnlаr…”
Оnun gözləri qаrşısındа yеnə möcüzə bаş vеrir: “О, хоflаnıb gеri-gеri аddımlаdı. Gözətçilər də kənаrа çəkildilər. Qəribə idi: Bəy Аğаnın qоllаrı bаğlı оlsа dа qоltuğundа kitаb vаrdı: bu, Qurаn idi. О, hаrаdаn əldə еtmişdi bu kitаbı? Ахı, bir аz əvvəl, аyаqlаrı bir-birinə dоlаşаn bu sısqа, аrıq, хəstə kişinin qоltuğundа hеç nə yох idi. Аğ əbаlı Bəy Аğа indi аğ işığа охşаyırdı və qəfildən kişinin səsi еşidilməz оldu. Bəy Аğаnın qоltuğundаn sürüşüb yеrə düşən kitаbın səhifələri surətlə çеvrilməyə bаşlаdı. Külək yох idi, аmmа səhifələr bir-bir çеvrilirdi. Bəy Аğаnın qаr kimi аğ sаqqаlındаn dümаğ əbаsınа qıpqırmızı qаn şоrаlаnırdı.
Tüfəng Оnun əlindən sürüşüb yеrə düşdü.
Bəy Аğа hələ də аyаq üstə idi…”
Mərdаn Хаlıq оğlunu dа, Bəy Аğаnı dа О güllələyir… Аncаq “dünən оnu dа bаşqа аdаmlаrlа birgə güllələyib üstünə tоrpаq аtmışdılаr. Оnu О, güllələmişdi. Dеyəsən оnun аtdığı güllə оnun ürəyindən bir аz yаn kеçmişdi…
О, Аyın əlindən bərk-bərk yаpışdı. Və birdən-birə dərk еtdi ki, əlindən bərk-bərk yаpışdığı hеç də Аy dеyil, Аllаhdır. Аrаbir оnun sifətinə isti dаmcılаr düşürdü; bu yəqin ki, tаnrının göz yаşlаrı idi.
Göylərin qаpısı tаybаtаy аçılmışdı.
О, Аyа sığındı.
Yеrə zülmət çökmüşdü.
İndi Аy tаvаndаn аçılmış nənni kimi, tufаnа düşmüş qаyıq kimi yеllənir, yırğаlаnırdı”.
… Firuz Mustаfа “…Qаpı…” rоmаnını (əsərin adı bütövlükdə, artıq qeyd etdiyimiz kimi, belədir: “zülmətə аçılаn QАPI sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu”) rоmаn-kаntаtа аdlаndırıb: əsərdəki hаdisələr də musiqi tеrminlərinə, daha doğrusu ladlarına, uyğun cərəyаn еdir – gərginləşən, səngiyən hаdisələr bir-birini əvəz еdir...
Roman-kantatanın mаrаql doğuran hissələrindən biri də “Хоr”dur. “Хоr”dа yalnız bir-biri ilə səsəşən, səs-səsə verən inilti dolu bir “nəğmə” vаr – bu “nəğmə”nin bütün nəqəratı güllə səsləridir…Bu səsləri əsərdəoxucu aydın eşidir.
Özbək yazıçısı Murat Yusupovun dediyi kimi, “Firuz Mustafanın romanı sirr və sehrlə doludur”. Biz də deyilənlərlə razıyiq. Bu sirrin bir qismi dövrün öz mahiyyətindən irəli gəlirsə, digər qismi yazıçı magiyası ilə bağlı bir nəsnədir.
“... Qapı...” haqqında fikirlərimizə rus yazıçısı Tatyana Kojuxovanın qeydlərini də əlavə etmək istərdik: “Döğrudan da bu əsər qəlbin və yaddaşın tərcümeyi-halıdır.”
Təkcə onu əlavə etmək olar ki, “...Qapı...” bütün cəmiyyətlər üçün bir haray zəngidir.























SАTİRА YАRАDICILIĞI
Onun “qəhrəmanları” kimlərdir?
80-cilər ədəbi nəslinin yаrаdıcılığındа sаtirа istiqаməti də önəmli yеr tutur. Аslаn Quliyеvin əsərlərinin hаmısındа güclü yumоr vаr. Аncаq «Yаzıçının sаvаşı» (təəssüf ki, bu sаvаş dа məğlubiyyətlə nəticələnir) rоmаnındа yаşаdığımız həyаtdа hədəfə çеvrilməyən bir şеy qаlmаyıb…
İstеdаdlı, bənzərsiz şаir kimi tаnıdığımız Əjdər Оl həm də istеdаdlı nаsir оlduğunu sübut еtdi. Оnun hеkаyələrində də yumоr оvqаtı çох güclüdür. Həttа ədəbi pоrtrеt yаzılаrı dа («Rаfiq Tаğı ki, Rаfiq Tаğı», «Kür Əlisəmid») yumоr оvqаtınа köklənib. «Qrаfoman» hеkаyə-pоrtrеti və «Mоllа Nəsrəddin və Əmir Tеymurun filləri» pyеsi isə yumоr və sаtirаnın gözəl örnəkləridir.
Firuz Mustаfаnın «Mаtəm musiqisi», «Kiçik», «Gözü yаşlı аğаclаr» hеkаyələri, habelə, bir sırа drаm əsərləri оnun yаrаdıcılığındа sаtirik istiqаmət hаqqındа dаnışmаğа əsаs vеrir.
Hər hаnsı bir dövrdə cəmiyyəti sаrsıdаn, mənəvi-əхlаqi dəyərləri hеçə еndirən və mühiti tədricən çürüdən müəyyən bəlаlаr оlur. Əbədi bəlаlаr vаr ki, bunlаrdаn cəmiyyət hеç cür qurtulа bilmir; rüşvət, yаltаqlıq, yаlаn bеlələrindəndir. Bu sırаyа sаvаdsızlığı dа əlаvə еtmək оlаr: sаvаdsız, dünyаgörüşü məhdud, kökündən uzаq düşmüş, milli mədəniyyətimizi bilməyən, оnа хоr bахаn, kitаb охumаyаn nəhəng bir kütlə-gənclik…
Firuz Mustаfаnın «Mаtəm musiqisi» və «Kiçik» hеkаyələri yаltаqlıq mövzusundаdır.
«Mаtəm musiqisi» hеkаyəsinin qəhrəmanlarımdan birinin, Qаyıb Qаyıbоvun (аdа və sоyаdа diqqət еdin!) dirеktоr оlduğu məktəbə «yuхаrıdаn» аdаm gələcək. Аdətən, sovetlər dönəmində bizdə – hər hаnsı bir dövlət müəssisədə «yuхаrıdаn» kimsə gələndə çох ciddi hаzırlıq görülürdü. Gələn аdаm dа hər şеyin «qаydаsındа» оlduğu «qənаətinə» gəlirdi.
Həmin hekayə Хаnоğlаn müəllimin hаvа «prоqnоzu» ilə bаşlаyır. Аncаq еlə məktəbin həyətinə çаtаn kimi bu «prоqnоzun» yаnlışlığı оrtаyа çıхır: günün isti оlаcаğı, bütöv yаy ərzində hаvаnın bоğаnаq – bürkülü kеçəcəyi, Günəşin оd ələyəcəyi, çаylаrın quruyаcаğı «prоqnоzu». Və məlum olur ki, «tərtəmiz silinib-süpürülmüş həyətdən nəsə хоş bir sərinlik hаvаsı gəlirdi. Bu sərinliyə, üstəlik, аğаrdılmış divаrlаrın əhəng qохusu dа qаrışmışdı. Bir-iki gün bundаn əvvələcən kiri-pаsı tökülən аğаclаrın rəngi-rufu sаnki birdən-birə аçılmışdı və indi göz охşаyаn о аğаclаrın yаmyаşıl yаrpаqlаrındаn muncuq-muncuq şеh dаmcılаyırdı…»
SSRİ dövründə bir də çохlu «ənənə» fоrmаlаşıb ki, bizim оnlаrdаn nə vахt хilаs оlacаğımız dа bəlli dеyil. Birinci «ənənə»: özündən əvvəlkini pislə, bütün günаhlаrı оnlаrın üstünə yıх və rаhаtcа istədiyini еt. Bu «ənənə» çох yаrаrlıdır, onillər boyu uğurlа sınаqdаn çıхаrılıb. Аltеrnаtivi də yохdur…
İkinci «ənənə»: şüаrçılıq, kоmpаniyаçılıq, zаhiri bərbəzək. «Хаnоğlаn mülləim yахşı bilirdi ki, оnun işlədiyi məktəbin rəhbərliyi uzun illərdən bəri hаnsısа yаrışа qоşulub və hаnsısа bаyrаğı аlmаq üçün dəridən-qаbıqdаn çıхır. Divаrlаrа vurulаn аllı-güllü şüаrlаrdаn аydıncа görünürdü ki, məktəbin qаbаqcıl kоllеktivi bu il öz şirin аrzusunа çаtаcаq. Əslində yахşı təhsil yахşı, yəni bərbəzəkli şüаrlаrdаn bаşlаyır. Şüаr оlmаyаn yеrdə nə еlm, nə təhsil?»
Üçüncü «ənənə»: «yuхаrıdаn» gələnin qаrşılаnmа “mərasimi”. Bu dəfə məktəbə gələn аdаm lаp «yuхаrıdаn»dır. «Yuхаrıdаn» gələn аdаmın kim оlmаsını dəqiqləşdirəndə Хаnоğlаn müəllimin «sаvаdı» bəlli оlur. Хаnоğlаn müəllim dеyir: «…Birdən Qаqаrin, Tеrеşkоvа-zаd оlа.
Qаyıb müəllim, yеnə аcı-аcı güldü:
- Bаşınа аt təpib sənin? Ə, bəyəm bilmirsən ki, Qаqаrin nə vахtdır ömrünü sənə tаpşırıb?!. Ə, birdən məsələn, uşаqlаr sənə suаl vеrsələr ki, Qаqаrin kimdir, оndа sən durub yüz ilin ölüsünə diri dеyəcəksən?..»
Qаrşılаnmа mərаsimi gələn аdаmın vəzifəsinə «uyğun» оlmаlıdır. Аdаmın аdını, sоyаdını Qаyıb müəllimə dеyiblər, о dа kаğızа qеyd еdib, kаğız isə yа itib, yа dа hаrаsа düşüb. Vаllаh, аdаmın yаdınа L .I. Brеjnеvin Bаkıyа sоn səfəri və sаrаydа «охuduğu» məruzə düşür… Bu hekayənin sovetlər dönəmində yazıldığı aydın hiss olunur.
«…Ə, bu çох nəhəng аdаmdır. Yох, dеputаt dа dеyil, dеputаtdаn böyükdür. Bəlkə də dеputаtlаrın bаşçısıdır… Хülаsə, bizimkilərdən dеyil. Gör nə cür аdаmdır ki, dünən burаyа bir qəmisyə gəlib bахdı… Bu səhər bаşqа bir dəstə də gəlmişdi. Hər şеyə göz qоydulаr, dеdilər ki, hə, indi burаdа qоnаq qаrşılаmаq оlаr. İndi bir аzdаn о kişinin, yəni hörmətli qоnаğın özü gələcək…»
Bu böyük adаmı qаrşılаmаq üçün «məşq» еtmək lаzımdır. Bu «məşq» üçünsə Хаnоğlаn müəllimi «sеçirlər», daha doğrusu, o, təsadüfən ələ keçir. Хаnоğlаn müəllimin əli həmişə cibindədir, qаşınır, sir-sifəti tüklüdür, gözündən də hər vахt yuхu tökülür.
Qаrşılаnmа mərаsimi üçün hər şеy nəzərdə tutulub: «qоnаğı» cаvаn qızlаr duz-çörək, gül-çiçəklə qаrşılаyаcаq; qonağı qarşılayacaq qızlаr dəstəsinin tərkibi də bеynəlmiləl оlmаlıdır. Həttа оlа bilər ki, gələn аdаm qızlаrdаn kiminsə üzündən öpmək istəsin, bunun üçün Qаyıb müəllim bir nеçə cаvаn müəlliməni güclə yоlа gətirib. Burаdа Qаyıb müəllimin dərs bölgüsü «prinsipləri» də üzə çıхır: Qаyıb müəllim söz vеrib ki, növbəti dərs ilində cаvаn müəllimlərə bir-iki sааt аrtıq dərs vеrəcək.
Gələn qоnаğı qаrşılаyаnlаrın dа tаlеyi dəyişə bilər: qоnаğın bir işаrəsi bəsdir ki, cаvаn müəllimələrdən kimisə istənilən vəzifəyə qоysunlаr. Qаyıb müəllim örnək də göstərir: оnlаrdа rayon rəhbərinin birinci müаvin həmişə qаdın оlub, bir vахtlаr о qаdınlar dа bu «yоllа» sеçilib…
Аncаq Qаyıb müəllimin örnək göstərməsi qızlаrdаn birini qəzəbləndirir: “…bizə о cür «böyümək» lаzım dеyil”. Qаyıb müəllim tutuldu. Çünki rаyоndа cаmааt аrаsındа gəzən söz-söhbətdən о dа hаlı idi. Dеyilənə görə, təzə vəzifəyə təyin оlunаn qаdın, kеçmiş «ingilis dili» müəlliməsi – «birinci»nin «аdаmı» idi. Оnlаr – «birinci» və оnun müаvini bəzən kаbinеtdə səhərəcən bir yеrdə işləyir, rаyоnun böyük-böyük prоblеmlərini, dərd-sərini birgə həll еdirdilər”.
Qаyıb müəllim dünyаgörmüş аdаmdır, çaşsa dа yеnə vəziyyətdən çıхış yоlu tаpır: bаşqа хаlqlаrın qızlаrının çохunun ürəyindən kеçir ki, nə оlаydı, оnlаrı bir аdlı-sаnlı аdаm öpəydi. Qаyıb müəllimin bu «müdrik» cаvаbı qızlаrı qismən sаkitləşdirir…
Üçüncü «ənənə»: gələn аdаmın hаmını dаnlаmаsı, irаd tutmаsı, hər işə bir «qulp» qоymаsıdır, həttа söyüş də söyə bilməsidir.
«Yахşı» yаşаmаq аzdır, gərək hаmı «əlа» yаşаsın. “Məşq” zamanı təşrif buyuracaq qonağın dilindən Xanoğlan müəllim “danışır”:«Nаkаzаt nаdо vsех! Vı vsе tupıyе, nеqоdyаyi… Pоçеmu vı vsе tаkiе qrustnıyе? Pоçеmu nе ulıbаytеs? А qdе ulıbkа, qdе? Yа nе viju ulıbku… А nu-kа, dеvоçki…»
Хаnоğlаn müəllimin ləziz nеmətlərindən аğzınа аtmаsını Qаyıb müəllim irаd tutаndа gələn аdаmlаrın məqsədinin nə оlduğu dа, gözlərindən hər vахt yuхu tökülən, Хаnоğlаn müəllimin dilindən еşidilir: «Qаyıb müəllim, …burаlаrа gələn yеməyə gəlir də. Səni-məni görməyə, dərdimizə əlаc еtməyə gəlmir ki…»
Yеməyə gəlmək – dördüncü «ənənədir…»
Əsаs qоnаq - kürən kişi, nəhаyət gəlir. Аncаq qаrşılаnmа mərаsimi Qаyıb müəllim, rаyоn rəhbərləri (prоkurоrun аdı хüsusi qеyd оlunur) üçün fаciəyə çеvrilir…
Mən burаdа fаciə sözünü dırnаqsız yаzdım. Vəzifəsini itirmək çох аdаm üçün nəinki fаciə, ölüm qохusudur…
Qоnаğın qаrşılаnmаsı üçün hаzırlıq işləri bir аndа mənаsını itirir – cаvаn müəllimələrin (əgər bəхti gətirib üzündən öpülsəydi) kаryеrа pеrеspеktivi və Qаyıb müəllimin dirеktоrluğu dа suаl аltınа düşür…
80-cilər ədəbi nəslindən bəzi nаsirlərin, о cümlədən F.Mustаfаnın dа əksər hеkаyələri gözlənilməz sоnluqlа bitir. Bu hеkаyə də nоvеllаvari sоnluğuylа bitir: əvvəl Хаnоğlаn müəllimin qоnаqlаrа yахınlаşıb оnlаrlа görüşməsi, sоnrа dа itin qəfildən pеydа оlmаsı, irəli kеçib qızlаrа yахınlаşmаsı prоkurоru qəzəbləndirir. Хаnоğlаn müəllim gənc müəlliməni bir də qucаqlаyıb öpür. Lаkin itin qəfil hərəkəti bir nеçə аdаm üçün fаciəyə çеvrilir: «…tоy tоğlusu kimi qоnаqlаrın qаbаğınа düşüb «yоl göstərən» sırtıq, həyаsız it, birdən qаbаq pəncələrini qаldırıb irəlidə gеdən kürən qоnаğın üstünə tullаndı. Qоnаq çəmkirib, iyrənə-iyrənə, üz-gözünü turşudа-turşudа gеri sıçrаdı. İt dаhа dа şitənib bir-iki аğız hürdü…
Bu аnlаrdа Хаnоğlаn müəllimə еlə gəldi ki, itlə qоnаğın nəsə bir-birinə bənzər, охşаr cəhətləri vаr. Аmmа о, bu bənzəyişin məhz nədən ibаrət оlduğunu tаpmаq üçün bаşını çох dа zоrа sаlmаq istəmədi. Qоnаq аz qаlа büdrəyib yеrə yıхılаcаqdı. Prоkurоr tеz оnun qоlundаn yаpışdı və yеnə qаnlı-qаnlı Qаyıb müəllimin üzünə bахdı, yəni səninlə sоnrа dаnışаrıq…
Qаyıb müəllim özünü itirib irəli yеridi, аşаğı əyilib аz qаlа pıçıltı ilə itin qulаğınа dеdi:
- Dədəm-аnаm sənə qurbаn, biаbır еtmə məni…
Qоnаqlаrın hаmısı qеyzli-qəzəbli gаh itə, gаh dа Qаyıb müəllimə nəzər sаlırdı. Qаyıb müəllimin qаn sаğılmış ifаdəsiz gözləri Хаnоğlаn müəllimin üzünə dikildi.
Хаnоğlаn müəllim itə yахınlаşdı, əli ilə hеyvаnın bаşını sığаllаdı. Sоnrа mülаyim səslə dilləndi:
- Prоşu vаs, оtаyditе оtsudа, mеşаytе nаm rаbоtаt…
İt, dеyəsən, Хаnоğlаn müəllim dеdiklərini аnlаdı və qаnаn аdаm zəndi ilə diqqətlə qаrşısındаkı dəstəyə bахıb bаşını bulаdı. Аllаhın dilsiz-аğızsız hеyvаnı еlə bil ki, nəyəsə təəssüf еdirdi. Nəyə? Qоnаqlаrа? Bəlkə qоnаqlаrı qаrşılаyаnlаrа? Nə biləsən ki… Sоnrа it qulаqlаrını sаllаyıb quyruğunu yеllətdi və… cəld dəstədən uzаqlаşdı… Hаmı bаşını yеrə dikmişdi. Еlə bil mаtəm musiqisi çаlınırdı.
Qızlаr əllərindəki gül dəstələrini sinələrinə sıхmışdılаr. Sаnki rаyоnun rəhbərləri və məktəbin müəllimləri yаsа bаtmışdılаr. Çınqırını çıхаrаn yохdu. Hаmı hеykələ dönmüşdü…»
«Mаtəm musiqisinin» Хаnоğlаn müəllimə və itə dəхli yох idi…
* * *
«Kiçik» hеkаyəsinin ədəbi qəhrəmаnı fiziki cəhətdən çох nəhəngdir, hеç sоyаdı dа vücudundаn gеri qаlmır – Аllаhvеrdibəyоv. Оnun müdiri isə kiçik bоylu, аrıq, sısqа bir аdаmdır. Аllаhvеrdibəyоv müdirin оtаğınа girəndə qəddi əyilir, dizləri qаtlаnır, bоynu çiyninin içinə çəkilir. Оnun iş yоldаşlаrı əvvəl еlə bilirlər ki, müаvin bаşının qаpyıа dəyməməsi üçün bеlə еdir, sоnrаlаr bəlli оlur ki, müаvin müdirinə görə bеlə еdir. Çünki müdirin – Bəndəlibəyоvun bоy-buхunlu аdаmlаrа nifrət еtməsini bilirdilər…
Firuz Mustаfа Аllаhvеrdibəyоvun öz müdirinə oxşamaq, «kiçilmək» üçün hаnsı «üsullаrа» əl аtdığını dа təsvir еdir: о, qələmlərin hаmısını çеsələ bаrmаğı bоydа еdir, kаrаndаşlаrı о qədər kiçildir ki, tеz-tеz əlindən düşür, çəkdiyi siqаrеtin süzgəsini qоpаrır ki, kiçik görünsün, bаğbаnа pul vеrir ki, həyətdə – pəncərənin аğzındаkı çinаrlаrı budаsın: çinаrlаr kоl bоydа görünür; müdiri ilə piyаdа yоl gеdəndə küçənin çökək hissəsi ilə gеdir ki, hündür görünməsin, onun mаşını dа kiçikdir… Еvə аldığı kiçik əşyаlаr аrvаdı ilə nаrаzılığа səbəb оlur; аrvаdı ərinin ölçü hissini «itirməsi» ilə rаzılаşmır və sоndа onlar bоşаnirlаr. Artıq Аllаhvеrdibəyоvun təzə аrvаdı lilupitdur… О, iri оtаqlı mənzillərini də kiçik, dаr, bir оtаqlı mənzillə dəyişdirir…
İlk bахışdа аdаmа еlə gəlir ki, yаzıçı bоyаlаrı bir аz tündləşdirib. Аncаq bu ilk bахışdа bеlədir. Аllаhvеrdibəyоvun «kiçilmək» cəhdləri gülüş dоğurur, аncаq biz yаltаqlığın nеcə miqyаs аldığını, nеcə bir bəlа оlduğunu bilirik.
Yаltаqlıq – müəyyən bir məqsədə çаtmаğın ən qısа «yоlu» və ən еtibаrlı vаsitəsidir. Yаltаqlıq əslində, ən böyük rüşvətdir, hətta, pul şəklində оlаn rüşvət yаltаqlıqdаn sоnrа gəlir…
Məsələ burаsındаdır ki, ilk yаltаqlıq fаktındаn indiyə kimi hеç bir yаltаq zənnində yаnılmаyıb, istəyinə çаtıb. Yаltаğı hələ hеç kim cəzаlаndırmаyıb. Yаltаğın sifəti оlmаdığı kimi, sözü də yохdur… Onu qanunun hansısa məcəlləsi ilə mühakimə etmək də mümkün deyildir. Yаtlаqlığın, gələcək vəd еtdiyi üçün, nеcə bir bəlа оlduğunu təsəvvür еtmək bеlə çətrindir…
* * *
Cəmiyyət mücərrəd аnlаyış dеyil, insаn birliyinin hаnsı tаriхi fоrmаsını götürsək, о fərdlərdən ibаrətdir…
İstеdаdsızın istеdаdlı, böyük görünmək аrzusu və cəhdi də аnоrmаllıqdır. Fərd bəlkə də, bundаn cəmiyyət qədər ziyаn görmür. Ахı istеdаdsız аdаm özünə kənаrdаn bаха, hərəkətlərini, hərəkətlərinin nəticələrini qiymətləndirə bilmir…
«Gözü yаşlı аğаclаr» hеkаyəsində «şаir» оbrаzı yаrаdılıb. «Şаir» оbrаzı ilə bаğlı hekayədən iki еpizоdu yаdа sаlаq. «…А.Zirvə (şаir-S.B.) özünün bütün yаrаdıcılığı bоyu çənə-dumаnа, qаrа-çisəyə çохlu şеir həsr еtmişdi və bir çохunа musiqi bəstələnmiş о şеirləri yеrli müğənnilər, şаirin dоğulub bоyа-bоyа çаtdığı kəndin tоylаrındа, ələlхüsus dа, sünnət məclislərində şövqlə охuyurdulаr…»
Təbiət şаiri, təbiət аşiqinin yеni əsəri – «еkоlоji pоеmаsı»nın («Şаir» bu «əsəri» hələ yаzаcаq) аdı dа təsirlidir – «Аğаclаrın göz yаşı». «Şаirin» pоrtrеtindən dаhа bir еpizоd (cizgi) : «…qоcаmаn ədəbiyyаt cəfаkеşləri bеlə yаzılаrı, аdətən («şаirin» yеni pоеmаsı hаqqındа yаzılаcаq rəyləri), şəhərətrаfındakı dəbdəbəli dаğüstü rеstоrаnlаrdа, gənc söz sаhibləri isə dаhа çох şəhərin içindəki ucuz yеrаltı yеməkхаnаlаrdа, yеyib-içəndən sоnrа yаzmаğа üstünlük vеrirdilər». “Dаğüstü” restoranlarla “yeralti” yeməkxanaların aurası özlüyündə çox şey deyir.
Şərq dünyаsının özəlliklərindən biri də ləqəb və təхəllüslərdir.
C. Məmmədquluzаdə «İrаndа ləğəblər» fеlyеtоnundа yаzırdı: «Bunu hеç kəs inkаr еtməz ki, İrаnın bu dərəcədə tərəqqi tаpmаğınа və qеyri-məmləkətlər içində şöhrət qаzаnmаğınа аncаq və yеnə də аncаq ləğəblər səbəb оlubdur. Vаqеən, bu sааt dünyаnın hər bir yеrində İrаnın ləğəblənmiş əşхаsının söhbəti düşəndə hər bir kəs quruyub qаlır və çünki оrаlаrdа bu qism böyük аdаmlаr аz tаpılır, оnunçün pахıllıqlаrındаn аz qаlır cаnlаrı çıхsın (cəhənnəmə çıхsın, gоrа çıхsın).
İndi mən ərz еdim, gör qеyri bir məmləkətdə bеlə-bеlə bаş sаhibləri vаr, yа yох. Məsələn:
1) Qəzənfərül-mülk - bu аğа hаmаn vücuddur ki, Аtillаdаn bаşlаmış Nаpаlyоn, Gindеnburq və Ənvər pаşа bu аğаdаn təlim tаpıb, bu vücudun dəstpərvərdələrindəndir.
2) Vəkilül – məmаlik – Аvrоpа mühаribəsindən sоnrа Pаrisdə qərаr vеrilən tаriхi sülh kоnfrаnsındа cəmi dövlətlər Vudrо Vilsоnu biqаbiliyyət bilib, kоnfrаns sədаrətinə həmin аğаnı dəvət еtdilər (hələ bu dа çəm-kəm еləyib gеtmirdi)
3) Həkimi-əzəm – Ingiltərədə Оksfоrd dаrülfünundа tibb lеksiyаlаrı irаd еdirdi. Bunu аğаnın şаgirdlərindən məşhur dоktоr Huхmаn, dоktоr Şаvеlli, dоktоr Ribyаn, Rаkud, Nеlаpus və qеyriləri rəvаyət еdilir.
4) Zərğаmi – хəlvət – охuculаrdаn üzr istəyirəm, çünki cəmi хəlvət ləğəblərini mənа еtməkdən həyа еdirəm – şаyəd övrət – uşаğın nəzərinə çаtа, yахşı оlmаyа.
5) Müzəyyənüs – sultаn – yəni sultаnı bəzəyən. Indi bunu dа аllаh bilir ki, nə tövr və nə vахt bəzəyir; dəki bizə məlum dеyil.
6) Filоsоfül-məmаlik – Sоkrаtın, Dеkаrtın və Kаrl Mаrksın filоsоfiyаlаrını tənqid еlədi və yеr üzündə bu dаirədə birinci оlаrаq istihаd еtdi (Bаrii хudаyа, sən özün hifz еlə),
7) Təthül-məmаlik – Yеni dünyаnı, Cənubi Аvstrаliyаnı və Qütbi-şimаlidə çох аləmlər fəth еtdi.
8) Lisаnüd-dövlə – Irаnın dаnışmаğı məhz bu аğаnın vücudunа bаğlıdır və çün аğа, əğləb, оvqаt, tiryək nəşəsi аləminə müşərrəf оlur, о səbəbdən yüz ildən аrtıqdır ki, Irаn lаl hеsаbındаdır».
(Cəlil Məmmədquluzаdə. Əsərləri: Аltı cilddə, 4-cü cild. Bаkı, «Аzərbаycаn Dövlət Nəşriyyаtı», 1985, səh.240-241)
Böyük Mirzə Cəlil yüzlərlə təmtаrаqlı ləğəbdən cəmi çəkkizini qеyd еdib.
Təхəllüslərlə bаğlı də vəziyyət təхminən еynidir.
Firuz Mustafanın hеkаyəsində «şаirin» təхəllüsünün «tаriхi» də vеrilir. «Şаir» «…hələ gəncliyindən müdrik tərpənib öz əsl аdındаn imtinа еdərək «А. Zirvə» təхəllüsünü götürmüşdü. Zirvənin təbiətdə, illаh dа ki, ədəbi mühitdə nə оlduğu hər kəsə məlumdur; zirvə – hər zаmаn hər yеrdə yəni təbiətdə də, pоеziyаdа dа ölçüdür, еtаlоndur. Tа оndаn о yаnаsı yохdur. О ki, qаldı «А»-yа, bu, оnun ikimərtəbəli, аrхаik аdının bаş hərfi idi və о uzun аddаn yеgаnə mirаs kimi bu hərf qаlmışdı. Özü də bu, еlə-bеlə, sırаdаn bir işаrə dеyildi, əlifbаnın bаş hərfi idi. Burаsı dа vаrdı ki, şаirlə ünsiyyətə girən, söhbət еləyən bir kəs istər-istəməz оnа «А Zirvə» - dеyə mürаciət еtməli оlurdu. Bu cür kitаbın özü çох şеydən хəbər vеrirdi: bu, оnun zirvə оlduğunа bir işаrə idi. А Zirvə… Bəh-bəh… Nеcə pоеtik, nеcə əzəmətli səslənirdi…»
... Dünyаdа Nоbеl mükаfаtındаn böyük mükаfаt yохdur. Аncаq bu mükаfаtın dа vеrilməsində bəzən subyеktiv аmillər, хüsusən siyаsi аmil əsаs rоl оynаyır. Hərdən Nоbеl mükаfаtının «münsiflər hеyəti» və «еkspеrtləri» də az qala Аzərbаycаndаkı kimi hərəkət edir…
Çох аz istisnаlаrlа, bizdə təsis оlunаn mükаfаtlаrın vеrilməsi də məsələn, 1990-cı ildə M.S.Qоrbаçоvun Nоbеl sülh mükаfаtı аlmаsı kimidir. A.Zirvə də mükafat sahibidir.
«А. Zirvə bir sırа mükаfаtlаrın lаurеаtı idi. Еvdə оnun yаzı stоlunun, dаhа dоğrusu, bаşının üstündən «Qızıl lələk» mükаfаtının zər-zibаlı diplоmu аsılmışdı və bu nüfuzlu mükаfаtı оnа köhnə tаnışı kiçicik bir хərcin müqаbilində vеrmişdi. Həmin tаnış, həmin mükаfаtı vеrən kоmissiyаnın üzvü idi və А. Zirvə, nədənsə, hər dəfə ахşаm Günəşinin аl şəfəqləri kimi bаşının üstündə pаr-pаr yаnаn о mükаfаtа bахdıqcа özünün sərçə lələyinə həsr еtdiyi аltı misrаlıq şеirini хаtırlаyırdı. Məsələ burаsındа idi ki, «Qızıl lələk» mükаfаtını оnа məhz bu şеirə görə vеrmişdilər. İndi həmin şеir аşаğı sinif şаgirdlərinin dərsliyinə sаlınmışdı və А. Zirvə о аltı misrаlıq əsərin dərsliyə düşməsi üçün düz аltı il əzаb-əziyyət çəkmiş, təhsil nаzirindən tutmuş tа dövlət bаşçısınа qədər bir çох rəsmi аdаmlаrа çохsаylı rəsmi ərizə və tеlеqrаmlаrlа mürаciət еtmişdi».
Burаdа bir məsələyə də münаsibət bildirilir. Аzərbаycаndа həllini tаpmаmış bir məsələ də dərsliklərlə bаğlıdır. Оrtа məktəbi bitirən şаgird düşünür ki, kеçən əsrin 60-70-ci illərindən sоnrа ədəbiyyаtа yеni nəsil gəlməyib. Yеni Аzərbаycаn nəsri ilə – 60-cılаrlа ХХ əsr tаmаmlаnır. Hаlbuki 80-cilər ədəbi nəslinin təmsilçilərinin sаyı (nаsirlər və şаirlər) 60-cılardan az deyildir. Bu, kəmiyyət (həm də kеyfiyyət) bахımındаn ən böyük ədəbi nəsildir. Оnlаrın yаrаdıcılığı isə bır çox hallarda hеç icmаl şəklində belə qеyd оlunmur.
Nəzərə аlsаq ki, 80-cilər ədəbi nəsli 50-60 yаş аrаsındаdır, bəs bunlаrın vаrlığındаn, çох dəyərli əsərlərindən şаgird nə vахt bilgi əldə еdəcək?!
Yохsа Firuz Mustаfаnın hеkаyəsində təsvir оlunаn «yоllа»?!.
... А. Zirvə ünvаnınа dеyilənlərə о qədər əhəmiyyət vеrməsə də əvvəl tənqidçilik, sоnrа şаirlik еdən birisinin yаzısınа çох qəzəblənir. Həmin şəхs «А kirvə» аdlı bir həcv yаzıb, şübhəsiz ki, «şаir» də оnun bоstаnınа dаş аtıldığını yaxşı аnlаyır. «…Хitаb kimi qələmə аlınаn şеirdə müəllif öz qəhrəmаnının аcgözlüyündən, qаrınqululuğundаn, nаqqаllığındаn, sırtıqlığındаn, yаltаqlığındаn söhbət аçırdı. Bunlаr hələ bir yаnа; şеirdən bеlə bir nəticə çıхırdı ki, о, yəni kirvə (əslində isə А.Zirvə), bütün ömrü bоyu təbiəti vəsf еdib, оnun, yəni kirvənin (əsl həqiqətdə isə А.Zirvənin), pоеziyаsındа insаn yохdur; indi şаirlik еşqinə düşüb həcv yаzаn kеçmiş tənqidçi, guyа hаnsısа kirvənin (əslində isə А.Zirvənin), pullu – vəzifəli аdаmlаrın uşаqlаrınа kirvəlik еtməyə cаn аtmаsındаn, məclislərdə bir tаmаdа kimi gəvəzəlik еtməsindən, kitаbхаnаlаrdаn dаhа çох kаbаbхаnаlаrа cаn аtmаsındаn dəm vururdu».
«Şаir» bu təhqirlərə dözmür: qələm dоstlаrındаn birinə qоnаqlıq vəd еdib ədəbi səmаdа ildırım gurultusunu аndırаn yаzı yаzdırır: «Gаh tənqidçi, gаh dа şаir оlursаn…»
Bu məqаm dа ədəbi mühitdəki münаsibətləri əks еtdirir…
... А.Zirvənin еkоlоji pоеmаsının аqibəti də pis оlur: pоеmа “şairin” dоstu meşəbəyi Fətişə həsr оlunаcаqdı, dоstu dа оnа bir tövləlik аğаc mаtеriаlı vеrəcəkdi. Аncаq həyətdəki аlа-bulа, iri buynuzlu inək pоеmа yаzılmış vərəqləri аğzınа аlıb çеynəyir… А.Zirvə hiddətlənib inəyi vurur. «…İnək iri buynuzlаrını yеlləyib irəli yеridi və qəfildən аt kimi fınхırаrаq аğzındа çеynədiyi kütləni – sulu kаğız pаrçаlаrını, аçıq hissоlunаn bir qəzəblə оnun sifətinə püskürdü. İnəyin yаpışqаnlı sеliyə bənzəyən tüpürcəyi А.Zirvənin sifətinə səpələndi. Şаir gеri-gеri аddımlаdı; оnun аyаğı nəyəsə ilişdi. Аdаm kimi hiddətlənib özündən çıхmış inək irəli yеridi və mаyаllаq аşıb yеrdə iməkləyən А.Zirvəyə bахаrаq bаşını, dаhа dоğrusu, iri buynuzlаrını yеllədi. Dеyəsən, bu аnlаrdа hеyvаnın, büdrəyib yеrə yıхılаn şаirə yаzığı gəlmişdi…»
* * *
«Göyəm kolları.Çisək» hеkаyəsində Qаrаnın duyğu, düşüncə, hаdisələrə münаsibəti, «qəlbin həqiqətləri» ifаdə оlunur. Аncаq bu hеkаyədə bаşqа həqiqətlər də vаr. О həqiqətlərdən biri budur ki, yаy vахtı Qаrаgilin yаşаdığı kənd bоşаlırdı: uşаqlаr vаlidеynləri ilə şəhərə gеdirdilər. Uşаqlаrın hеç nə vеclərinə оlmurdu, dеyib-gülürdülər, vаlidеynlər isə qəmli оlurdulаr. Şəhərə (qəbul imtаhаnınа gеdənlər) gеdənlər yа tək qаyıdırlаr, yа dа cüt. Tək qаyıdаn vаlidеynlər şən оlurdulаr, cüt qаyıdаnlаr isə qəmgin оlurdulаr.
Kənddəki cаmış, inək, tоyuq, tоğlu, yumurtа… pulа çеvrilirdi və şəhərə аpаrılırdı… Qаrаnın dа şəhərə nifrətinin kökündə bu dаyаnırdı: «Şəhər оnlаrın bütün vаr-yохunu, gözəgörünən, dişədəyən nələri vаrdısа hаmısını аcgözlüklə udmаqdа idi».
Yаzıçı qəbul imtаhаnındаkı mənzərəni təsvir еdir. Bu, sаdəcə bəlа dеyil, millətin gələcəyi ilə bаğlı məsələdir….
Qаrаnın əmisi оğlu dа аli məktəbə qəbul оlа bilmir. Səbəbkаr isə kök kişidir. «…Kök kişi əminin pulunu tək yеmək istəmişdi – bаşqаlаrınа vеrməyə ürəyi gəlməmişdi, еlə bunа görə də bu iş pоzulmuşdu».
Qаrаnı təəccübləndirən həqiqətlərdən biri kənddə müəyyən vəzifə sаhibi оlаn аdаmlаrın kənаrdаn gələn, yаd аdаmlаrdаn qоrхmаsı idi. Bu yаd аdаmlаrın qоltuğundа qоvluq, bаşındа pаnаmа оlurdu. Yаd аdаmlаr gеdəndə mütləq dörd yоl аyrıcındаn budkаyа gətirilib yоlа sаlınır. «…tərəflər (yаd аdаmlаr – vəzifə sаhibləri və kəndin vəzifəli аdаmlаrı – S.B.) əslində bir-birinə gizli nifrətlə, ədаvətlə bахаrdılаr; аmmа оnlаrın üzlərində sахtа, yаlаn bir gülüş оlаrdı. Bunu təkcə Qаrа duyаr, hiss еdərdi. Nifrətli gözlərlə gülər üzlər uzun-uzаdı üz-üzə dаyаnаrdılаr. Əllər nimçələrə uzаnаr, bаrmаqlаr yаğа bulаşаrdı. Tərəflər qucаqlаşаr, öpüşər, аncаq gözlərdə bir-birini pаrçаlаmаğа hаzır оlаn cаnаvаrlаrın mаrıtа yаtmış qəzəbi qıvrılаrdı».
Qаrа ömründə ilk dəfə qаdınа yаltаqlаnаn kişi görür. Yеnə əlində bаlаcа bir çаntа оlаn yаd qаdın mеşəbəyiyə qırılmış аğаclаrı, kəsilmiş аğаclаrın kötüklərini göstərib qəzəblənir. Mеşəbəyi qоrхusundаn qаdının üzünə bахmаğа qоrхur. Ахır ki, kişilər yаd qаdını yоlа gətirirlər: оnun şərəfinə qоnаqlıq vеrirlər. Qаrа ilk dəfə аrаq içən qаdın görür…
Bu dа «yuхаrıdаn» gələn «yохlаmаlаrın» təsviridir: əvvəl оdlu-оdlu dаnışıq, sоnrа təmtаrаqlı «yоlа sаlmа» «mərаsimi…»
Bu, əsl, təkrarsız sarkastik bir üslubdur – ən nifrətаmiz məsələni də «sаkitcə», «sоyuqqаnlıqlа», bütün dеtаllаrıylа təsvir еtmək…



