Babək Qurbanov Firuz Mustafanın hekayələri haqda
Müəllif: Firuz Mustafa


2017-12-30 10:18:01


TANINMIŞ SƏNƏTKARMIZ FİRUZ MUSTAFANIN
YENİ HEKAYƏLƏRİ HAQQINDA


Müasir Azərbycan ədəbi ictimaiyyatına Firuz Mustafanın adı yaxşı tanışdır. Çoxyönlü fəaliyyəti ilə o uzun illərdir ki, öz oxucularını sevindirməkdədir. Firuz müəllimin bir yazıçı, tədqiqatçı-alim, dramaturq, filosof, kulturoloq kimi ictimai elmlərin müxtəlif sahələrində məhsuldar çalışması, maraqlı əsərlər ortaya qoyması onun hərtərəfli yetişmiş bir yaradıcı şəxsiyyət olmasından xəbər verir.

Adətən onun ortaya qoyduğu əsərlər və elmi araşdırmalar hər dəfə öz professionallığı, yüksək ideya-məzmunu, bədiiliyi və həyatiliyi ilə fərqlənir. Vaxtilə Firuz bəyin ayrıca pyesləri, “Yüz Türk Etnosu” adlı əsərləri ilə əlaqədar müsbət fikirlərimi mətbuatda geniş bir şəkildə ifadə etmişdim. Bu günsə onun “Ölü dildə sevgi məktubları” adlı kiçik həcmli (138 s.) kitabı haqqında (“Zero” nəşriyyatı, Bakı, 2014-cü il) söz açmaq ehtiyacı duyuram.

Firuz Mustafanın indiyəcən bir çox nəsr əsərləri-povest və romanları nəşr edilib. Həmin iri həcmli əsərlərin bəziləri xarici dillərə də tərcümə olunub. Onun xüsusilə, “Qapı” romanı və “Dəniz köçü” povesti barədə çoxlu məqalələr yazılmış, maraqlı mülahizələr söylənmişdir. İndiki halda mən müəllifin bəzi hekayələri haqda söz açmaq istəyirəm.

Bir neçə hekayəninin yer aldığı yeni kıtabda günümüzdə bəzən o qədər də dıqqət etmədiyimiz sosial-mədəni, sıyası, mənəvi-əxlaqi, bəzən hətta ideoloji problemləri belə çox ustalıqla irəli sürülür. Buradaki hekayələrlə tanşlıq onların müasır həyatımızda baş verə bılən və bir-birindən məzmunca çox-çox uzaq görünə bilən həyat hadisələrinin əks olunmasına həsr edildiyini hiss etmək mümkündür. Təbiidir ki, müəllifin bu hadisələrin bədii dillə oxucularına çatdırılması yolunda istifadə etdiyi yaradıcılıq üslubu və metodlarının da fərqli olduğunu görə bilirik. Burada bəzən romantik, bəzən utopik, bəzən psixloji, bəzənsə sırf realist ünsürlərin geniş yer aldığının şahidi ola bilirik. Lakin bütün bu ünsürlər müəllifin ələ aldığı mövzunun xarakterinə məntiqi bir şəkildə uyğun olduğundan dolayı, daha doğrusu, burada əsərin əsas ideya-məzmununun açılmasına xidmət etməsinə yönəlmiş olmasına görə, diqqəti daha çox çəkməkdədir.

Bütün bunlarla yanaşı, hekayələrin müxtəlif məzmunlu hadisələri ifadə etməsinə, burada bəzən fərqli bədii-təsviri üsullarından istifadə olunasına baxmayaraq onların hamısı bir amaca (müasir insanın qarşılaşdığı ictimai-siyasi, mənəvi-əxlaqi, sosial-iqtisadi və s. problemlərin həlli qarşısında insanın öz insani, mənəvi-əxlaqi keyfiyyətlərini qoruyub saxlaya bilməsi kimi bir amaca) xidmət etməsi istiqamətinə yönəlmiş olmasını hiss etmək mümkündür. Lakin bu yüksək amacın ifadə olunması yolunda heç də bəziləri kimi şüarçılıqdan, saxta pafosdan, hər bir hadisənin mahiyyətini açık, çılpaq bir şəkildə ifadə olunması metodundan istifadə etmir.