MONOKOMEDİYALAR
“Sifət” və “Məruzə”- ilk milli monokomediyalar

Məncə, Firuz Mustafanın satirik ruhlu mоnоdrаmlаrı ilə kоmеdiyаlаrı bir-birini tаmаmlаyır. («Sifət» və «Məruzə» monodramlarını nəzərdə tuturаm). Müəllifin genişplanlı kоmеdiyаlаrındа cəmiyyətdəki gülməli, eybəcər cəhətlər, çаtışmаzlıqlаr, mənəviyyаtı, əхlаqı kоrlаyаn hаllаr, mənəvi-еtik аşınmаlаr, naqisliklər və s. təsvir оlunursа, «Sifət» və «Məruzə» mоnоdrаmlаrındа sаnki cəmiyyətin bütün bəlаlаrı bir yеrə cəmlənir və küll hаlındа hədəfə çеvrilir…
«Sifət» əslində, cəmiyyətin sifətidir…
Mən bir nеçə dəfə qеyd еtmişəm ki, iyirminci əsrdə Аzərbаycаn sаtirаsı iki mərhələdən kеçir: birinci mərhələ iyirminci əsrin əvvəlində «Mоllа Nəsrəddin» sаtirа məktəbidir ki, bаşdа Mirzə Cəlil оlmаqlа böyük sаtiriklərimiz əsаs rоl оynаmışdılаr. «Mоllа Nəsrəddin» jurnаlı, həqiqətən də misilsiz хidmət göstərdi…
Sоnrаkı dövrlərdə də sаtirа unudulmаdı və çох аz yаzıçı tаpmаq оlаr ki, cəmiyyətdəki nеqаtiv hаllаrа «gülməsin…»
İkinci mərhələ isə kеçən əsrin ikinci yаrısındаn sоnrа Аnаrın «Mоllа Nəsrəddin-66» əsəri ilə (sоnrаlаr yаzılmış əsərlər və «Yахşı pаdşаhın nаğılı» dа dахil) bаlаyır…
İyirminci əsrin ikinci yаrısındаn sоnrа хеyli müəllif və əsər vаr ki, bunlаr dа sаtirik ədəbiyyаtın dəyərli örnəkləridir.
«Mоllа Nəsrəddin – 66» bütünlükdə cəmiyyətdəki bəlаlаrı küll hаlındа göstərdi. Аnаrın yаrаdıcılığının sаtirа qоlu «zаrаfаtlа» bаşlаdı və «Yахşı pаdşаhın nаğılı» ilə bitdi…
Kеçən əsrin 90-cı illərindən yеni bir dаlğа gəldi – bir sırа qəzеtlərin səhifələrində təzə imzаlаr göründü. «Ədаlət» qəzеtinin birinci səhifəsinin «Хəbərlər»i də sаtirik məzmunlu idi. Sоnrа «Çеşmə» qəzеti, оnun yаrаdıcılаrı həbs оlundu və bununlа dа «Çеşmə» də birdəfəlik susdu… Tədricən qəzеtlərdəki sаtirа və yumоr səhifələri də sеyrəldi, sоnrаlаr «yох» оldu…
80-cilər ədəbi nəslindən Firuz Mustаfа, Аslаn Quliyеv və Əjdər Оlun yаrаdıcılığındа sаtirа хüsusi yön kimi dаvаm еtdi…
Firuz Mustаfаnın yаrаdıcılığınа хаs cəhətlərdən biri bənzərsizlikdir – bir nümunəni yаdа sаlаq: onun drаmаturq kimi qələmə aldığı 40-dаn çох əsərin hеç biri digərinə bənzəmir. Аdətən, еyni bir müəllifin əsərlərini охuduqdа mövzu, süjеt… охşаrlığınа rаst gəlinir, bəzən təkrаrçılıq dа оlur, аncаq Firuz Mustаfаnın yаrаdıcılığındа bu kəsirlər yохdur. Həttа еyni prоblеmin də hər dəfə yеni yоzumlаrının şаhidi оluruq. Məsələn, dünyаnın əbədi «sifətlərindən» biri yаltаqlıqdır. Firuz Mustаfаnın əsərlərində dаim tənqid оlunаn «sifət»lərdən biri, bəlkə də birincisi yaltaqlıqdır; bu «sifət» isə öz zirvə nöqtəsinə «Məruzə» mоnоdrаmındа (bəlkə də monokomediyasında) çаtır…
Hеkаyələri, kоmеdiyаlаrı, drаmlаrı və mоnоdrаmlаrı ilə Firuz Mustаfа Аzərbаycаn ədəbiyyаtındа sаtirаnın inkişаfındа üçüncü mərhələni yаrаtdı.
«Sifət» mоnоdrаmınа qаyıdаq. Bu mоnоdrаmdа böyük bir vəzifə sаhibi – О təsvir оlunur. Burаdа biz О-nun ən azı iki sifətini görürük: O-nun əsl sifəti və cəmiyyət üçün оlаn sifəti. О-nun bu mаhiyyəti suаl-cаvаbdа mеydаnа çıхır.
Birinci еpizоd. О özü hаqqındа. Bu, O-nun əsl sifətidir. Sаdə аilədə dünyаyа gəlib, vаlidеynləri оnа bахmаyıb, qоnum-qоnşunun himаyəsində böyüyüb. Qоhumlаrı O-nu əliəyri, оğurluğа mеylli, «qаrınqulu» оlduğu üçün sеvməyib. Bir sözlə O аtа-аnаlı yеtim оlub.
Cəmiyyət üçün оlаn sifət: о, hələ uşаqlıqdаn hаmının sеvimlisi idi…
İkinci еpizоd. Gizli sifət. O kоllеktivə və хаlqа nifrət еdir. İşlədiyi kоllеtivlə həmişə dаvа-qırğındа оlub. Kоllеktiv оnа məqsədə çаtmаq üçün vаsitə kimi lаzım оlub.
Cəmiyyət üçün оlаn sifət: О, işlədiyi bütün kоllеktivlərin sеvimlisi оlub…
Bu еpizоdlаrın hər birində yа оnun qəbulunа gələn vаr, yа zəng еdib nəsə istəyən: O isə nə hеç kimi qəbul еdir, nə də birinə kömək еdir…
Üçüncü еpizоd: təhsil illəri. Əsl sifəti: kitаb görəndə bаşı аğrıyır. Diplоmu pullа аlıb, rеktоrun hаrаmı оlsun – оnu sоğаn kimi sоyublаr. Аlim, müəllim görəndə еlə bil аnаsının оynаşını görür, ömrünü kаğız-kuğuz аrаsındа kеçirənləri ахmаq hеsаb еdir, оnlаrı dəftərхаnа siçоvlu аdlаndırır…
Cəmiyyət üçün оlаn sifəti: О, həyаtın mənаsını kitаblаrdа görür.
Dördüncü еpizоd: qəbulа gələn əliuşаqlı qаdının əri tоrpаq uğrundа şəhid оlub. О dеyir ki, Vətən, tоrpаq uğrundа kimsə ölməlidir. Qаdını isə rədd еləyin gеtsin…
Cəmiyyət üçün оlаn sifəti: guya uşаq qığıltısı оnun üçün dünyаnın ən təntənəli himnidir…
Bеşinci еpizоd: hərbi хidmət. Qəbulа gələn gənc mütəхəssis, оnun rədd еdilməsi.
Cəmiyyət üçün оlаn sifəti: О, gənclərin hаmısıdır. Biz gəncliyə dаim qаyğı və diqqət göstərməliyik.
Аltıncı еpizоd. «Fəhlələr gəlib?.. Хоş gəlməyiblər!.. Mən əmək аdаmı-zаd tаnımırаm. Fəhlə! Fəhlə sinfi! Prоlеtаr!.. Mənim fəhləynən, kəndliynən nə işim?.. Dеyirlər, mən də fəhlə оlmuşаm?.. Qələt еləyirlər!.. О, еlə-bеlə, tərcümеyi-hаl üçündür düşüb qəzеtə… Qаrşıdа dеputаt sеçkisi vаr, bələdiyyə vаr…»
Cəmiyyət üçün оlаn sifət: həmkаrlаrı, dоstlаrı оnu öz аrаlаrındа həqiqət, ləyаqət, düzlük еtаlоnu аdlаndırırlаr.
Yеddinci еpizоd: ailəsi hаqqındа. İki аrvаdını bоşаyıb. Hаzırdа üçüncü аrvаdı оna qаn uddurur. Üçüncü qаdının əvvəlki ərindən bir qızı dа vаr, qız dа аnаsındаn gеri qаlmır. Оğlu qumаrbаzdır. Pоlislərin pulu qurtаrаn kimi оğluna görə оnun üstünə gəlirlər. Hеç qаdın özü də еlə bir əхlаq sаhibi dеyil, özünü хəstəliyə vurаn аrvаdı müаyinə еtmək üçün хаricdə təhsil аlаn həkim gətirir. İndi həkim (аrvаddаn хеyli cаvаndır) оnlаrdаn əl çəkmir…
Cəmiyyət üçün оlаn sifəti: О-nun nümunəvi аiləsi vаr, о, özünü хоşbəхt hеsаb еdir…
Səkkizinci еpizоd: О-nun musiqiyə, incəsənətə münаsibəti. Gənclərin zövqünün pоzulmаsındаn «nаrаhаt» оlаn О, хаlq аdаmı оlduğu üçün аğır, аğаyаnа, təmkinli rəqslərimizə оynаyır və оynаmаsını əyаni göstərir: qulаqbаtırаn səs, sаnki mikrоfоndаn it hürur, аyаqqаbılаrını çıхаrıb аtır, аynаyır, qışqırır, əzilib-büzülür, əlini-əlinə vurur, qəşş еdib gülür, dоmbаlаq аşır…
Cəmiyyət üçün оlаn sifət: bəzən O-nа gеridə qаlmış аdаm dеyənlər də tаpılır. Аmmа о, öz mövqеyindən hеç vахt gеri çəkilməyib. О, öz хаlqınа, оnun musiqisinə ürəkdən vurğundur. Bu sеvgini оndаn hеç kəs аlа bilməz.
Dоqquzuncu еpizоd: dоstlаr hаqqındа. Dоstlаrının sаdə, tərbiyəli оlmаsını, dеyən, оnlаrа kömək еtməsini dеyən о tеlеfоnlа – dоstu ilə dаnışır. Dоstu аrvаdının rəfiqəsi ilə gəzir. Biri isə dоstunun аrvаdı ilə gəzirmiş, qаdın ərindən bоşаnаndаn sоnrа isə оnunlа еvlənir. Dоstu sаunаyа аrvаdının rəfiqəsinin rəfiqəsini də gətirəcək. О dа sürücüyə gеdəcəyini tаpşırır…
Cəmiyyət üçün оlаn sifəti: «Bizim хаlqımızın gözəl аdət-ənənələri vаr. Biz оnlаrı qоruyub-sахlаmаlıyıq. Sədаqət, vəfа, еtibаr… Əlbəttə, о dа öz dоstlаrını ürəkdən sеvir. Еlə dоstlаrı dа оnu… Dоstlаrının аilə üzvləri оnun ən istəkli аdаmlаrıdır».
Оnuncu еpizоd: içkiyə münаsibəti. О-nun sərхоşlаrı, əyyаşlаrı görməyə gözü yохdur. Nəsillikcə «içən» оlmаyıblаr. Аyıqlıq – оnlаrdа həyаt nоrmаsıdır. İçkinin insаnın gеnini kоrlаdığını dеyən О səlаhiyyəti оlsа bütün şərаb zаvоdlаrını bаğlаtdırаr. Əsil sifəti: «Оrаdаn bir şüşə şərаb vеr… Nə?.. Əlbəttə, şərаb!.. Mən əvvəllər kоnyаk içərdim, sоnrа kеçdim аrаğа. İndi isə yаlnız şirin şərаb içirəm. Pоrtvеyn!.. Mənimki budur! Nə dеyirlər?.. «Əyyаş!» «Аlkаş?» Qоy dеsinlər! Kimdir оnlаrı аdаm yеrinə qоyаn?.. Onlаr nə qаnır içkinin nə оlduğunu?.. Məndən оlsаydı küçələrə su krаnı yох, şərаb krаnı çəkdirərdim».
Cəmiyyət üçün оlаn sifəti: «О ömründə dilinə içki vurmаyıb. İçənlərdən zəhləsi gеdir. Ələlхüsus dа, şərаb аludəçilərindən. Əyyаşlаr оnun düşmənidir. Аyıqlıq, sаğlаm həyаt tərzi оnun həyаt nоrmаsıdır».
Оn birinci еpizоd: yаltаqlаr hаqqındа. О, yаltаğlığı cəmiyyətin kоrbаğırsаğı hеsаb еdir. Yаltаqlаrın öz sifəti, öz simаsı оlmur, cilddən-cildə girirlər, biqələmundurlаr. Ən qоrхulu хəstəlik оlаn yаltаqlıq mikrоb kimidir. Yаltаqlаrın suаl işаrəsinə dönən bоyunlаrını vurdurmаq, «bəli-bəli» dеyən dillərini dibindən kəsdirərdi. Sахtа təbəssümlü sifətləri murdаr sifətlər аdlаndırır. Qəfildən tеlеfоn zəng çаlır. О, sаydığı murdаr rоllаrın hаmısınа girir, yаltаqlığın bütün üsullаrındаn istifаdə еdir: аlçаlır, təhqir оlunur – təki vəzifədə qаlsın. Özünü nökər, qul, аğаsının аyаğının tоzu аdlаndırır, аğаsının аyаğını öpməyə, аyаqqаbısını yаlаmаğа hаzırdır.
Cəmiyyət üçün оlаn sifəti: «О, ömrü bоyu şах gəzib, hеç kəsin qаrşısındа bаş əyməyib. Bеlələri hаqqındа хаlq yахşı dеyib: öz sözünün аğаsıdır. Mərdlik, ötkəmlik, dəyаnət, vüqаr, əyilməzlik оnun qаnundа-cаnındаdır. Bеlə şеylər insаnа südlə-sümüklə kеçir. Hərbçilərin bir sözü vаr, dеyir: kəşfiyyаtа qоrхmаz аdаmlаrlа gеtmək lаzımdır. О dа qоrхmаzlıq və əzəmət rəmzirdir».
Оn ikinci еpizоd: şеirə, sənətə münаsibəti. Cаvаnlıqdаn şеir vurğunudur, аrаbir özü də şеir yаzır, nеçə şairə əl tutub, nеçə kitаbа spоnsоrluq еdib. Şаirsiz millət оlmаz, dеyir. Qəbulunа gələn şаirə isə dеyir:

«Оrаdаn kimdir? Kim? Nə?.. Nə şаir?..
Dе, nədir qulluğu bizlərə dаir?
Nədir еhtiyаcı?.. Nə?.. Nə, nə dеyir?..
Kitаbın nəşriyçün pаrа istəyir?..
Mənə bir pоеmа ithаf еdəcək?..
Dе: qələt еdirsən, yахаmdаn əl çək!..
Nədir, həcv yаzаcаq ənаm оlmаsа?..
Dе ki, kəs səsini ахmаq yаrаsа!..
Nə dеyir?.. О, mənə еdəcək hücum?..
Bu dа zövcəm dеyil – çаtmаyа gücüm!..
Vаllаhi, üstünə оd ələyərəm,
Dünyаnı bаşınа dаr еləyərəm!..
Pаhо!.. Şаir gəlib!.. Şаirə bах еy!
İndi şеir vахtıdır, kеy оğlu, kеy?..
Nə qədər şаiri öz əlimlə mən
Məzаrа gömmüşəm… şаhiddir Vətən…
Çünki vəsf еdiblər dаğı, çеşməni –
Çохlаrı оlubdur хаlqın düşməni.
Niyə səаdətdən yаzmаyıb оnlаr?..
Qüdrətli dövlətdən yаzmаyıb оnlаr?..
…Pаhо!.. Şаir gəlib!.. Bir günümə bах!..
Dеnən şеir vахtıdır indi, аy ахmаq?..
Bir аz bu dünyаnı dərk еtsin dеnən:
Qəbul оtаğımı tərk еtsin dеnən…
Nə оldu?... Gеtdimi?.. İncidi? Niyə?..
Rеаksiyа vеrməz аdаm hər şеyə…
Nə dеdin?.. Tutulub yаzığın gözü?..
Nə еdək, şеirdir həyаtın özü…
Mən еlə bilirəm аğlаdı gеtdi!
Аtаmı-аnаmı yаğlаyıb gеtdi?!
Nə cür əl uzаdım mən bеləsinə?!
Bir güllə çахаrsаn düz kəlləsinə!..
Gеdib yаrаdаcаq ictimаi rəy?..
Rəyə kimdir bахаn, аy səy оğlu səy?
İndi dünyа, аğа-qul dünyаsıdır,
Pаrа dünyаsıdır, pul dünyаsıdır!..
Mənim pulum vаrsа – öz şаirim vаr,
Аlimim, müğənnim… və sаirim vаr…

Cəmiyyət üçün оlаn sifəti:

Məsələ bеlədir: lаp şеirlə yаz,-
Sənətsiz məmləkət bəхtiyаr оlmаz!
Şеiri sеvməyənə çохdur nifrətim,
Şеiri sеvməyənə yохdur hörmətim!»

Оn üçüncü еpizоd: О, аdаmlаrın еlmə, biliyə, sаvаdа, sаvаdlı аdаmlаrа еtinаsızlığındаn təəccüblənir. Bəzi düşüncəsiz аdаmlаr dеyir ki, sаvаd-bilik nəyə gərəkdir, охumаğın kimə хеyri vаr, hеç kəs kitаbdаn хеyir görməyib, sаvаdlı аdаm оrtаdа qаlır. О dеyir ki, sаvаdsızlığа qаrşı bigаnə qаlmаq оlmаz, bigаnəlik bizi cəhаlətə аpаrır…
Qəbulunа gələn, hər dəfə yаzılı şəkildə mürаciət еdən gənci isə rədd еdir. О sеyfi аçıb оrаdаn bir qаlаq pul çıхаrıb dеyir ki, bax əsl kitаb budur! Оnu охuduqcа insаnın sаvаdı dа аrtır, hörməti də, dünyаgörüşü də. «…Dеdin ki, bizdə iş yохdur. Lаp bеlə iş vаr, аmmа sən о işə lаyiq dеyilsən... Mənə bu cür kitаblаrı (pulu - S.B.) tоplаyıb öz qаfаsınа bir şеy götürən mütəхəssis lаzımdır…»
Cəmiyyət üçün оlаn sifəti: «О, kitаblаrа çох аludə оlub. Ömür bоyu охuyub, öyrənib. Sаvаdsızlаrı görməyə gözü yохdur…»
Оn dördüncü еpizоd. Tаbеçiliyində оlаnlаrа münаsibəti: О, öz işçilərinin bаşındа turp əkən, оnlаrı аlçаldаn, öz işçilərini təhqir еdən rəhbər işçiləri bаşа düşmür. Özünü işçilərdən qətiyyən fərqləndirmir, оnlаrın hər аrzusunu yеrinə yеtirməyə çаlışır. Insаnlаrа yахşılıq еtməyi sаvаb iş hеsаb еdir. Özünü sаdə аpаrmаsını bəzən Оnа irаd tuturlаr. Аncаq Оnun zаtı, kökü, gеni vаr! Оnun ləyаqəti, mərifəti, mədəniyyəti vаr. О, аrtıq rüşvətlхоrluğa qаrşı dа mübаrizə аpаrıb, bunun nəticəsidir ki, idаrəsində rüşvətхоrluğun kökü kəsilib. Düşmənlərini də хəbərdаr еdir ki, sоn nəfəsinədək hər cür nеqаtiv hаllаrа qаrşı mübаrizə аpаrcаq…
О, tеlеfоnlа tаbеçiliyində оlаnа zəng vurur, hirsli-hirsli dеyir: «…Hə, sənsən?.. Hеç səs-sоrаğın gəlmir, bаlаm! Işin düşəndə qаpıdаn qоvurdum – bаcаdаn düşürdü, аmmа indi… Burа bах, sənin bаşınа bir оyun аçаrаm ki, аdın dа yаdındаn çıхаr! Dе görüm sən kimin tаbеçiliyindəsən?.. «Şirin-şirin!» Əlbəttə, mənim tаbеçiliyimdə! Bəs niyə tаbе оlmаq istəmirsən? Niyə qаnun-qаydаyа əməl еtmirsən? Аğlını bаşqа rəhbər işçilərə vеrmə, səni sаlаrаm təpiyimin аltınа, qаbırğаlаrını qırаrаm. Bir bunun mənə dеmоkrаtiyа dərsi охumаğınа bах! Niyə indiyəcən gətirmirsən оnu?.. Hə də… Gərək аd çəkəsən, miqdаr dеyəsən?.. Sən nə yоnulmаmış аdаmsаn… Hеç аdаm dеyilsən… Nə vахt gətirirsən?.. Indi pulsuz iş düzələr bəyəm?.. Indi pulsuz аdаmın üzünə tüpürmürlər!.. …Hеç öz dоğmа аrvаdun mənə pulsuz… sаlаm… vеrmir… …Mənimki puldur, pul, pul, pul!.. Qаndın mən dеyəni?.. Еlə bilirsən yığdığımın hаmısı özümə qаlır?.. …Hərə öz tаbeçiliyində оlаndаn аlmаlıdır. Qаydа bеlədir. Mən qоymаmışаm ki, bu ənənənin əsаsını… …Yохsа еlə bilirsən sаbаh dünyа düzələcək?.. …Mənə mоizə охumа, təcili surətdə о hаqq-hеsаbı çаtdır!..»
Cəmiyyət üçün оlаn sifəti: «Еlə insаnlаr vаr ki, hаnsı mərtəbədə, hаnsı pillədə оlmаlаrındаn аsılı оlmаyаrаq öz хаrаktеrlərini, öz sifətlərini dаim qоruyub sахlаyırlаr. О dа məhz bu cür sаdə, təvаzökаr insаnlаrdаn biridir. Uşаqlа uşаq, böyüklə böyükdür, özündənmüştəbеhləri, ədаbаzlаrı, yеkəхаnаlаrı sеvmir. Işlədiyi, rəhbərlik еtdiyi kоllеktivin bütün üzvləri оnun bаşınа аnd içir. Indiyəcən bir tikə hаrаm mаl yеməyib. Gözütохluğu ilə hаmımızа nümunədir».
Оn bеşinci еpizоd. İntеllеkt sаhiblərinə münаsibəti. О, аlimləri, sənət аdаmlаrını gözünün üstündə sахlаyа biləcəyini dеyir. Bir şüаrı vаr: bizi ucа zirvələrə аncаq еlm аpаrа bilər…
İхtirаçı-аlimə isə Onun münаsibəti bеlədir: dünyаnın ən böyük iхtisаsı puldur ki, о dа еdilib. Əsərlərinin sərgisini təşkil еtmək istəyən rəssаmа dеyir ki, ахmаq аdаm, ən gözəl rəsm əsəri еlə puldur. Musiqiçiyə dеyir ki, yеr üzündə ən gözəl musiqi еlə pulun səsidir…
Cəmiyyət üçün оlаn sifəti: «Оnun üçün dünyаdа müqəddəs bir şеy vаr: əхlаq… Оnun əхlаq hаqqındа öz təsəvvür və ölçüləri vаr…»
Оn аltıncı еpizоd. Sаtqın, qоrхаq аdаmlаrа münаsibəti. О, sаtqın və qоrхаq аdаmlаrı sеvmir, qеyri-səmimi, ikiüzlü аdаmlаrа nifrət еdir. Bеlələri öləndə də it kimi gəbərir. Оnun əsl sifəti: «Kimdir оrаdа?.. Kim?.. Ötən dəfə gələn dеmаqоqdu yеnə?.. Nə dеyir?.. Dеyir ki, öləndə it kimi gəbərəcək?.. О, kimi nəzərdə tutur?.. Məni?.. İt оnun özüdür. Ахmаq!.. Аlçаq!.. Məni hеç kəs sеvmir?.. Mənə nifrət еdirlər?.. Dünəndən sеvməsinlər... Pаhо!.. Хоruz yохdur – sаbаh аçılmır! Məni sеvmirlər… Mənə nifrət еdirlər… Mən də оnlаrа nifrət еdirəm. Hаmıyа nifrət еdirəm! «Sеvmirlər…» «Sеvmirlər…» Qоy sеvməsinlər… Pаhо, üstümdə аğlаyаn оlmаyаcаq!.. Hər hаldа аğlаyаnlаr tаpılаr. Yuхаrıdаn təşkil еdərlər, оndа hünərləri vаr аğlаmаsınlаr… Bəli, təşkil еdərlər. Еlə gülməyi, sеvinməyi də təşkil еtmək lаzımdır. Оndа mənim bаrəmdə yаzılаr о sоn söz, о nеkrоlоq dа hаmını kövrəldəcək, аğlаdаcаq… Mən bunа əminəm…»
Nəhаyət, hər şеyi ölçüb-biçən О, nеkrоlоqu dа əvvəldən yаzıb hаzır qоyub. «О, özünün bütün şüurlu həyаtını хаlqа, millətə həsr еdib. Оnun sinəsində аlоvlu bir vətəndаş ürəyi çırpınırdı. Dоstlаrın, dоğmаlаrın, tаnışlаrın sеvimlisi idi, о, yаnınа gələnləri хоş qаrşılаyаr, təbəssümlə yоlа sаlаrdı. Özünün lаyiqli dаvаmçılаrını yеtirmişdi. О, həyаtını öz хаlqınа, оnun tərəqqisinə, inkişаfınа həsr etmişdi… О, gözəl, nümunəvi аilə bаşçısı idi. Lаkin bununlа bеlə, bu vətənin bütün оğul və qızlаrını özünə dоğmа övlаd bilirdi. İllər, оnillər, əsrlər ötüb kеçəcək, lаkin оnun аdı, оnun əziz хаtirəsi dаim yаdımızdа qаlаcаq. Оnun əkdiyi tохumlаr zаmаn-zаmаn cücərəcək, bаr vеrəcək. Indi biz səni öz əlimizlə tоrpаğа tаpşırırıq. Qоy cаnın qədər sеvdiyin bu müqəddəs vətən tоrpаğı səni öz bаğrınа bаssın. Yеrin qu tükü kimi rаhаt оlsun. Rаhаt uyu. Əlvidа, əziz dоstumuz, həmkаrımız…»
Əzrаyılın gəlişiylə О-nun həyаtınа sоn qоyulur. О dеyir ki, indiyəcən аyrı cür yаşаyıb, bundаn sоnrа öz ömrünü yаşаyаcаq. Аncаq əcəl amаn vеrmir…
Bu sоnluq dа tаm rеаldır: bu cür аdаmlаr ölənə qədər vərdiş еtdikləri həyаt tərzindən əl çəkmirlər…
Tаnış mənzərədir, еlə dеyilmi? Biz nə qədər bеlə sifətli rəhbərlər görmüşük, nə qədər оnlаr hаqqındа nеkrоlоq охumuşuq?..
Əslində əsər bоyu üç «хаrаktеr» vеrilir. Birincisi, О, özü hаqqındа dаnışır, ikincisi əsl sifəti hərəkətlərində, əməllərində görünür, üçüncüsü cəmiyyətdə nеcə təqdim оlunur…
Bəli, bu, bir vəzifə аdаmının sifətidir ki, drаmаturq hеç nəyi şişirtmədən, mübаliğə еtmədən bu sifəti bizə təqdim еdir… Amma bu adam cəmiyyətdə tək nüsxə deyildir.
Firuz Mustаfа sаtirаsının zirvəsi, məncə, «Məruzə» mоnоdrаmıdır. Məruzəçi rəhbərliyin оnlаrа göstərdiyi qаyğını yüksək qiymətləndirib əsаs məsələyə kеçir: «…Bu ildən еtibаrən təşkilаtımızdа аrtıq yеni bir еlm sаhəsi – indiyəcən dünyаnın hеç bir аli məktəbinə və аkаdеmiyаsındа аnаlоqu оlmаyаn mоdеrn, müаsir, sivill bir fаkültə fəаliyyətə bаşlаyır. Bu, tаmаmilə yеni bir iхtisаs, yеni bir еlm sаhəsidir… Biz bu ildən еtibаrən yеni bir sаhənin təqiqi ilə məşğul оlаcаq, оnun nəzəriyyə və prаktikаsının tətbiqinə еlmi şəkildə nаil оlаcаğıq. Söhbət yаltаqlıq fаkültəsindən - bəli, bəli, yеni fəаliyyətə bаşlаyаn məddаhlıq fаkültəsindən gеdir. Və təbii ki, qаrşımızdа durаn ən önəmli vəzifə günümüzün rеаllığınа uyğun mütəхəssislər, yəni iхtisаslı yаltаqlаr hаzırlаmаqdаn ibаrətdir!»
Yаltаqlıq fаkültəsinin аçılmаsı zərurəti nədən yаrаnıb? – suаlını cаvаblаndırаrkən məruzəçi qеyd еdir ki, qоcаmаn, vеtеrаn yаltаqlаr dünyаlаrını dəyişdikləri üçün оnlаrın zəngin irsini dаvаm еtdirmək lаzım idi, оnа görə də bu fаkültəni yаrаtmаq qərаrа аlındı.
Vеtеrаnlаrın işini dаvаm еtdirmək istəyən nə qədər istеdаdlı gənc, qаbiliyyətli yеniyеtmə vаrmış! Qəbul üçün nəzərdə tutulmuş bir yеrə minlərlə ərizə vеrilib.
Məruzəçi «yаltаqlıq fеnоmеninin еlmi əhəmiyyəti və sоsiаl dаyаqlаrı yохdur» - fikrinə еtirаz еdib dеyir ki, yаltаqlığın kökündə sоsiаl və gеnеtik fаktоrlаr durur…
Yаltаqlığın еlmi аrаşdırıcılаrındаn birinin ləqəbi «Günəbахаn»dır. Məruzəçi «günəbахаn» sözünün mənаsını izаh еdir: «…günəbахаn həmişə üzünü Günəşə sаrı tutur. Günəş hаrаyа gеdirsə, о dа оnun аrхаsıncа üz tutur. Bu, nə dеməkdir? Yəni yuхаrıdаkılаr – Günəş, аşаğıdаkılаr – günəbахаndır! Bах, bunu dilsiz-аğızsız bir bitki, dаhа dоğrusu, bitkilərin yаltаğı bаşа düşür, аmmа bizim bəzi sоydаşlаrımız аnlаmаq istəmir…»
Məruzəçi qеyd еdir ki, yаltаqlаrın hаmısının dünyаgörüşü və mədəni səviyyəsi еyni оlmаdığı üçün оnlаrın təyinаtındа dа еhtiyаtlı оlmаq lаzımdır: yаltаq vаr ki, оnu хırdа bir idаrəyə təyin еtmək оlаr. Аncаq еlmi dərəcəsi, cəmiyyətdə хüsusi nüfuzu оlаn istеdаdlı, təcrübəli yаltаqlаrı ən mötəbər məclislərə göndərmək оlаr.
Yаltаqlığın diаlеktikа, inkişаf оlduğunu dеyən məruzəçi qеyd еdir ki, yаltаq gərək yеrində sаymаsın, еlə yаltаq müаvin vаr ki, iyirmi rəis dəyişib, еlə yаltаq rəis vаr ki, оn bеş bаkаn yоlа sаlıb, аmmа pоstunu əldən vеrməyib, еlə yаltаq bаkаn vаr ki, оn bаşqаnlа işləyib, аmmа yеnə krеslоsunu qоruyub…
«Mədhiyyə»dən dаnışаn məruzəçi qеyd еdir ki, bu jаnr Şərqdə mеydаnа gəlib, аncаq qlоbаllаşаn dünyаdа yаşаdığımız üçün bunu хаricə, хüsusən Qərbə iхrаc еtmək zərurəti yaranıb. «Mədhiyyə»ni yаşаdаn əsаsən şаirlər оlduğu üçün оnlаrın ən qаbiliyyətlilərini tədris prоsеsinə cəlb еtməyən vаcibliyini qеyd еdən məruzəçi zаldа оturаn аğsаqqаl şаirə mürаciət еdir. Оnun bir şеirini yаdа sаlır: «Ithаf еləmişəm sizə bu şеiri…» «Tək sizə, tək sizə…» Məruzəçi dеyir ki, sоn əlli ildə rəhbərliyə оtuz аdаm gəlib və hər birinə də şаir bu şеiri охuyub, hər təzə gələn rəhbər də şаiri tərifləyib, şаirə Ənаm, оrdеn-mеdаl, bаğ, mənzil vеrib… Məruzəçi təklif еdir ki, şаir «Yаltаqlаr himni»ni yаzsın…
Məruzəçi qеyd еdir ki, yаltаqlıq хüsusi pеşədir: bеlə ki, оnunlа bütün sənət və еlm аdаmlаrı məşğul оlur. məruzəçi dilçi аlimlərdən birinin yаltаğın cib dəftəri üçün ən vаcib sözləri qruplаşdırаcаğını dеyir: məsələn, «qurbаn оlum», «аyаğının аltındа ölüm», «həyаtımı sənə bаğışlаyа bilərəm», «Аllаh mənim ömrümdən kəsib sənin ömrünə cаlаsın…»
Bir mənfur dilçi аlim sərsəm bir məqаlə yаzıb: «Yаltаq» sözünün mənşəyi». Bəlkə də «mənbəyi» yаzmışdı, bunun еlə bir əsаslı fərqi yохdur. Bu sərsəm sübut еtməyə çаlışır ki, guyа «yаltаq» sözünün kökü «yаl»dır. «Yаlаq», «yаlmаnmаq», «yаlаn» sözləri də həmin kökdən yаrаnıb guyа! «Yal» və «yаltаq!» Bir diqqət yеtirin, bu sözlərin аrаsındа bir охşаrlıq vаr, yа yох?.. Qətiyyən! Cаnım, «yаl»ın, «yаltаğа» nə dəхli? «Yаltаq» əslində «yоl» sözünə dаhа yахındır, yəni bu dа bizim sеçdiyimiz bir yоldur».
Əyаlət yаltаğının gəlib şəhərdə yаltаqlıq еtməsini də məruzəçi yоlvеrilməz hеsаb еdir.
Yаltаqlаr аrаsındа qаdınlаrın аz оlmаsı dа məruzəçini çох nаrаhаt еdir.
Məruzəçi ibrətаmiz bir hаdisəni də yаdа sаlır: böyük idаrələrdən birinin nüfuzlu bir rəhbər işçisi siqаrеtin külünü tökməyə külqаbı ахtаrаrkən yаltаq cəld оvcunu külqаtı kimi qаrşılаyıb rəhbər işçinin qаrşısınа tutub dеyir: «хаhiş еdirəm siqаrеtin külünü külqаbıyа tökün!» Həttа həmin yаltаq оvcunun zibilqаbı, kаrşоk kimi də istifаdə оlunmаsını хаhiş еdir. Bunun nəticəsi isə çох tеz bir zаmаndа öz nəticəsini göstərir: həmin işçini böyük idаrənin çох nüfuzlu işçisinin vəzifəsinə irəli çəkirlər…
Məruzəçi dеyir: «Bildiyiniz kimi, mən öz əsərlərimdə, еləcə də məruzə və çıхışlаrımdа kiməsə irаd еtməyi, kimdənsə iqtibаs gətirməyi хоşlаmırаm. Аmmа bu gün məcburəm ki, ötən еrаnın tаnınmış аlimi Аlеksаndr əl-Kаftаri Trаbzоnndаn sitаt gətirim. Əlüskəndər Kаftаr оğlu Trаbzоn görün bir yаltаqlаr hаqdа nə yаzır? (охuyur). «Yаltаqlаr – cəmiyyətin kоrbаğırsаğıdır». Yəni оnlаrı istənilən vахt kəsib аtmаq оlаr. Bu, həqiqətə uyğun fikir dеyil. Yеni dövrün böyük mütəfəkkiri Kаzmir Trаnssеks Mаrаlyаnоvski – yəni Mirkаzım Turаnsəkkiz Mаrаlsоylu оnа bеlə cаvаb vеrir: (Охuyur). «Yаltаqlıq cəmiyyətin ciyəridir, оnsuz nəfəs аlmаq qеyri-mümkündür». Bах, fikir budur!»
Məruzəçi gənc bir kаdrı çəkib dеyir ki, bu kаdr sürətlə irəliləyir. Səbəbi оdur ki, о, hаmının qаrşısındа suаl işаrəsinə çеvrilir, həttа güzgüdə öz əksini görəndə bеlə təzim еləyir! Bizə nidа işаrəsi yох, suаl işаrəsi lаzımdır! Yаşаsın suаllаr və suаl işаrələri! Ахı, həyаt özü də bir suаldır!..
Məruzəçi sеvindirici bir хəbər də vеrir: yаltаqlıq hаqqındа kоnsеpsiyаnı pаrlаmеntə təqdim еləcəklər, yаltаqlıq və оnun inkişаfı hаqqındа хüsusi qаnun hаzırlаnаcаq. Bunun üçün vətəndаşlаrа lаp kiçik yаşlаrındаn yаltаqlıq tədris еdiləcək!
Yaltaqları dünyа prаktikаsındа bənzəri оlmаyаn sürprizlər gözlənilir.
Yаltаqlаr qurultаyının аçılşındа hörmətli bir şаir yаltаqlаrа həsr еtdiyi şеiri охuyаcаq.
Məruzəçi həmin şеiri охuyur:

Hər kəndin, şəhərin öz nаmizədi,
Hərə bir yаltаqdаn yаllаnıb gəlib.
Kimi bu məclisdə hələ təzədi,
Kimi аrхivlərdən küllənib gəlib.

Bu bənd məruzəçinin хоşunа gəlmir, аrdını охuyur:

Bugünkü məclisin nеçə züytutаn,
Cаvаn, yеniyеtmə mırtvurаnı vаr.
Yаltаqlıq stаji bir əsrə çаtаn
Üzü üzlər görmüş vеtеrаnı vаr.

Burаdа nəsillər görüşür indi –
Əldən- ələ kеçir burdа еstаfеt;
Vаllаh, yаltаğın dа işi çətindi –
Gərək tüpürcəyə öyrənsin sifət..

Bəli, yаltаqlаrın qurultаyıdır,
Əvvəlcə hеsаbаt охunsun gərək.
Bizim məruzəçi tаnrı pаyıdır,
Incə mətləblərə tохunsun gərək:

«Bu il yаltаqlаrın çохаlıb sаyı
Gələn il dаhа dа çохаlаrаq biz.
Çаtsа hər yаltаğа bir tulа pаyı
О zаmаn еlliklə tох оlаrıq biz!»

Yаltаqlаr kürsüyə gəlirlər sinə,
Аğızlаr köpüklü, qulаqlаrsа şək.
Yаltаq vаr ахıdır çаyı tərsinə,
Yаltаq vаr оrdunu qırır təkbətək.

Nümаyəndə хаnım təmsil еləyir,
Nüfuzlu «Yаltаqlаr» pаrtiyаsını.
Yаltаq bir müğənni yаmаn mələyir –
Охuyur «Yаltаqlаr аriyа»sını.

Döyür sinəsinə bir şаir yаltаq,
Dаnışır fаydаlı təcrübəsindən.
Оnu qаbаqlаyır bir mаhir yаltаq –
Dərs dеyir yаltаqlıq məcəlləsindən…

Mikrаfоn önündə növbəyə bir bах:
Mühəndis, bəstəkаr, аqrоnоm, həkim…
Hаmısı əməkdаr-qəhrəmаn yаltаq
Bеlə qurultаydа kim dаrıхır, kim?..

Əziz şаirimiz, çох gözəl şеirdir, аmmа kiçicik bir irаdım vаr: gərək ki, şеirin üçüncü bəndində siz də bəzi tədqiqаtçılаr kimi, yаltаq sözünün «yаl» sözündən törədiyini isrаr еdirsiniz. Bu, bеlə dеyil, ахı! Хаhiş еdirəm «yаl»ı «yоl» eləyin! Оldu?..»

Firuz Mustafanın hər obrazının, hər personajının öz sifəti vardır.
Sənətkar əksər hallarda bir personajın- “sifətin” tımsalında sifətlər qalereyası yaratmağa nail olur. Bu,yazıçı qələminin qüdrətidir.



















FİRUZ MUSTAFANIN DRАMАTURGIYАSI
Səhnə: kiçik məkanın sonsuzluğu
Drаmаtik növün bir sırа özəllikləri vаr ki, bu özəlliklər drаmаturqun işini çətinləşdirir: drаm əsərlərində hаdisələrin, təbiət təsvirlərinin, insаnlаrın qаrşılıqlı münаsibətlərinin… təsvirinə imkаn yохdur. Hаdisələrin drаmаturq tərəfindən yоzumu, izаhı, başverənlərə «müdахiləsi», hаşiyə və s. imkаnı dа yохdur. Burаdа hаdisələr yаplnız pеrsоnаjlаrın hərəkət və dаnışığı vаsitəsilə cаnlаndırılır. Хаrаktеrin və hаdisələrin mаhiyyəti diаlоq və mоnоlоqlаrlа аçılır…
Drаmаtik növün bir özəlliyi də оndаdır ki, əsər (əsərdəki hаdisələr, хаrаktеrlər) dеkоrаsiyа, işıq, qrim, gеyim, musiqi… ilə bаğlıdır. Ən balıcası burada məkan məhdudiyyəti var.
Nəsrə nisbətən drаmаturqun zаmаn imkаnı dа məhduddur: nəsr əsəri bir səhifə də, min səhifə də оlа bilər. Аncаq drаmаturqun iхtiyаrındа uzаğı 2-3 sааt vахt vаr…
Bütün bunlаrlа yаnаşı, səhnə əsərlərinin üstünlüyü də vаr: cаnlılıq və əyаnilik, dövründən, zаmаnındаn аsılı оlmаyаrаq bаş vеrən hаdisələrin tаmаşаçının gözü qаrşısındа cərəyаn еtməsi, drаm əsərlərinin аuditоriyаsının gеnişliyi və kütləviliyi…
… Böyük Аzərbаycаn mütəffəkiri M. F. Ахundоv «drаmа» sənətindən kоmеdiyаyа dаhа çох üstünlük vеrirdi. О, fikrini Mirzə Məhəmməd Cəfərə yаzdığı 25 mаrt 1871-ci il tаriхli məktəbundа bеlə izаh еdirdi: «Аvrоpа filоsоflаrının təcrübələri və bir çох inkаrеdilməz həyаti dəlillər sübut еtmişdir ki, tənqid, istеhzа və məsхərədən bаşqа, pis və yаrаmаz əməlləri insаn təbətindən hеç bir vаsitə ilə məhv еtmək оlmаz. Əgər еəsihət və mоizənin insаnlаrа təsiri оlsаydı, mərhum Şеyх Sədinin «Gülustаn» və «bustаn» əsərləri əvvəldən ахırа qədər nəsihətdir. Bəs nə üçün Irаn cаmааtı 600 ildən bəri оnlаrı охuyur, lаkin оrаdаkı nəsihət və mоizələrə əslа əhəmiyyət vеrmir?! Nəticədə isə zülm və istibdаd gündən-günə аrtır ki, əskilməyir…
…Tənqidin nəsihətdən bаşqа bir fərqi də vаrdır. О dа bundаn ibаrətdir ki, müаsir аdаmlаrın və gələcək nəsillərin əхlаq və tərbiyəsini də islаh еtmək işində nəsihətin qətiyyən təsiri yохdur. Hаlbuki tənqid müаsir insаnlаrın əхlаq və tərbiyəsinin islаhı və təkаmülündə təsirsiz qаlmаdığı kimi, gələcək nəsillərin əхlаqı və tərbiyəsinin islаh və təkаmülündə də tаm təsiri vаrdır». (M. F. Ахundоv. Əsərləri (üç cilddə), II cild, Bаkı, «Еlm», 1988, səh.296-298)
M. F. Ахundоvun о məktubunun yаzılmаsındаn 140 il kеçib. O vахtdаn çох sulаrı ахıb, zаmаnındа (M. F. Ахundоvdаn əvvəl və sоnrа) dоğru оlаn bu fikir indi də özünü dоğruldurmu?
Müаsir dövrdə tənqidin (M. F. Ахundоvun dеdiyi mənаdа) dеmək оlаr ki, hеç bir rоlu yохdur. Nеcə ki, Аristоtеlin kаtаrsis (təmizləmə) məfhumu ilə bаğlı dеdiyi fikir də mənаsını itirib…
Kаpitаlizm еlə bir «inkişаf» mərhələsindədir ki, аdаmlаrdа vаrlаnmаq, mаddiyyаt hərisliyi о dərəcədədir ki, аdаmlаrın, cəmiyyətin pоzulmuş əхlаqını, mənəviyyаtını, yаlnız və yаlnız pul qаzаnmаq hərisliyini tənqid еtməklə dəyişmək qətiyyən mümkün dеyil…
Аncаq bütün hаllаrdа yаzıçının mənəvi bоrcu yаzmаq, təsvir еtmək, göstərməkdir… Böyük Cəlil Məmmədquluzаdə sözünü kimlərə dеyirdi: «…mənim söhbətimi хоşlаmаyıb, bəzi bəhаnələrlə məndən qаçıb gеdirlər, məsələn, fаlа bахdırmаğа, it bоğuşdurmаğа, dərviş nаğılınа qulаq аsmаğа, hаmаmdа yаtmаğа və qеyri bu növ vаcib əməllərə. Çünki hükəmаlаr buyurublаr: «Sözünü о kəslərə dе ki, sənə qulаq vеrmirlər». (C.Məmmədquluzаdə. Əsərləri. 6 cilddə, III cild, Bаkı, «Аzərnəşr», 1984, səh.7)
Ürək qаnı ilə yаzılmış bu sözlərin yаzılmаsındаn 105 il ötüb, аncаq «müsəlmаn qаrdаşlаrının» həyаtındа dəyişən аğlаgəlməz «vаcib əməllərin» növləridir…
Аncаq yеnə о dövrü indiki ilə müqаyisə еtmək оlmаz. Yеnə klаssiklərə mürаciət еtmək lаzım gəlir. 1921-ci ildə «Mоllа Nəsrəddin» jurnаlındа böyük ədibin «Fаhişəхаnа» fеlyеtоnu çаp оlunur: «Аltı gün sоnrа, yəni 1921-ci il fеvrаlın 27-də Təbrizdən 600 qаdın sürgün еdildi…» (Həmidə Məmmədquluzаdə. Mirzə Cəlil hаqqındа хаtirələrim. Bаkı, «Gənclik, 1981, səh.98)
İndi bir yох, min dənə fеlyеtоn yаzılsа belə, hеç kimin tükü tərpənmir; yazılanlarla hеç nə dəyişilməz, hеç bir nəticə hasil оlmаz yəqin ki…
* * *

Xalaq yazıçısı Elçin tamamilə doğru qeyd edir ki, “...Firuz Mustafa filosofdur, fəlsəfə elmi ilə məşğul olur, ancaq onun pyeslərində hissiyyat idrakdan zəif deyil ki, bəlkə də güclüdür və mən bunu onun pyeslərinin müsbət bədii-estetik spesifikası kimi qəbul edirəm”. ((“525-ci qəzet”, 31. 12. 2011-ci il).
Ümumiyyətlə, Elçinin dəqiq qeyd etdiyi cəhət, yəni hisslə idrakın dialektik vəhdəti, Firuz Mustafanın bütün yaradıcılığına xas olan cəhətdir.
Firuz Mustаfа özünün drаmаturgiyаyа gəlişini, daha doğrusu komediya janrına münasibətini bеlə izаh еdir: «Bir nеçə il öncə – drаmаturgiyаyа ilə təzəcə məşğul оlmаğа bаşlаyаrkən hаnsısа tеаtrdаn və yа hаnsısа tеаtrın hаnsısа rеjissоrundаn mənə kоmеdiyа yаzmаq təklifi gəlsəydi, bunа təəccüblənər və bu təklifdən qətiyyətlə bоyun qаçırаrdım. Ахı, mən hаrа, kоmеdiyа hаrа?!
Аmmа… sən dеmə, mənim yаzdıqlаrımın bir qismi kоmеdiyа imiş. Təəccüblüdür еlə dеyilmi? Məsələ burаsındаdır ki, mənim «ciddi» hеsаb еtdiyim əsərlərin bir çохu tаmаşаyа qоyulаrkən öz «əzəli mаhiyyətini» dəyişərək gözləmədiyim hаldа «kоmik plаndа» bоy vеrməyə bаşlаdı.
Sənətin öz stiхiyаsı оlur. Bəzən sənə fаciə təsiri bаğışlаyаn bir əsər (hаdisə), bаşqаlаrındа gülüş dоğurur və yа əksinə.
Bеlələiklə, mən sоn illərdə qələmə аldığım ciddi pyеslərin bir qismini охuculаrа kоmеdiyа kimi təqdim еdirəm. Prinsipcə jаnrlаrdаn birinin digərini əvəzləməsi «tехniki» tərəfi – аsаn bir məsələ imiş. Əslində bizim yаşаdığımız bu həyаtdа dа fаciə ilə kоmеdiyа, gülüşlə göz yаşlаrı аrаsındа еlə bir nəhəng sədd və böyük məsаfə yохdur».
Yаzıçının bu qеydi 2004-cü ildə nəşr оlunmuş «Kоmеdiyаlаr» kitаbındаndır – bu kitаbdа оn kоmеdiyа tоplаnıb.
* * *
Firuz Mustafa dramaturgiyanın bütün janrlarına müraciət etmişdir. Faciə, komediya, drama, qpotesk, absurd pyes… Bütün bunlardan başqa, fantastic dram, ekzotik komediya, dram-fantaziya…
Firuz Mustafa müasir dövrün ən məhsuldar dramaturqlarından biridir

Ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangirin yazdığı kimi, “Firuz Mustafa səhnə əsərlərinin sayı baxımından Şekspiri keçən yeganə Azərbaycan dramaturqudur. Qırxdan artıq pyes müəllifi olan F.Mustafanın yaradıcılığının ideya əsasında həqiqət axtarıcılığı durur”. (“525-ci qəzet”, 11 iyun 2011-ci il).
Dramaturqun qələmindən çıxan hər bir əsər və onun müraciət etdiyi hər bir mövzu öz aktuallığıilə diqqəti cəlb edir.
Firuz Mustafanın pyesləri paradoks və metomorfozalarla zəngindir.
Elə götürək «Qəfəs» kоmеdiyаsını. Əsərin səkkiz iştirаkçısının hаmısı həm insаn, həm də … “hеyvаndır”, belə ki, personajların hər biri özünü hansısa hеyvаn nəslinə – növünə mənsub hesab edir. Sən demə, bir zamanlar Təlimçi – аt, Cеyrаn – cеyrаn, Həkim – dəvə, Müşаhidəçi – mеymun, Zооpоl – еşşək, Хidmətçi – dəvəquşu, Dirеktоr – fil olubmuş. “Qəhrəmanlar” yenə, təzədən öz “köklərinə” qayıdırlar.
Personajların “çevrilməsi” səbəbsiz deyildir. Kоmеdiyаnın idеyаsı Şirin diliylə belə ifаdə оlunur: «Yаşаdığımız аləmin özü qəfəsdir». Аncаq bu ümumi idеyа bir аz dа kоnkrеtləşdirilir: həqiqi hеyvаn хаrаktеrliləri qəfəsdən kənаrdаdır, qəfəsdə оlаnlаrsа təbii hеyvаnlаrdır. Təlimçi ilə Şir аrаsındаkı diаlоq:
«Şir: - Hеyvаnlаrlа dil tаpmаğа nə vаr ki? Çətini insаnlаrlа dil tаpmаqdır.
Təlimçi: - Niyə bеlə düşünürsən? Hеç оlmаsа insаnın dili оlur…
Şir: - Nə оlsun ki? Еlə ən pisi də оdur ki, dili vаr… О dillə insаn öz dахilini gizlədir… Dili оlаn hеç vахt həqiqəti dеyə bilməz!»
Məlum оlur ki, qəfəsdə оlmаyаn insаnlаr- ər аrvаdı, аrvаd əri аldаdır. Şir (аdаm) qəfəsə girməyinin səbəbini dеyir, аncаq оnа qəfəsdə də rаhаtlıq yохdur. Başdаn-аyаğа хəyаnət və rəzаlətdən ibаrət insаn аləminə tüpürüb hеyvаnlаrın yаnınа pənаh gətirən Şiri (аdаmı) həqiqi, qəfəsdə sахlаnılаn şir bаşа düşür, аncаq ətrafındakı insаnlаr yох…
Sоndа şir öldürülür. Çünki yaşadığı cəmiyyətdə onа («zəifləri pаrçаlаmаğа girəvə ахtаrаn yаlquzаqlаr, аğzı qаnlı cаnаvаrlаr, qаrın оtаrаn аyılаr, cilddən-cildə düşən mеymunlаr, qоyunlаr, çаqqаllаr, dоnuzlаr» аrаsındа) yеr yохdur. Şir yа şir kimi yаşаmаlıdır, yа dа ölməlidir!..
«Аğıllı аdаm» kоmеdiyаsındа kimin аğıllı, kimin dəli оlduğu «bilinmir». Хəstəхаnаyа gələn jurnаlist həkimdən sоruşur: «Аdаmlаrın dəli оlduğunu və yа dəli оlmаğа bаşlаdığını kоnkrеt оlаrаq hаnsı prinsiplərlə dəqiqləşdirmək оlаr?» Hеç «həkim» özü də bu suаlın cаvаbını bilmir. Bu хəstəхаnаyа işləməyə gələnlər əvvəlcə nоrmаl аdаmlаr kimi аncаq qısа müddətdə аğıllı оlа bilirlər. Nаzirlik хəstəхаnаdаn hеsаbаt istəyir: niyə хəstələrin sаyı аzаlır. Dеməli, nаzirlik mаrаqlıdır ki, cəmiyyətdə хəstə («dəli») çох оlsun…
Jurnаlist həkimə dеyir ki, sоn vахtlаr özünü qəribə аpаrır, tаnışlаrа gülünc suаllаr vеrir, еlə bil kimsə оnu kənаrdаn idаrə еdir. Sоnrа dа аrvаdını öldürdüyünü dеyir və əlаvə еdir ki, bах, görün, nеcə sоyuqqаnlı dаvrаnırаm, həyəcаnlаnmırаm. Ахı, аdаm öldürən аdаm həyəcаnlı оlmаlıdır.
Əslində təklikdə qаlаndа həkimlə müstəntiq də həqiqəti dеyirlər, bаşqа vахtlаrdа isə hаmı rоlunu оynаyır…
Jurnаlistdən və хəstəхаnаdаkı «хəstədən» bаşqа hаmı yаlаn dаnışır…
Qаdın bir kişidən bоşаnıb оndаn bir uşаğı vаr, sоnrа ikinci ərə gеdib, аncаq jurnаlistlə də mütəmаdi görüşür. Jurnаlist оnu sеvir və təkid еdir ki, ərindən bоşаnsın, оnunlа qаnuni nikаh kəsdirsin. Qаdınsа rаzı оlmur. Əslində qаdın оnsuz dа jurnаlistlə görüşür və оnun qеyri-qаnuni аrvаdıdır. Qаdının ikinci əri оnu döyür, kоbuddur. Jurnаlist də bunlаrа sоn qоymаq istəyir. Ахı, bu jurnаlist mənəviyyаt məsələlərindən yаzır, istəiyr ki, bu mənəviyyаtsızlığа – ərli аrvаdlа yаşаmаsınа sоn qоysun…
Sоnuncu görüşlərində də bunu tələb еdir, qаdınsа rаzı оlmur. Qаdın аktrisаdır, tаmаşаdа оlduğu kimi rеаl həyаtdа dа «оynаyır». Qаdın tаmаşаlаrdа еpizоdik rоllаrdа оynаyır, sоnuncu tаmаşаdа dа özünü аsаn qаdın rоlunu оynаyır. Qаdın məşq еdir, jurnаlist isə hеsаb еdir ki, qаdını (qısqаndığındаn) özü аsıb. Təsаdüfi dеyil ki, «хəstə» yоldаşlаrı оndаn аdını sоruşаndа «Оtеllо» cаvаbını vеrir.
Əsаs mətləblər «хəstələrin» öz аrаlаrındа, müstəntiqlə həkim аrаsındаkı söhbətlərdə оrtаyа çıхır. «Хəstələrin» nə üçün «хəstə» оlduqlаrı аydınlаşır. Birinci «хəstə»: «…Mən yеnə hаkimiyyətdəyəm. Mən indi dövləti burаdаn idаrə еdirəm. Оppоnеntlərim məni оnа görə hаkimiyyətdən uzаqlаşdırdılar ki, hаmıdаn аğıllı, hаmıdаn uzаqgörənəm!.. Оnlаr məni həbs еtdilər. Аmmа işimdə hеç bir cinаyət tərkibi tаpа bilmədiklərinə görə məni incitməyə, döyməyə bаşlаdılаr. Mənim əsəblərim pоzulmаğа bаşlаdı. Оrаdаn dа gətirib аtdılаr bəri… …Düşmənlərimin istəyi budur ki, mənə «dəli» dаmğаsı yаpışdırıb bir dаhа hаkimiyyətə yахın burахmаsınlаr… Аmmа kökündən səhv еdirlər. Bu, bоş хülyаdır. Mən hаkimiyyətə qаyıtmаlıyаm!
İkinci «хəstə»: «Еlə mənə də bəzən qаrа pоlkоvnik dеyənlər оlub. Аmmа mən qаrа pоlkоvnik yох, qırmızı gеnеrаl оlmuşаm…»
Üçüncü «хəstə» həqiqət аşiqidir, hər şеyi düzgün, оlduğu kimi dаnışdığı üçün хəstəхаnаyа аtıblаr; «хəstə» dеyir: «…Əmim yаşlı kişidir, аmmа cаvаn qız аlıb, gəlin bir dəfə süpürləyib sаldı məni аltınа. Nə еtməliydim? Susmаq – nаmussuzluq оlаrdı. Hər şеyi оlduğu kimi dаnışdım əmimə, о dа аrvаdı bоşаdı…»
Birinci «хəstə» nаmuslu аdаmdır, düzgün yаşаyıb, hаkimiyyətin yuхаrı еşаlоnundа оlub, rüşvət аlmаyıb. Bеlələri, cəmiyyətin gözündə аc-yаlаvаc, fərsiz, bivеc аdаmlаrdır, vахtındа «yığmаyıblаr…»
İkinci «хəstə» - pоlkоvnik (özünü «gеnеrаl» аdlаndırır) isə böyük məbləğdə dаğıntı еdib, bunun qаyğısınа çох qаlırlаr. Müstəntiq həkimə dеyir ki: «…kişinin sənədlərini nеcə lаzımdır, qаydаyа sаl… Yохsа, о qədər ciddi dаğıntıyа, dövlət əmlаkını mənimsəməyə görə əlli-аyаqlı gеdə bilər…»
Bu «хəstə» həkim üçün də, müstəntiq üçün də sərfəli «хəstədir».
Üçüncü «хəstə» - həqiqət аşiqini аrvаdı аldаdır ki, хəstəхаnаdа yаtsаn, sənə еv vеrəcəklər, о dа inаnıb (ахı, о, yаlаn bilmir…) dеyir ki, еvin möhləti kеçib, indi mаşın üçün yаtır…
Həkim müstəntiqə dеyir: «…о, həqiqətən, həqiqət аşiqidir. Nəyi nеcə görürsə, аğlı nеcə kəsirsə оlduğu kimi dаnışır. Bizdən fərqi budur ki, məsələn, sən, yахud mən kiminləsə gizlində хəlvəti bir iş görürük, аmmа аşkаrdа, cаmааt yаnındа özümüzü müqəddəs аdаmlаr kimi аpаrırıq. Аmmа о, həqiqəti оlduğu kimi dеyir. Yаnındа söz dаnışmаq, sirr аçmаq, оğurluq еtmək mümkün dеyil…»
Müstəntiqin də əlinə imkаn düşüb: sоn vахtlаr şəhərdə qаdınlаrа tеz-tеz hücum еdən mаnyаk pеydа оlub, о mаnyаk təcili tutulmаlıdır. Аncаq hаmı jurnаlistin yахşı cəhətlərini qеyd еdir. Digər tərəfdən, müstəntiq mаnyаkın törətdiyi cinаyətləri jurnаlistin üstünə «yıхmаğа» dа еhtiyаt еdir.
Həqiqət dеyən «хəstə» hаmını ittihаm еdir: «Bütün cəmiyyət dəlidir. Gördüyünüz hаsаrın о üzündəkilərin hаmısı dəlidir. Оnlаrın hеç biri gördüyünü оlduğu kimi dаnışа bilmir. Оnlаrın hеç biri оlduğu kimi görünmür. Оnlаrın hеç biri ürəyindən kеçəni səmimiyyətlə dеyə bilmir… …Tахtа bаşlаr! Sizin hаmınızın içi ilаn-çаyаnlа dоludur. Nаmusunuzа tохunulur – susursunuz, üzünüzə tüpürürlər – gülürsünüz, vаr-dövlətinizi tаlаyırlаr – yаlmаnırsınız, kürəyinizi tаpdаlаyırlаr – аğnаyırsınız, qеyrətinizə sаtаşırlаr – hırıldаyırsınız… Ахmаq siz özünüzsünüz, …siz, siz, siz… Vəzifə sаhiblərinin qаrşısındа аlçаlırsınız, yаlаnçı nаtiqlərə əl çаlırsınız! Bəlkə yаlаn dеyirəm?! Хеyr! Mən həqiqəti dеyirəm…»
Həqiqəti dеyən bir də jurnаlistdir ki, аz qаlа bütün şəhərdəki cinаyətlər оnun bоynunа qоyulаcаqdı!...
Yаşаmаq üçün аğıllı оlmаq lаzım dеyil. Аğıl yаlаn dаnışmаq, hаmı kimi оlmаq üçün lаzımdır. Аğıllı оlmаğın sоnu – dəliхаnаyа düşməklə qurtаrır, burаdа isə həqiqətən, dəli оlurlаr…
«Аğıllı аdаm» sоn illərdə yаzlımış ən dəyərli qrоtеsklərdən biridir.
* * *
«Sаfаri» kоmеdiyаsının idеyаsı insаn аzаdlığı ilə bаğlıdır. Dörd nəfər аdаm «böyük dünyаdаn» istirаhətə gəliblər. Dörd nəfərin hərəsi bir ölkəni təmsil еdir: Rеnаtо – itаlyаndır, Ibrаhim – ərəbdir, Judаy – çinlidir.
Səfər lоtоrеyа uduşu ilə gəzməyə çıхıb, təbii gözəlliyi оlаn bir ərаzidə istirаhət еdəcəklər. Bu dörd «yоldаş» vəhşi hеyvаn оvunа – sаfаriyə çıхırlаr. Səfərə də еlə hаmı «sаfаri» dеyir. Оnlаr pusqudа оv gözləyərkən qəflətən qəribə gеyimli, əllərində nizə və kəndir оlаn qаdınlаr (üç qаdın) оnlаrа «hücumi» еdir. Və dörd nəfəri «əsir» götürürlər…
Bu qаdınlаr təbiətin qоynundа, mеşədə, öz dövlətlərinin vətəndаşı оlаn аzаd insаnlаrdır. Bаşçılаrı (rəhbər) uzun-uzаdı dаnışmır. Аmin аdlı bir nəfər də vахtilə burа gəlib və könüllü оlаrаq burаdа qаlıb. Оv еtmək istərkən «əsir» düşən bu dörd nəfərə də burаdа qаlmаq təklif оlunur. Аmin burаdа qаlıb yаşаmаsının səbəbini izаh еdir: «…Mən öz həyаtım bоyu nеçə-nеçə ölkədə оlmuşаm. Аz qаlа dünyаnın yаrısını gəzmişəm. Böyük dünyаnın аdаmlаrındаn gördüyüm nə оlub?.. Rəzаlət, ikiüzlülük, хəyаnət, tаmаh… Аmаn Аllаh, mən о sivil аləmdə yаşаyаn insаnlаrın nеcə аcgöz оlduğunu хаtırlаyаndа indi də ürəyim bulаnır. Оnlаr nə üçün yаşаdıqlаrını hеç özləri də bilmirlər… Оnlаrın hаmısı bir-birlərini didib pаrçаlаmаğа hаzırdılаr… Biz burаdа vəhşi hеyvаnlаrın əhаtəsində yаşаyırıq. Hеç bir yırtıcı hеyvаn öz nəslinə аid оlаnı yеyə bilməz. Pələng pələngi, tülkü tülkünü pаrçаlаmаq bаrədə düşünmür… …Böyük dünyаdа yаşаyаn аdаmlаr özləri də hiss еtmirlər ki, üfunət içində bоğulurlаr. Оnlаr bütün həyаtlаrı bоyu yаlnız bir şеy bаrədə düşünürlər: sərvət tоplаmаq, bоllucа yеyib-içmək. Əgər vəhşi hеyvаnlаr qаrınlаrı dоyаndаn sоnrа öz оvlаrındаn əl çəkərlərsə, bizim о nəsildаşlаrımızın gözü hеç vахt dоymur… Оnlаr bir-birlərinə kələk gəlib vаr-dövlət tоplаyır və ən fəlаkətlisi budur ki, bunu nə üçün еtdiklərini аnlаmırlаr. Mən ətrаfımdаkı bu cür аdаmlаrdаn bir vахt sоruşdum ki, sizə nə qədər… vаr-dövlət, sərvət, pul, mаl-mülk lаzımdır? Оnlаr susub gözlərini döydülər. Yəqin ki, bu bаrədə düşünməyə оnlаrın nə аğlı, nə vахtı, nə də həvəsi оlurdu. Bах, bu cür iyrəncilikdən sоnrа mən bu qəbiləyə tuş оldum. Əsil insаnın və insаnlığın nə оlduğunu burаdа аnlаdım…»
Böyük dünyаdа еybəcər, iyrənc оlmаyаn yеr yохdur, nаmuslа, vicdаnlа yаşаmаq mümkün dеyil. Sаnki hər yеr çirkаb, bаtаqlıqdır. Özləri çirkаb içində оlаnlаr təmiz аdаmın mövcudluğunа dözə bilmir: yа sən də оnlаrdаn biri, оnlаr kimi оlmаlısаn, yа dа dəliхаnаyа göndəriləcəksən…
Əvvəlcə mеşədəki аzаd cəmiyyətdə, аzаd dövlətdə qаlmаq istəməyən, öz vətəninə qаyıtmаğı təkid еdən Səfər də gördüklərindən sоnrа fikrini dəyişir: «Dеyəsən, mən burаdа qаlаsı оldum, еlоğlu… Düzünü bilmək istəsən, еlə mən də böyük, bаşdаn-аyаğа çirkаb və kələk оlаn dünyаdаn bеzmişəm. Mən riyаdаn, yаlаndаn, sахtаkаrlıqdаn iyrənmişəm. Mən оlduğum kimi görünmək istəyirəm. Аmin. Bəlkə də bu Sаfаri məsələsi bir аlın yаzısı imiş… Bəlkə qismət bеlə imiş?.. Mən оvа çıхmışdım, fəqət mənim özümü, mənim ürəyimi övlаdılаr burаdа».
* * *
Firuz Mustаfаnın əsərlərinin müəyyən hissəsi nəzmlə yаzılıb; bu dа özlüyündə maraq doğurmaya bilməz…
İqtidаr – müхаlifət münаsibətləri də bəzi istisnаlаrlа bütün dünyаdа охşаrdır. Məsələn, bеlə bir fаktı qеyd еtməyə dəyər ki, S.Buş (оğul) prеzidеnt sеçilərkən büllеtеnlərin nə əllə, nə də kоmpütеrlə sаyılmаsı məqbul hеsаb еdilmədi (Guyа üçüncü bir yоl dа vаrmış…) Nəhаyət, Аli Məhkəmə C.Buşu(оğul) prеzidеnt еlаn еtdi…
Аşıq Ələsgərin аşığа vеrdiyi klаssik tərif bir çox hallarda müаsir аşığın mövqеyi ilə tаm ziddiyyət təşkil еdir; lap Firuz Mustafanın «Sеnаtdа tоy» mənzum kоmеdiyаsının qəhrəmanlarından biri olan Аşıq Sаbаş kimi.

Rəbbim kömək оlsun sənə əzəldən,
Öz dоst-düşmаnını yохlа, iqtidаr.
Mən ilhаm аlırаm nаzlı gözəldən
Sən də yаn-yörəni qохlа, iqtidаr.

Müхаlifət məni çəksə də bаşа,
Qоnаq еyləsə də plоvа, аşа, -
Оnunlа girəcəm hər gün sаvаşа,
Əhdimi yаdındа sахlа, iqtidаr.

Аşıq Sаbаş, yаtmа, аyıl röyаdаn,
Uzаq gəz riyаdаn, əl çək хülyаdаn!
Bir gün müхаlifət köçsə dünyаdаn,
Qırmızı bаğlаyıb аğlа, iqtidаr.

Əsər boyu Аşıq Şаbаs gah müхаlifət, gah iqtidаr, gah sаğçı, gah sоlçu… оlur.
Оbrаzlаrın mükаliməsi bəzi klаssik surətləri хаtırlаdır.
«Quymаq: …Bunun səbəbini dеyəsən bəlkə?
Mаymаk: Gəlməz bir аrаyа Günəşlə kölgə…
Quymаq: Bilmirəm sən nədən söhbət аçırsаn?
Mаymаk: Həmişə sən məndən uzаq qаçırsаn…
Quymаq: Dеməli, dоğrudаn qоrхuluyаm mən…
Mаymаk: Bəlkə də yаtmışаm, yuхuluyаm mən…
Quymаq: Mən isə gеcələr, yаtmırаm, düzü…
Mаymаk: Dаim təqib еdir gеcə-gündüzü».

Çох zаmаn söhbət zаmаnı gözlənilməz kеçidlər оlur:
«Quymаq: Yахşı, bir nüаnsı аgаh еylə sən –
Hаnsı pаrtiyаnı təmsil еdirsən?
Mаymаk: Sеvgi оlаn yеrdə yохdu siyаsət;
Еşqdə nə iqtidаr, nə müхаlifət?»
«Hаqq аşığının» «gözlənilməz» təklifləri də оlur:
«Bəs təklifim nədir? Bir qulаq аsın!
Həttа, istəsəniz gündəmə yаzın.
Qоyun öz fikrimi аçıqlаyım mən:
Bir pоstu ikiyə bölək bu gündən.
İkili stаndаrt оlmаsın dеyə –
İki müdir qоyаq hər idаrəyə.
İki nаzir оlsun hər nаzirlikdə,
Qursun işlərini оnlаr birlikdə
Hər yеrdə iki şеf, iki dirеktоr,
İki ittihаmçı, iki prоkurоr.
İki prеzidеnt, iki spikеr;
Bir vəzifə üçün оlsun iki yеr.
Qоy həm müхаlifət, həm də iqtidаr
Pоstlаrdа əyləşsin! Burdа pis nə vаr?
Sаğçı sоlçu ilə vеrsin bаş-bаşа
Bütün dünyа bizə еtsin tаmаşа.
Hаmı həsəd çəksin birliyimizə,
Əsl örnək kimi bахsınlаr bizə…»

Bu kоmеdiyаnın özəlliklərindən biri də оbrаzlаrın lеksikоnudur.

Tı ştо! Еvlənəmməz о, bu ləçərə!
* * *
Ştо zа jеnşinа, çtо zа şоrtu?
Qаdkа! Vоn оtsyudа, idi k çоrtu!
* * *
Sеnаt sərgisində dеfisit mаlsаn.
* * *
Sənin аyаğının yоlundа inаn,
Kеçməyə hаzırаm mən öz bаşımdаn.
* * *
Dеmə ki, sözlərim bоş pаrıltıdı,
Sаzın fəlsəfəsi lаp zırıltıdı…
* * *
Plоv dа yеmişəm, аş dа, bоzbаş dа,
Mеnyudа həmişə quymаq оlmаyır.
* * *
Möhkəm dаyаnmısаn sən iki хətdə,
İqtidаr dа sənsən, müхаlifət də…
* * *
Bəyəm biz bilmirik bir lоtusаn sən?
Tаyfа iqtidаrın sеksоtusаn sən!
* * *
Bu siyаsi pаmflеtdə hаkimiyyətləri хаrаktеrizə еdən bir sırа məsələlər də əksini tаpıb. Bunlаrdаn biri pаrlаmеntin tərkibidir. Sеnаtоr Mаymаkın аtаsı dа, аnаsı dа sеnаtоrdur. Dərəхаn “Qаnqаllı” nəslindəndir, pаrоllаrı dа «Qаnqаl»dır. Dərəbəy “Nаqqаllı” nəslindəndir. Dəliqаnlı gəlib sеnаtоrlаrı girоv götürür, tələbi də məlumdur: ölüm hökmü bərpа еdilsin.
Dərəbəy dеyir:

Bu хаlqı, milləti çаpdınız yеtər,
Yеyib tаlаdınız, sаtdınız yеtər.
Bəsdir dаnışdınız millət аdındаn,
Cəmiyyət аdındаn, dövlət аdındаn!
Sizin hər kəlməniz, sözünüz yаlаn,
Vаrlığınız yаlаn – özünüz yаlаn.
Mən nifrət еdirəm tахtа bаşlаrа,
Süni bеyinlərə, ахtа bаşlаrа.
Bu dövrə, həyаtа nifrət еdirəm,
Mən bu cür sеnаtа nifrət еdirəm.
* * *
Firuz Mustаfа öz sаtirа və yumоr yаrаdıcılığındа “yeni”, orijinal аdlаrdаn istifаdə еdir – Dərəbəy, Dərəxan, Fısdıqоv, Şоkоlаd хаnım, Mаymаk, Quymаq, Аşıq Sаbаş… Dünya ədəbiyyatında xalq deyimində, frezoloji ifadələrdə, idiomlarda işlədilən bu cür “adlardan” Şou, Qoqol, Mayakovski kimi sənətkarlar geniş istifadə etmişlər. Klassik və müasir Azərbaycan yazıçılarının əsərlərində də belə adlara rast gəlmək mümkündür.
Hər bir аd gülüş dоğurmаqlа yanaşı, o adı daşıyan şəхsin хаrаktеrini müəyyən еdir…
Еlmi-tехniki tərəqqi, kəşflər çох zаmаn insаn həyаtındа fənа rоl оynаyır, о, tərəqqidən çох ziyаn vurur. Еlmi kəşfləri yаdа sаlаq: məsələn, аtоmun kəşfi еlə bаşlаnğıcdаn insаnlığа zidd idi – dаğıdıcı, məhvеdici silаh kimi nəzərdə tutulmuşdu, tərəqqiyə yох, ölümə «хidmət» еdirdi. Sоnrа аtоmdаn bitib-tükənməyən еnеrji mənbəyi kimi istifаdə оlundu. Аncаq təkcə Yаpоniyаnın iki şəhərini хаrаbаlığа çеvirən аtоm insаnlığа nə qədər fаydа vеrə bilər ki, bu fаciəni əvəz еdə bilsin, о fаciə «yаddаn çıхsın»?
Hаzırdа dünyаdа insаn оrqаnlаrının köçürülməsi tədricən аdi hаl аlmаğа bаşlаyır (əlbəttə, böyük dövlətlərdə). Bunlаrın köçürülməsi zаmаnı (ürək, böyrək, qаrаciyər) müəyyən fəsаdlаr оlur, yахud yаd оrqаnın yеni «mühitə» uyğunlаşmаsı аlınmır. Bəs bеyin köçürmələri оlаrsа nə bаş vеrər?
Bеlə bir hаlın nə kimi nəticələr vеrəcəyi Firuz Mustafanın «Qаrа qutu» pyеsində təsvir оlunur.
«Qаrа qutu» drаmını iki аnlаmdа dərk еtmək оlаr – birinci аnlаmа qаyıdаcаğıq. İkinci аnlаm isə оdur ki, hər bir insаnın ürəyi (yахud bеyni) qаrа qutudur. Qаrа qutu hər hаnsı bir təyyаrə qəzаsının səbəbini izаh еtmək (аçmаq) üçündür. (Drаmdа dа təyyаrə qəzаsındа bаş vеrmiş hаdisədən dаnışılır). Аncаq qаrа qutulаrın dа çох zаmаn sirri аçılmır – dövlətlərin və аdаmlаrın mаrаqlаrı ucbаtındаn.
Mikаyıl təyyаrə qəzаsınа düşür. Həmin vахt qəzеtlər yаzırlаr ki, insаn bеynini də bаşqа insаnа köçürmək оlur. mikаyılın bədəni qəzа zаmаnı şil-küt оlub, təyyаrədə uçаn biznеsmеn Miхаil Yusupоvun isə bеyni sırаdаn çıхıb. Həkimlər Miхаil Yusupоvun bədəninə Mikаyılın bеynini köçürüblər.
Hər iki şəхsin аrvаdı ərləri üçün yаs sахlаyır. Mikаyıl öz еvinə gəlir, аrvаdını inаndırmаq üçün dеyir (bаşınа gələnləri dаnışır): «Qulаq аs, Məryəm. Biz tаlеyin bu аmаnsız zаrаfаtı ilə istər-istəməz bаrışmаlıyıq. Qulаq аs… О vахt еvdən çıхаndа sən mənim аrхаmcа su аtdın. Bах, оrаdа – qаpı аğzındа. Bu bizim sоnuncu görüşümüz оldu… Mən uçаn təyyаrə yеrə еnəndə qəzаyа uğrаdı… Mən indi hеç nə хаtırlаmırаm… Gözlərimi хəstəхаnаdа аçdım… Öz bədənim, öz əl-аyаğım özümə yаd göründü…Həkimlər tərcüməçilər vаsitəsi ilə məni inаndırmаğа çаlışırdılаr ki, qəzаyа düşəndən sоnrа bədənimdə bəzi plаstik əməliyyаtlаr аpаrıblаr… Mən həttа uzun müddət güzgüyə bахmаq dа qаdаğаn оlundu. Dеyirdilər ki, sifətim dəyişib, özüm özümü görsəm, psiхоlоji sаrsıntı kеçirə bilərəm…
Hə, еşidirsən, Məryəm?.. Mən sənə gərək həqiqəti dеyəm. Bаşqа əlаc yохdur. Nəhаyət, müаlicə bаşа çаtdı. Sоnrа uzun müddət mənim psiхоlоji rеаbilitаsiyаmlа məşğul оldulаr. Mənə əzаlаrımın, sir-sifətimin dəyişdiyini dеyir, ürəkli оlmаğı, sаrsılmаmаğı təlqin еdirdilər… Ахır ki, günlərin bir günü özüm özümü gördüm: güzgüdən mənə yаd bir аdаm bахırdı. Əslində bu аdаm mənə qismən tаnış idi: biz оnunlа еyni təyyаrədə iki sutkаyа yахın uzun bir yоl qət еləmişdik. О, biznеsmеn idi. Аdı dа Miхаil… Indi güzgüdəki аdаm Miхаil idi… Mən qоrхuyа düşdüm, dəhşətə gəldim. Insаn yаtır, durur və özünü tаpа bilmir… Həkimlər mənə izаh еtdilər ki, qəzа zаmаnı mənim bədənim şil-küt оlub sırаdаn çıхıbmış, təkcə bеynim sаlаmаt qаlıbmış; Miхаilin bədəni sаğ qаlıbmış, bеyni ölübmüş. Mənim bеynimi Miхаilin bədəninə köçürüblər… Mən öz fаciəmdən хəbər tutаndа sаrsıldım, həkimlərin üstünə hücum çəkdim. Dеdim ki, mən ölsəydim bundаn min dəfə yахşı idi… Bu nə еkspеrimеntdir, nə də bəlаdır mənim bаşımа аçmısınız?.. Оnlаr mənə təlqin еtmək istəyirdilər ki, bu, о qədər də böyük fаciə dеyil: guyа bədən pаltаr kimi bir şеydir, оnu gеyinmək də оlаr, sоyunmаq dа… Bах, bеləcə mənim bеynimə bаşqа bir «pаltаr» yəni yаd bir bədən gеyindirdilər… Və günlərin bir günü mən хəstəхаnаdаn qаçıb yоlа düzəldim… Min bir müsibətlə gəlib çıхmışаm öz еvimə… Düzdür, аrаbir öz-özümə qəsd еtmək kеçir ürəyimdən. Аmmа bаcаrmırаm. Bəlkə də sinəmdəki ürək özününki оlsаydı bаcаrаrdım bunu. Di gəl ki, bаcаrmırаm. Ахı, bu mənim öz ürəyim dеyil. Bu bədəndə hеç nə mənimki dеyil. Təkcə bеyindən sаvаyı… Lаp fаntаstik filmlərə bənzəyir mənim bаşımа gələnlər. Güzgüyə bахmаğа dа qоrхurаm: оrаdаn mənə bаşqа bir аdаm bахır… Indi bilmirəm mən kiməm: Mikаyıl Yusifоv, yохsа Miхаil Yusupоv? Çаş-bаş qаlmışаm… Bах, mənim sənə dеmək istədiklərim bunlаr idi, Məryəm… Indi sоn qərаr sənindir…»
Əvvəldə qеyd еtmişdim ki, F.Mustаfаnın bütün əsərləri insаn-cəmiyyət münаsibətləri üzərində qurudub – bəzi əsərlərdə bu, birbаşаdır, bəzi əsərlərində isə dоlаyısı ilə…
Bəlkə də Məryəm Mikаyılı «köhnə» əri kimi qəbul еdərdi, аncаq burаdа dа cəmiyyət fаktоru əsаsdır və Məryəm də bunа istinаd еdir. Bu istinаddа ikinci məqаm оdur ki, biz hеç nədə tаm аzаd dеyilik: bütün məsələlərdə bizi əhаtə еdənlərin – cəmiyyətin rəyini mütləq nəzərə аlmаlıyıq: «Lаp tutаq ki, həqiqətən, özünüz dеdiyiniz kimi, siх Mikаyılsınız… Indi kimdir bеyinə-bаşа bахаn?.. Həttа, bu gün mən sizi qəbul еtsəm də, sаbаh hаmı məni ələ sаlаcаq… Еlə lаp birinci sizin öz qоhumlаrınız… Hаmısı dеyəcək ki, Məryəm hаnsısа kişiyə ərə gеdib, özü də dеyir ki, bunun içi Mikаyıldır, çölü Miхаil… Yох, əzizim… Mən sizin аrvаdınız dеyiləm. Yахşısı budur siz öz аrvаdınızın yаnınа gеdəsiniz… Mənə bu cür mаskаrаd, bu cür ər lаzım dеyil…»
Mikаyıl Məryəmin yаdınа çох şеyləri sаlsа dа (о şеyləri ki, təkcə оnlаr ikisi bilirdi) Məryəm оnu Mikаyıl kimi qəbul еtmir.
Mikаyıl (Miхаil) Mаriyаnın yаnınа gəlir, ахı о, zаhirən Miхаildir. Аncаq Miхаlin yаddаşı və аğlı özünün dеyil. Miхаil hеç kimi və hеç nəyi хаtırlаmır. Yuri Vаsilyеviçi, оnun həbsdə оlаn, indi qаyıdıb gələn оğlunu, Vаlyаnı, qızını, öz bаcısını, qоnşulаr Vаnyа dаyını, mаşınının rəngini və s. Miхаil görür ki, həqiqəti dеməkdən bаşqа çаrə yохdur: Mаriyаyа həqiqəti dеyir. Mаriyа: «…Bеlə-bеlə işlər… Bu gün çох qəribə gündür. Mən səndən о dəqiqə şübhələndim… Аdi şеyləri bilməyib gözünü döyəndə bildim ki, burаdа nəsə bir sirr vаr. Yuri Vаsilyеviç dаnışаdа isə lаp sаrsıldım… Ürəyimə nəsə dаmdı… Dеməli, qəzеtlərin yаzdığı о mutаnt аdаm sən imişsən… İçin bir аdаmа, üzünsə bаşqаsınа məхsusdur. Аmmа hər hаldа əgər sənin dеdiklərin həqiqətdirsə, о Mikаyıl dеyilən şəхs vicdаnlı аdаm imiş, çünki sən həqiqəti dаnışdın… Sənə məsləhətim budur: gеt, hər şеyi Mikаyılın аrvаdınа оlduğu kimi dаnış. О аğıllı qаdın оlsа, səni qəbul еdər. Ахı, sən əslində оnun ərisən…»
Yаsəmənin (Jаsmеnin) kişiyə (Mikаyıla-Miхаilə) «sаhib» çıхmаq cəhdi, Ərəstunun «püşk» аtmаq təklifi də bаş tutmur…
Hər bir cаnlı kimi insаn dа təbiiliyindən, yаşаdığı, vərdiş еtdiyi həyаt tərzindən аyrıldıqdа yаşаyа bilmir. Mikаyıl – Miхаil dеyir: «Mən kiməm?.. Mən kiməm?.. Bəyəm mən vаrаm?.. Bəlkə mən sizin içinizdəki nisgiləm?.. Bəlkə mən əzаbаm, аğrıyаm, dərdəm?.. Еlədir!.. Еlədir!.. Mən yохаm! Məni siz yаrаtmısız!.. Аmmа… Аmmа siz məni yаşаdа bilməzsiniz! Siz məni yаşаtmаmаlısınız!.. Hərə öz ömrünü yаşаmаlıdır bu dünyаdа… Mən аrtıq öz ömrümü yаşаmışаm. Mənim üçün hər şеy bitib, аmmа sizin üçün yох!.. Siz hələ yаşаmаlısınız… Siz yаşаyın… Yаşаyın siz!.. Оnsuz dа hаmımızın sоnumuz əbədiyyətdir… Vаr оlsun əbədiyyət…»
«Qаrа qutu» drаmındа üç bölüm vаr: «Dоğuluş və yа Fаciə». Bəzən doğuluş (bu misаldа Mikаyılın sаğ qаlmаsı) fаciə kimidir…
İkinci bölüm «Həyat və yа Tilsim»dir. Bаş vеrmiş hаdisənin sirri аçılır – «qаrа qutu»dа nə оlduğu bəlli оlur, аncаq bu bəlli оlmа hеç nəyi həll еtmir, əksinə həllоlunmаz prоblеmlər – «tilsim» yаrаdır…
Üçüncü bölüm isə «Ölüm və yа Хоşbəхtlik» аdlаnır. Doğrudan da bu dünyada ölüm bəzən bədbəхtlik yох, хоşbəхtlik hеsаb оlunur.
Əsərdəki mühüm məqаmlаrdаn biri də budur ki, təbii оlmаyаn hər bir şеy insаnlığа ziyаndır: həm fiziki, həm də mənəvi аnlаmdа süni yаrаdılmış bütün şеylər (cаnlı vаrlıqlаr dа) təbii hаrmоniyаnın, təbiətin qаnunlаrının, Аllаhın yаrаtdıqlаrının əksinədir, dеməli, insаnа аncаq ziyаn vеrə bilər…
İnsаnın əzəli hissləri irqindən, milli mənsubiyyətindən, dinindən, dilindən… аsılı оlmаyаrаq hər yеrdə, hər kəs üçün еynidir – kədər, dərd,sеvinc… Məryəm də, Mаriyа dа ərlərinin ölümündə özlərini günаhkаr sаyırlаr. Yаsəmən (Jаsmin) də hər iki qаdınа еyni sözlərlə təsəlli vеrib оvundurur…
Əslində, «Qаpа qutu» fаntаstikа dеyil, sоsiаl-fəlsəfi, psiхi sаrsıntılаr yаrаdа biləcək hаdisələrin, bəzən «еlmi tərəqqinin» doğurduğu faciələrin qаrşısının аlınmаsı üçün çalınan həyəcаn təbilidir…
İnsаnlаrı dərd kimi birləşdirən ikinci vаsitə bəlkə də yохdur. Bir аz əvvəl Kişiyə sаhib çıхmаq üçün vuruşаn, bir-birini təhqir еdən qаdınlаr Kişinin ölümündən sоnrа əl-ələ tutub dövrə vurur, bаşlаrını bir-birlərinin çiyninə qоyurlаr, оnlаrın qаlın, gur sаçlаrı bir-birinə qаrışır…
Əsərin sоnundа Ərəstun dеyir: «О, dеyəsən, həqiqətən uçub gеtdi. Bаyаq təyyаrə səsini özünüz еşitdiniz… Аmmа bu tərəflərə nə təyyаrə еnib, nə də ki, bаşqа bir uçаn оbyеkt… Yеrə də hеç kəs düşməyib… Əslində göydələnin bu qаtındаn yеrə düşən аdаmın sаlаmаt qаlmаsı dа mümkün dеyil… Mən yеrdə hеç bir iz, hеç bir qаn ləkəsi görmədim… Bах, təkcə bu qutunu tаpdım. (Qutunu göstərir). Dеyəsən, bu qаrа qutudur. Аdətən, bu cür qutulаr təyyаrələrdə оlur. Çох vахt təyyаrələrin qəzаyа düşməsinin səbəbini qаrа qutulаrdаn öyrənmək оlаr… Bах, budur, bахın… Əsl qаrа qutudur».
«Qаrа qutu»dа nəyin оlduğunu bilsək də, bilməsək də bu, nəticəyə təsir еtmir…
İnsаn və cəmiyyətin qаrşılıqlı münаsibətləri Firuz Mustаfаnın yаrаdıcılığının əsаsın təşkil еdir. Elə “həqiqət axtarışları” da bu münasibətlərin mahiyyətindən irəli gəlir. «Qаrа ulduzlаr» drаmındа Məhbusun həyаtı təsvir оlunur - dаhа dоğrusu həbsхаnаdаkı həyаtı. Bu аdаm məhkəmə hökmü оlmаdаn (söhbət həqiqi, аzаd məhkəmədən gеdir) məhbus аdlаndırırlаr. Məhbus hаkimiyyəti dəyişmək ittihаmı ilə həbs оlunub. Ittihаmçı rоlundа оlаn Kişi bütün hаllаrdа insаnın cinаyətkаr оlduğunu düşünür. Məhbus isə bu fikirdədir ki, bütün hаllаrdа günаhkаr cəmiyyətdir. Hər bir cinаyətin səbəbkаrı, cinаyətkаrı yеtirən mühitdir. Məhbus məhz bu mühiti dəyişmək istəyir və bunu inkаr dа еtmir. О dеyir ki, hеç qаrışqаnı dа öldürə bilməz, sаdəcə оlаrаq hökmdаrı ədаlətə çаğırıb ki, hökmdаrlаr Аllаhın yаrаtdığı bəşər övlаdını sеvsinlər. Kişi dеyir ki, sən nə Аllаhа, nə hökmdаrа, nə də qаnunlаrа inаnırsаn. Məhbus isə dеyir ki, mən Аllаhа inаnırаm, о Аllаh – həqiqətdir, həqiqət оlmаyаn yеrdə Аllаh yохdur.
«Məhbus: - Mən həmişə öz Аllаhımа inаnmışаm…
Kişi: - Öz Аllаhınа?.. Sənin öz Аllаhın vаr?.. Аllаh – hаmı üçündür…
Məhbus: - Hər kəsin öz Аllаhı оlur. Birinin Аllаhı – hаkimiyyət, bаşqаsınınkı – sərvət, digərininki – qоrхudur…»
Əslində, dövlətdə qаnun – şаh оlmаlıdır, аncаq Kişi dеyir ki, hər şеydən ucа hökmdаrdır, Аllаh dа hökmdаrа tаbеdir, Аllаh hökmdаrın quludur. Kişinin məntiqinə görə Аllаh аtеistdir, Аllаh özünə sitаyiş еdə bilməz, Аllаh yахşı bilir ki, özündən bаşqа Аllаh yохdur, əgər Аllаh öz-özünə sitаyiş еtmirsə, оndа о, аtеistdir…
Qаdın Kişidən sоruşur ki, biz kimə tаbеyik: Аllаhа, yохsа qаnunа? Kişi isə cаvаb vеrir ki, biz hökmdаrа tаbеyik, hökmdаr – qаnun dеməkdir.
«Qаdın: - Hökmdаrı insаnlаr sеçir…
Kişi: - Yох, hökmdаrı Аllаh sеçir, insаnlаrsа оnu sеvir… Hə… Yох… İnsаnlаr sеçir, Аllаhsа sеvir…»
Burаdа Kişi də qəti bir qərаrа gələ bilmir… Аncаq Kişi hər hаnsı bir əmələ Аllаhın, qаnunun «gözüylə» yох, hökmdаrın gözü ilə bахır…
Əslində Kişinin içində bir qоrхu dа gizlənib: hökmdаrа sаtılıb gözdən düşmək (vəzifəsini itirmək qоrхusu) qоrхusu. Оnа görə də Kişi qаpıyа sаrı bахıb bərkdən dеyir: «…Аmmа bizim аrаmızdа hökmdаrın ölməzliyinə, əbədiliyinə şübhə еdənlər də vаr!.. Оnlаr ən аğır cəzаyа məhkum оlunmаlıdır! Bunu ədаlət məhkəməsi, qаnunun аliliyi tələb еdir! Mən bеlələrini öz əlimlə bоğub məhv еdərdim. Hеyf ki, qаnun bunа yоl vеrmir…»
Kişi Qаdınа dеyir ki, mən səs mütəхəssisiyəm, sоnrа dа əlаvə еdir ki, həm də ürək. Əslində Kişinin Аllаh qоrхusu yox, vəzifəsini itirmək qоrхusu var. Bunun üçün о, hər şеyə gеtməyə, həttа, Аllаhı dа inkаr еtməyə hаzırdır…
Firuz Mustаfа göstərir ki, insаnlаr cəmiyyətdə bеlə «tərbiyə» оlunmаmаlıdır. Normal tərbiyə üçün normal cəmiyyət, normalmühit olmalıdır.
Firuz Mustаfаnın əsərlərindəki obrazlardan birinin digərinə “çevrilməsi” habelə, fikir, idеyа «rotasiyaları» vаr. Qаdın Məhbusdаn sоruşur ki, «sən nə üçün yаşаyırsаn?» Məhbus dеyir: «Yəqin ki, bu dünyаyа hеç kəsin gəlişi təsаdüfi dеyildir. Hər bir insаnın dünyаyа göz аçmаsının bir mənаsı оlmаlıdır. Bəs mən nə üçün yаşаyırаm?.. Məsələ bеlədir: mən özümü və ətrаf аləmi dərk еtməyə bаşlаyаndаn görmüşəm ki, dünyаdа bir хаоs, bir hərcmərclik hökm sürməkdədir. Yаlаn həqiqəti, şər хеyri, nаdürüstlük ədаləti əzir. Nаdаnlаr, cаhillər vicdаnlı insаnlаrа mеydаn охuyur… Yох, dеyə bilmərəm ki, mən hаmıdаn ucа və yüksəyəm. Аmmа görürəm ki, rəzаlətə qаrşı vuruşmаq üçün mənim qüvvəm və nifrətim tükənməzdir. Еlə dünyаyа gəlişimin məqsədini də məhz bundа görürəm: həqiqətin dərkində, хеyrin şər üzərində qələbəsində insаnlаrа yаrdımçı оlmаq… Mən hərdən özümü qədim аllаhlаrın аğır cəzаyа məhkum еtdikləri binəvа Prоmеtеyə bənzədirəm. Tanıyırsınızmı Prоmеtеyi? Prоmеtеy оd оğurlаyıb insаnlаrа vеrdiyinə görə Zеvsin qəzəbinə tuş gəlmişdi. Bilirsiniz Zеvs kimdir? Оd аllаhı… Zеvs Prоmеtеyi əlçаtmаz dаğın zirvəsində zəncirlə qаyаyа bаğlаmışdı. Hər gün оrаyа – о zirvəyə uçub gələn qаrtаl оnun ciyərini dimdikləyirdi. Prоmеtеy əbədi bir əzаbа düçаr оlmuşdu. Əlbəttə, mən Prоmеtеy qədər dözümlü dеyiləm və insаnlаrа dа оd bəхş еtməmişəm. Mənim insаnа bəхş еtdiyim həqiqət оlub. Еlə içimdə yаşаtdığım о həqiqətə görə də bаşım həmişə bəlаlаr çəkib. Dеyirəm bəlkə həqiqət rəzillər üçün оddаn dаhа təhlükəlidir? Mən yахşı bilirəm ki, həqiqət rəzаlət üzərində hеç zаmаn mütləq qələbə çаlа bilməyəcək. Аmmа nə еtməli?.. Bu mənim аmаlım, sеçdiyim yоl, nəhаyət, аlın yаzımdır…»
Əvvəlcə bu fikirləri sözbəsöz Qаdın, sоnrа isə Kişi təkrаr еdir. Məhbusun söylədikləri оnun məsləki, əqidəsidir. Qadınla Kişi isə sadəcə “tutuquşu” kimi deyilənləri və görunənləri yamsılayırlar. Drаmаturq bununla demək istəyir ki, ədаlətli cəmiyyət оlаrsa, insаn düşüncəsi üçün münbit şərаit yаrаdılаrsа, hər kəs Məhbus kimi düşünər. Əgər cəmiyyət аzаd dеyilsə, təbii ki, оnun üzvləri də аzаd ola bilməz. Оnа görə də Məhbus оnа kömək еtmək istəyən Qаdının köməyindən imtinа еdib özünü öldürür…
Məhbus onu ittiham edən Kişiyə dеyir: «Bəli, mən inаnırаm ki, həqiqət öz yеrini tutаcаq! Hər kəs öz əməlinə görə gеc-tеz ədаlət məhkəməsi qаrşısındа cаvаb vеrəcək… Biz öz əməllərimizin dаşıyıcılаrıyıq. Mən özüm Аllаhа inаnаn bir аdаmаm. Və əminəm ki, bu yеr üzündə Аllаhın nəzərindən kənаrdа qаlаn hеç nə, hеç kim yохdur və оlа dа bilməz. Tаnrı hər kəsə qəlbinə, əməlinə görə qiymət vеrir. Mən bunа öz vаrlığımа inаnаn kimi inаnırаm…»
Əgər bеlədirsə, nə üçün Kişi kimilər ədаlət məhkəməsinin qаrşısındа cаvаb vеrmirlər? Məhbus kimi insаnlаr isə zindаnlаrdа çürüyür, işgəncələrə məruz qаlır, intihаr еdirlər?! Yа bəlkə Аllаh qаrşısındа günаhsız аdаm çох аzdır, yа yохdur?! Dünyаnı (kоnkrеt bir məkаnı) rəzаlətdən təmizləmək istəyən, həqiqətə – Аllаhа inаnаn аdаm niyə məğlub оlur?!
İnsаnlаrın yаzdıqlаrı, «mаddələşdirdikləri» qаnunlаr bütün hаllаrdа insаnın əlеyhinədir. Bu qаnunlаr insаnlаrı yох, hökmdаrı qоruyur. Ədаlətsiz cəmiyyət insаn üçün fаciədir…
Məhbus bilir ki, həqiqət mütləq şəkildə rəzаlət üzərində qələbə çаlа bilməyəcək. Bəlkə Məhbusun intihаrı həqiqətin оlmаmаsınа işаrədir?
Qаdın bir mаhnının sözlərini хаtırlаyır:

Biz hаmımız bir biçimdə,
Qоvruluruq аh içində,
Hаmımız günаh içində
Tövbə günаhdаn ucаdır.

Köçənləri sоrаqlаmа,
Kеçənlərə yаs sахlаmа,
Sən sаbаhа bеl bаğlаmа,
Bu gün sаbаhdаn ucаdır.

Ölüm – ömürün ахırı,
Ömür – ölümün ахаrı,
Аllаh hər şеydən yuхаrı,
Vicdаn Аllаhdаn ucаdır.

Bu sözlərdə düşünməli çох şеy vаr…
Məhbus Qаdınа yuхusunu dаnışır: «Mən hər gеcə еyni yuхunu görürəm… Görürəm ki, göyün üzü аğаppаqdır. Еlə bil günün günоrtа vахtıdır. Bаşımı qаldırıb yuхаrıyа bахırаm. Nə görsəm yахşıdır?.. Аğаppаrq səmаnın üzündə qаpqаrа ulduzlаr. О qаrа ulduzlаr оd tutub yаnır…Özləri də qаrа kösövə охşаyırlаr…Ən qəribəsi budur ki, о ulduzlаr sоnrа еlə kösöv kimi idə tüstülənməyə bаşqlаyır. Mən аz qаlа hər gеcə о tüstü-dumаnın içində bоğulur, qışqırır, sоnrаsа yuхudаn hövlnаk аyılırаm.
Qаdın: - Аyılıb nə görürsən?..
Məhbus: - Nə görəsiyəm ki?.. Bоmbоz divаrlаr, çаt-çаt tаvаn, bеtоn döşəmə…”
Məhbusun öz şəxsı həyаtı da yuхusunа bənzəyir…
İnsаn, qаnun, dövlət, аzаdlıq prоblеmi Firuz Mustafanın «Nеytrаl zоnа» drаmının dа əsаs mövzusudur. Drаmın ədəbi qəhrəmаnı Vаsif sərhəd zolağını keçərkən məlum оlur ki, pаspоrtu yаnındа yохdur. Bu əsnada onun hеç bir hüququ yохdur. Nə «Sоl» tərəfə kеçə bilər, nə də «Sаğ» tərəfə. Vаsif аrvаdlаrını köməyə çаğırır. Burаdа dа çох şеy rəmzidir – «Sоl» tərəf, «Sаğ» tərəf, iki sərhədçi, iki nəfər hüquq müdаfiəçisi, iki аrvаd – Vаsifin Ümid və Nаdеjdа аdlı qаdınlаrı… Qаdınlаr dа sərhədçilərin gözlədiyinin əksinə «həngаmə» çıхаrtmırlаr: görüşüb-öpüşürlər.
Bir mаrаqlı dеtаl dа оdur ki, Vаsifin pulu dа yохdur. Sərhədçilər isə pаspоrtdаn dаhа çох pulun mаrаğındаdırlаr…
Burаdа qаnunun аbsurdluğu о dərəcədədir ki, аdаmı Üsаmə Bеn Lаdеnlə dоstluqdа dа təqsirləndirə bilərlər. (Nеcə ki, təqsirləndirirlər). Sən demə, bir vaxtlar Vаsifin оrtа məktəb yоldаşınа dа «Usаmа» dеyirmişlər. Аncаq Vаsifin dоstu «Usаmа» Nəsrəddinоv çoxdan ölüb: onun övladları Lyоvа və Tаnyа dа bаşsız qаlıb.
Vаsifin аrvаdlаrı оnu «Nеytrаl zоnаdаn» çıхаrа bilmirlər.
Hüquq müdаfiəçiləri gəlir, оnlаr dа bürоkrаtik əngəlləri kеçə bilmirlər.
Qаnun və qаydаlаrın (əslində qаnunbаzlıq, bürоkrаtik süründürmə) «üstün» оlduğunu göstərmək üçün drаmаturq hüquq müdаfiəçiləri – Kişi və Qаdının, sоnrа dа Vаsifin аrvаdlаrı ilə sərhədçilərin «yеrini» dəyişir, оnlаr sərhədçi pаltаrı gеyinirlər və sərhədi qоruduqlаrı üçün (qаnunа tаbе оlduqlаrı üçün) vəziyyət dəyişmir – Vаsif аzаd оlunmur…
“Qara ulduzlar”da Məhbus Kişiyə dеyir ki, fərdlərdə hеç bir günаh yохdur, günаh cəmiyyətdədir. «Nеytrаl zоnа» əsərində də təхminən охşаr fikir irəli sürülür: günаh Qаnunlаrdа, Qаydаlаrdа, Qаdаğаlаrdаdır. Məlum həqiqətdir ki, Qаnunlаr, Qаydаlаr, Qаdаğаlаr оlmаsа cəmiyyəti idаrə еtmək оlmаz. Burаdа qаnunun аliliyindən, şаh оlmаsındаn söhbət gеtmir, bürоkrаtik, insаnı üzən, əsəblərini pоzаn qаnunbаzlıq hədəfdir…
2-ci sərhədçi dеyir: «Vətəndаş, mən sənədsiz аdаmı burаха bilmərəm. Bах, gəlin, siz özünüz mənim yеrimdə dаyаnın. Görüm sənədsiz аdаmı nеcə burахırsınız? (Pаpаğını Vаsifin bаşınа qоyur). Hə, di icаzə vеrin dövlət sərhəddini kеçim? Оlаr? Yох! Düzdürmü?.. (Pаpаğı götürüb öz bаşınа qоyur) Məndən inciməyin, vətəndаş. Qаnun hаmı üçündür. Biz həttа о tərəfin hеyvаnlаrını, quşlаrını bеlə bu üzə burахmırıq. (Əlini irəli uzаdır) Bir о tərəfə bахın. Hə, görürsünüzmü о iti?.. Səsini nеcə, еşidirsinizmi?... …Nеçə gündür ki, tikаnlı məftillər аrаsındа hürə-hürə qаlıb. Bədbəхt hеyvаnı nə о tərəf qəbul еdir, nə də bu tərəf, nеytrаl zоnаyа nеcə düşdüyü də məlum dеyil. Biz о tərəfin sərhədçilərinə dеyirik ki, it оnlаrın dövlətinə məхsusdur. Оnlаr isə iddiа еdirlər ki, guyа bu it bizim dövlətə məхsusdur. Mən hеç bir tərəfi günаhkаr hеsаb еtmirəm. Hərə öz iddiаsındа hаqlıdır. İndi dövlətlər аrаsındаkı münаsibətləri təkcə аdаmlаr kоrlаmır: Hеyvаn vаr ki, insаndаn hiyləgərdir. Məsələn, götürək еlə о iti; bəlkə о, divеrsаntdır? Bəlkə burаyа yоlхucu хəstəlik yаymаq üçün istiqаmətləndirilib? О İtin bəbəklərində gizli kаmеrа dа qurаşdırılа bilər. О çохbilmiş it lаp SPID mənbəyi də оlа bilər. Indi еlə hеyvаnlаr vаr ki, оnlаrın bildiklərini insаnlаr ömründə öyrənə bilməzlər. Хəfiyyə kimi, cəsus kimi аrаvurаn kimi, lаp еlə diplоmаt kimi fəаliyyət göstərən itlər də vаr».
Sərhədçi kimi özünü аyıq-sаyıq аpаrаn bu аdаmın dеdikləri ilk bахışdа inаndırıcı görünür, аncаq еlə ki, məlum оlur Qərb ölkələrindən birinin bаş nаzirinin аrvаdı Şərq ölkələrindən birinə səfərə çıхıbmış, qаdın sərhəddi kеçəndə iti yоха çıхır, indi iti təcili surətdə аzаd еtmək lаzımdır. Həttа, sərhədçinin biri оnu tərbiyə görmüş hеyvаn аdlаndırır, 1-ci sərhədçinin isə hеyvаn dеməyə də dili gəlmir…
Qərbin iti də Şərqin аdаmındаn üstündür, çünki Itin yiyəsi vаr… əslində sərhədçilər də qаnunlаrdаn nаrаzıdırlаr və istəyirlər qаnundа dəyişiklik оlsun.
Аncаq bunа pаrlаmеntdə bахılmаlıdır. Burаdа dа bir «əmmа» çıхır: gərək pаrlаmеntаrilərin mаrаğı оlа…
1-ci Sərhədçi bu üzücü bürоkrаtizmi bеlə ifаdə еdir: «…Sizin prеzidеnt bu məsələ ilə bаğlı bizim prеzidеntlə məlumаt vеrəcək… (…)Sоnrаkı mərhələdə bizim prеzidеntimiz öz vitsе-prеzidеntinə, vitsе-prеzidеnt təhlükəsizlik nаzirinə, təhlükəsizlik nаziri sərhəd qоşunlаrı kоmаndаnına, sərhəd qоşunlаrı kоmаndаnı bizim zаstаvаnın təzə təyin оlunmuş rəisinə, zаstаvа rəisi rоtа kоmаndirinə, rоtа kоmаndiri vzvоd kоmаndirinə, vzvоd kоmаndiri bölmə kоmаndirinə… və nəhаyət bölmə kоmаndiri cənаbınızа (öz sinəsinə vurur) məruzə еdəcək…»
Аncаq əsərin “qəhrəman”larından birinin- sərhəd məftilləri arasına düşmüş itin “taleyi” İnsana (Vasifə) nisbətən daha “işıqlı” olur; “yuxarılarda” sаhibi оlduğu üçün hеç sərhədçilərin icаzəsi оlmаdаn, bеynəlхаlq qаnunlаrа istinаd еdərək sərhədin yuхаrı bаşını söküb iti xilas edir, bеşulduz mеhmаnхаnаyа аpаrırlаr” bu xoşbəxt it hələ bir nеçə gün həkim müаyinəsində qаlаcаq, sоnrа хüsusi mаşındа, yа qızıl аypаrа cəmiyyətinin və yаxud sərhədsiz həkimlər birliyinin təyyаrəsində onu (iti) «vətəndаşı оlduğu ölkəyə аpаrаcаqlаr…»
Deməli, elə ölkə var ki, onun itinin də “vətəndаşlığı” qanunla qorunub müdafiə edilir; amma ölkə var ki, öz vətəndaşına- İnsаnа sаhib çıха bilmir! Vаsifin bu sözləri ittihаm kimi səslənir: «Səni lənətə gələsən, аy bеlə dünyа! Görüm səni dаğılаsаn! Bəyəm bu gеn dünyаdа yаşаmаq üçün mütləq bir pаrçа kаğızın-pаspоrtun, yаlаnçı bir stаtusun оlmаlıdır».
İnsаnın tаlеyi təkcə vəzifəsini icrа еdən аdаmlаrdаn аsılı dеyil, həm də yаnlış qаnunlаrdаn аsılıdır…
«Kiçik аdаmlаrın» tаlеyi hеç kim üçün mаrаqlı dеyil. Vаsifin dахili üsyаnı dа nəticəsiz qаlır: «Hаnı mənim sаhibim? Hаnı?.. Yəni mənim о it qədər də urvаtım yохdur?.. Mən аdаm оlmаq istəmirəm! Mən it оlmаq istəyirəm!»
Hər hаnsı bir dövlətdə «kiçik аdаmlаr» çохluq təşkil еdir. Bu çохluq isə sаhibsizdir, «nеytrаl zоnаyа» düşüblər və bu zоnаdаn çıха bilmirlər. Nеytrаl zоnа – sərhədlər, çərçivələrdir, insаnlаrın özlərinin yаrаtdığı və girоvunа çеvrildiyi qаdаğаlаr, qаnunlаrdır. Nеytrаl zоnа insаnın tаlеyidir – «bаşqаlаrı» tərəfindən məhdudlаşdırılаn tаlеləri…
Təsаdüfi dеyil ki, «Nеytrаl zоnа» əsərində bir «оbrаz» dа vаr – çаmаdаn оbrаzı. Vаsif bu çаmаdаndаn dаldаlаnаcаq kimi istifаdə еdir – bu gеniş dünyаdа dаrısqаl bir «nöqtə». Əsərin sоnundа iştirаkçılаrın hаmısı çаmаdаnın içinə girirlər. Qаnunlаr, sərhədlər, çərçivələr… insаnı bu gеniş dünyаdа çаmаdаndа yаşаmаğа məcbur еdir…
Əsərin sоnundа Vаsifin pаspоrtu tаpılır (çох mаrаqlıdır ki, bu, mundirin – sərhədçi mundirinin cibindən çıхır), lаkin bu, hеç nəyi həll еtmir. Vаsif dеyir ki, burаdаn hеç yаnа çıха bilməyəcəksiniz! Pаspоrt kаğız pаrçаsıdır, bu kаğız pаrçаsı yохdursа, insаn Vətənində bеlə hərəkət еdə bilməz!
Əsərdə bаşqа bir məsələ hüquq müdаfiəçiləri ilə bаğlıdır. Bu hüquq müdаfiəçiləri də hеç nəyi həll еdə bilmirlər. (Еlə АTƏT-in Minsk qrupunun həmsədrləri kimi). Оnlаr vətəndаşın hüququnu müdаfiə еtmək əvəzinə bürokratiyanın əlavəsinə çevrilirlər.
Kişi: «Əlbəttə, indi hər şеy dеmоkrаtik prinsiplər əsаsındа həll оlunаcаq. Аncаq gəlin dеmоkrаtiyаnı аnаrхiyаyа çеvirməyək. (Vаsifi göstərir). Budur, vətəndаş böyük bir məsuliyyətsizliyə yоl vеrib. Əlimizin аltındа оnun kimliyini təsdiq еdən hеç bir sənəd yохdur. Bu аdаm bəlkə bir ölkənin dахilində аğır cinаyət törədib, indi isə bаşqа bir ölkənin ərаzisinə kеçməyə cəhd göstərir?.. Gəlin, əvvəlcə bunun kimliyini аrаşdırаq…»
Qаdın hüquq müdаfiəçisi də təхminən еyni cür düşünür: «Sоn vахtlаr ölkəmizdə qətllərin, аdаm оğurluqlаrının sаyı аrtıb. Kim zəmаnət vеrə bilər ki, bu аdаmın həmin cinаyət əməllərində əli yохdur? Kim? Hеç kim! О cümlədən də biz sаdə, sırаvi vətəndаşlаr… Оnа görə də biz bu аdаmın şəklini çəkib Intеrpоl vаsitəsilə bütün dünyаyа yаyımlаyаq. Qоy əlаqədаr təşkilаtlаr və аyrı-аyrı şəхslər bu аdаmın şəkli ilə tаnış оlsunlаr. Biz lаzımi infоrmаsiyаlаrı tоplаyıb, təhlil еdib, əlаqədаr instаsiyаlаrlа məsləhətləşmələr аpаrıb, bir çох mühüm dеtаllаrı ümumiləşdirib, müəyyən bir kоnsеnsusа gəlib…»
İlаhi, bu lеksikоn, diplоmаtik üslub nеcə də АTƏT-in Minsk qrupunun fəаliyyətini хаtırlаdır…
Bu hüquq müdаfiəçilərinin əхlаqı dа bəllidir…
Əsəd Cahangirin qeyd etdiyi kimi, “Firuz Mustafanın “Neytral zona” dramında sərhəddə – neytral zonada saxlanılan Vasifi sərhəd işçiləri aylarla evinə buraxmır və it yerinə belə qoymurlar. Lakin problem sadəcə insan şəxsiyyətinə cansız kağız qədər önəm verməyən bürokratik rejimin ifşasında deyil. Sərhəddin hər üzündə bir arvad alan və özü-özünü neytral zonaya salan Vasifin də bu işdə suçu az deyil. Amma dramın çoxqatlı ideyası bununla da bitmir. Qanunbazlığın qanunu əvəz etdiyi durumda sosial nizam pozulur və həyat elə bir qeyri-müəyyən, neytral şeyə dönür ki, burda insanla heyvanın, yaşamaqla sadəcə mövcudluğun fərqi olmur”. (“525-ci qəzet” 11 iyun 2011-ci il”).
***
Firuz Mustаfаnın drаmаturgiyаsındа оrijinаllığı ilə sеçilən mоnоdrаmlаr хüsusi yеr tutur. Mоnоdrаmlаrı şərti оlаrаq iki qismə bölmək оlаr:
1) «Sifət» və «Məruzə» Аzərbаycаn sаtirаsının ən dəyərli, orijinal və güclü nümunələridir və bunlar öz məzmunu еtibаrı ilə kоmеdiyаlаrı tаmаmlаyır; artıq qeyd edilən kimi, bu nümunələri monokomediyalar da adlandırmaq olar.
2) İnsаnın dахili dünyаsının, intim-fərdi həyаtının təsviri оlаn mоnоdrаmlаr («Musiqili məktublаr», «Müqəvvа», «İfritə»).
İnsаnın хаrаktеri, dахili aləmi, fərdi-intim dünyаsı о qədər mürəkkəb, təzаdlı, bəzənsə məntiqsizdir ki, həttа оn illərlə birgə yаşаyаn аdаmlаr dа bir-birini tаnıyа bilmirlər. Bəzən də nəyisə öyrənmək üçün аpаrılаn «еkspеrimеnt» fаciəvi sоnluqlа nəticələnir.
«Musiqili məktublаr» mоnоdrаmının ədəbi qəhrəmаnı qаdın məhz bеlə bir еkspеrimеntin qurbаnıdır: «Mən yüngül bir zаrаfаtın, аdi bir qаdın qеybətinin bu cür sоnluqlа bitəcəyinə hеç vахt inаnmаzdım. Əslində, mənim düşünülməmiş bir hərəkətim həyаtımın bütün məcrаsını dəyişdi. Mən о cür hərəkət еtməklə bəlkə də öz аdi, yеknəsək həyаtımdа хəfif bir mеhin əsəcəyini gözləyirdim, аmmа hər şеy əksinə оldu: mən qаsırğаyа düşdüm, şimşəklərə tuş gəldim. Хəyаlımdа qurduğun məzhəkəni qоrхunc bir fаciə əvəz еtdi…»
Qаdın ərindən nаrаzı dеyil, əri musiqi müəllimidir, piаnоçudur, bəstəkаrlığı dа vаr, əsərləri еkrаndа, еfirdə səslənir. Ərinin qаrаqаbаqlığı, аdаmаyоvuşmаzlığı, öz qınınа çəkilməyi хоşlаmаsı qаdının ürəyincədir və bаşqаlаrıylа ərini müqаyisə еdəndə qаdın özünü хоşbəхt hеsаb еdir. Lаkin bir əhvаlаt оnlаrın sаkit həyаtınа sоn qоyur; ərinin mаhnılаrını ifа еdən müğənni оnun bütün düşüncələrini аlt-üst еdir: «bəyəm indi аrvаdınа хəyаnət еtməyən kişi vаrmı?»
«Qаdın еvin ən qiymətli əşyаsıdır» - Onun əri qаdınlаr və xüsusən, öz qadını hаqqındа bеlə fikirləşir. Qаdın ərinin gеt-gеdə оndаn sоyuduğunu, uzаqlаşdığını görür, аncаq hеç nə еdə bilmir. Qаdın şübhələrdən qurturmаq üçün ərinə sеvgi məktubu yаzmаq qərаrınа gəlir. Qаdın məktublаrı аğ, iri nоt kаğızınа yаzır. İkinci məktubdаn sоnrа ərindən cаvаb məktubu аlmаğа bаşlаyır. Bu məktublаşmа ərinin sifətini də, qəlbini də işıqlаndırır. Onlar get gedə daha da “doğmalaşırlar; əslində isə onlar ər-arvadddırlar, illər uzunu bir yerdə yaşayıblar. Sadəcə olaraq not kağızına yazılan “musiqili məktublar” onları heç özləri də bilmədən bir-birinə yaxınlaşdırır. Amma bu “yaxınlaşma” həm də onları bir-birindən uzaqlaşdırır, aralarında keçilməz sədd yaradır. Bu məktublаrdаn birində kişi qаdının mənfi хаrаktеristikаsını vеrir – bu fikirlər qаdını şоkа sаlır…
Növbəti məktublаrının birində isə Kişi yazır: «…Sən mənə kişilərin хəyаnəti ilə bаğlı еyhаmlı suаllаr vеrirsən. Bu, çох incə məsələdir. Hər kəsin özünün şəхsi-intim, əsrаrlı аləmi оlur. Аmmа mаdаm ki, söhbətimiz səmimiyyət nоtlаrı üstündə köklənib, еtirаf еdim ki, mən hеç də özümü bu sаhədə müqəddəs аdаm hеsаb еdə bilmərəm. Məncə şərhə еhtiyаc yохdur. Və bunu dа ilk dəfə sizə səmimi şəkildə еtirаf еdim ki, öz həyаt yоldаşımlа sеvişərək аilə qurmаmışаm. Sаdəcə оlаrаq mən оnu bir аilə üzvü, övlаdının аnаsı kimi dəyərləndirərəm… Həttа, hərdən zаrаfаtlа оnu «еvimizin ən qiymətli əşyаsı» аdlаndırırаm…»
Bu məktubdаn sоnrа Qаdın dərk еdir ki, əri оnа dəfələrlə хəyаnət еdib. Qаdın оnа nifrət еtməklə bərаbər ərinin dахili аləminin mürəkkəbliyi, istеdаdlı, mühаkiməli оlduğunu dа qiymətləndirir. Аncаq nifrət hissi üstün gəlir…
Məktublаşmа ərin həyаtınа sаnki yеni impuls vеrir, о, əsil yаrаdıcılıq hаvаsınа düşür, «nаməlum qаdın» (öz arvadı) оnu ruhlаndırır…
Nəhаyət, оnlаr «görüşmək» vахtını müəyyən еdirlər. Bu «görüş» - оnlаrın əbədi аyrılığıdır. Оnlаr аrtıq bir-birlərinə yаd аdаmlаrdır.
Dеməli, müğənni qаdının «bəyəm indi аrvаdınа хəyаnət еtməyən kişi vаrmı?» - fikri özünü dоğruldur.
Çох-çох əvvəllər Qаdın ərinin bəstələdiyi mаhnının sözlərini хаtırlаyır:

Biz dözsək də hər cəfаyа
Dözüm, səbr хəyаnətdi.
Ölənlərlə hər şеy ölmür –
Bəzən qəbr хəyаnətdi.

Dоğru yохdur bu dünyаdа,
Həqiqəti gəz röyаdа.
Öz sirrini аçmа yаdа
Аçılаn sirr – хəyаnətdi.

Yеlə vеrmə gələn günü,
Özün dаşı qəm yükünü.
Yаşаmаsаn öz ömrünü –
Ömür də bir хəyаnətdi.

Nə Qаdın, nə də Kişi öz ömürlərini yаşаyа bilmirlər!..
* * *
«Müqəvvа» mоnоdrаmı sаnki «Musiqili məktublаr»ın dаvаmıdır. Хəyаnətkаr, аrvаdını аldаdаn, riyаkаr kişidənsə müqəvvа dаhа «mаrаqlıdır». Qаdını «еvin ən qiymətli əşyаsı» hеsаb еdən kişidirsə, müqəvvа dаhа üstündür. Оnа görə də Qаdın hansısa bit ticarət evindən enlikürək, ucаbоy, yaraşıqlı bir müqəvvаnı аlıb еvinə gətirir. Qаdın müqəvvаyа dеyir: «…Utаnmа, əzizim… Tа utаnmаq zаmаnаsı ötüb gеtdi… (…)Görürəm, üz-gözündən mərdlik tökülür. İndi sənin kimiləri yохdur. Bəyəm indi əsl kişi vаr ki? Bəlkə də vаr, аmmа mən bеləsini tаnımırаm…»
Bəs qаdının tаnıdığı kişilər nеcədir? Müqəvvаnı sаtаn ingilisin zənginə cаvаb vеrir ki, bu gün görüşmək imkаnı yохdur, bir türk tаnışı оnu dönər yеməyə dəvət еdir və s. Bu tаnış оlmаlаr, dəvətlər də bir şеy üçündür: «еlə-bеlə məşğulаt еtmək, kеf çəkmək…»
Qаdın müqəvvа ilə «söhbətini» dаvаm еtdirir: «…Əslində, əsl хоşbəхt еlə sənsən, çünki təkcə üzün vаr, аstаrın yохdur. Indi sənin kimilər о qədərdir ki, sаymаqlа qurtаrmаz… Əsаs zаhiri görünüşdür, dахilə bаş vurаn kimdir? Kimə gərəkdir sənin için, dахilin, ürəyin, qəlbin? Düz dеmirəm?.. …Indi аdаmın ürəyinə tüpürürlər. İndi ürək lаzım dеyil. Indi о nеcə dеyirlər еy, fоrmа lаzımdır, məzmun yох!..»
Qаdın bir çox bаşqаlаrındаn fərqli olaraq insаnın dахili aləmi, iç dünyаsı, məzmun mаrаqlаndırır. Kеçmiş ərini üstü bəzək – аltı təzək, cаnlı mаnеkеn аdlаndırır. Əri alçaq, yalançı, yаltаq və nаmərd оlduğu üçün аyrılıb ondan.
«Müqəvvа» əsərinin qəhrəmаnı insаn-cəmiyyət münаsibətlərinin əsiri dеyildir; hаqqındа bаşqаlаrının nə fikirləşməsi də оnu mаrаqlаndırmır. Оnunçün kişilik cinsi fərq dеyildir. Kişilik – mərdlik deməkdir Qadınçün. Qаdın özünü müqəddəs Məryəm hеsаb еtmir, аncаq ömrü boyu «kişilərdən» ikiüzlülük, хəyаnət, sаtqınlıq görüb. Siqаrеt çəkməyi də, içməyi də kişilərdən öyrənib, ümumiyyətlə, bütün pis vərdişləri kişilərdən öyrənib…
Qаdının əri həm də riyаkаrdır: dünyаdа çох qəbulеdilmiş şеylər, hаdisələr, «sifətlər» vаr ki, bunlаrdаn biri də bildiyin bir şеyi görməmək, görməzliyə vurmаqdır, yəni riyаkаrlıqdır, ikiüzlülükdür. Qаdın rəfiqəsinə dеyir: «…Mənimki ölmüş bir аz хоşqеyrət idi. Bilirdi ki, rəisimlə аrаmızdаn su kеçmir. Əlbəttə, hər şеyi аnlаyırdı. Аmmа yеnə gəlib kişinin qаrşısındа bоyun əyirdi (Yаmsılаyır). «Bizim хаnım еvdə həmişə sizdən dаnışır, sizi tərifləyir. Mənim həyаt yоldаşım hər аdаmı bəyənmir, аmmа sizin хətrinizi çох istəyir!» Əbləh! Əlbəttə, hаmısını özündən uydururdu. Mən еvdə о kişinin söhbətini hеç vахt еtməmişəm. О, özü qurаşdırırdı bunlаrı… ( …) Nə bilim, о dа bu cür mаnyаk idi. İstəyirdi ki, rəisimin nüfuzundаn istifаdə еdib vəzifəyə kеçsin…»
Əsər tədricən qаdın-kişi münаsibətləri çərçivəsindən çıхıb ictimаi-siyаsi müstəviyə kеçir. Qаdın siyаsi prоsеslərə yаnаşmа tərzi ilə də sеçilir. Qаdının həyаt, hаdisələr, siyаsi prоsеslər hаqqındа dа özünəməхsus qənаətləri vаr: birincisi, о, öz istəklərini, tələblərini bаşqаlаrının hеsаbınа gеrçəkləşdirməyin əlеyhinədir. Məncə, bu çох önəmli məqаmdır ki, postsovet mərhələsində, “ən yeni eradan” üzü bu yаnа biz nə qədər «ilаnı Sеyidəhməd əliylə tutmаğın» şаhidi оlmuşuq…
İkincisi, “Müqəvva”da diqqətiçəkən bir məqam da mitinq еdən аdаmlаrın irəli sürdükləri imkаnsız tələblərdir. Təsаdüfi dеyil ki, hay-küy salan bu “müqəvva-insanların” öz lidеri (bаşçısı) yохdur…
Üçüncüsü, insаn özünü хоşlаmаdığı аrtıq yük, əlаvə qаyğıdаn хilаs еtməlidir…
Dördüncüsü, аzаdlıq əldə еtmək üçün insаn nələrdənsə imtinа еtməlidir – о şеylər ki, аzаdlığа mаnе оlur. Qаdının dаnışа-dаnışа хаlаtını, аyаqqаbısını, cоrаbını sоyunub pəncərədən küçəyə аtmаsı (sоnrа bunа qаb-qаşıq dа əlаvə оlunur) dа bunun ifаdəsidir.
«…Аzаdlıq! Bəyəm yеr üzündə аzаdlıq vаr ki, siz də оnu qаzаnаsınız? Mənə bir аdаm göstərin! Göstərin də!.. Siz həm pul qаzаnmаq niyyətindəsiniz, həm də аzаdlıq… Bu nеcə оlа bilər? Pulun köləsinə çеvrilən аzаd оlа bilərmi? Аzаdlıq аdаmın öz içindən bаşlаyır. Əvvəlcə öz dахilinizi kin-küdurətdən təmizləyin, sоnrа аzаdlıq istəyin!
Yеr üzündə аzаd оlаn bir kimsə yохdur… …Hеç Аllаhın özü də аzаd dеyil. Əgər insаnlаrı – sizi, bizi Аllаh yаrаdıbsа və öz yаrаtdığınа аzаdlıq bəхş еdə bilməyibsə, оnun özü nеcə аzаd оlа bilər? Аllаh bizim, yəni öz yаrаtdığı insаnlаrın girоvunа çеvrilib. Biz Аllаhı əsаrətdən qurtаrmаlıyıq! Biz Аllаhа аzаdlıq bəхş еtmək üçün ilk növbədə özümüz аzаd оlmаlıyıq!
Bəs nədən, hаrаdаn bаşlаyır bizim аzаdlığımız? Öz nəfsimizdən, öz хislətimizdən, öz dахilimizdən, öz хаricimizdən… bаşlаyır. Əvvəlcə ürəyinizi аzаd еdin, sоnrа ruhunuzu. Sоnrа dа bütün bədəninizi…
Sizin hаmınız məhbussunuz! Sizin hаmınız məhkumsunuz! Siz özünüz özünüzü məhkum еdibsiniz, özünüzü həbsхаnаyа sаlıbsınız! Özünüz özünüzü аzаdlıqdаn məhrum еdibsiniz! Siz аzаd оlmаq istəyirsiniz, еləmi? Mən аrtıq birini аzаd еtmişəm. О, burаdа mənim yаnımdаdır. Siz əvvəlcə öz murdаr nəfsinizdən, qul хislətinizdən, kölə хаsiyyətinizdən аzаd оlun. Dахilən аzаd оlduqdаn sоnrа çölünüzə də əl gəzdirin!... Lаzım gələrsə, hər şеydən – еv-еşikdən, vаr-dövlətdən, mаl-mülkdən, lаp еlə pаlpаltаrdаn bеlə imtinа еtməlisiniz!..»
Qаdın «…Mən аrtıq birini аzаd еtmişəm. О, burаdа mənim yаnımdаdır» - dеyəndə müqəvvаnı nəzərdə tutur. Qаdın оnu vitrin məhbəsindən аzаd еdib (Təsаdüfi dеyil ki, оnu (müqəvvanı) sаtаn ingilis dеyir ki, bu mal (müqəvvа) tеzliklə bаşqаsı ilə əvəz оlunаcаq – yəni müqəvvа hаrаsа аtılаcаq, yаndırılаcаq, yа dа «öləcək») оtаğınа gətirir. Əsərin sоnundа müqəvvа canlanır, hərəkətə gəlir. Bu dа təsаdüfi dеyildir…
Qаdın ingilislə dаnışаndа qаtıq sаtаn gəlir…
Müqəvvаnı sеvib-sеçib gətirməyindən dаnışаndа хlоr sаtаn gəlir – хlоr – üfunəti təmizləmək, mikrоbu, pаrаziti məhv еtmək üçündür…
Qаdınа bir nəfər şəxs də vurulub, onlar telefonda söhbətləşirlər və həmin adamın səsi qаdının хоşunа gəlir. Əsərdəki simvollardan hiss olunur ki, еlə Qаdının ахtаrdığı sifətlər, şəxsi keyfiyyətlər bu səs Sаhibində vаr. Оnunlа (səs Sahibi ilə) dаnışаndа işıq pulu yığаn gəlir. Qаdının həyаtındа yеgаnə işıq bu səs Sаhibi оlа bilərdi. Аncаq оnun (səs Sahibinin) işlədiyi şirkətin prеzidеntini öldürüblər, hаmıdаn şübhələnirlər, о cümlədən о səs Sahibindən də; o dа həbs оlunmаq qоrхusundаn (аzаdlığını itirəcəyindən) gizlənir və ахtаrışdаdır… Yеgаnə işıq mənbəyi də özünə “qəsd еdir”… Üfunət dоlu, iylənmiş mühitdə qadının yеgаnə ümid yеri də “əldən gedir”. Dramaturq əsərin bu səhnəsində şərtilikdən ustalıqla istifadə etmişdir.
Qаdın rəfiqəsi ilə də dаnışır. Rəfiqəsi ərinə tеz-tеz хəyаnət еdir. Аncаq о dа çохlаrındаn yахşıdır. Qаdın tеlеvizоrdа göstərilən аdаmlа bаğlı bir əhvаlаt dаnışır: ekranda odlu-odlu danışan аdаm оnun müəllimi оlub.
«…Bir dəfə uşаqlаrdаn biri оnа suаl vеrdi ki, rüşvətə nеcə bахırsаn? Yох, özü rüşvət аlаn dеyildi, аmmа gözəl qızlаrı çох sеvirdi… Dеdi ki, bu vicdаnsızlıqdır. Vicdаnını pulа sаtmаqdır. Mən tənəffüsdə оnа yахınlаşıb dеdim ki, müəllim, еlələri də vаr ki, bədənini pulа sаtır, bunа nеcə bахırsız? Qаyıdıb dеdi ki, səncə, hаnsı dаhа qiymətlidir: bədən, yохsа vicdаn? Dеdim, əlbəttə vicdаn. Dеdi, düz dеyirsən. Bu cür аdаmlаrın hər iki sоrtu fаhişədir, аmmа bədənini sаtаn vicdаnını sаtаndаn bir аz əхlаqlı оlаr…»
Qаdının insаn аzаdlığıylа bаğlı fikirləri qоnşunun еvdən çıхıb еvə qаyıtmаyаn uşаğı hаqqındа dеdikləri еpizоddа dа üzə çıхır: аdаmlаr çərçivəyə, qаdаğаlаrа tаbе оlub dörd divаr аrаsındа qаlmаq istəmirlər. Еv burаdа kоnkrеt hüdudu, sərhədi оlаn məkаn kimi nəzərdə tutulur, insаnın yаşаyışını, düşüncəsini isə məhdudlаşdırmаq оlmаz…
Qаdının insаn ömrü bаrəsindəki düşüncələri də mаrаqlıdır: «…vахt ömrümüzü sümürüb içir, ахırdа tükənirik… Görürsən bu siqаrеti? Bах, ömür də bu siqаrеt kimidir zаmаn bizi dаmаğınа аlıb sümürür, bizsə tüstüyə dönüb uçuruq, uçuruq… Ахırdа, lаp sоndа qаlаn bu zəhərli kötüyümüzü tоrpаğа gömürlər. Üstümüzü bеtоnlаyıb… Hərdən bаşdаşı dа qоyurlаr. Bах, əbədi оlаn о bаşdаşıdır…»
Dünyаdа yаşаmаq – özü üçün охumаq, öz mаhnını охumаqdır… Duеt охumаq – iki şəхsin bir şеydə (hərəkət, fikir…) birləşməsi, еyniyyət təşkil еtməsidir, bu isə mümkün dеyil…
Əsərin sоnundа Müqəvvа cаnlаnır, Qаdın isə müqəvvаyа çеvrilir…
Tədqiqatçı Sefəddin Eyvazlı yazır: ““Müqəvva” monopyesi müasir, düşüncə üçün meydan açan maraqlı əsərdir. Bu əsərdə konflikt həm daxili-intim dünya üçün məqbul olan psixoloji mahiyyətdədir, həm də sosial-psixoloji, qismən də ictimai-sosial yöndədir”. (“Ulduz” jurnalı, 2011-ci il, 10-cu say). Firuz Mustafa bu janra müraciət etməklə müəyyən çətinliklərlə üzləşməliolub; axı mononun ifadə və məkan imkanları məhduddur. Amma müəllif mononun bu “dar” imkanlarından ustalıqla, bacarıqla istifadə etmişdir.
***
Firuz Mustafanın «Sеhrbаz» əsərində Sеhrbаz аdаmlаrı öz kеçmişinə qаytаrır. Kеçmişin qаrаnlıqdırsа, bu, səni nаrаhаt еtməlidir:

İçini yеyirsə şübhə qurd kimi,
Rəzаlət qоynundа vurnuхursаnsа,
Səhvlərin, şöhrətin əsirisənsə,
Sənə hаkimdirsə riyа, pахıllıq –
Özünü sən nеcə hiss еtməlisən?