Firuz Mustafa çox orijinal, həssas bir sənətkardır. O, canlı, realist boyalarla və çox vaxt oxucunu ustalıqla (mövzu ilə əlaqədar) həyacanlandırmaqla məqsədinə çatmış olur. Çox vaxt onun əsərlərində mövzunun ideya-məzmunu bir qədər üstüörtülü bir şəkildə bədii təcəssümünü tapmış olur.

Firuz Mustafa heç bir vaxt orta səviyyəli və ya səviyyəsiz oxucu kütləsinin estetik təlabatından çıxış etmir, belələrini ciddi yaradıcılıq meyarı olaraq qəbul etmir, populist bir yolu seçmir. Bu səbələrdən dolayı da onun hekayələrini anlamaq, daha doğrusu, onların bədii təravətini duymaqdan ötrü bəlli bir estetik dünyagörüşünə, yüksək mənəviyyata, tarixilik yaddaşına və sair cəhətlərə sahib olmaq tələb olunur.

Biğanəlik, laqeydsizlik, məhdudluq, mənəviyyatsızlıq kimi mənfi əxlaqi keyfiyyətlərlə fərqlənən insanların (əfsusular olsun ki, hələ də onların sayı az deyildir) bədii əsərləri yüksək emosionallıqla qəbul etmələri, onları dərindən anlamaları şübhə doğurmaqdadır. Müəllif bu qəbuldan olan bir yönlü insanların biğanəliyini, keçmiş mədəni-mənəvi irsə laqeyd münasibətlərini, məhdudluğunu, nece deyərlər “gönü qalınlığını” və bu acınacaqlı vəziyyətdən xəbərləri belə olmayanları, hətta, özlərinə xas bu vəziyyətlərindən belə tamamilə razı olduqlarını son dərəcə maraqlı təsir bağışlayan “Köhnə kitablara eleğiya” hekayəsində bütün çılpaqlığı ilə açıb göstərə bilmişdir. Əsəin əsas ideyası onun qəhrəmanları olan geniş erudisiyalı və mənəvi dəyərlərin qiymətini bilən, onların mühafizə edilməsini mühüm sayan Nadir ilə dar düşüncəli, yalnız ixtisası ilə əlaqədar bir kitabla yetinən Rəhman arasında olan dialoqla aydın olur. Bu məqsədlə hekayədən alınmış bir parçanı oxucularımızla paylaşmağa ehtiyac duyuram:

“Mətbəxtdən Rəhmanın səsin gəldi:
- Nadir, xoşuna gələn bir şey tapdın? Qorxma, əvəzində səndən heç nə alan deyiləm. Əğər sən götürməsən, mən məcburam bunları aparıb zibilliyə töküm. Mənim nəyimə lazımdır kitab-dəfdər... Düz demirəm? Mənə cəmi bir kitab lazımdır - mühasibat...”

Əfsuslar olsun ki, bu qəbildən olan birtərəfli, “yontulmamış” insanlar, hətta, bəzən idarəçilər arasında belə az deyildir. Bu kiçik hekayədə onların nadanlığına, birtərəfliliyinə, keçmişin mənəvi dəyərlərinə (əslində bu kitabların əvvəllər bir pedaqoq, bilim adamı olmuş Yılmaz Qulamzadəyə aid olması) biğanə olan adamların, tənqidinə yönəlməklə birlikdə, eyni zamanda Nadir kimi insanların simasında bu dəyərlərin ( hekayədə müəlliminin zənğin əxlaqi keyfiyyətləri öz bədii ifadəsini tapır) qorunub saxlanılmasının vacib olmasına inanan, onların itib-batmasına təəssüflənən insanların olması fikri ağır basır.

Kitabda “Qağayı kimi” və “Durna ovu” kimi hekayələrdə də tərbiyə məsələləri ön plana çıxarılmış olur. Birinci hekayə daha çox romantik, lirik-poetik bir planda yazılmış və bir qədər simvolik xarakter daşıyır. Burada həyatda daima davam edən xeyirlə şərin mübarizəsi ideyasının assosiasiyası (çağrışımı) güclüdür. Zənnimizcə, əsərdə şər qüvvələrin heç də tezliklə aradan çıxmaması, gözəlliyə, ahəngdarlığa, mütənasibliyə bir ənğəl olması ideyası rəmzi bir şəkildə ifadə olunmuşdur.

“Qağayı kimi” əsərinin son sətirləri oxucuda məhz belə bir narahat əhvali-ruhiyyənin yaranmasına səbəb ola bilir:

“Sevda gözə dəymirdi. Sanki qız qağayılara qoşularaq uçub getmişdi.
Sahildə bir it göründü. Bu, bayaq yaralı qağayını qapıb aradan çıxan boz alabaş idi. Quş hələ də itin ağzında çırpınırdı”.

“Durna ovu” hekayəsi geniş mənada əslində ekoloji problemlərə həsr olunmuşdur. Lakin müəllif bu qlobal problemi konkret həyat hadisəsi ilə əlaqələndirdiyinə görə problem daha təbii anlaşılır, hər kəs üçün daha yaxın bir məsələyə çevrilmiş olur. Müəllif həm də təbiətimizə, flora və faunamıza müxtəlif (merkantil, eqoist, yalnız mənfəət, gəlir nöqteyi-nəzərindən yaxınlaşmağı üstün tutan (Cavad obrazının timsalında) insan münasibətlərini, diğər tərəfdən əksinə, təbiətimizi, onun gözəlliyini, təkrarolunmazlığının qorunub-saxlanılmasını, onun ahənğinin pozulmamasını, çirklənməməsini hər şeydən üstün tutan (Abbas surəti timsalında) insanların olması ideyasını ifadə etməyə çalışmışdır. Hekayədə yabançı turistlərin təbiətin gözəl güşələrindən birində vəhşicəsinə və anlamsız durna ovu təsvir olunmuşdur. Əcnəbilər insanlıqdan uzaq bu vəhşi ov səhnəsini həyata keçirməkdən ötrü hətta kauçukdan düzəldilmiş və uzaqdan idarə edilən, səs çıxaran “kukla durnalardan” belə istifadə etməyə ehtiyac duyurlar. Bu kukla durnaların köməyi ilə onlar gölə dincəlmək üçün gələn onlarca canlı durnaya atəş açır, onların ölümünə qətiyyən acımayırlar.

Hekayənin qəhrəmanlarından biri hesab edilən Abbas üçün qəribə olan həm də bu yabançı turistlərin gölü qana bulamış quşları özləri ilə nədən götürmədkləri, bu boyda qırğın-giyaməti nədən etdikləri sualı idi. Müəllifi isə daha çox təbiətimizə qarşı bu vəhşicəsinə vandalizm hərəkətlərinin baş verməsinin əsas səbəbkarlarının kimlər olması sualı maraqlandırır. Bu sualların izahını isə o, oxucularına həvalə etməli olur. Anlayırsan ki, bu haqsızlıqlar əslində vətəninə, xalqına, onun mənəvi dəyərlərinə, təkrarsız təbiət gözəlliklərinə biğanə olan, şəxsi mənfəəti və iqtisadi maraqlarını milli-mənəvi maraqlardan üstün tutan, vəzifəsindən sui-istifadə edən kimsələr məsuliyyət daşıyırlar. Hekayədə müəllif hadisələrə ali təhsilli, ingilis dilini bilən, Cavad “müəllimin” başçılıq etdiyi şirkətin sürücüsü olan Aabbasın gözü ilə baxa bilir və yuxarıda qeyd etdiyimiz vandalizm hərəkətlərindən doğan onun üzüntüsünü, narazılığını, barışmazlığını hamımıza şamil etmək istəyi özünü ifadə etmiş olur.

Kitabda yer almış 3-4 səhifəlik “Hasar” hekayəsində yenə də kobud rəfdar, lovğalıq, simiclik, yekəbaşlıq, harınlıq, zəhmət adamlarına qarşı etinadsızlıq kimi mənfi əxlaqi keyfiyyətlərin tənqidi özünü ifadə etməkdədir. Əsərdə Babaxan adlı bir bağ sahibinin və ehtiyac üzündən onun bağına hasar çəkməyə məcbur olmuş iki vətəndaşın ürəkyaxan hekayəti nəql olunur.