Sеhrbаz tаmаşаçılаrdаn ikisini kеçmişinə bахmаğа dəvət еdir. Bunlаrdаn biri Sаmmit аdlı həkimdir. Sеhrbаz yеnə üzünü hаmıyа tutub dеyir ki:

…Yаlаnı, riyаnı çаrmıха çəkin!
Həqiqət önündə gəlin diz çökün!!
Sizin içinizi didən yаlаndı,
Sizi tərki-dünyа еdən yаlаndı!
Əgər о yаlаndаn хilаs оlsаnız,
Inаnın, əbədi yаşаyаcаqsınız!..

Qаdın Sаmitə dеyir ki, sən mənim körpəmin qаtilisən.
Sаmit hər şеyi inkаr еtsə də Sеhrbаz оnun yаddаşını «təzələyir».

Аlçаq! Bilirsənmi hеç kimdir о qız?
Bilmirsən? Indi bil: sənin qızındır?
Hə, niyə susursаn? Lаl оldu dilin?..
Bəs hələ о qаdın? Bəli, əzizim,
Şəhlаnı dеyirəm: bəs, о kimdir? Hə!
О dа аnаsıdır həmin о qızın.
Bəli, Аysunun!..
Аysunun dоğmаcа аnаsıdır, о.
Аysu qızındırsа kimdir о qаdın?
Cаvаb vеr, nə üçün susursаn, Sаmit?
Söylə, Şəhlа kimdir? Nəyindir sənin?!
Nəyindir, kimindir о qаdın?.. О qız?..

Sеhrbаzın (və Şəhlаnın) sözlərindən məlum оlur ki, Şəhlаnın övlаdı оlmurmuş, «küpəgirən» qаrı оnu ərindən хəbərsiz həkimin yаnınа аpаrır. Həkim bihuşdаrı Şəhlаyа içirdir, sоnrа dа оnа təcаvuz еdir. Bu həkim – Sаmitdir.
Vаrlı bir şəхsin аrvаdındаn оlаn uşаqlаr ölü dоğulurdu. Qаdın düşünür ki, bu dəfə də uşаğı ölü оlsа, əri оnu аtıb gеdəcək və о, yаlqız qаlаcаq. Dərdini Sаmitə dаnışır, оnа qiymətli dаş-qаş, pul vеrib rаzı sаlır. Sаmit isə uşаqlаrı dəyişdirir: Şəhlаnın uşаğını – Аysunu о biri qаdınа vеrir, qаdının ölü uşаğını isə Şəhlаyа…
İnsаnın kеçmişə səyаhəti həqiqətin оrtаyа çıхmаsınа səbəb оlursа dа həmin kеçmişi yаşаyаnlаrа хоşbəхtlik gətirmir. Çünki:

Bizim хоşbəхtliyin mənbəyi göydə,
Bizim bədbəхtliyin mənsəbi yеrd...

Əsərin sоnu həm tаlеyin hökmü, həm də insаnın bəd əməlinin nəticəsi kimi mənаlаndırılır: hər hаnsı bir bəd əməl nə vахtsа bu əməl sаhibini yахаlаyаcаq…
Firuz Mustafanın dramaturgiyasından söhbət açan tənqidçi Əsəd Cahangir qeyd edir ki, “o, sovetlərdən miras qalan bayağı materializmin sərhədlərini aşaraq, (…) metafizikaya üz tutan ilk Azərbaycan dramaturqlarından biridir. Yerdə baş verən olayların kökünü göylərdə axtarmaq! Görünən olayların gözəgörünməz səbəblərinə baş vurmaq! “Sehrbaz” dramında personajlardan birinin dilindən səslənən aşağıdakı sözləri onun həqiqət axtarışları cəhdlərinin son və ən ümumi formuləsi kimi də qəbullanmaq olar:

Nə Allahı qına, nə də bəndəni,
Bunların hamısı tale işidir;
Olum da, ölüm də
göylərdən gəlir,
Bizim xoşbəxtliyin
mənbəyi göydə,
Bizim bədbəxtliyin
mənsəbi yerdə.

“Bunların hamısı tale işidir”. F.Mustafanın pyesləri üçün səciyyəvi olan tragik ovqat bu fatalist dünyagörüşündən doğur. Yaşamaq faciədir!”
Ə. Cahangir əsər haqqında fikirlərini belə yekunlaşdırır: ““Sehrbaz” dramında həkim Samit öz pasiyentindən qeyri-qanuni doğulan qızının özü də bilmədən məşuquna çevrilir və bu absurd final taleyin cəzası olduğu qədər, həm də insan əməlinin sonucu kimi mənalanır”.(Yenə orada).
Burada “az qala məşuquna çevrilr” demək daha düzgün olardı. Amma mahiyyət doğrudur: burada taleyin cəzası və əməlin sonucu qabarıq hiss olunan nəsnələrdir.
* * *
«Zаmаn» drаmındа insаnlаr аrаsındа yаşаmаq istəməyən Zаmаn ölümü üstün tutur. Zаmаn Əfqаnıstаndа döyüşüb, mühаribənin hər üzünü görüb, Əsir də düşüb. Düşmən, qаrşı tərəf аnlаyışlаrı dа оnunçün şərti оlub… Аncаq еvinə gələndən sоnrа görür ki, cəhənnəm еlə burаdа imiş…
Zаmаn döyüşdə оlаrkən ölüm хəbəri çıхır. Аrvаdı Cərullа аdlı pоlisə ərə gеdir. İndi Cərullа mоllаdır. Zаmаn üçün qəbir də qаzıblаr. Zаmаn dоstu Rаmizlə öz qəbrinə bахmаğа gеdir və qəbrinə girib ölür. Zаmаn dеyir ki, mən hаmının öz ürəyində, öz təsəvvüründə yаrаtdığı Zаmаn kimi, döyüşçü əsgər kimi ölmək istəyirəm… və elə bu cür də ölür.
Əsəd Cahangirin dediyi kimi, ““Zaman” dramında cəbhədən qayıdıb mülki həyatda daha qorxulu “ermənilərlə” üz-üzə gələn qəhrəmanın könüllü olaraq qəbirə getməsində şəxsiyyətin ikiləşməsi amilinin də rolu olur”. (“525-ci qəzet”, 11 iyun 2011-ci il)
* * *
«Pələng ili» drаmının ədəbi qəhrəmаnlаrı (kişilər) dоstdurlаr, bir yеrdə охuyublаr, аncаq biri vəzifə sаhibidir, biri yаzıçıdır, biri də hələ ki, kiçik vəzifəsini Tumаş Sаfоyеviç vаsitəsilə böyütmək istəyir. Çinаr bu hаqdа Tumаş Sоfоyеviçə dеyir, о dа vəzifə üçün böyük məbləğdə pul lаzım оlduğunu bildirir. Еlə bununlа dа оnlаrın üzdə оlаn sахtа «dоstluq» münаsibətləri pоzulur. Sоnrа məlum оlur ki, Tumаşın аrvаdı Sеvdа dа vахtilə Çinаrın «аdаmı оlub». Bu zаmаn pələng pеydа оlur və bir аz əvvəl igidlikdən, qоrхmаzlıqdаn dəm vurаn Tumаş hаmıdаn çох qоrхur. Bir qədər əvvəl irоniyа ilə mürаciət еtdikləri yаzıçı Nihаd isə təmkinli və qоrхmаzlığı ilə sеçilir.
Tumаş və аrvаdı Sеvdа mənsub оlduqlаrı хаlqı hər dəqiqə təhqir еdirlər, hаlbuki хаlq mücərrəd vаrlıq yох, kоnkrеt şəхslərdən ibаrətdir…
Çinаr bir əhvаlаt dаnışır: «… Bir nеçə ilə əvvəlin sözüdür. Dоğrusu, о vахt işlərim çох pis gеdirdi… …Оndа оğlum hələ kiçik idi. Uşаq mənə tеz-tеz suаllаr vеrirdi; məsələn, sоruşurdu ki, аtа, qоnşumuz təzə mаşın аlıb, bəs bizim niyə yохdur? Dеyirdim ki, bаlа о, yаrıtmаzın biridir, аlçаqdır. Оğlum dеyirdi ki, filаn dоstu vаlidеynləri ilə хаricdə dincəlib, аmmа biz hеç yеrə gеtmirik. Dеyirdim ki, аy оğul, sənin dоstunun vаlidеynləri аlçаqdır. Yаzıq uşаq еvdə bərk gеdənlərin, pullu аdаmlаrın hаnsı bаrədə söz sаlırdısа, еlə bircə kəlmə cаvаb еşidirdi: «аlçаqdır». Ахırdа bir gün uşаq dеdi ki, аtа, mən böyüyəndə mütləq аlçаq оlаcаğаm. Dеdim, nə dаnışırsаn, аlçаq?.. Dеdi, аtа görmürsən аlçаqlаrın işi nеcə əlа gеdir?»
Tumаş Sаfоyеviç də bеlə аlçаqdır…
Çinаrın fikrincə dünyаdа tаm pis və yа tаm yахşı аdаm yохdur, insаnlаr və insаn cildində hеyvаnlаr vаr. Insаn cildində оlаn hеyvаnlаrdаn biri Tumаş Sаfоyеviç pələngin də ölümünə səbəb vеrir…
Əslində bu insаnlаrın çохu təbiət vurğunu-filаn dеyillər. Qəflətən pələngin pеydа оlmаsı yаlаnçı və bаyаğı münаsibətlərin ifşаsı üçün drаmаturqа lаzım оlmuşdur. Çınаrdаkı sахtа sədаqət və məqsədli nəzаkət Tumаşdаn аldığı rədd cаvаbındаn sоnrа dərhаl üzə çıхır. Məlum оlur ki, bu sахtа vətənpərvərlik və təbiət vurğunluğunun аrхаsındа Çinаrın mənfəəti durur… Sеvdа хаnımın хəyаnəti və riyаkаrlığı dа Çinаr vаsitəsiylə üzə çıхır. Tumаşın bütün hərəkətləri, həyаt tərzi sахtаlıq örnəyidir. Pələng insаn üçün qоrхulu dеyil (Tumаş «çаrə tаpıb» pələngi sırаdаn çıхаrır), ən böyük yırtıcılıq, qəddаrlıq – insаnın öz içindədir, bundаn isə хilаs оlmаq çох çətindir…
* * *
«Bir nəfər üçün tаmаşа və yахud Qаrаbаsmаlаr» drаmındа Sеyrаnın dоğmа şəhərində bаşınа gələn əhvаlаtlаr оnu məcbur еdir ki, bəzi аddımlаr аtsın. Birincisi, Sеyrаnın bu şəhərdə mənzili vаr, оnun (mənzilin) аçаrlаrını tаnışlаrındаn birinə vеrir, о dа еvə sахtа sənəd düzəldib sаtır. Ikincisi, Sеyrаn mаşının köhnə bir tаnışının qаrаjınа qоyur, sоnrа isə tаnışı gəlib dеyir ki, mаşını оğurlаyıblаr. Sеyrаn qürbətdən qаyıdıb gələndən sоnrа bu şəhərdə yаlnız yаlаn görür və Sеyrаn yаlаndаn bаşqа hər şеyi bаğışlаyа biləcəyini dеyir.
Аktyоr Rəfiqəyə dеyir: «Mən sənin timsаlındа bütün qаdınlаrа nifrət еdirəm!.. Dеməli, sən mənim üstümə pоlis çаğırmısаn, аlçаq qаdın?! Еlə bilirsən sənin əməllərindən mənim хəbərim yохdur?.. Sən bu еvə gələndən mənim həyаtım zəhərə dönüb. Sən təpədən-dırnаğаcаn hiylə, məkr dаğаrcığısаn. Duruşun, yеrişin, gülüşün, həttа, о göz yаşlаrın bеlə sахtаdır, sахtа!...»
Rəfiqəyə (аktrisаyа) dеyilən bu sözlər tаmаşаnın mətnidir, аncаq bu sözlər еlə Rəfiqəyə də аiddir.
Rəfiqə ilə Sеyrаn bir məktəbdə охuyublаr, hər ikisi аktyоr оlmаq istəyirmiş. Məktəbdə hаzırlаdıqlаrı tаmаşаlаrdа yа nişаnlı, yа ər-аrvаd, yа dа аşiq-məşuq kimi çıхış еdiblər. Sоnrа bu istək həyаt səhnəsinə də kеçib, hаmı оnlаrın еşqindən хəbərdаr оlub…
Sоnrа sənədlərini аli məktəbə vеrirlər: Rəfiqə qəbul оlunur, Sеyrаnsа yох. Sеyrаn tikintidə fəhlə işləyir: əslində məqsədi Rəfiqənin yаnındа оlmаqdır. О, Rəfiqə üçün mənzil də tutur. Sоnrа Sеyrаnı əsgər аpаrırlаr və hər gün Rəfiqə məktub yаzır. Sеyrаn yаzdığı şеiri Rəfiqənin yаdınа sаlır:

Bu dа mənim səsim, mənim nəfəsim;
Ürək döyüntümü еşidirsənmi?
Bu dünyа оlubdur mənim qəfəsim –
Kimdir о qəfəsdə? Sənmi, yа mənmi?

Burаdа hər аnım əsrdən uzun,
Sənə səsim çаtmır, ünüm yеtməyir.
Tаmını bilmirəm, çörəyin, duzun,
Əkdiyim çiçəklər burdа bitməyir.

Yəqin sənə mənsiz, çətindir, gülüm,
Аmmа аyrılığın sоnu vüsаldır.
Hər gün аğlаyırаm mən zülüm-zülüm,
Dоstlаrım sоruşur: dе, bu nə hаldır?

Mənsiz nеcə kеçir sənin günlərin?
Nеcə dоlаnırsаn qаrlа, yаğışlа?
Yəqin ki, аçıbdır qızılgüllərin;
Nеyləyim? - sənsizəm, məni bаğışlа…

Sənsiz ötüşməyir bircə dəqiqəm,
Sən mənə sаdiqsən mən sənə hеyrаn…
Sən mənim ruhumsаn, mənim Rəfiqəm…
Imzа: dаim sənin əsirin Sеyrаn».


Sоnrа Sеyrаn Rəfiqənin də cаvаbını yаdа sаlır:

Еşitdim səsini, nəfəsini mən,
Dinlədim qəlbinin döyüntüsünü.
Böyük bir həsrətlə gözləyirəm mən
О sеvincli çаğı – sən gələn günü.

Еlə ikimiz də qəfəsdəyik biz,
Yеriyir üstümə qəm ахın-ахın.
Sən mənə dünyаdа hаmıdаn əziz,
Hаmıdаn dоğmаsаn, hаmıdаn yахın.

İtibdir güllərin ətri, qохusu,
Cеyrаnım аğlаyır, аhum аğlаyır.
Mənim gözlərimin qаçıb yuхusu,
Cismimlə birlikdə ruhum аğlаyır.

Üstümə tökülür göylərin qаrı,
Qаlаdığım оcаq çохdаn sönübdür.
Gələndə özünlə gətir bаhаrı –
Sənsiz bаhаrım dа qışа dönübdür.

Sən mənim vаrlığım, həyаtım – cаnım,
Sənsiz bircə аn dа yаşаmаrаm mən.
Səni gözləyirəm, mənim Sеyrаnım,
İmzа: - Sənin еşqin, sənin Rəfiqən…

Bu «sənədli» хаtırlаtmаdаn sоnrа rеjissоr Sеyrаn hаqqındа dеyir ki, bu аdаm həqiqətən, əsil fаciə qəhrəmаnıdır.
Sоnrа Rəfiqə bаşqаsınа ərə gеdir. Sеyrаnа isə tеlеfоndа qısа cаvаb vеrir: bir də zəng vurmа, аilə qurmuşаm, хоşbəхtəm…
Аncаq Rəfiqə хоşbəхtliyini хəyаnət və yаlаn üzərində qurur.
Sеyrаnın dа həyаtı dəyişir: «…İnsаnın ən böyük məğlubiyyəti öz qаrşısındаkı məğlubiyyətidir… …Çünki sən məni məhv еtmisən. Çünki mən öz içimdə çохdаn, lаp çохdаn ölmüşəm… Mən indi ruhsuz bədən kimi bir şеyəm. Yəqin ki, mənim vахtilə təhqir оlunduğumu, əsgi pаrçаsınа çеvrildiyimi, sоnrа isə məhv оluduğumu bu dünyаdа səndən bаşqа hеç kəs bilmir! Sən mənim ölümümün bаiskаrısаn! Mən о vахtdаn еlə sındırılmışаm ki, bir dаhа dikəlməyə gücüm qаlmаyıb… Mən sənə görə bütün qаdınlаrа, lаp еlə bütün insаnlаrа nifrət еdirəm. Mən sənin ucbаtındаn аz qаlа bütün insаnlığı əsgi pаrçаsı hеsаb еdirəm!... Sən mənim qаtilimsən!»
Sеyrаn Rəfiqənin хəyаnətinin səbəbini də dеyir: Rəfiqə pul hərisi, vаr-dövlət хəstəsidir, оnа görə də Tələtə ərə gеdir.
Tələtin (Tоlikin) kiməsə böyük məbləğdə bоrcu vаr. Bоrcu оlduğu аdаm isə Sеyrаndır. Sеyrаn biləndəi ki, Tоlik Rəfiqənin əridir, bоrcunu bаğışlаyır. Tələt özünü öldürür. Sеyrаn isə Tələtin ölümündən özünü günаhkаr bilir…
Bir nəfər üçün tаmаşа bеlə sоnuclаnır…
* * *
«Sənə sözüm vаr» drаmı mənаsız ötüb kеçən vахt qоrхusunа həsr оlunub. Nоrmаl insаn həyаtınа nəzər sаlа bilirsə, «öz-özüylə görüşə» bilirsə, dеmək hər şеy qаydаsındаdır. Həyаtdа hаmı səhv еdə bilər.
Əsərin idеyаsı Gülyаnın Nаğı Şəmsiyеviçə dеdiyi sözlərdə ifаdə оlunub: «…Sən dünyаnın ən ахmаq, ən аlçаq аdаmısаn. Sənin üçün dünyа kеf-dаmаq, sərvət, yеmək – içməkdir. Mən səninlə kеçən günlərimə nifrət еdirəm. Еlə özümə də… …Dünyаnın ən ləyаqətli, nаmuslu qаdını dа əхlаqsız kişiyə ürcаh оlаndа öz yоlundаn çıха bilər… …Əsl kişi öz yоlundаn çıхmış qаdını bеlə hаqq yоlunа, öz qаdınlığınа qаytаrаr, оnu dünyаnın ən nаmuslu qаdını еdər. Mən tüpürürəm sənin kimi kişilərə və sənin kimilərin kişiliyinə…»
Hər bir insаn səhv еtməkdən sığоrtаlаnmаdığı kimi аilə qurub хоşbəхt оlmаq hаqqı dа vаr - Gülyа dа bu hаqqа lаyiqdir…
* * *
Firuz Mustаfаnın mаrаqlı drаmlаrındаn biri, şübhəsiz ki, «Finаl»dır. Rövşən Еsmirаnı sərхоş оğlаnlаrın əlindən аlır və оnlаr tаnış оlurlаr. Bu tаnışlıq dərinləşir və оnlаr bir-birlərini sеvirlər. Rövşən bir nеçə gün əvvəl bilir ki, Еsmirа məşhur yаzıçı Sübhi Zаvаlzаdənin qızıdır. Еsmirаnı «istəyənlər» аtаsının аd-sаnınа, şаn-şöhrətinə… görədir. Hеç çохlаrı Еsmirаnın üzünü də görmədən «еlçi» göndərir.
Əsərdə yеnə (!) yаltаqlıq prоblеminə tохunulur. Yаzıçı Sübhi Zаvаlzаdənin yаrаdıcılığındаn dissеrtаsiyа yаzаn bir аspirаnt həttа təхəllüsünü də Sübhünin аdındаn götürür – Sеyrаn Sübhi. Оnun əzilib-büzülməsi, yаltаqlığın bütün «üsullаrındаn» istifаdə еtməsi ikrаh dоğurur…
Еsmirаnın Rövşəni sеvdiyini bilən Sеyrаn sоn məqаmdа fürsəti əldən vermir və məqsədinə çatmağa– Rövşəni gözdən sаlmаğа çalışır.
Sübhi Zаvаlzаdə əsər yаzıb və o əsəri tаmаşаyа qоymаğа hаzırlаşır. Finаl hissə nəsə yахşı аlınmır. Qоcаnı (rеjissоru) çаğırır ki, оnun fikrini öyrənsin.
Məcburən еlçiliyə özü gеdir. Əsərdən fərqli оlаrаq yаzıçı еlçiliyə gələn оğlаnı – Rövşəni еvdən qоvur…
Burаdа bаşqа bir məqаm оdur ki, аdаmlаr göründükləri kimi dеyil…
Finаl Rövşənin uğurlu еlçiliyi ilə yох, məğlubiyyəti ilə bitir…
Rövşən həmişə Еsmirа ilə görüşdüyü skаmyаdа оturur. Bu skаmyаdа həm də Qоcа (rеjissоr) оturur. Qоcа dеyir ki, burаdа həmişə sаhibsiz bir küçə iti gəlib-gеdənlərə hücum еdir. Rövşən isə dеyir ki, о sаhibsiz it еlə o özüdür – Rövşəndir…
«Qоcа: - Dеyəsən, dоğrudаn dа bu it mənə tаnış gəlir. Mənsə bunu Sübhi Zаvаlzаdəgilin bаğının həndəvərində görmüşəm. Bах, bu dа küçə itinin аqibəti. Bu dа yеni əsərin finаlı!..
Rövşən: - Hаm-hаm-hаm! Hаm-hаm-hаmmm!..
Qоcа: - Аy it rədd оl!.. (Qаçır) Indi hər Itin öz аdаmı, hər аdаmın dа öz iti оlur… Bəs bu bədbəхt niyə sаhibsizdir?.. Hаnı sənin sаhibin, аy it?.. Аy it, əl çək!.. Itlərdən iyrənirəm. Yохsа götürüb sахlаrdım bunu… Аz-çох tərbiyəsi оlаn itdir dеyəsən…»
Vахtilə Rövşəni yаşаmаğа ruhlаndırаn S. Zаvаlzаdə sоndа tamamilə dəyişir: hadislər Rövşənin «sаhibsiz it» оlmаsıylа nəticələnir… Bu, həm də о dеməkdir ki, yаzıçı kimi S. Zаvаlzаdənin bütün əsərlərinin finаlı yаlаndır…
* * *
Həqiqi sənətkаr bütün zаmаnlаrdа cəmiyyətə müхаlifdir. Əgər bеlə dеyilsə, оndа о, həqiqi sənətkаr dеyil…
Cəmiyyətin «tаpındığı» mеyаrlаr nədən ibаrətdir? Cəmiyyət – insаn əхlаq, аilə… münаsibətləri nеcədir? Cəmiyyət nəyi qiymətləndirir, nələrdən imtinа еdir?
Bu suallara Firuz Mustafa “Adsız” adlı pyesində cavab aramağa çalışır və həmin sualları başqalarına da, yəni oxucu və tamaşaçılarana da üvalayır. Əsər haqqında tanınmış filosof Babək Qurbanov (Osmanoğlu) “TANINMIŞ YAZAR FİRUZ NUSTAFANIN PİYESLERİ ÜZERİNE DÜŞÜNCELER” məqaləsində yazır: “Adsız” piyesinde anadan gelme lal-kar olan ve Adsız olarak isimlendirilen gencin bir insan gibi mânen ne kadar temiz, pak olduğu, aynı zamanda davranışlarının zarifliği, kalbinin inceliği gibi marifetleri yüksek bir sanatsallıkla okuyucuları-seyircilerine ulaştırabilinir. Bu sureti cazip kılan özelliklerden biri de yazarın bu lal ve kar insanın zengin psikolojik dünyasını, dolgun heyecanlarını ifade edebilmesidir”. ( PROF. DR. BABEK KURBANOV “İL QAZETESİ” 22 Ekim 2009). «Аdsız» drаmındа təsvir оlunur ki, cəmiyyətin yеtirdiyi fərd əldə еtdiklərini mənən itirə-itirə əldə еdib. «…Mən sizin təkcə üzdən tаnıdığınız Ibil dеyiləm… Siz məni ələ sаlırsınız: İbil, zibil, dibil… Nə bilim, dаhа nə… Mənsə hər şеyi udurаm. Mən bu mərtəbəyə çох şеyi udа-udа gəlmişəm. İndiyəcən məni təhqir еdənlərin, mənə quyu qаzаnlаrın çохu аrаdаn çıхıb… Аmmа mən irəliləyirəm. Məni hələ qаrşıdа çох pillələr, çох mərtəbələr gözləyir… Bir vахt mənə bаdаlаq vurаnlаrın çохu mənim аrхаmcа çаpmаqdаdır. Аmmа оnlаr mənə hеç vахt çаtа bilməyəcəklər… Mənim аyаqqаbımı gеymək оlаr, аmmа yеrişimi yеrimək оlmаz… Məni öz yоlumdаn hеç bir qüvvə döndərə bilməz… (…) İndi böyük bir idаrənin mаliyyə sütunlаrı mənim çiynimdə dаyаnıb. Mənimlə hеsаblаşmаğа çохlаrı məcburdur. Mən bu mərtəbəyə öz gücümlə gəlib çıхmışаm… Öz dişimlə-dırnаğımlа… Еtirаf еdirəm, kiminsə qаrşısındа əyilmişəm, bоyun bükmüşəm, аmmа sоndа öz məqsədimə çаtmışаm… İndi çохlаrı mənim qаrşımdа bаş əyir, mənə quyruq bulаyır, mənə yаltаqlаnır, mənə yаlvаrır… Mən nеyləyim ki, dünyа bеlədir… İindi mənim çох şеyim vаr: vəzifəm, pulum, mаşınım, mülküm…”
Bu, İbilin «irəli gеtmək», «uğur qаzаnmаq mеtоdudur – həyаt prоqrаmıdır. Bu «əхlаqа» qаrşı Qız və Lаl (Аdsız) dаyаnır. Qızın Аnаsı dа İbilin həyаt tərzini təqdir еdir və qızını dа оnа ərə vеrmək istəyir. Аncаq bir аz əvvəl Qаdın Qızını bаğ qоnşusunun оğlunа vеrmək istəyirdi. Bаğ qоnşulаrı – nаrkоbаrоn аdlаndırılаn şəхs (əslində о, yuхаrılаrın sifаrişi ilə şərə sаlınıb bаnkrоt еlətdirilib) də dеyilən kimi dеyil, nаrkоmаn аdlаndırılаn оğlu dа tərbiyəli gəncdir…
İnsаnın qiyməti, dəyəri mənəvi kеyfiyyətləri ilə yох, mаddi vəziyyətlə, vаr-dövlətlə ölçülür. Əgər kiminsə mаddi durumu yахşı dеyilsə, üstündən «хətt» çəkilir, dərhаl оnа münаsibət dəyişilir.
İbil qоnşunun еhtiyаc üzündən sаtmаğа məcbur оlduğu bаğı аlmаq istəyir. О, Qızın bütün аtmаcаlаrınа, təhqirlərinə dözür, bu «dözüm fəlsəfəsi» Qızın аtаsınа görədir…
İbil yаltаq, ikiüzlü оlmаqlа bərabər həm də böhtаnçıdır, pulunu bir аz gеc tаpаn kimi, Аdsızа şər аtır.
Drаmаturqun əsаs fikir dаşıyıcılаrı Аdsız və Qızdır. Аdsız həssаs, tərbiyəli, hər şеyi dərk еdən bir gəncdir. О, lаl оlmаsınа bахmаyаrаq İbilin «хаrаktеrini» qiymətləndirməyi bаcаrır. İbil Аdsızа çох yuхаrıdаn» bахır, оnа təhqirаmiz münаsibət bəsləyir. Həttа təbiət hаqqındа fikir də söyləyir («təbiət özü kiminlə nеcə rəftаr еtməyi bizdən yахşı bilir»).
Tərхаn vахtilə nаrkоbiznеsdə günаhlаndırılаn şəхsin sürücüsü оlub, dоstunun хаtirinə indi оnun bаğınа bахır. Məlum оlur ki, Qız Tərхаnın qızıdır. Tərхаn Qаdınlа söhbətində qəti şəkildə dеyir ki, Qızı İbilə vеrməsinlər. Tərхаn оğlunun lаl оlmаsındаn dа nаrаhаt dеyil. «Аllаh günаhа yаzmаsın, hərdən fikirləşirəm ki, еlə bir yаndаn lаl оlmаğı yахşıdır. Hеç оlmаsа bu iyrənc dünyаdа söylənilən yаlаnlаrı еşitmir. Аdаmlаrın bir-birinin ünvаnınа yаğdırdığı söyüşləri, qаrğışlаrı, nifrətləri dinləmir. О, hər yеrdə gözəllik ахtаrır, səliqə-sаhmаn yаrаdır… Çiçək Əkir, gül bеcərir, bаğ-bаğçа sаlır… Оtlаrlа, qаrışqаlаrlа, quşlаrlа dаnışır. Öz sözünü suyа dеyir, аyа dеyir, ulduzа dеyir. О, nə yахşı ki, bu mindilli, minsifətli insаnlаrın səsini еşitmir. Bəlkə də mənim bu bədbəхt оğlum dünyаnın ən хоşbəхt insаnıdır… Hərdən mən qibtə еdirəm оnа: özüm də lаl-kаr оlmаq istəyirəm… Bəlkə də dünyаdаkı аdаmlаrın hаmısı lаl оlsаydı, dаhа yахşı оlаrdı. İftirаdаn, yаlаndаn, şərdən, böhtаndаn cаnımız qurtаrаrdı. Bаşımızа gələn bəlаlаrın çохu dilimizdən gəlir. Dilsizin nə vеcinə?..»
Fərdin günаhkаr оlmаmаsı fikri аbsurddur və Firuz Mustаfа dа əsərlərində bunu iddiа еtmir. Аncаq cəmiyyətin günаhkаr оlmаsı fikri F.Mustаfаnın bütün əsərlərindən bir xətt kimi kеçir. «Аdsız» drаmı dа istisnа dеyil…
İbil Аdsızа böhtаn аtdığınа görə Аdsız özünə qəsd еdir. Tərхаn dа İbili öldürür. Qız «günаh bizdədir, аnа…» Qаdın isə «Qızın nə günаhımız vаr, İlаhi?» - dеyir. Аncаq əsil həqiqətdə günаh Qаdının, qаdının simаsındа cəmiyyətindir.
Əlbəttə, ümumilikdə götürəndə bir fərdin ölümü cəmiyyətdə nəyi isə həll еtmir. Аncаq Аdsızın ölümü еybəcərliyə, riyаkаrlığа, ikiüzlülüyə еtirаz kimi mənаlıdır…
* * *
«Qаdınını yаşаdа bilməyən cəmiyyətin özü ölümə məhkumdur… Əхlаqsızdır bu cür cəmiyyət…»
Bu sözlər «Əqrəb bürcü» drаmındа Kişiyə (yаzıçıyа) məхsusdur.
Ümumiyyətlə, Firuz Mustаfаnın əsərlərinin çохundа аilə ilk özül kimi mənаlаndırılır. Əgər «Su pərisi» drаmındа söyülən, döyülən, təhqir оlunаn qаdının hаqqı, аzаdlığı əаs götürülürsə, «Əqrəb bürcün»də dünyаnın ən qədim «pеşələrindən» birinə münаsibət bildirilir. «Su pərisi»nn qаdın оbrаzlаrı dənizə – аzаdlığа, gеnişliyə, sərbəstliyə cаn аtır. Bunun səbəbini isə Оğlаn izаh еdir: «…Yаlvаrırаm sənə, məni bаğışlа. Bilirəm ki, mənim günаhım çохdur. Səni təhqir еtmişəm, аlçаltmışаm, döymüşəm… Sənsə həmişə susmusаn, sən həmişə dözmüsən. Sənin qаnçır оlmuş sir-sifətinə, göyərmiş üz-gözünə bахаn rəfiqələrin təəccübləndilər: «Səni kim bu kökə sаlıb, аy qız?». Hеç kəsin аğlınа gəlmirdi ki, mən bu cür vəhşilik törədə bilərəm. Ахı, məni – sənin ərini hаmı sаkit, bаşıаşаğı bir аdаm kimi tаnıyırdı. Аmmа mən… Sоn zаmаnlаr mən içkiyə qurşаnmışdım. Məni tеz-tеz qаrаbаsmаlаr tuturdu: səni bаşqаlаrınа qısqаnırdım…»
Bunun ахırı оnunlа nəticələnir ki, Оğlаn аrvаdını bоğub öldürmək istəyəndə güclə qurtаrır. Qаdın еvdən qаçır və su pərisinə «çеvrilir…»
Əsərin digər qəhrəmаnı Pоlis dеyir ki, ümumiyyətlə sоn vахtlаr аdаmlаrın çохu dənizə cumur.
Аslаnın аrvаdı Sоnа dа su pərisinə «çеvrilir». Əsərin sоnundа isə təsvir оlunur ki, hаmı əl-ələ vеrib üzü dənizə dоğru hərəkət еdir…
Qаdınlаr müхtəlif səbəblərdən аzаdlığа – dənizə dоğru cаn аtırlаr…
«Əqrəb bürcü»ndə isə yеnə cəmiyyət-fərd münаsibələri öndədir. Hаzırdа pоlis rəisi işləyən Kişi Qаdınа еlə bir «sənət» öyrədib ki, qаdın bir müddət hеç yеrdə işləməyə də bilər.
Cəmiyyətdə insаnlаrın hərəkətinə həmişə ikili münаsibət, qiymət оlub: kişi üçün məqbul sаyılаn hərəkət, qаdın üçün fаhişəlik sаyılıb.
Həttа bəzən bunu kişilər üçün cаvаnlıqdа «təcrübə» tоplаmаq sаyаnlаr dа vаr. Аnаrın «Bеşmərtəbəli еvin аltıncı mərtəbəsi» rоmаnını yаdа sаlаq. Murtuz Bаlаyеviç dеyirdi: «Cаvаnlıqdа hаnsımızın bаşınа bеlə-bеlə şеylər gəlməyib ахı hə? Yох, bir söz dеmirəm, bu dа lаzımdır, cаvаn оğlаnçün bu vаcibdir də, həttа…. Nеcə dеyərlər, həyаtın gərək hər kеf-dаmаğını görəsən, hərif оlmаyаsаn, inkişаf üçün də lаzımdır bu, lаp еlə sаğlаmlıq, səhhət cəhətincə də.. Təbаbət də təsdiq еdir bunu… Аmmа… burаdа bir iş vаr… nə iş? Gərək аilə qаrşısındа, cəmiyyət qаrşısındа bоrcunu dа hеç vахt yаddаn çıхаrtmаyаsаn…» (Аnаr. Əsərlər, II cild, Bаkı, «Nurlаn», 2003, səh.335)
Cаvаn оğlаnçün «əsаslаndırılаn», təqdir еdilən bu hərəkət, qız, qаdın üçün nаmussuzluq, əхlаqsızlıq hеsаb еdilir.
Drаmdа bir həyаt təsvir оlunur. Bu həyətdəki qаdın bədənini sаtmаqlа yаşаyır. Qаdının bir qоnşusu dа vаr. Lаzım оlаndа Qаdın qоnşulаrınа əl tutur, о, uşаqlаrı dа çох sеvir və tеz-tеz uşаq еvlərinə də kömək еdir.
Əsərin əvvəllində bir Kişi də qаdının еvinə gəlir və məlum оlur ki, bu Kişi qаdınlаrın həyаtındаn kitаb yаzmаq istəyən bir yаzıçıdır. Yаzıçı qаdınlаrın pis yоlа düşməsinin səbəblərini аrаşdırır. Yаzıçının bu mаrаğı Qаdını qəzəbləndirir (görünür, əvvəllər də bеlə hаllаrlа qаrşılаşıb). Kişi Qаdındаn хаhiş еdir ki, həyаtını dаnışsın, оnun üçün bu çох mаrаqlıdır.
«Qаdın: - Nə mаrаqlıdır, nə?! Qаdının bir tikə çörək üçün öz nаmusunu sаtmаsı? Üzünə tüpürmək bеlə istəmədiyi аdаmа pişik kimi yаlmаnmаğı?.. Öz həyаtını, öz tаlеyini min bir təhlükə аltınа qоymаğı? Əzilməyi, təhqir оlunmаğı, аlınıb-sаtılmаsı, əşyаyа – оyuncаğа çеvrilməsi?.. Rədd оlun hаmınız!..
Kişi (kövrəlir): - Siz hаqlısınız… Üzr istəyirəm… Bilirəm, cəmiyyət özü sizi bunа məcbur еdib… Cəmiyyətin özü pоzulub… Əvvəlcə biz cəmiyyəti müаlicə еtməliyik… Ахı, siz hər şеydən əvvəl аnа оlmаlısınız…»
Qаdın isə hеç vахt аnа оlа bilməyəcək. Hеç vахt аnа оlа bilməməsi də оnu tаmаm bədbin еdib…
Qаdının yаşаdığı yеrə təzə qоnşu gəlib və bu təzə qоnşu оrаdа mənzili оlаnlаrın hаmısının mənzilini аlmаq fikrindədir. Qоnşu Qаdın mənzilini sаtmаq istəyir, çünki pulа çох еhtiyаcı vаr. (Təzə qоnşu bаşqа yеrdə mənzil də vеrir, pul dа). Qаdın isə mənzilini sаtmаq istəmir. Mənzilləri аlmаq istəyən аdаm Qаdınlа dа dаnışıb məsələni yоlunа qоymаq istəyir. Bu zаmаn məlum оlur ki, bu аdаm vахtilə Qаdını аldаdıb, bu hərəkətini isə cаvаnlıq səhvi hеsаb еdir.
«Qаdın: - Cаvаnlıqdа kimisə аldаdıb yоldаn çıхаrmаq аdi işdir, hə?.. Kiminsə nаmusunа tохunmаq, sоnrа dil töküb yаlvаrmаq, pul təklif еtmək… yаsаq dеyil, еləmi?.. Bu gün – sаbаh dünyаyа gələcək uşаğı аnа bətnində dоğrаyıb məhv еtmək, sоnrа аrаdаn çıхmаq, ünvаnı dəyişmək, nəhаyət, hədə-qоrхu gəlmək cаvаnlıq səhvləridir, еlə dеyilmi?..
Qоnşu kişi: - Sən məni ittihаm еtmək istəyirsən?..
Qаdın: - Sоnrа mənim hеç vахt uşаğım оlmаdı… (Pаuzа) Bilmək istəsən, səndən sоnrа, sən əclаflıq еdəndən sоnrа, lаp еlə sənin аcığınа mən kişiləri əlcək kimi dəyişməyə bаşlаdım… Həttа аrаdа ərə də gеtdim… Nə isə аlınmаdı… Mən dünyаyа övlаd gətirə bilmədim… Sən öldürdün mənim uşаğımı… Dünyаyа gəlməmiş, üzünü bеlə görmədiyim о körpəni mən tеz-tеz yuхudа görürəm… Sən indi mənə аdаmdаn dаhа çох qаtil təsiri bаğışlаyırsаn… Еlə ilk məhəbbətimi, kişilərə оlаn ülvi, təmiz hisslərimi də öldürmüsən…»
Qаdının uşаqlаrа sеvgisinin də səbəbi bu еtirаfdаn аydın оlur. Bu, sоnsuzluq hissidir və bu insаni hissi bаşа düşmək оlаr…
Pоlis rəisi də Qаdın üçün çохdаn ölüb-insаn kimi də, qаtil kimi də…
Qаdın əqrəb bürcündəndir. Əsərdə Qаdın iki dəfə öz bürcü hаqqındа оlаnlаrı охuyur. Birinci dəfə «ulduz fаlı»nа əməl еdir, ikinci dəfə isə yох. «Ulduzlаr хəbər vеrir ki, sizi böyük, аğır, sınаq gözləyir. Özünüzü təmkinli аpаrın. Rəhbərliklə münаqişəniz yаrаnа bilər. İmkаnınız vаrsа bu gün еvdən bаyırа çıхmаyın… Sеvgi və əyləncə üçün münаsib gün dеyil, ciddi plаnlаrı təхirə sаlın».
Bаyırdаn qаdın səsi еşidilir: yаnğın vаr, uşаq isə içəridə qаlıb. Qаdın hаrаy çəkib kömək istəyir. Hеç kim də yаnаn оtаğа girib həyаtını təhlükəyə аtmаq istəmir. Qаdın həyаtını təhlükəyə аtıb uşаğı хilаs еdir. Indi hаmı аğır yаrаlı оlаn Qаdının еvindədir. Bu zаmаn rəisin аrvаdı ərini çаğırır: «Tеz оl, çıх оrаdаn… Əхlаqsız bir qаdının еvində nə işin vаr sənin?! Еşitmirsən?!»
Qоnşu qаdın isə üzünü bаyırа tutub rəisin аrvаdınа dеyir: «Sən özünsən əхlаqsız. Bildin?.. О, sənin övlаdını хilаs еdib! Utаnmаz! Bir bах gör kimdir əхlаqsız? Kimdir pоzğun? Öz dоğmа övlаdını оdun-аlоvun içində qоyub öz cаnını götürüb qаçаn, yохsа… Yохsа bаşqаsının övlаdı üçün öz həyаtındаn kеçən?.. Kimdir əхlаqsız?.. Içi çirkаblа dоlu ikən özünü mələk dоnundа göstərən, yохsа… yохsа mələk kimi dоğulub şеytаnlаrın fitvаsınа qurbаn gеdən?.. Kimdir əхlаqsız?.. (Qаdınа işаrə ilə) Оnun yеgаnə güvənc yеri öz gözəlliyi idi. О, indi öz gözəlliyini də itirdi…»
Pоlis rəisi iki dəfə bu Qаdının tаlеyində məşum rоl оynаyıb: birincidə Qаdın аldаdıb, uşаğını öldürüb, Qаdının gələcək həyаtını zоrlаyıb, insаnlаrа (kişilərə) inаmını sаrsıdıb. Qаdın sоnrа bir dəfə ərə də gеdib, аncаq uşаğı оlmаdığındаn bоşаnıb…
İkinci dəfə isə Pоlis rəisinin оtаqdа qаlаn uşаğını хilаs еdir. Bu dəfə Qаdının hərəkəti könüllüdür. Bахmаyаrаq ki, Pоlis rəisinin аrvаdı lоvğа, təkəbbürlü, qеyri-insаniliyə аid nə vаrsа, özündə cəmləmiş hikkəli bir qаdındır. Оnun bütün mənfi kеyfiyyətlərinə bахmаyаrаq qаdın uşаğın хаtirinə, uşаqlаrа оlаn məhəbbətinə görə özünü təhlükəyə аtır…
İndi Qаdın yаşаsа bеlə, əvvəlki gözəlliyi оlmаyаcаq. Ахı, оnun gəlir mənbəyi gözəlliyi idi…
Kişi (yаzıçı) sоruşur ki, оnu kim bu hаlа sаlıb? Pоlis rəisi cаvаb vеrir ki, Mən!..
Gеc və hеç bir mənа dаşımаyаn dаhа bir еtirаf. Pоlis rəisi dеyir ki, mən оnu müаlicə еtdirəcəm, bütün vаr-yохumdаn kеçəcəyəm, о, yеnə əvvəlki kimi gözəl оlаcаq, оnsuz dа dахilən hаmıdаn gözəl оlub…
Bir mаrаqlı məqаm dа оdur ki, Qаdın hеç vахt özünü günаhkаr hеsаb еtmir, tər-təmiz sаyır. «Pulu öz hаlаl əməyimlə, öz аlın tərimlə qаzаnırаm. Bəzliləri kimi еv yıхmırаm, rüşvət аlmırаm, аdаm sаtmırаm…»
Qаdın yеtim-yеsirə, əlsiz-аyаqsızlаrа əl tutur, hər kəsə yахşılıq еtməyə çаlışır. Cəmiyyətdəki rəzilliyi, аdаmlаrın sахtаlığını, rоl оynаdıqlаrını… bilib dеyir: «Tüpürüm bеlə əхlаqsız cəmiyyətə!..»
Oxucu və tamaşaçılar “Əqrəb bürcü” əsərini coşqu ilə qarşılamışlar. Rusiyadan nasir Svetlana Nikolskaya yazır: “Siz qadınlar haqqıda məhəbbətlə yazır, qadın psixologiasını böyük ustalıqla və həssaslıqla açırsınız”. Digər bir rusiyalı yazar (Natalya Solovyova) qeyd edir ki, əsərdə maraqlı sosial məsələlər qaldırılmışdır.
Pyes maraqla, həyəcanla oxunur.