Vaxtilə işsizlik üzündən ali təhsilli insanların (hətta, müəllimlərin belə) ucuz qiymətə inşaat işləri ilə məşğul olmağa məcbur qaldıqları, bəzən məcburən “qul bazarı” deyilən bir ərazidə iş axtarmaları kimi bir acı gerçəyi qələmə almışdır. Bu əsərdə yazıçı əslində haqsızlığa qarşı çıxır, insanları bir qul kimi istismar etməyə çalışan, hekayədə təsvir olunduğu kimi onların namuslu əməyini heçə sayaraq əmək haqqlarını belə ödəmək istəməyən boynuyoğunların, “müəllimlik kimi müqəddəs bir peşəni” aşağılayan qansız, tərbiyəsiz insanların acgöz, harınlaşmış, əsrlərdən gələn elementar ənənəvi əxlaq qaydalarını pozduqlarını son dərəcə məharətlə və yüksək bədiiliklə aça bilmişdir.

Müəllifin “Uçurum” hekayəsində ölkəmizin, xalqımızın son zamanlar ağrıyan yarası olan Garabağ problemi, erməni təcavüzü qələmə alınmışdır. Lakin mövzunun açığa çıxarılması olduqca üstüörtülü, ehmalca bir şəkildə ıfadə olunmaqdadır. Yəni Qulam adlı sadə bir kənd adamının “o toyda” yaşayan əmisi oğluna qonaq gəlməsi kimi adi bir mövzu hekayənin ana xəttini təşkil etməkdədir. Lakin Qulamdan fərqli olaraq yol boyu avtobusdaki sərnişinlərimizin daha çox ticari maraqları, həmçinin bəzi gömrük işçilərinin özbaşnalıqları, avtobusların bir dövlətin sərhəddindən o birinə nə cür keçdiyi, qadınların qara çadraya büründükdən sonra yersiz pıqqıldaşmaları, bəzi sərnişinlərin termosdan süzdükləri arağı “çay əvəzinə” içdikləri ( və sair bu kimi xoşağəlməz hadisələr) hekayənin gedişində canlı bir şəkildə oxuculara çatdırılmaqdadır. Bununla belə hekayənin son sətirlərində üzə çıxır ki, müəllifin əsas amacı heç də yalnız bu xoşağəlməz hadisələri tənqidi etmək deyilmiş.

Tehranda Qulamı həmyerliləri və təbii ki, əmisi oğlu Əlirza olduqca səmimi və coşquyla qarşılayırlar “adamlar onların başına yığışır, bir-birinə qoşulub haray qoparır, uşaq kimi hönkürürdülər...” Bütün bu hörmətə, izzətə, həmçinin Qulamın şərəfinə hazılanacaq geniş ziyafət süfrəsinə baxmayaraq, Qulamın qəfildən peyda olması kimi, onun səssiz-səmirsiz vətəninə yola düşməsinin nə səbəbdən baş verməsidir. Əsas səbəb isə (bunu müəllif açık bir şəkildə ifadə etməsə də) oxucu çox yaxşı anlayır ki, Qulam və onun “o taydaki” qohum-əqrəbası arasında yaranmış mənəvi uçurum, anlaşmazlıq, bəlkə də etinadsızlıq, məlumatsızlıqdır.

Qulamın əmisi oğlunun öz mağazasında yer almış bir xalını ona bağışlamaq istəyi əsərin kulminasiya nöqtəsini təşkil edir və bu hərəkət iki yaxın qohum arasındaki uçuruma səbəb olur. Qulam anlayır ki, bu xalça vaxtilə onların evlərinin divarından asılı qalmış cehizlik xaçasıdır. Və düşmən orduları, vandalları kəndi tar-mar etdiklərindən sonra onu və diğər əşyaları, mal-qaranı və sairi ələ keçirmişdir; nəticədə Qulam və ailəsi qaçqın və köçkün vəziyyətinə salınmışlar. Əmisi oğlunun (Əlirzanın) öz etirafına görə də bu xalını ona Yerevandaki bir erməni dostu qaz sobasının əvəzində vermişdir. Bu sözlər Qulamı olduqca sarsıdır, bu biğanəlik, xəbərsizlik, öz qan qardaşlarının, əbədi olaraq ayrılmaz qonşularının halından xəbərdar oilmamaları, onların düşmənləri ilə dostluq etmələri sonunda onu yaxın qohumdan, tanış olduğu yeni tanışlarından belə soyudur, uzaqlaşdırır, onların arasında mənəvi uçuruma səbəb olur.

Müəllif bu hekayədə olduqca mühim bir məsələyə toxunur bütün dünyada ictimaiyyətinin diqqətini bir daha ölkəmizə olan erməni təcavüzünün, torpaqlarımızın iyirmi faiiznin hələ də erməni işğalı altında olmasını diqqətə çatdırmağa çalışır, xüsusilə də yaxın qonşularımızın, qan qardaşlarımızın bir çoxunun hələ də millətimizin başına gəlmiş faciələrdən xəbərsiz olduqlarını, bu hadisələrə biğanə qaldıqlarını ürək ağrısı ilə oxucuları ilə paylaşmağa mənəvi bir ehtiyac hissi duyur.

Ümumiyyətlə, bir zəngin müşahidə qabiliyyətinə malik filosof-yazar kimi Firuz Mustafayanın demək olar ki, bütün hekayələrinə insanların cəmiyyət, xalq qarşısındaki sosial məsuliyyət hissi, mutluluq, sosial bərabərlik və adillik qanunlarına şamil edilməsi ideyasının müdafiə olunması xasdır.

“Alın yazısı” hekayəsində yazıçının toplum, xalq, ölüm-qalım, mənəvi dəyərlərlə əlaqədər fəlsəfi fikirləri xüsusilə aydın bir şəkildə öz ifadəsini tapa bilib. Əsərdə ağır, ümidsiz xəstəliyə düçar olmuş ağıllı və zəki bir qadının ölüm ayağında söylədiyi sözlər oxucuta olduqca güclü təsir bağışlayır:
“Mən ölümdən qorxmuram. Bunu elə-belə demirəm ha... Ürək sözümdür. Doğulan nə vaxtsa ölməlidir. Bu, məni narahat etmir. Məni narahat edddən başqa şeydir...” Və bu “başqa şeyi” hekayənin diğər səhifələrində qadının dili ilə ifadə edən müəllif bir daha xatırladır ki, “Məni narahat edən öz ömrümdür... Daha doğrusu, onun mənasızlığıdır”. Bu lövhədə böyük məna, hikmət var, yəni insan yaşadığı müddət ərzində, mənalı yaşaya bilməli, bu dünyaya nə isə özündən bir yadiğar qoyub qetməli, xalqının zənğin mənəvi dünyasına az da olsa bir şeylər qata bilməlidir. Bəzən qəncliyində zamanını boşuna xərcləyən, yalnız öz eqoist, şəxsi istəklərinin qurbanı olanlar, ömrün sonunda bütün bu bəlaların cavabını alır, insanların barışmaz nifrətinə səbəb olur, çox vaxt da öz dərin acınacaqlı, tənhalıqla bağlı mürəkkəb psixoloji dünyasına qapanmış olur, cəmiyyətdən, insanlardan təcrid olmuş bir şəkildə ömürlərini sürdürməyə məcbur olurlarlar.

“Göyəm kolları. Çisək.” hekayəsində anadan dilsiz-ağızsız, yəni lal doğulan, təbiətən saf bir gəncin- Qaranın gözü ilə müasir həyatımızın bir çox qaranlıq tərəfləri, rüşvətxorluq, təhsil sahəsindəki bəzi xoşağəlməz hallar, əliəyrilik, yekəxanalıq, avamlıq, çirkin insan münasibətləri və s. yer almaqdadır. Dili olmasa da bu gəncin hər zaman həqiqətin, doğrunun tərəfində olmasını müəllif onun düşüncələrinin bədii ifadəsi vasitədilə oxucularına çatdıra bilir. Yeri gəlmişkən qyd edim ki, Firuz Mustafanın ilk hekayələri məhz “Göyəm kolları” adlanır və həmin kitab 1985-ci ildə nəşr edilmişdir. Deməli, müəllif hələ sovet dönəmində belə cəmiyyətin nöqsanlı tərəfini cəsarətlə tənqid etmişdir.

Firuz Mustafanın “Siqaret çəkən ilan” adlı hekayəsi bir qədər allegorik planda yazılmış və abartılı (hiperbola) şəklində siqaranı buraxmağın bir yolu olaraq gözdən keçirilməkdədir.