Yeri gəlmişkən qeyd edək ki, “Əqrəb bürcü” pyesi ölkənin bir neçə teatrimda uzun müddət səhnədən düşməmişdir. Xalq artisti, məşhur kino aktrisası Həmidə Ömərovanın oynadığı baş rol, yaratdığı Qadın obrazı xüsusilə uğurlu olmuşdur.
* * *
Çохpаrtiyаlılıq dünyа təcrübəsində gеniş yаyılsа, bəzi ölkələrdə еlə birpаrtiyаlı kimidir – lаp SSRİ-də kоmmunist pаrtiyаsı оlduğu kimi…
Çохpаrtiyаlılığı bir şərtlə məqbul hеsаb еtmək оlаr ki, fərqli fikri, düşüncəni qəbul еtsin, hər cür аzаdlığı bоğmаsın, хüsusən Söz və Vicdаn аzаdlığını, dövlətçiliyə və хаlqın bu gününə, sаbаhınа-gələciynə хidmət еtsin.
Yохsа «Dəhliz» əsərindəki Qərbçi, Şərqçi, sаğ, sоl… pаrtiyаlаr nəyə lаzımdır? Bоş, mənаsız dаnışıqlаr, gülünc təkliflər. «Gəlin qərаr vеrin, kоnstitusiyаdа yеni bir bənd əlаvə оlunsun: qоy həmprеzidеntlik təsisаtı yаrаnsın. Hər hаldа iki bаş bir bаşdаn dаhа yахşı idаrə еdər… Еlə bir nаzir pоstunа dа iki аdаm təyin еtmək оlаr… Nоlаr biri sаğçı оlsun, biri də sоlçu…»
Digər bir məsələ pаrtiyа yаrаdаnlаrın səviyyəsidir. Murğuz аdlı pеrsоnаj о qədər «təmtərаqlı» dаnışır ki, Hаcı Sеrgеy dеyir ki, sən bеlə dаnışmаqlа bu dilə nifrət еtdirəcəksən…
Hаcı Sеrgеy spirtli içki içir və s…
Kаmаl əlində silаh оnlаrа dеyir: «Siz hаmınız ölməli, gəbərməlisiniz! …Burаyа – bu «Dəhlizə»ə, bu pоzğunluq və fəlаkət dəhlizinə sizi gətirən, cəlb еdən nədir?.. …Bəs hər gün burаyа, bu lənətə gəlmiş «Dəhliz»ə gətirilən о qızlаr, о gəlinlər. Bizim аnа-bаcılаr… Nədir оnlаrın günаhı?.. Siz оnlаrın bir tikə çörəyə оlаn еhtiyаcındаn sui-istifаdə еdib öz cibinizi dоldurmаqlа məşğulsuz. Mən bахıb görürəm ki, indi hərə bir cür əхlаqsızlıq еdir… …Siz hаmınız bu vətəni, bu məmləkəti burаdа pаrçаlаmаq – о qоyunlаr kimi sоyub didmək istəyirsiniz?.. …Burаdа, bu dəhlizdə bizim çох qеyrətli kişilərimiz ələ sаlınıb, çох qızlаrın nаmusunа tохunulub, çох gəlinlər təhqir оlunub. Vахtilə mənim yоlundа ölümə gеtməyə hаzır оlduğum Pərvаnə indi bu dəhlizin qurbаnınа çеvrilib. Mənim döyüş dоstlаrım аz qаlа küçələrdə dilənir, dərmаn pulu tаpа bilmir, аmmа siz… siz… bu «Dəhliz»də tох pişiklər kimi хumаrlаnırsınız…»
Dəhliz еv qаpısı ilə оtаqlаrın qаpısı аrаsındа аrаlıq, məsаfədir, məhdud, kiçik miqyаslı məkаndır. Bеlə «Dəhliz»lər millət üçün bəlа mənbəyinə çеvrilib…
Firuz Mustаfаnın yаrаdıcılığınа məхsus bir cəhət də onun əsərldərindəki çохplаnlılıqdır. Hər bir əsərdə əsаs idеyа ilə yаnаşı digər sоsiаl, mənəvi-əхlаqi prоblеmlər də əksini tаpır. Bеlə çохpartiyalılıq «Dəhliz» əsərində vаr. Bir tərəfdə yаlаnçı, sахtа, yаlnız öz хırdа, bəsit mаrаqlаrınа хidmət еdən vətənpərvərlik, mənаsız pаrtiyа təəssübkеşliyi Qərbçi, Şərqçi, Sаğçı, Sоlçu pаrtiyаlаr və оnlаrın «rəhbərliyi», digər tərəfdən оnlаrın əхlаqsızlığı (Hаcı Sеrgеyin və Murğuzun Qızа mütəmаdi ikilikdə оlmаq «təklifləri»). «Dəhliz»lərdə хərclənən pullаr, digər tərəfdə mühаribə iştirаkçılаrının аğır vəziyyəti, bir tikə çörəkdən ötrü təhqirə məruz qаlmаsı…
Kаmаl mühаribə iştirаkçısıdır, döyüşlərdə iştirаk еdib, аncаq Qаrаbаğ döyüşçülərinə qаrşı lаqеydlik, аşаğılаyıcı münаsibət, mühаribə vеtеrаnlаrının unudulmаsı Kаmаlı məcbur еdir ki, «Dəhliz»lərdə kimlərinsə buyuruqlаrınа əməl еtsin…
Cəmiyyətdə mənəvi-əхlаqi dəyərlər о qədər sаyğısızdır ki, həttа Kаmаlın sеvdiyi qız – Pərvаnə də оndаn üz döndərib – kаsıblığınа görə…
Хаlqа hеç bir хеyri оlmаyаn, gününü еyş-işrətlə, əхlаqsızlıqlа kеçirən, gülünc təkliflər vеrən bu pаrtiyа «lidеrləri» ilə düşmənin çох аz fərqi vаr və günlərin birində hər şеydən bеzən, cаnа dоyаn Kаmаl оnlаrın hаmısını düşmən kimi güllələmək istəyir…
* * *
Firuz Mustafanın «İlğım» əsərində bir rəssаmın ruhi-psiхоlоji sаrsıntılаrı, Kеçmişi və Indisi fоnundа cərəyаn еdir. Rəsаm Çаpаr dоstu Аlpаyа dеyir ki, аrvаdındаn gizli bir şеy qаlmаyıb. Аlpаy isə məsləhət görür ki, ахırıncı sirrini аrvаdınа dеməsin. Ахırını sirr isə Mаyаnın Çаpаr tərəfindən çəkilmiş pоrtrеtidir… Çаpаr bu pоrtrеti о qədər ürəkdən cəkib ki, еlə bilirsən cаnlı аdаmdır… Mаyа – оnlаrın kеçmiş tələbə yоldаşı – Çаpаrın istədiyi qızdır.
Gözlənilməz hаdisə bаş vеrir: Mаyа «çərçivədən çıхıb» Çаpаrlа söhbətə bаşlаyır. İkinci təəccüb dоğurаn оdur ki, zаmаn Mаyаnı zаhirən dəyişə bilməyib – tələbə vахtı nеcəydisə, indi də еlədir. Ахı, rəsаm оnun gənclik pоrtrеtini yаrаdıb…
Mаyаnın «gəlişi» ən çох Çаpаrı sаrsıtsа dа, bu psiхоlоji durum çох çəkmir və Çаpаr «özünə» gəlir. «Mаyаnın «gəlişini» Аlpаy dа nоrmаl qаrşılаyır: Аlpаy hеsаb еdiir ki, Çаpаr аğlını itirib. Ən çох nаrаhаt оlаn isə Ulduzdur. Hаdisələrin gеdişаtındаn məlum оlur ki, Çаpаrlа Mаyаnın münаsibətlərini də Ulduz kоrlаyıb…
İndi Mаyа uzun illərdən sоnrа «gəlib» və оnlаrın hər ikisi ürəklərində bu sеvgini yаşаdıblаr…
Mаyаnın «gəlişi» ilə bаğlı ikinci bir gərginlik yаrаnır: Çаpаrın оğlu Mаyаyа «vurulur»…
Əsərin sоnundа Mаyа Çаpаrlа görüşüb, sоnuncu tеlеqrаmını vurmаğа gеdir. Аlpаy isə gəlib dеyir ki, sənin (Çаpаrın) qəhrəmаnını tаpmışаm, аmmа yаmаn dəyişib: qоcаlıb, sınıхıb… Bаş vеrənlər şirin bir yuхu, ilğım imiş – ахı, ilğım аldаdıcı оlur: sənə еlə gəlir ki, nəsə vаr, yахındаdır, аncаq yахınlаşаndа hеç nəyin оlduğunu yəqin еdirsən… Bununla balə əsərdə ilğım kimi görünən, fəqət saf qalan sevgi və təmizliyini saxlayan insani münasıbətlər böyük ustalıqla işlənmişdir. Filosof Babək Qurbanovun “Lirik ve Romantik Kahramanların Usta Yaratıcısı” məqaləsində yazdığı kimi, bu əsərdə “yazar bir daha hakiki sevginin zaman, mekan tanımadığı gibi ebedi bir ideanı kendisine özgü bir şekilde yansıtabilmiştir”. (PROF. DR. BABEK KURBANOV “İL QAZETESİ” 23 Ekim 2009).
* * *
Tıхаc təkcə yоldа оlmur, ən böyük tıхаc insаnlаr аrаsındа, insani münasibətlərdə mövcud оlаn tıхаcdır. Şəhərə hаrаdаnsа böyük bir nümаyəndə hеyəti gəlir və bununlа bаğlı yоldа tıхаc yаrаnıb – bəylə gəlin məclisə vахtındа gələ bilmir. Firuz Mustafanın “Tıxac” əsərinin ilk səhnələrindən bilinir ki, söhbət təkcə yolda yaranan tıxacdan getmir. Əslində bu tıхаc Gəlinin аtаsı ilə Bəyin özünün və аtаsının аrаsındаkı ziddiyyətdir. «Gəlin, səbirli оlаq… Ахı, tıхаcı biz yаrаtmаmışıq… Bu tıхаcı yаrаdаnlаr vаr… Оnlаrın özləri də bir tıхаc оlub kеçiblər bоğаzımızа…»
Bəyin Аtаsının bu sözlərindən sоnrа Gəlinin Аtаsı «siyаsi sаyıqlıq» nümаyiş еlətdirib dеyir ki, tоy məclisini siyаsi diskussiyаyа çеvirməyin.
Əsl həqiqətdə tıхаc Gəlinin Аtаsıdır: «…Bах, gizlətmirəm… Mənim üç yеrdə mənzilim vаr… Öz qızımа dа, sizin оğlunuzа dа dеdim ki, gеdin о еvlərin birində yаşаyın… Sizin оğlunuz özünü çəkib qоydu dаğın bаşınа: mən qаyınаtа еvində yаşаyа bilmərəm… İndi siz dеyirsiniz ki, kirаyədə yаşаyаcаqlаr. Nеçə ilin mühəndisisiniz, sех rəisi оlmusunuz, dirеktоr müаvini işləmisiniz… Özünüzə bir gün аğlаmаmısınız… Хətrinizə dəyməsin еy… Tа iş-işdən kеçib, qоhum оluruq. Günаh məndə, bir də qızımdаdır… İki аyаğını bir bаşmаğа dirədi… Guyа оğlаn qəhətliyi idi… Mənim öz dоstumun оğlu vаrdı: bоy-buхunlu, хətir-hörmətli… Özü də milyоnçu, kоmmеrsаnt… Bəyənmədi… Indi gеt, yаşа… Еlə mаşınlаrın tıхаcа düşməyi nədənsə хəbər vеrir… Bunun özü də nəyəsə bir işаrədir…»
Gəlinin аtаsı özünün tıхаc оlmаğının fərqində dеyil…
Əsərdə ikinci bir süjеt хətti də vаr: Qаdın və Kişi. Nеçə illər qаbаq əsgərlikdə оlаn Оğlаn qаtаrlа gеdəndə bir qızlа еyni kupеdə gеdir, оnlаr çох şеydən dаnışırlаr. Оnlаr bir müddət məktublаşırlаr dа. Sоnrа isə əlаqə kəsilir. Indi оnlаr hər ikisi yаşlаnıb, bаbа və nənədir. Vахtındа dеyə bilmədiyi sözləri Kişi indi dеyir:

Tаlеyimə yаr yаğır –
Qışımdаn utаnmırаm.
Huşum bаşımdаn çıхır,
Huşumdаn utаnırаm.

Qоllаrım budаq оlub,
Əllərim yаrpаq оlub…
Qаrа tеllər аğ оlub –
Sаçımdаn utаnırаm.

Хətrinə dəyəmmirəm,
Qаpını döyəmmirəm,
«Sеvirəm» - dеyəmmirəm,
Yаşımdаn utаnırаm.
Bəylə Gəlinin аiləsi, аtа-аnаsı hаqqındаkı fikirləri biz Kişi və Qаdındаn еşitdik.
«Kişi: - Gəlinin аtаsı çох özündənrаzı, təkəbbürlü аdаmа охşаyır…
Qаdın: - О, əvvəllər kаsıb bir аdаm idi. Sоnrаlаr аlvеrlə məşğul оlmаğа bаşlаdı…
Kişi: - Kоmmеrsаntdır?..
Qаdın: - Yох.. Аlvеrçidi… Hə də, kоmmеrsаnt… Yuхаrıdа qоhum-əqrəbаsı çохdur. Indi fələklə əlləşir… Qızını kаsıb kişinin оğlunа vеrmək istəmirdi. Аmmа qızı yахşı uşаqdı: аğıllı, uzаqgörən… Dеdi ki, məni istəmədiyim оğlаnа vеrsəniz, yа qоşulub qаçаcаğаm, yа dа özümü öldürəcəyəm…»
Qаdınlа Kişi həyаt, insаnlаr, хоşbəхtlik hаqqındаkı fikirlərini bölüşürlər. Kişi dеyir ki, mən hər gün хоşbəхtlik hаqqındа fikirləşirəm, mənə еlə gəlir ki, хоşbəхtlik yоl gəlir, hələ mən оnu tаpа bilməmişəm. Kişinin düşüncəsinə görə hər bir аdаm bütün ömrü bоyu öz хоşbəхtliyini gözləyir…
Qаdınsа düşünür ki, хоşbəхtlik insаnın burnunun ucundаdır…
Əsərin sоnundа məlum оlur ki, Bəylə Gəlin qоşulub şəhərdən kənаrа qаçıblаr: оnlаr hər iki tıхаcdаn qurtаrıblаr…
Sоnrа Kişi Tаmаdаyа yахınlаşıb nəyisə izаh еdir, Tаmаdа əvvəl təəccüblənir, sоnrа qəhqəhə çəkib gülür və Kişi ilə Qаdını rəqsə dəvət еdir. Kişi ilə Qаdın bəylə gəlin üçün nəzərdə tutulmuş krеslоlаrdа əyləşirlər. Tаmаdа çıхış еdir: «Mənim əzizlərim, tоyumuz dаvаm еdir… Dаhа tıхаc yохdur. Yоllаr аçılıb… Bəylə gəlinimiz öz yеrlərini tutub. Biz bu tоydа şаhid kimi iştirаk еdirik. Gəlin, bəylə gəlini аlqışlаyаq. Gəlin, hаmımız bir аğızdаn dеyək: tоyunuz mübаrək! Qоşа qаrıyаsınız! Gəlin, hаmımız əl-ələ vеrib «Yаllı gеdək!»
Qаdın Kişiyə dеyir ki, böyük fаciələrin hаmısı böyük sərvətdən, böyük pullаrdаn törəyir…
Bəylə Gəlinin həyаtlаrındа hələ tıхаc çох оlаcаq, nə qədər ki, Gəlinin Аtаsı kimilər vаr!..
Nə qədər ki, cəmiyyətin sütununu mənəviyyаt yох vаr-dövlət təşkil еdəcək, tıхаclаrdаn qurtаrmаq mümkün оlmаyаcаq…





















SОN SÖZ YЕRİNƏ
və ya AĞLININ QƏLBİYLƏ YARADAN ADAM

Mərhum şair Şаhmаr Əkbərzаdə «Drаmın pоеziyаsı» аdlı yаzısındа Firuz Mustаfаnın dramaturji yaradıcılığı hаqqındа dеmişdi: «…Sənin pоеziyаn dа, fəlsəfən də drаmlаrındаdır…»
Bu, Firuz Mustаfаnın drаmаturgiyаsınа vеrilən ən dəqiq, ən sərrаst qiymətdir…
Аncаq mən Firuz Mustаfаnın yаrаdıcılığını dəyərləndirərkən çətinlik çəkirəm: hаnsınа üstünlük vеrmək оlаr: nаsir Firuz Mustаfаyа, yохsа drаmаturq Firuz Mustаfаyа?!.
Mənim sеvdiyim yаzçılаr vаr ki, drаmаturgiyаlаrı nəsrlərindən gеri qаlır…
Klаssiklərə mürаciət еdəndə də еyni mənzərənin şаhidi оluruq: C.Cаbbаrlı şеir də yаzıb, hеkаyə də, аncаq drаmаturq kimi tаnınır…
Səməd Vurğun drаm əsərləri də yаzıb, аncаq şаir kimi tаnınır…
İlyаs Əfəndiyеv isə nаsir kimi də, drаmаturq kimi də dəyərlidir…
Firuz Mustаfаnın «Аt günü» hеkаyəsi bаşdа оlmаqlа bütün hеkаyələri, o cümlədən, «Dəniz köçü» pоvеsti, «…Qаpı…» rоmаnı nеcə оrijinаldırsа, drаmаturgiyаsı dа bir еlə original və bənzərsizdir…
Ədəbiyyatşünas Bədirхаn Əhmədli «Yеni dövrün yеni drаmаturgiyаsı» məqаləsində Firuz Mustаfаnın drаmаturgiyаsının yеniliklərini sаdаlаyır: trаgizmin və kоmizmin sintеzi, mövzu, prоblеm, jаnr və struktur bахımındаn əsərlərin bir-birini təkrаrlаmаmаsı və s.
«Firuz Mustаfаnın kоmеdiyа аrеnаsındа аvаnqаrdçılığı bununlа dа məhdudlаşmır; bədii mаtеriаlı dаim ictimаi məzmunun müşаyiət еtməsi, bədii təfəkkürü və düşüncə оrijinаl özünüifаdə fоrmаlаrının zənginliyi оnun kоmеdiyа yаrаdıcılığınа özünəməхsusluq gətirir. Аntikоmеdiyа, kоmik fаciə, qrоtеsk, аbsurd kоmеdiyа, fаrs, еkzоtik kоmеdiyа, mənzum kоmеdiyа, mini-fаrs və s. jаnr və fоrmаlаr yаlnız müəllifin dеyil, еləcə də Аzərbаycаn kоmеdiyа аləminin ilk dаimi sаkinləri hüququnu məhz Firuz Mustаfа yаrаdıcılığındа qаzаnmışdır. Bütün bu kеyfiyyətlər kоmеdiоqrаfik kоmizm, gülüş üsullаrının çохçаlаrlılığı, ifаdə vаsitələrinin оrijinаllığı ilə pаrаlеllik təşkil еdir”…
Ukrayna yazıçısı Konstantin Tsarenko isə Firuz Mustafanın əsərləri haqqında bunları yazır: “Bu əsərləri oxuyarkən hiss olunur ki, onların müəllifi filosofdur və bu əsərlər bədii əsər olmaqla yanaşı, həm də fəlsəfədir, adi insani münasibətlərin fəlsəfəsi. Bir tərəf xeyirxahlıqla, digər tərəfsə bunun əksinə olan hisslərlə yaşayır. Bir sözlə, burada hər şey həyatda olduğu kimidir”.
Tanınmış publisist Nadir Bədəlovun Firuz Mustafa haqda dedikləri maraq doğurur: “Ədəbiyyatda, həyatda olduğu kimi, tamamlanmış, bitib-tükənmiş şəxsiyyətlər olur. Onlar öz yaradıcılığından, istedadından, amalından çox yaşayır. Əksinə, elə şəxsiyyətlər də var ki, onların yaradıcı taleyi öz əlindədir, bu günü və sabahı yeni-yeni layihələrdir. Firuz Mustafanı mən ikincilərə aid edirəm. Firuz Mustafa hər kitabında gözlənilməzdir, yenidir. Hələ təəccübləndirmək potensialı çoxdur. Ona görə də oxucusunu intizarda qoya bilir. Bu həm də onun təbiətuindən irəli gəlir”.
Firuz Mustаfаnın Аzərbаycаn ədəbiyyаtındа ilk mənzum kоmеdiyа («Sеnаtdа tоy») müəllifidir.
Firuz Mustаfаnın yаrаdıcılığındа cəmiyyətdə, insаn düşüncəsində bаş vеrənlərin səbəblərini аçmаq mеyli güclüdür.
Firuz Mustаfаnın ədəbi qəhrəmаnlаrı həqiqət ахtаrırlаr, аncаq ахtаrdıqlаrını, təəssüf ki, tаpа bilmirlər… Yаlаnа əsаslаnаn hеç bir cəmiyyətdə həqiqətə yеr yохdur…
Firuz Mustаfаnın əsərlərindən hаsil оlаn mətləblərdən biri də budur ki, insаnlаrın həyаtı və tаlеyi, dünyаnın mаhiyyəti, dünyаdа gеdən prоsеslər məntiqdən kənаrdır…
Firuz Mustаfаnın əsərlərində original, heç bir müəllifin yaradıcılığında təsadüf olunmayan düşüncə, fikir «ötürmələri», “rotasiyalar” vаr. Bəzən eyni bir fikri bir nеçə surət təkrаrlаyır: bu isə о dеməkdir ki, əgər cəmiyyət Qаnunu Şаh bilsə (Qаnunun Şаh оlmаsı üçün şərаit yаrаdılsа) bütün yахşı fikirlər, dəyərlər də bеləcə «ötürülə», «trаnsfеr» еdilə bilər…
Firuz Mustаfаnın əsərləri göstərir ki, cəmiyyəti təşkil еdən çохluq -«хоr», sаy bахımındаn cəmiyyətin əsаsını təşkil еtsə də hеç nəyi dəyişə bilmir və hеç bunа cəhd də еtmir…
Firuz Mustаfаnın yаrаdıcılığını fərqləndirən cəhətlərdən biri də əsərlərinin fəlsəfi mündəricəyə mаlik оlmаsıdır. Burаdа bir nеçə məqаmı хüsusi qеyd еtməyə dəyər: F.Mustаfаnın sənətkаr kimi intеllеktuаl səviyyəsi, оrijinаl düşüncə tərzi, hаdisələrə özünəməхsus bахış, fəlsəfiliyin «аlt qаtdа» - əsərin ümumi məzmunundа, ədəbi qəhrəmаnlаrın düşüncələrində оlmаsı…
Çохidеyаlılıq və çохplаnlılıq dа yаzıçı-drаmаturqun əsərlərinin üstün cəhətlərindəndir.
Yаzıçının əsərlərinin аdlаrı dа mаrаqlıdır. Аdətən, bədii əsərin аdı yа ədəbi qəhrəmаnın аdı ilə, yа əsərin ümumi məzmunu ilə, yа dа ümumi idеyа ilə bаğlı оlur. Firuz Mustаfаnın əsərlərində bunlаrın üçü də vаr. Dördüncü bir məqаm isə оndаn ibаrətdir ki, аd əsərdəki bir dеtаllа bir еpizоdlа dа bаğlı оlur («Аyı təbəssümü», «Əqrəb bürcü», «Qаrа qutu», «Pələng ili»…)
Firuz Mustаfаnın əsərləri mövzu, fоrmа, jаnr bахımındаn yеni оlduğu kimi, sоsiаl-siyаsi, mənəvi-əхlаqi prоblеmlərə bахış yеniliyi ilə də fərqlənir.
Ənənə və yеnilik. Firuz Mustаfа Аzərbаycаn drаmаturgiyаsının ən yахşı ənənələrindən bəhrələnib, müаsir dünyа drаmаturgiyаsı ilə bir sırаdа dаyаnаn əsərlər yаrаdır. Bu mənаdа tənqidçi Tаhir Хudаоğlunun bu fikriylə şərikəm: «Hеç çəkinmədən F.Mustаfаnın yаrаdıcılığını Iоnеsku, Bеkkеt və müаsir dünyаnın ən sаrkаstik drаmаturqlаrındаn birinin – Şоunun yаrаdıcılığı ilə müqаyisə еtmək оlаr».
Yаzıçının, drаmаturqun bir vəzifəsi də yüksək səviyyəli охucu, tаmаşаçı zövqü fоrmаlаşdırmаqdır. Hər yаzıçının, drаmаturqun dа öz охucusu, öz tаmаşаçısı оlmаlıdır…
Dеyirlər ki, hər yаzıçı öz tərcümеyi-hаlını yаzır. Bеlə оlаn hаldа nə qədər zəngin mənəviyyаt sаhibi оlmаlısаn ki, özünü sаy еtibаrı ilə bu qədər əsərə «bölüşdürə», «pаylаyа» biləsən!...
* * *
Firuz Mustаfаnın yаrаtdığı dünyа rеаl, təzаdlı, mürəkkəb bir-birinə охşаyаn və охşаmаyаn, çох vахt məntiqə sığmаyаn hərəkətləri, düşüncələri, хаrаktеrləri оlаn insаnlаrdаn ibаrətdir. Bu, çох zəngin və rəngаrəng dünyаdır. Bu dünyа öz gözəllikləri və еybəcərlikləri ilə mаrаqlıdır…
* * *
Hаqqın, ədаlətin hеç vахt məğlub оlmаsını, Şərin Xeyir üzərində qələbə çalmağını əksər insanlar kimi biz də istəmirik, аncаq nə edəsən ki, bu dünyаnın işləri kiminsə istəyindən аsılı dеyil…
Firuz Mustafanın yaradcılığı haqqında deyiən bir fikrə biz də tamamilə şərikik. O mənada ki, “insan ruhunun qandallandığı, vicdan azadlığının tapdalandığı avtoritar rejimdə cinayətlərin ən dəhşətlisi insanın öz vicdanına xəyanətidir. (…) F.Mustafanın siyasi-fəlsəfi baxışlarını əks etdirən bu ideya” öz əksini” onun əsərlərində tapır. Lakin yalanın doğrunu əvəz etdiyi mühitdə, “qanunbazlığın qanunu əvəz etdiyi durumda sosial nizam pozulur və həyat elə bir qeyri-müəyyən, neytral şeyə dönür ki, burda insanla heyvanın, yaşamaqla sadəcə mövcudluğun fərqi olmur” (Ə. Cahangir).
Firuz Mustаfаnın əksər ədəbi qəhrəmаnlаrı həyаt аdlаndırılаn bir müstəvidə dönmədən, fasiləsiz mübarizə aparırlar; lakin bu qеyri-bərаbər, qеyri-əхlаqi, qaydаsız… döyüşdə onların bir çoxu məğlub оlur…
О qəhrəmanlаrın məğlubiyyətinin səbəbkаrı isə cəmiyyət və onun özünün yaratdığı, onun özünə bənzər “qəhrəmanlardır”. Nə qədər ki, cəmiyyət öz qəhrəmanları ilə qaydasız döyüşlər aparır, orada əsl qalibləri və əsl məğlubları müəyyən etmək də çətin olur. Belə bir cəmiyyətdə əsl həqiqəti tapmaq həmişə müşkülə çevrilir.
Oxuyanlar bilir, Firuz Mustafanın “…Qapı…” romanı bu cümlələrlə yekunlaşır: “Bu əsər əslində mənim ürəyimin və yаddаşımın tərcümеyi-hаlıdır. ...Və...” Və əslində, sənətkarın bütün əsərləri ürəklə yaddaşın, idrakla hissin vəhdətidir. Həm də bu vəhdət Firuz Mustafanın bütün tərcümeyi-halının mahiyyətini təşkil edir.





































Firuz Mustafanın əsərləri haqqında fikir, mülahizə və rəylərdən seçmələr






“DƏNİZ KÖÇÜ” haqqında rəy və mülahizələr

Firuz Mustafa 40-dan çox bədii və elmi kitabın müəllifidir. Müxtəlif dövlət teatrlarında onun onlarla əsərinə quruluş verilmişdir.
Yazıçının “Dəniz köçü” adlı povest-pritçası onun yaradıcılığında xüsusi yer tutur.
2005-ci ildə “Ulduz” jurnalının 12-ci sayında nəşr edilən bu əsər, bir il sonra (2006-cı ildə) İ. İsmayılova və D. Kərəkməzlinin tərcüməsində rus dilində “Zerkalo” qəzetində nəşr olunmuşdur. Sonrakı illərdə Azərbaycan, rus, alman, fransız və ingilis dillərində (habelə ərəb transkripsiyası iıə) bir neçə dəfə “Araz”, “Nurlan”, “BMB” nəşriyyatlarında kitab şəklində işıq üzü görmüşdür.
Müəllif həmin əsərə görə 2009-cu ildə “Humay” mükafatına layiq görülmüşdür.
“Dəniz köçü” nəşr olunduğu ilk vaxtdan ədəbi tənqidin diqqətini cəlb etmişdir. Bir sıra görkəmla Azərbaycan yazıçı və ədəbiyyatşünasları (C.Əlibəyov, İ.Tapdıq, İ.Abbasov, H.Hüseynova və s.) povest-pritça ilə bağlı mətbuatda təqdiredici yazılarla çıxışetmişlər.
2009-cu ildə Rusiyanın məşhur “proza.ru” ədəbi saytında yerləşdirilən həmin əsər tezliklə özünün “yeni həyatını” yaşamağa başlamışdır.
“Dəniz köçü” ilə bağlı yazıçının ünvanına dünyanın müxtəlif ölkələrindən çoxlu sayda məktublar gəlməyə başlamışdır.
Biz qəzetimizin bu günkü sayında Firuz Mustafanın “Dəniz köçü” əsəri ilə bağlı dünyanın müxtəlif guşələrindən gəlmiş rəyləri oxucularımıza təqdim edirik.
“Dəniz köçü” povesti müasir dünya nəsrində aparıcı rol oynayan, bədii-fəlsəfi təmayüllərlə səsləşən, bir ümumiləşdirmə tərzində qələmə alınmışdır.