“Ölü dildə sevği məktubları” nekayəsi isə ciddi bir üslubda, yenə də cəmiyyətimizdə bəzən hiss edilən biğanəlik, etinasızlıq, paxıllıq, anlaşılmazlıq kimi halların kəskin tənqidinə həsr olunmuşdur. Əsərin qəhrəmanı işdən atılmış, daha doğrusu iş yeri ixtisara düşmüş və nə iş olursa-olsun bir iş axtaran və bu dünyada “adamı olmayan” Emil Bünyadzadədir. Emil əli boş gəzməyi sevməyən bir adam kimi latın dilini öyrənməyi özünə məqsəd qoyur. Belə ki, o, internet vasitəsi ilə Kubada latın dilini bilən bir dost da tapır. Bu insan xəyalında dünyaya açılmaq, gələcəkdə Kubaya getmək, orada gözəllər gözəli Mayvelis xanımla görüşmək arzusu ilə yaşayır, bu amaclardan dolayı gecə və gündüzünü ölmüş latın xalqının əslində yaşamaqda olan (məlumdur ki, bir çox Avropa dilləri latın dilindən törəmiş, latın dili elmi əbəbiyyatda bir çox terminoloji lüğətlərin əsasını təşkil etməkdədir) dilinin öyrənilməsinə sərf edir. Bu dildə qədim mütəfəkkirlərin, bu sırada hekayədə qeyd edildiyi kimi Mark Anney Luka, Til Lukretsi Kar, Lusili, Horatsi, Neron, Antonio Minturno kimi mütəfəkkirlərin və şairlərin əsərlərini mütaliə etmək, şeirlərini əzbərdən oxuya bilmək, misralarını söyləyə bilmək səviyyəsinə qədər yüksələ bilir. Yəni, qismən də olsa öz ilkin arzusuna çatır.

Lakin Emil Bünyadzadənin bu əzmliliyi, qabiliyyəti, istedadı və dünya mədəniyyətinə olan dərin marağı ətarfdakılara, hətta həkim işləyən həyat yoldaşına belə şübhəli gəlir. Bu cür zəki və ləyaqətli, daima müstəqilliyə və axtarışda olmağa can atan bir insan ağlını itirmiş bir kimsə kimi üzərində “ambulatoriya” yazılmış maşınla ağ xalatlılar tərəfindən ruhi xəstəxanaya aparılması məsləhət görülür...

Heç şübhəsiz, bu hekayədə də yazıçı yenə də əslində cəmiyyətdə hələ də hökm sürən tutuculuq “konservatizm” yenilikçiliyə və təşəbbüskarlığa qarşı meyllərin hələ də mövcüd olmasını göstərməklə birlikdə, bu qəbildən olan təhlükəli, kütləvi fikir birliyinin hər bir yeni, mütərəqqi toplumu irəli apara bilən fəaliyyətlərin rüşeyim halında belə basdırıla bilməsi kimi mürtəce bir hadisəni göz önünə gətirə bilir. Bu qəbildən olan konservativ fikirlər və meyllər eyni zamanda cəmiyyətin demokratik inkişaf qanunlarına da zidd olduğundan dolayı Firuz Mustafanın bu hekayəsində də ideya-məzmunun açıklanması prosesində məntiqi bir şəkidə oxucuya çatdırılmış olur.

Firuz bəyin kitabında yer almış bir birindən maraqlı hekayələrini oxuduqca anlayırsan ki, onlar insanlara çox şey söyləyir və bu əsərlərin ideya-mövzusunu yalnız lokal (yerli) çərçivələrlə məhdud etmək yanlış olardı. Bu hekayələrdə qaldırılmış və adi görünə bilən sosial-mədəni problemlər əslində daha çox bəşəri, evrensəl xarakter daşıyır, Yəni bu əsərlər təbiət, qlobal ekoloji problemlər, cender (kadın hərəkatı), təhsil-tərbiyə, toplumda insanın yeri və mənası, fərdi şəxsiyyət müstəgilliyi və sair kimi mürəkkəb əbədi problemlərin həllinə yönəlmişdir.

Son zamanlar Firuz Mustafanın hekayələri digər dillərə də çevrilir. Bu, çox sevindirici haldır. “Ölü dildə sevği məktubları” kitabında toplanmış, yüksək professionallıqla, bədiiliklə qələmə alınmış hekayələrin diğər xalqların, millətlərin oxucuları tərfindən də maraqla qarşılandığına və sevildiyinə inanırıq.


Babək Qurbanov,
Prof.Dr.




13 dəfə oxundu
user profile image
Meyxoş Abdullah şərh etdi.
7 months ago

Maraqla oxudum. Hər iki sənətkarı alqışlayıram.


Axtarış