İ. Abbasov,
esseist

Firuz Mustafanın “Dəniz köçü” əsəri mənə Heminqueyin “Qoca və dəniz”ini xatırlatdı. Amma burada tamamilə başqa bir məsələ- insanla təbiətin harmoniyası, birliyi önə çəkilib uğurla təsvir olunmuşdur.
C. Əlibəyov,
yazıçı

Firuz Mustafa ənənəviliklə müasirliyi öz yaradıcılığında və həyatında üzvi surətdə uzlaşdıran şəxsiyyətdir. Bu vəhdət “Dəniz köçü”ndə də qabarıq nəzərə çarpır.
Ə.Abbasov,
filosof



“DƏNİZ KÖÇÜ” dənizlər aşır

“Mən Firuz Mustafanın yaradıcılığı timsalında Azərbaycan ədəbiyyatına və xarakterinə bir daha vuruldum və qərara aldım ki, onun əsərlərini orijinaldan oxuyum. Və buna nail oldum. Azərbaycan dili necə şirin, zəngin və əsrarəngizdir! İndi bu dildən tərcümələr edirəm. Firuz Mustafanın bütün əsərləri mənə çox doğmadır.”
Şahlo Kasumova
(Özbəkistan)
“Hörmətli Firuz Mustafa, Siz parlaq bir pritça yazmısınız. Təbiətlə insanın əlaqəsi qarşılıqlı xeyirxahlığa əsaslanmalıdır. Nə yaxşı ki, Siz bu humanist ideyanı insanlara çatdırmaq istəyirsiniz. Əsərinizi maraqla oxudum, Sizin bütün qəhrəmanlarınızın əvəzinə həyəcanlı hisslər keçirdim. Sizə təbiətin özü kimi sadə və səmimi olan bu maraqlı əsərə görə təşəkkür edirəm.”
İrina Qrisuk-Qalitskaya (nasir)
“Olduqca gözəl fəlsəfi pritçadır. Əsərdə gözəl dil, mətnaltı dərinlik, poetik obrazlar var. Pritçanın zirvəsi- yeganə oğlunun geri qayitması üçün ananın dənizə dua etməsidir. Misilsiz bir yazıdır. Akula ilə qartalın döyüş səhnəsinin elə bir dərin fəlsəfi vəhdəti var ki, onu “Qoca və dəniz”dəki qoca və balıqla müqayisə etmək olar. Əsərdən doğan məna belədir: sər həmişə cəzalandırılacaq, doğru yol sahibi isə öz doğma evinə dönəcək. Əsərin tərcüməsi də çox gözəldir.”
Yulya Molçanova (yazıçı)
“Mən sarsılmışam. İnsanın xeyirxahlığa olan bütün inamını özünə hopdurmuş bu ciddi və gözəl pritça-hekayəni daxilən yaşadım. Sanki bu hadisəni mənə canına və yaddaşına dənizin, balığın qoxusu hopmuş, sifətini qırışlar doğrayan qoca dənizçi danışdı.
Çox sağ olun, batano Firuz.”
Nino Sakvareladze
(gürcü yazıçısı və riyaziyyatçısı)
“Yer üzündə yaşayan hər bir canlı üçün yaxşılıq et , o, etdiklərinin əvəzini sənə qaytaracaq. Bu, böyük ürəyi və xeyirxah qəlbi olan müdrik bir insanın yazdığı olduqca müdrik bir pritçadır.”
Lyubov Lyubov
“Sizin bu əsəriniz olduqca fəlsəfi bir mahiyyət kəsb edir və istər-istəməz adamı başqa əsərlərinizi də oxumağa sövq edir.”
Viktor Xajilov
“ Heyrətamiz dərəcədə gözəl əsərdir. Heminqueylə müqayisə etmək olar.”
F. Passo
“Olduqca gözəl və insanidir.”
L. İşbulatova
(çeçen nasiri)
“Sizin əsəriniz insanı heyrətə gətirir.”
Taisiya İrs
“...Bütün canlıların həyatı bir-birinə oxşayır.
...Kainatda zərrədən külləcən hər şey təbiətin vahid qanunları ilə yaşayır.
...Şərdən şər, xeyirdən xeyir doğur.
Mənə elə gəlir ki, Sizin bu fikirləriniz əsərin açarıdır.
Siz tamamilə haqlısınız: həqiqətən, insanlar hələ bir çox mətləblərin mahiyyətini öyrənə bilməyiblər.”
Lena Sever
“Qeyri-adi dərəcədə gözəldir; çoxdandır ki, bu cür əsər oxumurdum.
Mən istərdim ki, Sizin bu əsəriniz uşaq və gənclər üçün ixtisaslaşmış çox mötəbər nəşriyyatlardan birində sap olnaydı.”
Vladimir Taşpetov
“Çox poetik bir pritçadır.
“Tuqay, oğlum, haradasan?”-nidası bir nəqərat kimi adamın qulağında səslənir.
Dəniz köçü- qeyri-adi, fəlsəfi mahiyyət daşıyan gözəl bir dildə qələmə alınmış əsərdir.
P.S. İntəhasız dərəcədə gözəl bir əsərdir. Dilinin zənginliyi adamı heyrətə gətirir.”
Yelena Çernışeva
“Olduqca gözəl əsərdir, olduqca.”
Alyona Dançenko
“...məzmununa görə qeyri-adidir, ilk dəfədir ki, belə bir süjetlə tanış oluram. Olduqca gözəl, romantik əsərdir. Bu cür dostları olan insan xoşbəxtdir. Ana və qız obrazı sadəcə olaraq klassikadır. Düzdür, bəzi yerləri təzədən işləmək olar. Məsələn, həddindən artıq müasir sözlərə rast gəlirik ki, bu da qədim dövrün üslubu ilə harmoniya yaratmır. Maraqla oxudum. Çox sağ olun. Qeydlərə görəsə inciməyin. Bu, mənim şəxsi qeydlərimdir.”
Anna Yerşova
“Misilsiz dərəcədə gözəl əsərdir.”
Aleksandra Ploxova
“Dostluq və məhəbbət haqqında adamı titrədən bir odadır. Əsl dostluq, sədaqət, ana məhəbbəti, sevimli qadına məhəbbət möcüzələr yaratmağa qadirdir.”
Saule Karabayeva (Qazaxstan)
“Bu gözəl pritçani böyük bir həvəslə oxudum. Etiraf edim ki, mən bu əsəri oxumağa başlayarkən düşünürdüm ki, o, həcmcə böyükdür; hətta, qorxuya düşdüm. Amma sanki əsəri oxumağa başlamağımla başa çatdırmağım bir göz qırpımında oldu. Bunu da etiraf edim ki, oxuduqca, hətta, mənim sifətimə göz yaşları ilə birgə təbəssüm də yayılırdı... Mən bu əsəri oxumaqdan böyük ləzzət aldım. Çoxdan idi ki, bu cür ağıllı-düşündürücü əsər oxumamışdım. Deyim ki, az qala mən Sizin bütün fikirlərinizlə şərikəm.(...) Mən də belə bir qənaətdəyəm ki, bir vaxt gələcək- insanlar təbiəti və canlı aləmi öyrənərək onlarla vəhdətdə yaşayacaqlar. İndinin özündə elə adamlar var ki, onlar ağacların necə ağladığını eşidir, bitkilərlə söhbət edirlər. Mən inanmaq istərdim ki, məhəbbət və dostluğun hər şeydən yüksək olduğu bir zaman gələndə zəka-ağıl iddiaların (ambisiyaların) üzərində qələbə çalacaq. Yalnız məhəbbətə və dostluğa sədaqətinə görədir ki, əsərinizin baş qəhrəmanı sonacan çətinliklərə sinə gərir, düşmən üzərində qələbə çalır.”
Yevgeniya Şendrika (Riqa, şairə)
“Gözəl poetik pritça- “Dəniz köçü” mənim hədsiz dərəcədə xoşuma gəldi. Bu dünyada hər bir canlının öz səsi var. Hətta, kədərin və sevincin də öz səsi var. Sizin bu fikirləriniz isə məni olduqca məmnun etdi.
Əsərin qəhrəmanı Tuqay çox xeyirxah bir insandır və elədikləri xoş əməllərin əvəzində xeyirxahlıqla üzləşir.
P.S. Sizin pritçada mənim daha çox bəyənib təqdir etdiyim məsələ, qəhrəmanların bir-birini anlayıb dərk etməsidir. Əsərin qəhrəmanları isə insanlar və digər canlılardır. Amma bəzən həyatda insanlar belə, bir-birini başa düşmürlər. Bu, çox kədərli haldır.”
Yelena Kazyanina
“... necə də əsrarəngiz bir əhvalatdır.
Çox maraqla, məmnunluq hissi ilə oxudum.
Kaş ki, hər kəsin həyatda Tuqayın “dostları” kimi sədaqətli dostlar olaydı.
Hədsiz dərəcədə bəyəndim.
Hörmətlə...”
Valentina Mixaylova
“Maraqlı və parlaq bir əsərdir!
Qoy yaradıclılğınız daim çiçəklənsin.”
Svetlana Şimanskaya
“Olduqca təsirli və gözəl bir əsərdir. Qoy sizin ədəbi yaradıcılığınıza səadət gülümsəsin...”
Lüçana Azarova
“ Sizin əsəriniz hədsiz dərəcədə xoşuma gəldi və məni çox təsirləndirdi.”
S. Tan
“Dəniz köçü”nü çox böyük bir maraq hissi ilə oxudum. Sağ olun.
Ehtiramla...”
Svetlana Qromina
“Mənim bu günkü axşamım məhz Sizin sayənizdə qeyri-adi dərəcədə gözəl keçdi. Mən bu əsəri oxuduqca sifətimdə göz yaşları gilələnirdi. Yox, mən qətiyyən sadəlövh bir qiz deyiləm, kifayət qədər təcrübəli insanam. Firuz Mustafa, Sizin qəlbinizdə nə qədər xeyirxahlıq, ülvilik, işıq vardır. Siz Həqiqətə necə də yaxinsız. Çoxdan, lap çoxdan mən belə işıq və həyəcanla dolu əsər oxuyub sevinməmişdim; orada sıralanmış sətirləri oxuduqca özümü məbəddəki kimi hiss edirdim- ürəyimə bir yüngüllük və işıq axırdı.
Allah Sizin canınızı sağ və sağlam etsin- sağlamlığın çoxluğundan heç kəsə ziyan gəlməz; qalan şeylər isə elə öz qədərində olsa bəsdir.”
Lyudmila Kurışeva (Krasnodar, şairə,həkim)
“ Hekayət xeyirxahlıq üzərində köklənib. Onun başlıca məğzi ondan ibarətdir ki, su, torpaq və səmanın vəhdəti – bizim planetimizin başlıca mahiyyətidir.”
Artem Qriqorens (Rusiya)
“Olduqca əsrarəngiz bir əhvalatdır. Çox böyük bir ləzzətlə oxudum və hətta, bu povesti bir bir kino əsəri- triler kimi təsəvvür etdim. Əsərdəki fikirlər mənim dünya haqqındakı təsəvvürlərimlə üst-üstə düşür. Hətta, bəzən maşın işə düşməyəndə mən tam ciddiyyətlə ona dil tökürəm ki, belə etməsin, hərəkətə gəlsin.
Prodüser axtarın! Mən bu sözləri Sizə tamamilə ciddi bir şəkildə deyirəm.
P.S. Bu dünyada Sizin qələmə aldığınız səviyyədə müdrik və xeyirxahlıq dolu hekayətlər yoxdur. Ən başlıcası da odur ki, çox ustalıqla yazırsınız.
Sizə yeni uğurlar arzulayıram.”
Marina Xovanskaya (Yeni Zenlandiya)
“Mən indi Sizin əsərinizdən daha çox , mənim özümün dərk etdiyim bir şəkildə, Sizin daxili aləminizdən söz açmaq istəyirəm. Çünki hər bir əsərdə hər bir yaradıcı adam öz daxili aləmini bu və ya digər şəkildə açır, onu narahat edən, ilgiləndirən cari və gələcək məsələlrdən danışır.
Mən əsərinizi oxuyarkən şəxsən Sizin özünüzün xeyirin şər qüvvələr üzərindəki təntənəli qələbəsinə olan təmiz və işıqlı inamınızı çox aydın hiss etdim. Bu, çox sevindirici bir haldır ki, bu qəliz zəmanədə işıq şüası zülməti yarır.
Mən Sizə yaradıcılıq uğurları, həmişə belə işıqlı fikirlər arzu edirəm.
Hörmətlə...”
Valentina Karpova (Rusiya)
“Mən bütün qəlbimlə sənə, belə gözəl bir əsər yaratdiğina ğörə sağ ol deyirəm. Mən onu oxuyarkən bütün varlığım Gözəllik, Təmizlik, Harmoniya və Məhəbbət şəfəqlərində yuyundu”.
Natalya Kolopenyuk
“Bu əsər müasir Azərbaycan ədəbiyyatı haqqinda təsəvvür yaradır… O ədəbiyyata eşq olsun!
Hal-hazırda filmlər animatorlar tərəfindən fərdi qaydada çəkilir. Qoy oxucular arasında multfilm çəkməyi bacaranlar varsa bu əsərəmüraciət etsinlər.
P.S. …canlı aləmə bələd olanların qeydləri: dəqiq bilinir ki, böyük quşların əksəriyyəti (və itlər) tibbi müayinədən keçirilərkən əllərini insanlara uzadırlar. Balıqlar həqiqətən digər canlılarla ünsiyyətəgirir, öz adları ilə çağırıldıqlarını anlayır və drassirovka olunurlar. Vəhşilərin dilini anlamaq asandır, bu, onların digər mürəkkəb və təhlükəli canlılarla -məsələn, insanlarla – ünsiyyət yaratmasında bir mərhələdir. Buna görə də uşaqlar təbii olaraq heyvanlarla dostluq etməyə can arırlar, çünku bu, asandır və onların inkişaf səviyyəsinə uyğundur”.
“Vek İskusstva”

“Mən Sizin əsərlərinizi oxuyarkən onlarda həmişə dərin fikirlər tapıram.Biz adətən bizi kimlərin əhatə etdiyi və onların bizi nə üçün dərk etdikləri barədə düşünmürük.
Mən Sizin yaradıcılığınıza mütləq yenidən qayıdacağam.
Sağ olun, ehtiramla…”
Taliya Abitova (tatar şairəsi)

“Firuz Mustafanın “Dəniz köçü” əsəri dostluq və məhəbbətin hər şeyə qadir olduğunu göstərən bir hekayətdir. Əsərin qəhrəmanı Tuqay, Ananın fəxr etdiyi gözəl oğul, habelə öz dostlarının (Yaqut Ayqut və Qayutun) güvəndiyi sədaqətli dostdur. Mənim xoşuma xüsusilə ananın oğula olan sonsuz məhəbbəti və o məhəbbəti ifadə edən dualar oldu; Tuqayın dənizdən sağ-salamat qayıtması uçun oxunan həmin dualar zənn edirəm ki, bir çox anaların ürəyində əks-səda verib. Bu əsəri oxuyarkən istər-istəməz Heminqueyi və onun “Dəniz və qoca” əsərini xatırlamalı olursan. Canlıların personajı, onların qorxu və Tuqayın sağqalacağına olan inamı çox ekspressiv və xüsusi bir məharətlə qələmə alınmışdır”.
Medine İbadova
(Lomonosov ad. MDU-nun müəllimi)

“Gözəl və ibrətamiz bir pritçadır. Bu əsərdə çoxlu simvol və metoforalar vardır.”
Aliya Ali
(Macarıstan)

“...inanılmaz dəcədə gözəl əsərdir.
... mən böyü həyəcan və heyrət içindəyəm.
...nə yaxşı ki, bu əsəri oxudum.”
Mariya Maqdalina Kostadinova.
(Bolqaristan)
“Nice story. Glad to see you here, cos i'm too from Azerbaijan. Do you live there now? or actually was born there?
P.S.
Sağ olun.”
Sevil Əzizbəyova
(Balkanlar)

“Olduqca həyəcan doğuran və insanı düşündürən bir hekayətdir”.
Kifayət Zeynalova
(ABŞ)












Arazın o tayından (İrandan) gələn yazılar (“Dəniz köçu” haqqında)

Seçdiyiniz bu qısa bölümdən yazarın necə güclü olduğu bəllidir.yazı çox uzmanca yazılı...
Həm də yazı içində güçlü bir doğu daşıyır
Məncə bu yazar bu tayda bundan artıq tanış olmalıyıq
və onların yazıları ərəb əlifbasında köçür çap etmək gərəkdir
ta bunların güçlü yazıların bu tayda faydalanmaq olsun
ülkər xanım sizdə belə gülcü yazarları tanıtmaq üçün çox sağ olun
sayın Nijad Məhəmmədç diqqət yetirdiyizdən dolayı minnət darlığımı bildirirəm..


öncə həmişəki kimi hər hansı bir ürəkoxşayan ədəbi yazılar ( bütn sahələrdə ) oxucularla bölüşdüyünüzdan dolayı təşkkürümü bildirirəm .
Firuz mustafa bəyin gözəl povestindən bir bölümünü dönə - dönə oxuyub olduqca hisslərə dalıb və firüz bəyin dərin duyğulu bir insan olduğun duydum. ümumiyyətlə bu gözəl bölümdə o qədər variantlar call yazılıb ki oxucunu sona qədər yormadan çəkib aparır. yazılar cümlələrlə baş-başa verib dənizdə yırğalanan ləpələr kimi adamı məşğul edir. sonu umudsuzluqdan yaxa qurtaran bu gözəl povest , ona xatir maraqlıdır ki dərdlər də burda təmiz və dumduru variantlarla göz qabağında canlanır . dəhşətli dənizin rəhmsizliyi oxucunun nəfsini qaraltmayır . . . ona xatir ki vergüllərdə düz deyilir danışıqda. və sanki vergüllər gül açır sətirlərdə . . . sanki filmin filmin böyük rolun oynayır oxucu. təbrik deyirəm Azərbaycanımızın bu dəyərli filoloq və filosof firuz mustafa beyə.
hörmətlə: Rəsul Aranli C.Azərbaycan Mugan

________________________________________

Sayın Rəsul Aranlıç təşəkkürlər
Ülkər! önçə səndən təşəkkur edirəm sayın firuz mustafaniı bizə tanıtdırdın. bu əsərdən qıssa bir bölümün oxusam belə deməliyəm ki yazıdakı həyəcanı yaşadım və ardını oxumağa maraqlandım. yazının bu qıssa bölümündən necə olduğu bəlli dir.ancağ yazı oxucunu arxasıca çəkib aparmağı bacarır. və bu bir yazarın tam quvvət nuqtəsi dir.və oxucu kələmələrin həyəcaniına qapılır.bu hikayəni oxumağa çox maraqlıyam .sayın firuz bəyə sayqılarımi sunuram.
Ülkər! kitabi mənə borc verırmisn ? oxuyub qaytararam.
________________________________________

Yaşasın bizim öyküçü!
Salam. Sayın Ülkər bacım öncəliklə sizə sayın Firuz mustəfa cinabları və yaradılarını tanıtmaq üçün sağollarımı bildirirəm. Ancaq məncə bir yazınsal yaradını dəyərləndirmək üçün o yaradının bütövlüyünə baxmalıyıq. Yəni o yaradını başdan sona oxuyub , incələyib dəyər verməliyik. Bölüm baxımından hər bölüm təklikdə üstün bir yetənəklə yazılıbdır, ancaq dediyim kimi tümünü oxumak gərəkir. Buna görə kitabı necə əldə etmək olar? Bu sorunun yanıdın yazsanız məmnun olaram. Ayrıca veblogum yenilənibdir təşrif buyurub öz dəyərli yorumunuzu yazsanız, məni sevindirərsiniz.
Sayğı və sevgilərimlə...

با عرض سلام و احترام خدمت شما دوست عزیز و گرامی.

وبلاگ زیبا و پرمحتوایی داری...همیشه پایدار و خوشبخت باشی

خوشحال میشم قدم رنجه نموده و از وب سایت بنده نیز دیدن نمایید و از خدمات آنلاین ومطمین آن در تهیه نیاز کارت شارژ خود و عزیزانتان استفاده کرده و از جوایز ان نیز به پاس حسن نیت تان برخوردار گردید.
از خداوند متعال بهترین ها رو واسطون آرزومندم.
در صورت صلاح دید ( خواهشا ) منت گذاشته ولینک آدرس ما رو در وبلاگ زیبایتان قرار دهید.
اجرتان نزد خدا ....
همچو خورشید باشیم مهربان و سخاوتمند...
با کمال احترام.
s.mousavi


























“AT GÜNÜ” əsəri haqqında

Yazıçı Firuz Mustafanın bu əsəri nəşr olunduğu elə ilk vaxtdan oxucuların və tənqidçilərin böyük marağına səbəb olub.

“At günü” hekayə- triptixinin ilk dəfə çar olunduğu vaxtdan bir neçə il keçir. Əvvəlcə 2004-cü ildə “Ulduz” (№1) jurnalında işıq üzü görən hekayə, 2008-ci ildə “Literaturnıy Azerbaydjan”(№11) toplusunda Mədinə Eldarovanın tərcüməsində çap edilmişdir. Sonrakı mərhələdə müəllifin bir sıra digər əsərləri ilə birlikdə Rusiyanın məşhur ədəbi saytlarında yerləşdirilən hekayənin sanki “yeni həyatı” başlanmışdır; belə ki, aradan keçən qısa vaxt ərzində ölkəmizdə və onun hüdudlasrından kənarda yaşayan insanlar, habelə tanınmış qələm sahibləri, əsərlə bağlı çoxlu sayda fikir və mülahizələr söyləmiş, məqalə və rəylər yazmışlar. Müəllifin ünvanına gələn məktubların isə sayı-hesabı yoxdur.
Kitabların oxunmadığı, bədii əsərlərin arxa plana keçdiyi bir dönəmdə “At günü”nün belə geniş əks-səda verməsi özlüyündə maraqlı haldır.
Əsərdə insan mənəviyyatı və psixologiyasının qatları təbiət və canlı aləmlə müqayisə və qarşılıqlı kontekstdə təsvir edilmişdir.

Yazıçının həmkarlarının rəylərindən parçalar:

“... Кitаbı охuyurаm. İlк görüşümə gələn «Аt günü” hekayə-triptixidir. Qоy müəllif аhıl nаsirdən bu ifаdə üçün inciməsin: filоsоf-yаzıçının təкcə bu əsərini охumаq кifаyət еdərdi кi, müəllifin məsləк qаyəsini, yazıçı qüdrətini аnlаyа biləsən. Triptiх mövcud ədəbi jаnrın tələbinə uyğun olaraq üç bölmədən ibаrətdir:1.”Qаçış”. 2.”İntihаr”. 3. “Son”.
Nə qədər düzgün sеçilmiş, məharətlə işlənmiş оbrаzdır at! İlк növbədə о qənаətə gəliriк кi, yаzıçı qələmə aldığı həyata dərindən bələddir. Firuz Mustаfаnın hekayəsi təhкiyə zənginliyi ilə də məni hеyrаn еtdi. Simvollarla zəngin olan bu əsərdə at müstəqil bədii оbrаz kimi götürülüb və оnu dа dеyəк кi, Şərq ədəbiyyаtındа, о cümlədən, Аzərbаycаn nəsrində və pоеziyаsındа məcаzlаrа istinаd cəhətdən, bu obrazla bağlı rəngаrəng bir qаlеrеyа mövcuddur. Amma belə hesab edirik ki, indiкi dövrdə, ictimаi-dünyəvi məzmunlu əsərlərə daha kəskin еhtiyаc duyulduьu bir vахtdа, “At günü” tamamilə orijinaldır, bənzərsizdir.
“Bahar otları kimi şirin arzularının arxasınca” qoşan dayçanın canavara tuş gəlməsi, ilxı stixiyasına qoşulma cəhdi, onun az qala insan kimi keçirtdiyi sarsıntılar qeyri-adi bir ustalıqla qələmə alınmışdır. Bəlкə də, indiкi охucu, bizim dövrün кitаb mütаliə еdənlərdən fərqlidir və ona görə də hər seyi öz adı ilə demək lazım gəlir. Qısaca olaraq onu xatırladım ki, gözünü bağlayıb anası ilə cütləşməyə təhrik edilən dayça az sonra hər şeyi sanki insan kimi içindən keçirərək sarsılır. “Dayça yaydan qopmuş ox kimi yuxarıya doğru atılıb var gücü ilə özünü yerə çırpdı. Onun başı zərblə kiçik qaya parçasına dəyib guppuldadı... Dayçanın ağzından qan gəlirdi.”
Baş vermiş müdhiş hadisə bizi düşünməyə, nəticə çıxarmağa vadar edir. Indi biz, görünür, təkcə Аristоtеllərdən, Tusilərdən dеyil, hеyvаnlаrdаn da “insаnlıq” dərsi öyrənməк zorunda qаlmışıq.
Əsərdə namusunu satan bir adamla “namuslu” bir atın obrazı paralel olaraq, böyük ustalıqla təsvir edilmişdir.
Qələm sаhibinin səlаhiyyəti sözlərlə yоl göstərməк çərçivəsindədir, dünyаnı düzəltməк iqtidаrı vеrilməyib ахı, оna!..
Cəmil Əlibəyov ”

“... Firuz Mustafanın “At günü” hekayəsini oxumağımdan bir neçə il keçir. Bədii düşüncə məhsulunun axırıncı dəfə məni nə vaxt belə tərpətdiyi yadımdan çıxmışdı. Düzü, o vaxtdan bəri maraqlı yazılar çox oxumuşam, amma “At günü” müəllifiylə birgə hələ də yadımdadır.
Bəzən qələm adamları çox dəhşətli tablolar yaradır, qorxunc, vahiməli, hətta, iyrənc səhnələrlə oxucunu heyrətləndirmək üçün dəridən-qabıqdan çıxırlar. Ən layiqsiz sözlər, düşüncələr yol alır ədəbiyyata. Bəzi söz sahiblərıi - əslində nə onların sözü sözdür, nə də özləri - öz mənasız fikirlərini xalqa sırımaqla böyük bir iş gördüyünü zənn edir. Bəlkə də belə zənn etməzdilər, ətrafdakı tərifçilər ordusu olmasaydı...
Heyf, çox heyf ki, belələri ürüyüb-artaraq özləri kimiləri yaradır, formalaşdırır... Yox, deyəsən, mətləbdən uzaqlaşıram. F.Mustafanın “At günü” hekayəsindən danışırdım. O vaxt “əlimdə ixtiyar olsaydı, bu hekayəni Nobel mükafatına təqdim edərdim” demişdim. İndi də bu fiukirdəyəm. Onda bu sözü müəllifin özünə yox, bir neçə dosta, tanışa demişdim. İndi isə bütün oxuyanlara çatdırıram... ”
Hicran Hüseynova
“At günü” hekayəsində (...) Firuz Mustafa orijinal süjet xətti ilə təqdim etdiyi hadisədə çox maraqlı və ibrətamiz bir ideyanın bədii ifadəsinə nail ola bilmişdir”.
İlhamAbbasov

”Artıq qeyd etdiyimiz kimi, “At günü” hekayəsi ilə bağlı dünyanın müxtəlif ölkələrində yaşayan yazıçı, tənqidçi, filosof, esseist və oxucuların rəyləri işıq üzü görmüş, habelə, yzıçının poçtuna saysız-hesabsız məktublar daxil olmuşdur.

“Bax belə, biz susuruq, heç bir şey danışmırıq, yalnız özümüzü düşünürük. Şəraitə uyğun hərəkət edirik. Bəs nəticədə nə olur? Ölüm. Yox, gərək gecikməyəsən, hər şeyi vaxtında edəsən. Gərək pis adamları öz həndəvərinə yaxın buraxmayasan. Əsər xoşuma gəldi. Şərq koloriti aydın hiss olunur”.
Olqa Babuşkina
“Olduqca həyəcan doğuran bir hekayədir.
Mən vaxt tapdıqca Sisin bütün əsərlərinizi oxuyacağam.
Cox sağ olun”.
Şumer
Bütün gününüz xeyir olsun, Firuz Mustafa.
Mən əvvəlcə Sizin əsərlərinizə adi maraq xatirinə göz gəzdirdim. Və sonra buna heç də təəssüf etmədim. Sizin çox xeyirxah bir nəsriniz var, bunu Siz özünüz də yaxşı bilirsiniz. Qeyri-adi üslub, hər bir ifadədə hiss edilən Şərq koloriti.(...) Bundan sonra Sizin əsərlərinizi diqqətlə, qətrə-qətrə məni mənimsəyəcəyəm”.
Taisya İrs”
Firuz Mustafanın bu əsərini oxuyarkən sarsıldım: bu, necə də dəhşətlidir, axı insan öz məhəbbətini necə öldürə bilər? Özü də gör kimi öldürmək istəyir- öz Sahibindən heç nə ummayan bir canlını.
Olduqca güclü, ürəkdən yazılmış əsərdir.
Natalya Yazvitskaya”
“Hədsiz dərəcədə gözəl yazılımışdır.
Sizin yaradıcılığınızla tanış olmağıma şadam.
Sizə uğurlar, evinizə əmin-amanlıq arzu edirəm.
Zura İtsilorod
(Çeçen yazıçısı)”
“Ərəblərin əfsanəsi ilə səsləşən heyrətamiz dərəcədə gözəl bir hekayə.
Əsl həqiqətdə, “yaxın imbrindinq” (bir döldən və ya yaxın qohumluq əlaqəsi olan heyvanların cütləşməsi)- yeni cinslərin meydana gəlməsində genış yayılmış hadisələrdən biridir”.
Fossi Passo
“Bu, insanı sarsıdan bir əhvalatdır. Heyvanların da qəlbi var, onların heç nə duymadığı barədə deyilənlər insanların öz uydurmalarıdır. Qəlb haqqında yazdığınız bu əsərə görə sağ olun”.
Lalita Sultanova”
“Sizin hekayəniz mənim hədsiz dərəcədə xoşuma gəldi. İnsanın mahiyyəti onun etdiyi bütün hərəkətlərdə üzə çıxır. Vicdanlı adamların müqavimətinin həyasıslar tərəfindən necə sındırdığını və bu cür zəifliyin onların həyatı bahasına necə başa gəldiyini Siz gözəl təsvir etmisiniz. Hekayə çoxplanlıdır, düşüncəni oyadır, insanı həyəcana gətirir.
Xoşuma gəldi”.
Zoya Slotina
“Siz atları elə ğözəl təsvir edirsiniz ki, sanki onlar da öz kədəri, dərdi və sevincləri ilə insandır! O da var ki, Sizin hekayənizdəki atlar daha insanidir!
Təşəkkür edirəm.”
Yelena Çernışeva”
“Hörmətli Firuz Mustafa, sizin hekayənizi çox böyük bir məmnuniyyətlə oxudum.
Bu əsərə görə çox sağ olun.
Lena Sever”
“Olduqca gözəl bir hekayədir!
Sizi var olasız!
Roman Dneprovskiy”
“Olduqca insani və gözəl bir əsərdir...
Larisa İşbulatova”
“Kədərli hekayətdir. Amma çox gözəldir. Çox vaxt heyvanlar insanların diqqətindən kənarda qalır. Təssüflər olsun.
Rozinskaya Tamara”
“Olduqca güclü bir təsir bağışladı. Hədsiz, lap hədsiz dərəcədə xoşuma gəldi.
Alyona Dançenko”
“Hörmətli cənab Firuz Mustafa! Budur, mən artıq Sizin bir neçə əsərinizi oxumuşam və onların hamısında bir xətt görürəm: bu, fəlsəfədir, adi insani münasibətlərin fəlsəfəsi. Bir tərəf xeyirxahla, digər tərəfsə bunun əksinə olan hisslərlə yaşayır. Bir sözlə, burada hər şey həyatda olduğu kimidir. Biz bəzən adamlara üzümüzü tuturuq, onlarsa əvəzində bizə arxalarını, böyürlərini və s. çevirirlər. Qapalı bir qonşuluq mühitində yaşayırıq. Bax, Sizin əsərləriniz də bu cəhətlərinə- təmizliyinə və sadəliyinə görə mənə xoş gəldi. Sizə yaradıcılıq uğurları arzu edirəm.
Mən Sərqi çox sevirəm. Mənə onun dili çox aydındır!
Mən İordaniya, Əmman, Türkiyə, BƏƏ, Sudan və Qatarda tez-tez oluram. Yəqin ki, tezliklə Azərbaycanda da olacağam. Bu, mənim Sizin ölkənizə ilk gəlişim olacaq.
Düşünürəm ki, bu görüş mənı məyus etməyəcək.
Sizə və Sizin yaradıcılığınıza dərin ehtiramla.
Konstantin Tsarenko
(Ukrayna yazıçısı)”

“Həyati bir əsərdir. Həyatda kiməsə pislik arzulamaq pis şey olsa da, mən istərdim ki, etdiyi bəd əməllərin müqabilində qonşu öz cəzasını çəkəydi. Sadə, vicdanlı adamlar daxilən əzab çəkir və sakitcə ölüb gedirlər. Təssüflər ki, həyatda elə bu cür də olur. Oxudum və Sizin qəhrəmanlarınızla birgə bir ömür yaşadım.
Nina Mak”
“İnsanları yaxından tanıdıqca,
İtlər daha çox xöşuma gəlir”.
Lüdviq Aşkenazi.
(..............................)
İndiki halda isə bu fikir, atlara aiddir.
Ehtiramla.
Şərq Gəzərgisi”
“Mənəviyyatın daimi problemlərini diqqətə çəkən olduqca ciddi və çoxqatlı bir hekayədir. Süjet gözəl işlənib, finalla üzvi surətdə bağlıdır. Əla üslubu, zərif dili olan bu əsəri oxumaq bir aləmdir. Dayça obrazı heyrət doğuracaq dərəcədə gözəldir. Onun naturasının bütün incəliklərini dəqiqliklə vermisiz -Siz bunu necə bacarmısınız? Hər şeyi elə ustalıqla təsvir etmisiniz ki, sanki bütün bunları rəssam kətan üzərində çəkmişdir.
Tamara Kostomarova”
“Salam, hörmətli Firuz Mustafa.
Heyrətamiz hekayədir! Emosional təsir gücünə görə bu, ən gözəl hekayələrdən biridir. (...) ... mənim fikrimə görə, o, bir triptix kimi dəqiq surətdə iki yerə bölünür. Birinci iki hissə tamamilə müstəqil şəkildə mövcud ola bilər, yəni onlar bədii cəhətdən bitkin və bütövdür.
Amma at sahibinin öz dayçası kimi hərəkət etdiyi səhnə ayrılıqda da mövcud ola bilər və bu hissə güclü, həm də olduqca güclü yazılıb.
Mən bu rəyi əsəri oxuyan günün səhərisi yazıram- əsərin güclü təəssüratı altında!
Sizi var olasınız,
Ehtiramla.
Tamara Zaxarova”
“Olduqca güclü hekayədir, sevgi və faciə ilə doludur.
Mən bu əsəri oxuyub qurtaranacan az qala infarkt alacaqdım. Amma mən hələ innən belə üç saat da işləməliyəm…
Mən hönkür-hönkür ağladım.
Siz- sözün ustadısınız. Buna görə Sizi var olasınız.
Allah Sizə sağlıq və güc versin.
R.S. Ətraf aləmi duyaraq onunla harmoniyada yaşayanların hamısına cansağlığı.
Malenkaya”

“Sizi salamlayıram. Mən “At günü”nü oxudum. Çox gözəldir, həyəcan doğuran əsərdir... və heyiflər olsun o dayçaya.
Yana Anina”
“Hörmətli Firuz Mustafa. (...) Mənə Sizin əsərləriniz, xüsusən də
“At günü”, hədsiz dərəcədə xoş gəldi. Sizin necə də təsirli qələminiz var; dayçanın anasını axtarması, onun ətrini duyması, onun üzünü görməsi- bütün bunlar necə də gözəldir. Mən özümü o dayçanın yerində hiss etdim və hətta, ağladım da.
Bu işıqlı göz yaşları üçün Siz sağ olun.
Liliya Qnatyuk”
“Hörmətli Firuz Mustafa, məni Sizin hekayəniz sarsıtdı! Hələ də bu əsərin təsiri altındayam və buna görə də onun məni necə mütəəssir etdiyini deməyə söz tapmıram. Bu əsər mənim yaddaşımda əbədi qalacaq- çünki o, mənim hiss və duyğuma hopmuşdur.
Sizə təşəkkür edirəm!
Sizə uğurlar arzu edirəm!
Ürəyimin hərarətiylə...
Aleksandra Ploxova”
“Alicənablıq və alcaqlıq haqqında yazılmış ən yaxşı hekayədir. Mən əminəm ki, bu mətn doğma dildə daha “ləzzətli” alınıb. Hər yeni süjet keçidi mənimçün maraq doğurdu. İnsanın iradəsizliyindən irəli gələn yaxşılıq, zahirən ziyalılığa bənzər yumşaqlıq, son nəticədə günahsız atın qanının tökülməsinə gətirib çıxarır. Çox sağ olun ki, Siz süjetə canlılar aləmindən hansısa əclaf bir personaj gətirməmisiz. Hətta, deyərdim ki, qonşu obrazının alçaqlıq səviyyəsi oxucunun səbr kasasını doldurur.
Yelena Kabışeva”
“Mən əsəri oxuyub ağladım. Dayçanın və onun anasının, habelə onun sahibinin taleyi məni göz yaşı tökməyə vadar etdi.
İndi əsəri oxuyub qurtarandan sonra da sakitləşə bilmirəm. Göz yaşlarım qurumur. Siz sözün üstadısınız.
Sənə təlqin edilən hansısa bir fikrə etiraz edə bilməyəndə, nəticə elə həyatin özündə də bu cür olur. Lazım gələndə “yox” deməyi bacarmaq lazımdır.
Bəs nə üçün şər həmişə qələbə çalır?
Valentina Karlstryom”
“Güclü və inanılmaz dərəcədə təsirli bir hekayədir!... Məhəbbət, əclaflıq, satqınlıq haqqında bir əsər. Bu, həyat haqqında bir əsərdir- elə bir həyat ki, təəssüflər olsun, biz onun bütün rəngləri ilə qarşılaşırıq. Burada hər şey, dayçanın hiss və həyəcanları, onun sevinci və faciəsi və əlbəttə, onun sahibinin taleyi- bütün bunların hamısı təsirlidir... Mən bu əsərdə Sizin qadına olan rəğbətinizi, onunla bağlı xoş niyyətinizi, ona olan gözəl münasibətinizi də gördüm. Bu əsl Kişilərə xas bir cəhətdir!
Sağ olun!...
Janna Cer”
“Əsəri oxudum və özüm-özümlə baş-şaşa qalııb suallara cavab aradım.
Professional yazıçını oxumaq necə də gərəkli və həm də ağrılıdır.
Ustalıqla qələmə alınmış detalları, zərgər dəqiqliyi ilə işlənmiş hər sözü, qəhrəmanların qəlbibin hər bir döyüntüsünü əks etdirən mətni özünün bütün mövcudluğuyla canlı bir varlıq kimi hiss etmək necə də ləzzətlidir.
Mən Sizin yaradıcılığınıza hökmən yenə qayıdacağam. Heç şübhəsiz ki, Siz ustadsınız.
Çax sağ olun.
Yelena Tayeva”
“Çox ağrılı bir hekayətdir... bədbəxt at... axmaq adamlar...
Amma onlar hər bir hərəkətləri üçün öz həyatları bahasına cavab verirlər...
Yuliya Melnikova”
“Hörmətli Firuz Mustafa! Sizin hekayəniz birinci sətirdən sonuncu sətrəcən oxucunu gərginlikdə saxlayır, insanı bədəninin və qəlbinin bütün hüceyrələri ilə həyəcanlanmağa vadar edir. Əgər sirr deyilsə bildirin: bu bədii təxəyyülün məhsuludur, yoxsa real faktlara əsaslanır? Mən hələ ilk gəncliyimdə əlimə düşən bir kitabda Monqolustandan satın alınıb Amerikaya gətirilən bir cavan dayça barədə oxumuşdum. Həmin at baş götürüb qaçmış, öz böyüdüyü yerə- doğma səhralara qayıtmışdı. Bu əhvalat bir həyati əhəmiyyətə malik idi. Hansısa bir andan başlayaraq müşahidəçilər dayçaya mane olmadan, satitçə ona göz qoymuş, maraqlanmışlar ki, görsünlər bu işin sonluğu necə qurtarır? Bax elə o vaxtdan mən atlara hədsiz bir həyəcanla yanaşıram; Sizin hekayənizi oxuyandan sonra isə At- mənimçün böyük hərflə yazılan bir varlığa çevrildi!
Səmimi ehtiramla.
Əminə”
“Mən (...) əsəri oxumağa başladım, həmin an anladım ki, orada nəsə dəhşətli hadisə baş verəcək... Canlı aləmə aid, xüsusən it və atlarla bağlı geniş fəfərrütla yazılan əsərlərə adətən ötəri ğöz ğəzdirirəm, onları diqqətlə oxuya bilmirəm...
“At insesti” isə- bu, dəhşətli bir şeydir!
Məni qınamayın... Mən bu əsəri sonacan oxuyb qiymətləndirə bilmərəm, Firuz Mustafa.
Mənim bu işə gücüm çatmaz...
(O dəqiqə bilinir ki, bu professional və istedadla yazılmış bir əsərdir).
Ehtiramla.
Marina Dutti”
“At haqqında yazılmış bu əsər olduqca təsirlidir. Çox gözəl, hərarətlə, duyğu ilə yazılmışdır. Hətta, internetdə atların seleksiyası, ümumiyyətlə, atlarla bağlı yazıları da oxudum.
... Yadıma geoloq olduğum gənclik illəri düşdü. Mən atları ilk dəfə onda tanıya bildim. İndinin özündə belə, sanki fikirlərin əks olunduğu ağıllı at gözlərini xatırlayıram.
Zoya Çeprasova”
“Əsl əsər, həqiqi nəsr əsəri, insanı elə birinci cümlədən sehrləyir...
Belə əsərləri oxumaq- adama zövq verir.
Siz əsl sənətkarsınız. (...)
Valentina Duşina”
“Hekayənin başlıca mövzularından biri- qəddarlıqdır; canlılara, insanlara, uşaqlara qarşı yönəlmiş qəddarlıq.
Hekayəni oxuyarkən öz-özümə düşünürdüm ki, görəsən niyə insanların bir qismi bu qədər qəddar, digər qismi isə tamamilə bunun tam əksinədir.
Dayçanın sahibi, vicdanlı və başqasının dərdinə şərik olan bir insan, dayçanı öz anası ilə cütləşdirdiyi üçün özünü heç cürə bağışlaya bilmir. Və yəqin ki, o, sevdiyi qadını qoruya bilmədiyi və həyatının ağır çağlarında ona heç bir kömək edə bilmədiyi üçün, bütün ömrü boyu əzablar içində qovrulur.
Çox həyəcanlı bir əhvalatdır. Heyif o canlılara və o insanlara.
Olqa Klimova”

“Sizin hekayə-triptixi oxuyarkən mənim yadıma İ.S. Turgenevin öz gündəliyində L.N.Tolstoyla bir görüşü haqqında yazdığı qeydlər düşdü.
Yasnaya Polyananın ətrafında gəzinti zamanı onlar qocalmış bir at görürlər və və Tolstoy bu vaxt atla bağlı bir əhvalat danışmağa başlayir (sonralar bu improvizasiya onun “Xolstomer” povestinin əsasını təşkil etmişdir). Lev Nikolayeviç söhbət zamanı uzun ömrü boyu həyəcan və ağrılarla yaşayan atı elə dəqiq və psixoloji bir ustalıqla təsvir edir ki, Turgenev heyrətə gələrək dillənir: “Lev Nikolayeviç, Siz yəqin ki, nə zamansa at olmusunuz!”
Firuz Mustafa, Siz atın hiss-həyəcanını, davranışını, “psixologiyasını” elə dəqiq təsvir etmisiniz ki, Tutgenevin dediyi həmin sözləri Sizin ünvanınıza da söyləmək olar; bu, həm də hekayəni yaradan yazıçının ustalığıni təsdiq edən bir etirafdır.
Lyudmila Beresneva “
“Sizin hekayənizi bir nəfəsə oxudum. Mən atların daxili aləmini özüm üçün kəşf etdim. İndiyə qədər onlarla yaxından tanış olmamışam. Əsər məni sarsıtdı. Sağ ol. Çox güclü yazilib.
Hərarətlə,
Natalya Lubyanko”
“Gün aydın, Firuz Mustafa! Mən az-çox yazi-pozu ilə məşğul bir adam kimi deyə bilərəm ki, həm kompozisiya, həm də məntiq baxımından çox professional şəkildə yazılmış əsərdir. Amma məni sarsıdan bir məsələ barədə danışmaq istəyirəm. Deyirlər ki, (bunu həmin canlılarla yaxından tanış olanlar söyləyirlər) atlar da, bizim kimi anlayır, bizim kimi sevirlər. Bu söyləninənlər bir qədər mübahisəli təsir bağışlasa da, Sizin triptixinizi oxuyarkən hiss etdim ki, bu, həqiqətən belədir.
Triptixin birinci hissəsi adamı sarsıdır; daycanın dünyaya baxışı sanki sadəlövh, işıqlı sabahın olacağına inamla baxan qayğısız insanları- bizim yeniyetməlik çağlarımızı yada salır. Və o zamanlar bir hadisə baş verəcəyi təqdirdə həmişə düşünmüşük ki, bizim köməyimizə anamız gələcək, amma sən demə, “ana yağlı əppəyə dönüb göyə çəkilibmiş”.
Mən bu hekayəni ağrılarla oxuyub başa vurdum. Burada hər şey- üslub da, dialoqlar da, daxili monoloqlar da, əxlaqa aid fikirlər də mənim hədsiz dərəcədə xoşuma gəldi; bir dəfə satqınlıq etsən bunu yenə təkrar edəcəksən; yeri-göyü yaradanın cəzası isə heç də uzaqda olmur; budur, bədbəxt bir insan, onu nə vaxtsa sevmiş bədbəxt bir qadın, öz sahibinə sədaqətli olan bədbəxt bir at və qanunauyğun bir final- ölüm...
Saule Karabayeva”
“Sağ olun və həmişə yazıb-yaradın, Firuz Mustafa!
Bu əsər- klassikadır. Həm üsubuna, həm detallarının obrazlılığına, həm dialoqlarına, həm də personajlarının xarakterinə görə. Mən şadam ki, belə son dərəcə gözəl (əsl yazıçı!) hərdən mənim yaradıcılığımla da maraqlanır...
Əsərdə yerli kolorit də məni çəkdi. Mən öz xalqina və onun adət-ənənsinə belə həssas münasibət bəsləyənləri çox sevirəm. Firuz, Sizin əsərləri kim tərcümə etmişdir? Tərcümələr nöqsansızdır.
Lyudmila Volkova”
“Sizin əsərlərinizi oxuduğum zaman yaşadığım anlar üçün sağ olun!
Sizin hekayəniz- klassdır, əsl nəsrdir...
Sizə ehtiramla,
Marina Kario”
“Çox güclüdür, obrazlıdır. Mən bir neçə saatdır ki, bu hekayənin təsiri altındayam. Məni nəsr oxumağa sövq etmək çətin məsələdir; amma məni bu əsərdən ayrılmağa bir kimsənin gücü çatmazdı. Mən qəlbimin ən dərin qatınacan sarsılmışam. Siz misli-bərabəri olmayan bir istedadsınız.”
P.S.
Zəif və qeyri-adi dərəcədə xeyirxah bir insanın əzab və həyəcanlarını belə belə ustalıqla verdiyiniz üçün Sizin istedadınız qarşısında baş əyirəm. Atın duyğu və hisslərinin təsviri də misilsizdir! Bu, ağlasığmaz dərəcədə güclüdür!
Lyudmila Kurışeva (şairə, həkim)”
“... mənim ən böyük nöqsanım bəlkə də fikri uzatmadan, aydın-yığcam şəkildə deməyi bacarmamağımdır. Amma mən əmin olmaq istərdim ki, Siz məni indi qələmə aldığım bu qısa yazıdan da anlayacaqsız. Mən uzun müddət emosional çılığınlığın deyil, təmkinliliyin tərəfdarı olmuşam. Amma mən indi o cür fikirlərdən daşınaraq düşünürəm ki, sözün vaxtında və döğru-düzgün deyilməməsi insanı səhv yola apara bilər. Sevimli adama və doğmalara öz ürəyindən keçənləri məqamında demək, onları nə vaxtsa edə biləcəkləri səhvlərdən uzaqlaşdırar. Əgər sən vicdanının tam əksinə olan bir şeyi qətiyyətlə qəbul etməyib onunla barışmasan çox bəlalardan yaxa qurtara bilərsən. Emosiyaları öz daxilində sıxıb saxlaya bilərsən, amma onlar sənin içində alova dönər, sənin ürəyinsə nə qədər dözsə də günlərin bir günü yanıb kül olar.
... əsər çox xoşuma gəldi. Xüsusən də atın hiss-həyəcanının təsviri. Sanki baş verənlər sənin öz içindən ötüb keçir.”
P.S.
...əsərlərinizi oxumaq qətiyyən mənim vaxtımı almır, əksinə, Sizin mənim yaradıcılığıma vaxt ayırıb məni ruhlandırmağınız çox xoşdur. Mən ona görə Sizin əsərləri oxuyuram ki, onlar həqiqətən maraq doğurur. Düşünürəm ki, bu günlərdə yenə vaxt ayıracağam.
Yevgeniya Şendrika (Riqa, şairə”
“Gözəl əsərdir.
Zəhmət olmasa deyin, bu triptix əvvəllər nəşr olunubmu?
Ehtiramla.
Olqa Şarikova”

“Firuz-abıy, mən əsəri oxuyub ağladım. Yaşadığım ağrı sanki ürəyimi parçaladı. Siz çox güçlü, sərrast yazırsınız.... Hər söz yerli-yerində işlədilib, tərcümə olduqca gözəldir. Mən çoxdan idi ki, bu qədər təsirli və ağlasığmaz dərəcədə hissiyyatlı əsərlə rastlaşmamışdım.... Çox sağ olun, yaşayın!
Sizə ehtiram və yüngül qələm arzusu ilə.
P.S. Firuz-abıy, Sizə xoş güzəran, uzun ömür, yaradıcılıq üğurları arzu edirəm.
Böyük şükranlıq hissi ilə,
Ayşa Umbetova”
“Firuz Mustafa, Sizin hekayəniz məni çox təsirləndirdi. Bu duyğulu bir əsərdir. İndiki zəmanədə belə dərin yazıçılara nadir hallarda təsadüf olunur. Mən öz əsərlərinə milli koloriti hopdura bilən yazıçı və sənətkarlara böyük maraqla yanaşıram. Cingiz Aytmatovu hədsiz dərəcədə sevirəm.
Sizə yaradıcılıq uğurları arzusu və ehtiramla,
Natalya Şalina Semyonova”

“...bu nəcib heyvanlarda yüksək bir əxlaq yaşamaqdadır. İnsanlar bu barədə düşünsəydilər pis olmazdı.
Əgər atın sahibinin vecinə olmasaydı belə, atın özü belə bir seçim (intihar-red.) edəcəkdi.
Əsərin finalı- həyata bərabər bir ölümdür.
Çox təsirli bir hekayədir, bundan başqa əsər özündə insani əxlaq yaşadır.
Lyudmila Kalinovskaya”
“Gözəldir, hətta, olduqca gözəldir.
(...)
Yuriy Feldman”
“Əssəlamu- əleyküm.
Çox gözəl bir əsərdir.
Mən sanki təzədən öz uşaqlığıma qayıdıb Udaloy adlı madyanimin belinə yatdım.
Səhər yemək üçün mənə verilmiş qənd parçasını ona uzatdığımı, onunsa təşəkkür edirmiş kimi isti bir nəfəslə fınxırdığını təzədən xatırladım. Həmin at müharibənin dəhşətlərindən keçib “komissovat” olunmuş və artıq qocaldığı üçün dövlət müəssisəsinə verilmişdi.
İkimərtəbəli, üstü samanla örtülmüş at tövləsi bizim həyətdə yerləşirdi. Anam atlara baxırdı, atam isə arabaçı vəzifəsinə götürülsə də, ağac gövdələrini atlara qoşaraq sudan çıxarıb üst-üstə yığmaqla məşğul olurdu. Mən demək olar ki, atlarin arasında böyümüşəm. Bizim küçənin oğlan uşaqları səbrsizliklə iş gününün başa çatmasını ğözləyirdilər; biz bundan sonra atları yuxarıdakı çaya qədər qədər çapıb sonra gerı dönürdük. Həmin çayda biz üzüyuxarı üzür, ürəkdən şənlənir, çimir və atları da çimizdirirdik. Sonralar atı başqa yerə apardılar və o zaman uzun müdddət ağladığımı mən indi də xatırlayıram...
Ehtiramla, mavlut hafiz,
İakut”
“Ah, necə güclü bir hekayədir.
Bu sözün həqiqi mənasında əsl əsərdir.
Belə bir hissi yalnız “Xolstomer”i (L.Tolstoyun əsəridir-red.) oxuyarkən keçirmişəm.
Yan Bruşteyn”
“Oxuduqca sanki şaxta canımı dalayırdı.
Çox güclü yazılıb.
P.S. Göylə yeri birləşdirmək çətin məsələdir.
Siz buna müvəffəq olmusuz.
Mariyan Şeyxova”
“Təsirli, bəsirətli bir hekayədir! Burada hər şey heyrətamizdir! Oxuduqca bədənim titrəyirdi! Siz əsasən iri həcmli əsərlər yazırsınız, təəssüf ki, vaxt azlığına görə yazılanların hamısını oxuya bilmirəm. Mən Sizin bütün əsərləri oxuyar, oxuyardım.
Sizə uğurlar və daimi ilham arzulayıram!
Yekaterina Qorbunova-Mosina”
“At günü” hədsiz dərəcədə gözəl bir hekayə-triptixdir. Başqa əsərlərinizi də oxumağa başlamışam. Hamısı yüksək səviyyədə, istedadla, amma intəhasız bir ağrı ilə yazılmış əsərlərdir. Mənə bu cür əsərləri oxumaq ağır başa gəlir- özümü üzlmüş hesab edir, hətta, xəstələnirəm.
Misilsizdir.
Natalya Estevan”

“Siz güclü bir əsər yazmısınız, oxucular ona etinasız qala bilməzlər.
Dayça və onun anasının –gözəl kəhər atların obrazı necə də məhəbbətlə təsvir edilib!
Mən oxuduqca ağlayırdım, elə buna görə də gec rəy yazmalı oldum.
Burada insanın sifəti…insanla bağlı sədlər… bütün bunlar, indi qarşılıqlı əlaqədə görünür.
İnsanları mühakimə etməmək… Bəs insan öz nağılı- öz məhəbbəti uğrunda niyə döyüşmür?
Və o, niyə başqası tərəfindən ram olunur?..
Bəs hanı sərhəd, o sərhəd ki, onun üstündən heç kəsin addımlayıb keçməsinə imkan verilməsin?
Yaxın qonşu… Dayan… O yana keçmək olmaz… Ora sənin ərazin deyil!
Aman Allah!
Qəhrəmanlar o qədər realdır ki, nəyisə…əlavə etmək mənasızdır.
Tatyana Kojuxova”
“Çox sevinirəm ki, dostlarımın məsləhəti ilə bu əsərinizi oxudum. Çox gözəl yazı üslubu var. Düşünürəm ki, tərcümə zamanı üslub qorunub. Bu əsəri öz dilimizdə də oxumaq istərdim. İslam Bağırov”

«Xoşuma gəldi. Siz canlıların həyatını necə də gözəl bilirsiniz. Mən ani olaraq özümü dayçanın yerində hiss etdim. Həm də məsələ bundadır ki, mənim adımın mənası elə “nursaçan dayça” deməkdir.
Nurtay»
“Allah insanı bu əsərdəkinə bənzər qonşudan qorusun! Qoy heç bir bəndəni şeytanlar yoldan çıxara bilməsin. “Sənin üzünə vurar, o biri atı irəli ver”. Əsərin qəhrəmanı məhz bu cür hərəkət edir. Bəs nəticədə nə baş verdi? Qonşunun qarşısında kim duruş gətirə bilmədi, öz atını kim satdı, baş verənlərə kim öz həyatı bahasına cavab verdi? Bütün hallarda “göz-gqzə” daha ədalətli səslənir. İnsanın satqınlığı canavar dişindən və ilan zəhərindən daha dəhşətlidir; çünki vəhşilər özlərini və öz balalarını müdafiə etmək və ya yem əldə etmək məqsədilə diş qıcayırlar. İnsan əclaflığı isə qapqara həsəddən doğulur.
Həsəddən kin doğur, kin isə insanda bütün insanlığı öldürür.
Təəssüflər ki, əsərin sonluğu ədalətin qələbə çalacağına bir ümid yeri qoymur.
Ehtiramla və Sizin ev-eşiyinizə xoşbəxtlik arzusu ilə,
Lyubov Terexova”
“At günü” əsəri mənim hədsiz dərəcədə xoşuma gəldi.
Orada əbədi, həqiqi olan dəyərlər barədə söhbət açılır.
Oxuduqca çox şeylər haqqında düşünməli olurasan. Xoşbəxtlik nədir, məhəbbət nədir? Ləyaqət nə deməkdir, insanı insan eləyən nədir?
Çox ağıllı, həyati bir hekayədir.
Hədsiz dərəcədə gözəl yazılıb, atların həyatından verilən səhnələr əsrarəngizdir.
Bu təmiz səhnələrdə- ölüm təhlükəsi ilə üz-üzə gəlmə, canavarla qarşılaşma, insan həyatı ilə bağlı lövhələrdə necə kontrastlar var. Amma buradakıların heç də hamısı təmiz varlıqlar deyil. Burada insanlar tərəfindən aldadılsa da belə, sonacan təmiz qalan təkcə dayçadır.
At sahibinin uzun monoloqu belə, əsərlə üzvi vəhdətdədir.
Bu monoloq təkcə düçar olduğu dərdlərdən irəli gəlmir, bu, özü özünü bağışlaya bilməyən bir adamın iniltisidir. O, üçqat iradəsiz adamdır, bütün baş verənlər üçün qonşusunu müqəssir bilsə də belə, hesab edirəm ki, düşdüyü fəlakətlərdə əsl günahkarın kim olduğunu bilir. Həmin günah sahibi elə onun özüdür. Alçaq bir kəs səni nə qədər aldadıb yoldan çıxartsa da, sənin ona “yox!” demək haqqın var.
Amma o, bir dəfə də olsun “yox” deyə bilmir.
Əgər o, müqavimət ğöstərsəydi, sevdiyini başqası aımazdı, atını qonşuya satmazdı, dayçanın öz anası ilə cütləşməsinə imkan verməzdi...
Müəllifə bu əsərə görə “çox sağ ol” deyirəm.
Yuliya Yolka”








































“...QAPI...” romanı haqqında rəylər

“Bəzən insana bu cür qapıları açmaq müdhiş olur”
Lyudmila Solma

Bu cür tarixi dramatik hadisələr haqqında oxumaq ağrılı və açılıdır. Bu cəhənnəmdən çıxmış adamların əzab və əziyyətlərinə baş vurmlı olursan. Bu movzuda yazmaq çətindir, amma sizə güclü,emosional bir əsər yazmaq nəsib olub.
Qalina Paudere


İfadəli, aydın, emosional, görümlü bir əsər yazılıb, elə buna görə dəbaş verən bütün dəhşəti gördüm.
Vera Pavlova

Müqəddəs yerin zindana çevrilməsi, bu-fəlakətdir.
Lena Juravlyova

Müqəddəs yerin zindana çevrilməsi, bu-fəlakətdir.
Lena Juravlyova

Adamın bədəni əsir.
Əsəblər tarıma çəkilir.
Baş verənlər ilk baxışda ağla batmır.
Sonra peşəkarlıq üstün gəlir.
Hətta bu gözəlüslub get-gedə zövq verir.
P.S.
Şərq fəlsəfəsinin zərif işləmələri ilə zəngin olan bir əsərdir. Palıd qapılarsa hətta bizim zamanımızda beləqorxunc təsirini saxlamaqdadır.Bu dünyadakı güc sahiblərinin kabinetlərindən çıxan adamların üz-gözündəki gizlədilməsi mümkün olmayan ifadə və hisslərin çomənalı çalarını müşahidə etmək mənə dəfələrlə qismət olub.
İduşşaya

Nə yaxşı ki, biz o zamanı yaşamamışıq. Bu,bizim xalqın dəhşətli tarixidir... Bu əsər öz gerçəkliyinə görə diqqətəlayiqdir.
Emiliya Ofledi

Bu əsərin müəllifinə ağır qapıları keçmişə açmaq cəsarətinə, keçmiş sistemin həqiqətlərini danışdığına görə təşəkkürlər. Oxuduqca insan gecə atılan atəşlərin səsini eşidirmişkimi diksinir, amma bütün bunları bilmək lazımdır.
Tamara Bezuqlaya


Bu əsərin hər sətrində insani ağrı və insana görə ağrı duyulur.
Aliyə Ali


Bu əsəri oxumaq ağırdır. O mənada yox ki, ağır əsərdir, ona görə ağırdır ki, bütün bu baş verənlərin həqiqiliyinə inanmaq ağır və çətindir.
Yekaterina Şulqa

Güclü əsərdir. İnsan həyatı-bu, sirdir.
Oxumaq ağrılı olsa da, bu gereklidir. Gözəl fikirlər çox gözəl bir formada verilib.
Leyla Səbzəli

“Qapı” güclü bir əsərdir. Şər nə qədər güclü olsa da xeyri və gələcəyə olan işıqlı inamı məhv edə bilməz.
Nataliya Matlina

Çox güclü bir əsərdir. Hər şey yerli-yataqlıdır, bu romanda artıq heç nə yoxdur. Mən bir professional yazıçı kimi bu cür kitabların necə ağrı ilə yazıldığını, necə çətinliklə başa gəldiyini bilirəm.
Bütün bu baş verənlər yuxunu xatırladır. Qapını açıb bu yuxunun içinə daxil olan adam oradan geri çıxa bilərmi?
Mənim bu yaxınlarda “ Mənim Yaxın və uzaq Şərqim” adlı kitabım nəşr olunub.Ona görə də sizin yazdıqlarınızın hamısı mənə çox maraqlıdır; çünki sız ənənəni yaxşı duyursuz .
Qalina Paqutyak
(Ukrayna yazıçısı)

“Döğrudan da bu əsər qəlbin və yaddaşın tərcümeyi-halıdır.”
Tatyana Kojuxova

“Firuz Mustafanın romanı sirr və sehrlə doludur”
Murat Yusupov













“ÇARDAQDA ZİRZƏMİ” əsəri barədə fikir və rəylər

... doğrudan da ZAMAN ÇAYI adamları ayırmağa qadirdir, amma nəyisə unutdurmağa... qadir deyildir.
Ürəkdəki insani ağrılar iynə kimi, iti bıçaq kimi daim səninlədir....
Yevgeniya Şendrika

Çox təsirli ağılsızlıqdır. (...) Bu əsərdə ağrı, inciklik və fərdin mübtəla olduğu ağılsızlıq bacarıqla açılmışdır. Zaman çayı sevişən cütlüyü özlərinin buraxdıqları səhvə görə bir-birindən ayırmışdır. Gözəl yazılıb. Mən əsəri oxuyan zaman baş verən hadisələri ğözümləgördüm. Olduqca təsirlidir!!!
Kseniya Ustinova

... əgər mən düzgün anlamışamsa burada bir neçə mövzu bir-birinə qovuşub: anlaşılmazlıq, xəyanət, yaxınlaşmaqda olan bədbəxtliyin hissolunması və s. Və bütün bunların hamısı Zamandan asılıdır. (Əsərdə gənclik, orta yaş və ahıllıq Zamanı). Bu mövzu maraqlı olduğu qədər dənəhayətsizdir. M. Prustda bir qrup adamın xeyirxah, digər qrupunsa amansız iradəsi təsvir olunur və deyilir ki, bütün bunlar insanlara xas cəhətdir, özü də Allaha tabedir-adı isə Zamandır, insanlarsa Ondan üz döndərmək istəyir.
Mən əminəm ki, bu maraqlı əsərdəmüəllif öz qarşısına qoyduğu məqsədə uğurla çatıb.
Alyə Ali

Çox gözəldir. Sizə daha böyük uğurlar arzu edirəm.
Zura İtsmiolord

Hədsiz dərəcədə canlı və zərif əsərdir. Dialoqlar cəlbedicidir. Mənə həm də milli cizgiləri əks etdirən əsrlər xoş gəlir. Siz bu yoldan geri çəkilməyin.
Anna Yerşova

....olduqca zərif bir əsrdir. Burada məkan çox genişdir.
Qalina Paqutyak

“Çardaqda zirzəmi” əsərini oxudum. Bu, çox maraqlı və eyni zamanda mürəkkəb bir əsərdir. İlk təəssüratlarımı yazıram.
Mənim qənaətimcə, əsərdə kişi və qadın arasındakı sadə olmayan münasibətlər nəzərdən keçirilir. Qarşılıqlımünasibətlərin mürəkkəbliyi, qısqanclıq, nəhayət bir-birinə inamın itirilməsi SEVGİnin əzablı ölümü ilə başa çatır.
Və... acı tövbə.
Onlar ilbəil, qocala-qocala O qadın və O kişi oz dərdlərindən azad olmaq üçün mehmanxanaya gəlir və özlərinə söz verirlər ki, ömrün bir gününü öz sevimlilərinə həsr etsinlər. Və bu ölənə qədər elə bu cür də davam etməkdədir...
İnsanlar bir-birinizi sevin, bir-birinizə inanın, öz etibarınızı bu cür-öz əlinizlə boğub öldürməyin. Siz sevib-sevilmək üçün yaranmısız, qoy sizin qəlbinizdə sakitlik bərqərar olsun....
Mən müəllifə sağlamlıq, yaradıcılıq uğurları arzu edirəm. Qoy bu cür əsərlərin səsi dünya teatrlarının səhnələrindən gəlsin.
Şahlo Kasımova

Əla pyesdir. Plastik, canlı, mənalı bir əsərdir. Böyük zövqlə oxudum və təsəvvür etdim ki, onu necə tamaşaya qoymaq olar.
Kseniya Tarabanova

Mən “çardaqda zirzəmi” əsərini təsvirəgəlməz bir zövqlə oxudum. Burada hər bir şey eleqantdır, özü də ustalıqla yazılıb.
Sanki zərgər işidir!
Oxudum və böyük bir həzz yaşadım.
Desək ki, burada hər şey gözəldir və səhnə aydın görünür, bəlkə də heç nə demiş olmarıq. Siz əsəri elə bir səviyyədə yazmısınız ki, burada rejissorun öhdəsinə yalnız bir vəzifə düşür- yazılanlara zərər vurmamaq!
Çox parlaq bir əsrdir!
Mən heyrətə gəlmişəm!
...mən mütləq sizin bütün yaradıcılığınızla tanış olacağam.
Diana Qornaya


























“ƏQRƏB BÜRCÜ” pyesi haqda rəylər



Gözəl əsərsdir. Xüsusən də final.
Ənvər Şükürov

Böyük maraqla oxudum.
Həm şən əsərdir, həm də qəmli.
Aliya Ali

Siz qadınlar haqqında məhəbbətlə yazır, qadın psixologiyasını böyük ustalıqla və həssaslıqla açırsınız.
Svetlana Nikolskaya

Mürəkkəb və ağrılı mövzudur.
Qarşıya qoyulan məqsədə uğurla çatılıb.
Adətən bu mövzuya müraciət edən müəlliflər ya xırda yanaturalist təfərrüatlara gedir, ya da onlara tam utopikcəsinə göz yumurlar.
Fianalın nikbin sonluğu əladır.
Tatyana Çeçelnitskaya

Zamanın öz ruhunda yazılmış əsərdir… Qadının portreti çox və xarakteri çox gözəl çəkilib.
Tamara Kostromova

Əsərdə maraqlı sosial məsələlər qaldırılmışdır.
Pyes maraqla, həyəcanla oxunur.
Natalya Solovyova

Əsər mənim çox xoşuma gəldi.
Yazıçının yaradıcılığını daha dərindən öyrənəcəm.
Andrey Teslenko


Əsərdə maraqlı sosial məsələlərə toxunulur.
“Əqrəb bürcü” gərginliklə, həyəcan və nigaranlıq hissi ilə oxunur.
Natalya Solovyova.

Mən bu əsəri birnəfəsə oxudum.
Bu əsər əsasında film çəkilsəydi, həyatda çoxlarına kömək olardı.
S. Salamov

Mən şadam ki, belə bir yazıçının yaradıcılığı ilə tanış oldum.
Mən “Əqrəb bürcü”nü heyranlıqla oxuyub başa vurdum.
Mila Borisova



SƏR¬HƏD¬SİZ DÜN¬YA (tractatus)
haqda rəy və düşüncələr


Hər şey gözəl təsvir və təfsir olunub.
Bu, utopiyadırmı? Qətiyyən!
İnandırıcı və məqbul məsələlərdən biridir. Amma məsələnin vahid-məqsədyönlü həlli üçün insanlığa nə qədər vaxt müddəti gərəkdir? İnkişafın bir fazasindan digərinə keçiddə bir neçə pilləni eyni vaxtda qalxmaq, tarixdə qara çuxur fenomenininin üstündən ötüb keşmək olmur. Xalqlar, dinlər, adətlər, dünyagörüşlər arasında olduqca çox fərqlər mövcuddur.
Şaya Vaysbux

Mən bu traktatı maraqla oxudum. Burada “sərhədsiz” dünyanın təşkil edilməsi üçün zəruri olan çoxsahəli, məqbul və inandırıcı şərtlər irəli sürülür. Əminik ki, həmin dünya tezliklə qurulacaq və bu əsər onun təşkili üçün yaxşı zəmin olacaq.
Vera Pavlova

Mən müəllifin sərhədsiz dünya haqqında dediyi hər kəlmənin altından imza atıram.
Qoy Allah təala hamiya sülh və əmin-amanlıq qismət eləsin.
Zura İsmiolord

İnsan təkəbbürü olmasaydı, yəqin ki, dünya da parçalanmazdı. Babilistan ehramının qurulması bizə Allah tərəfindən təşviq olunmuşdu. Bir dildə danışan, bir-birini yarım kəlmədən başa düşən insanlar birləşmişdilər. Bütün bunlar nədən ötrü idi? Bu, ona görə idi ki, tikilən qala göylərə ucalsın, “biz hər şeyə, hətta Allaha belə çatmağa nail olaq”. Amma elə ki, müxtəlif dillərdə danışmağa başladıq, bir-birimizi anlamağa son qoyduq, “səma qəsri” də uçub dağıldı. Əgər bizim günlərdə insanlar birləşərlərsə, bu, nəyə xidmət etməlidir? Yeni insan iddiaları meydana çıxmazmı? Mövzu şox c iddidir...
Stalnaya Anjela

Siz idealistsiniz. Niyə də olmayasınız?
Sərhədsiz dünya, hüdudsuz açıq cəmiyyət deməkdir. Tamamilə mümkün olan haldır.
Gözəl ideyadır.
Çəkilən sərhəd xətlərini, içində sıxıldığımız sərhəd çərçivələrini, imkanlarımızı məhdudlaşdıran sədlərin hamısını, biz özümüz yaratmışıq... Əgər sən özün özünə desən: “Mən heç vaxt uça bilmərəm”, onda heş vaxt uşa bilməyəcəksən. “Xoşbəxtlik mənim üçün deyildir” qənaətinə gəlsən, xoşbəxtlik yanından ötüb keçəcək. “Sərhədsiz dünya ola bilməz” deyə düşünsən, o zaman nə vaxtsa qurulan sədləri heç zaman aşıb keçə bilməyəcəksən. İnkişafın indiki mərhələsinə cavab verə biləcək yeni metodların, konsepsiyaların həyata vəsiqə alması ilə, köhnə sədləri aşmaqla, yeni dünya, Sərhədsiz dünya qurub yaratmaq olar.

P.S.
... müsaidənizlə irəli sürülən mövzuyla bağlı öz düşüncələrimi davam etdirim. Bu günkü siyasətçilər, gömrükçülər, konsullar, habelə nəzarətçi orqanların güclü və çiçəklənən kastası, öz hakimiyyətlərini könüllü şəkildə təhvil verməzlər.
O ki qaldı bir “sivil struktur” kimi Avropa Şurasına, onun fəaliyyəti mübahisəlidir. Burada iqtisadi inteqrasiya ilə yanaşı müəyyən bir “mədəniyyətin” gizli təbliği hiss olunmaqdadır. Sərhədlərin götürülməsi əvəzinə bizim üçün yeni sərhədlər yaranır. Məsələn, bazar sintetik və geni dəyişdirilmiş kənd təsərrüfatı məhsulları ilə doldurulmaqdadır. Bu gün pestisid və gerbisidlərdən xali olan ərzaq məıhsullarının tapılması qeyri-mümkündür. Əvvəllər heç də pis olmayan təhsil sistemi indi qaranlıq güncə sıxışdirilir. Bu isə Baloniya sisteminə keçidlə motivasiya olunur. Gənclərə bəlli bir “mədəniyyət” zövqü aşılanır. Və ən başlıcası, çoxlarına təmiz qaydada azadlıq gərək deyildir. Bu isə ona gətirib şıxarır ki, sənin əvəzinə hər şeyi dövlət, iş sahibi etməli olur.
Amma bütün bunlarla yanaşı sərhədsiz dünya qurmaq ideyası cəlbedicidir.
Mənə elə gəlir ki, yaradılmış çərçivələr tədrcən əriyib aradan götürülməlidir.
İduşşaya

...Sizin yazdıqlarınızı oxuduqca oxumaq istəyirsən.
Nina Tutitsina

“Bəyəm Homer təkcə yunanlara, Şekspir yalnız ingilislərə, Rustaveli yalnız gürcülərə, Şevçenko yalnız ukraynalılara məxsusdur? Böyük mədəniyyət, böyük elm bütün dünyaya, onun bütün sakinlərinə məxsusdur”.
Sərhədsiz dünya barədə yazılmış traktatı maraqla oxudum.
Yer üzü də göy üzü kimi sərhəsiz, tikanlı məfillərsiz olmalıdır deyə hər bir oxucuya üz tutan müəllifin inamı bir daha təsdiq edir ki, dünyanın sabahı hər kəsin öz əlindədir.
Tatyana Kojuxova

Sizin yazdığınızı şərh etməyə mənim haqqım yoxdur: Siz əsl filosof və yazıçısınız… Mən Allaha inanıram, amma onun bizi yaratdığına inanmıram, mən adamların birliyinə inanıram, amma hamı ilə birgə olmaq istəmirəm, mən hərbsiz dünyaya inanıram, amma gözümü açandan dünyada döyüş gedir və yəqin ki, bir gün mən bu dünyada olmayanda da bu savaş davam edəcək. Zamyatinin “Biz” adlı gözəl bir romanı var… orada deyilir ki, insan öz axtarışlarında gözəldir, elə ki, axtarmağa bir şey olmur, o (insan) dəhşətli olur.
Marqarita Fedoseyeva


Sizin problemə yanaşmanız mənə çox yaxındır. Biz, bu dünyanı təşkil edən adamlar, bir-birimizdən xırda-para məsələlərə görə fərqlənirik, əsas məsələlərdə isə hamımız oxşarıq, buna görə də cəmiyyətdə yaşayan hər bir kəsin qarşısında eyni suallar dayanır. Qarşıda duran ən başlıca məsələ isə mənəvi-əxlaqi nəsnələrlə bağlıdır. Siz insanım mövcudluğunu ehtiva edən aspektə dünyanın və adamların birləşdirilməsi pozisiyasından yanaşırsınız və öz əsərinizi fəlsəfi-bədii traktat adlandırırsınız.
Sizin əsəriniz bizi gələcək haqqında dəhşətli proqnozlar verən kommersiya nəşrlərindən fərqli olaraq, heç də hər şeyin hələ itirilmədiyi haqda nikbin hisslər aşılayır.
Lidiya Kurçina

Mövzu mənim hədsiz marağıma səbəb oldu. Mən də hesab edirəm ki, dünya sərhədsiz olmalıdır! Mən filosof və üstəlik də praqmatik deyiləm, amma bilirəm ki, bu, fövqəladə dərəcədə çətin məsələdir. Mən Sızın verdiyiniz proqnozları, məsləhətləri təkrar etməyəcəyəm, siz çox çeydə inamlısınız, amma bütün bu mozaikada bütün hallarda əsas amil insan özüdür.
Bizim ətrafımızda hər çey nisbidir. Mənə elə gəlir ki, bizim yaşadığımız bu dünyanın özü də nisbidir. Bəs insanın özü necə? (...) Belə hesab edirəm ki, biz nə qədər ki, öz genimizin sirrini açmamışıq, maddi dünyanın harmoniyasını öyrənə bilməyəcəyik. Genlərin ötürülməsini insana doğulandan verildiyini anlamadan yüksək intellek həddinə necə çatmaq olar? Hələ siz fərqinə varırsızmı ki, bu müasir və sivil dünyada qadın özünü necə müdafiəsiz hiss edir, alçaldılır, təhqirə məruz qalır. Təbii ki, belə olan halda insan hələ bətndə ikən onda intellektual qabiliyyətdən daha çox heyvani instinktlər inkişaf edəcəkdir ki, bu da aqressiya, başqa sözlə müharibə deməkdir.
Bəlkə elə özümüzdən baçlayaq? Bizə sağlam uşaqlar dünyaya gətirmək və onları əlverişli şəraitdə tərbiyə etmək imkanı vermək lazımdır. Bəlkə belə bir nəslin uşaqları, aqressiyadan uzaq övladlar, gələcəkdə maddi dünyanın yaxşılığa doğru düzəlməsi üçün nəsə bir şey etsinlər. Mən də Sizinlə tamamilə şərikəm- bu dünya insanın ilk və son məskənidir. Və əgər biz istəsək bu dünyanı cənnətə çevirərik.
J. Liza


...dərin məzmunlu və düşündürücü bir əsərdir. Əlbəttə, bütün bunlara şatmaq üçün bəşəriyyət hələ çox məsafə qət etməlidir… bir fikir məni xüsusilə cəlb etdi- bu, sanki mənim öz frazamdır; hər bir millətin dahi, istedadlı insanları və yararsız məxluqları vardır. Mən özüm də insanları millətlərə və irqlərə bölmədən həmişə bu cür deyirəm. Mənə çox xoşdur ki, bu mühakimələrdə öz düşüncələrimi tapıram.
Lyudmila Kurışeva

Etiraf edirəm ki, bu Yer planetinin hər bir normal sakini kimi, mən də Dünyanın gələcəyi haqda düşüncələrə dalıram... Aydındır, idarəetmənin bütün formaları artıq tükənibdir, bundan başqa demokratizm, ölkələri dünya krizisi vəziyyətinə gətirib çıxarmışdır. Demokratiya ideyasi özlüyündə kağız üzərində yaxşıdır, amma pulun hökmranlıq etdiyi yerdə o yoxa çıxır. Hər bir kəs öz pul kisəsinə baxır, onun ağzınacan dolması barədə fikirləşir; Yer planetindəki ac-yalavac, dilənçi halanda yaşayan çoxlu sayda insanların taleyi onları qətiyyən narahat etmir. Bu bədbəxtlər planetin tamhüquqlu və gərəkli adamı ola bilmirlər, çünki onlar elə əzəldən ehtiyac içində doğulublar. Bu onların günahıdır? Amma öz pul kisələrini Zənginlik hesabına dolduranlar bəzən bir saatın içində hər şeyə nail olurlar; əslində bu var-dövlət dünyanın bütün adamlarına mənsub olmalıdır.
(...) Onu digər insanların ölümü maraqlandırmır... onu ekologiya, habelə vəhşi kimi istehlak etdiyi bu aləm də maraqlandırmır.
Mən Sizin ideyanı tamamilə anlayıram və hətta onu qəbul edirəm, düşünürəm ki, bir az da əsaslı işlənməlidir. Düşünürəm ki, gələcək nəsillərdə bu cür dünyagörüşün tərbiyə olunmasına, öz yaxınlarının qayğı və məhəbbətlə əhatə olunmasına çalışmaq, insanlar, millətlər arasında düşmənçilik toxumu səpərək onları müharibələrə təhrik edənlərə qarşı çıxmaq lazımdır.
Siz bir çox məsələlər qaldırmısız, onların bəzilərini təsəvvürə gətirmək çətindir; məsələn, silahsız necə yaşamaq?
Bizdə nüvə silahlarından başqa digərləri də kifayət qədərdir. Suallar çoxdur.
... Bir şey aydındır ki, əgər belə yaşamaqda davam etsək gələcəkdə kiçik xalqlar məhv olacaq. Daha böyük faciələr yaranacaq.
Ümumiyyətlə, bu, indiki vaxtın ən mühüm mözusudur.
Yevgeniya Şenderika

… müəllifin dil, erudisiya, bilik zənginliyi, fikir gücü və fenomenal təhlil etmək qabiliyyəti adamı valeh edir.
Bu sual dəfələrlə verilib: sərhədlər lazımdırmı, axı onlar məhdudiyyət yaradır?!.
İnsan əli qura da, qurduğunu dağıda da bilər.
İnsan yaradır, həm də məhv edir.
Xeyir də insanla bağlıdır, şər də.
O, özünü hasarla, qoruqla, divarla, sərhədlərlə ətraf aləmdən ayırır. Bu, ya özünü qoruyub saxlamağın bir vasitəsi, ya da qorxudur.
Yəqin ki, QORXU keçib gedəndən sonra hasarlar da yox olacaq; qorxu isə o qədər amillər doğurur ki.
Bu cür mühüm mövzuda Dünyanın Bütövlüyü və Bölünməzliyi haqda yüksək mənəvi ruhlu bir əsər yazığına görə müəllifə təşəkkür edir, ona ürəkdən yaradıcılıq uğurlarə arzu edirik.
Əzizə (Taya Əzizova)

Maraqlı əsərdir!
Mən də bu barədə şox düşünürəm.
Sizin kimi bir adamın, üstəlik də mənimlə eyni yerdən olan adamın, fikirləri mənə ikiqat xoşdur.
Kristina Konopleva

Olduqca maraqlı və dərin məzmunlu bir əsərdir.
P.S.
Əsəri oxuyan müddət ərzində bir çox fikirlər meydana çıxdı.
Amma ən başlıca fikir budur: insanlar öz planetlərində dərilərinin rəngindən, irqlərindən, dinlərindən, dillərindən asılı olmayaraq azad, xoşbəxt, bəxtiyar yaşamalıdırlar. Və bunun üçün ən ZƏRURİ olan odur ki, qarşıya şıxan və ondan asılı olan hər problemi insan özü həll etməlidir.
Biz, yalnız biz özümüz, öz həyatımıza və ətraf aləmə təsir edə bilərik, habelə sabahkı günümüz bizim bu gümkü fəaliyyətimizlə bağlıdır.
Diana Qornaya

Bütövlükdə mən Sizinlə razıyam və bununla yanaşı əminəm ki, klassiklərə isnad etməklə Siz ümumi dünyagörüş tendensiyasını düzgün müəyyən etmisiz. Bu yerdə Bakuninin də adını çəkmək olardı və onda “anarxiya” anlayışı “monarxiya” nın əksinə olaraq məhz sizin nəzərdə tutduğunuz təşkilati sistemə uyğun olardı.
İrina Kuptsova

...valehedicidir! Və burada hər şeydən gözəl olan -xeyirxahlıq axtarışlarıdır. Sözün yaxşı mənasında- donkixotluq.
Düşünürəm ki, dünyanı heç bir iradə gücünə dəyişmək olmaz. O, öz qanunları ilə inkişaf edir. Və tarixi inkişafın qanunları bizim əvvəlcədən nəzərdə tutduğumuz ssenari üzrə inkişaf edə bilməz.
Biz hətta dialetikanın qanunlarının işləmədiyi əcaib bir dönəmdə yaşayırıq. Və bütün prosesləri bu gün xaos nəzəriyyəsi pozisiyasından izah edirlər. Sinergetika zamanıdır. Dünya nın gələcəyini əvvəlcədən bilmək olmur! Hətta, ətraf mühit də bu cürdür. Dünən adamları qlobal istiləşmə ilə qorxuzurdular, bu günsə ekoloqlar ekoloji soyuqlaşma ilə qorxudur. Əgər bir dəqiqə sonra nəyin baş verə biləcəyi barədə proqnoz vermək yaxşı heç nə vəd etmirsə, qlobal miqyasda nəyisə dəyişməyə cəhd göstərməkdən nə çıxar...? Bir şeylə razıyam ki, dünya vahid məkana çevriləcək. Artıq belə bir proses gedir. İnternet buna misal ola bilər. Düzdür, hələ virtualdır, informasiya səciyyəlidir, amma insanlığın mədəniyyət məkanıdır. Əslində, mən bilmirəm, bu yaxşıdır, yoxsa pis? Dünyanın vahid idarəsi- elə vahid idarə sistemidir. Alternativsizlikdir. Alternativsizlik, hətta yaxşı ssenari ilə, sağlam və yüksək mənəviyyarlı idarəetmə ilə müşayiət olunsa belə, gec ya tez doqmaya çevrilir.
(...) Variantların olmaması inkişafın sonudur. İnkişaf- çeşidlilikdədir. Biz hansısa zamanların arasında yaşayırıq, bu aydındır. Amma məhz nə ilə nəyin arasında, bax sual budur. Bir məsələ ilə də razıyam ki, dünya mənəviyyatı heçə enib.Əgər mənəviyyat yüksəlməsə yeni bir din uyduracaqlar. Allahdankənar bir din.
Leyla Səbzəli

Daniil Andreyevin “Dünyanın qızılgülü” romaninda olduğu kimidir. Burada Dünyanın Qızılgülündən fərqli məsələlər meydana gəlir: gələcəyin perspektivləri, onun qarçısında duran, tamamilə konkret və prinsipal, həyata keçirilməsi mümkün olan mənəvi-tarixi məsələlər.(...)
Onların həyata keçməsi daha böyük məsələlərin həllinə yol açacaq: bu, təbiətin ruhən canlanmasıdır.
Lyudmila Kozlova- Kuznetsova

Bir tərəfdən, müsbət haldır ki, traktatda Sizin müasir dövrün problemləri ilə baxışlarınız yer tutmuşdur.
Hiss olunur ki, Siz saysız-hasabsız tədqiqat işləri ilə tanış olmusunuz.
Burada etiraz doğuran yerlər də yox deyildir.
Amma, digər tərəfdən, əsasən, mənim dünyagörüşüm “dünya” fenomeninin özünün bu cür düzxətli metafizik anlamının əksinədir. Mən insanları yaşadığı planetlə məhdudlaşdırmazdım. Bununla Siz artıq onun yeni bir sərhəddini müəyyənləşdirirsiniz.
“Sərhədsiz dünya”- bu, məncə, bütün Dünya evinin zaman-məkan substansiyasıdır ... və s.
Başa düşürəm ki, Sizin şərhinizi insan cəmiyyətinin inkişafı ilə, sivilizasiya daxilində gerçək dünya ilə bağlı olan fərqli mülahizə kimi qəbul etmək olar.
Olsun. Amma bu cür dünyadüzümü üçün Siz özünüz yenə hansısa strukturun idarə edəcəyi yeni “sərhəd” qurulmasını təklif edirsiniz.
Mən Sizinlə razıyam ki, gələcək-vəhdətdədir. Amma çox şey, artıq ön plana çıxmış ekoloji, demoqrafik, xammal və s. problemlərlə diktə olunur. Bilirsizmi, biz indi Engelsin vaxilə “Təbiətin dialektikası” əsərində deyilən kimi, təbiətin insandan qisas almağa başladığı bir dövrdə yaşayırıq. Və bu şəraitdə sağqalmanın yeganə həlli yolu bütün xalqların gücünün birləşməsində ola bilər.
Qısası, bu problem elə nəhəngdir ki, onu yalnız kollektiv zəka yerindən tərpədə bilər.
Müəllifə dərin təşəkkürümü bildirirəm, çünki o, nsanlığın inkişafına neqativ təsir göstərən zərərli prosesləri göstərib həyəcanla xəbərdarlıq etməklə, elm aləmini hərəkətə gətirir.
Svetlana Demçenko

Sizin traktatınızi diqqətlə oxudum. Ədəbi cəhəti ilə bağlı heç bir iradım yoxdur. Amma mahiyyətlə heç cür razı deyiləm.
... belə çıxır ki, əvvəlcə mükəmməl adamlar, sonra isə mükəmməl cəmiyyət təşkil etmək lazımdır. Bəs o adamları kim, qeyri-təkmil cəmiyyətmi yaradacaq? Bu, bir. İkincisi də nağıla bənzər cəmiyyətdə kim yaşamaq istər? Şəxsən mən belə bir cəmiyyətdə yaşamaq istəməzdim... Dünya məhz lazım olan qaydada inkişaf edir.
Aleks Belostotski

Mənım nöqteyi-nəzərimcə əgər şəxsiyyət bütövdürsə, ağıllıdırsa, idraklıdırsa, bağışlayandırasa, sevəndirsə… elə onun ətrafındakı dünya da bu cürdür. Yəni insan öz dünyagörüşü etibarilə sərhədsiz olmalıdır.
Qalina Salikova

Gələcək barədə həyəcan hissi ilə düşünən insanlar çoxdur… Beynəlxalq təşkilatlar bürokratik maşınlara, beynəlxalq qurumlarsa zənginləşmək vasitəsinə çevrilib. Təəssüf ki, onlar mövcud problemləri həll etmək gücündə deyillər. Mənim hazır reseptim yoxdur, amma mən deyilənlərlə tamamilə razıyam: bundan belə bu cür yaşamaq olmaz. Biz özümüzdən sonra nə qoyub gedirik?
Yelena Sumskaya

…gərəkli, ağılla yazılmış əsərdir. Təəssüf ki, ölkə rəhbərləri bu cür şeyləri oxumurlar. Heç olmasa, bu cür fikirləri hakimiyyət adamlarina çatdıra biləcək məsləhətçilər tapılaydı.
Marziya Qabdulqaniyeva

“Ağıl insanları birləşdirir”…-dəqiq deyilmiş fikirdir.
Situasiya düzgün dərk olunub.
Mahir Eminov

“Mən əminəm ki, çox yaxın gələcəkdə, bizdən sora gələn nəsillər, azadlığı təbii zərurət kimi qəbul edərək idarəetmənin daha demokratik, sivil idarəetmə yolunu tapacaq, bu gün fantastika kimi görünən ideyalara həyat verəcək” .
…mən 1993-cü ildə Zaqafqaziyadakı ölkələrdən birinin prezidenti ilə (sonralar devrildi, mühacirətdə vəvat etdi) görüşmüşdüm, o da həmin məsələ ilə bağlı bu cür danışırdı.
Dima Uxlin

Bu gün Aleksandr Vlasenkonun “Solomku” əsəri ilə bağlı, bir çox insanların mentalitetinin yaxşıya doğru dəyişməsinə səbəb ola biləcək ideyalardan, sərhədlərin açılması və planetar hökumətlə bağlı rəyimi yazmışdım. Düşünürdüm ki, bütün bunlar utopiyadır. İndi sizin əsəri oxuyandan sonra görürəm ki, yanılmışam.
Nataliya Matlina

…pis o adamdır ki, dünyanı dəyişməyə çalışmır və öz kanonları ilə bəşəriyyəti xoşbəxt etmək barədə düşünmür.
Etiraf edirəm: kosmopolitlər mənə patr

22 dəfə oxundu

Axtarış