GECƏ
Müəllif: Sultan Mərzİli


15.10.2017


GECƏ

Uzat boynunu səmaya,
büz dodaqlarını -
göylərin
ən parlaq ulduzunu öp!

Yox, ona boyun çatmaz,
barmaqlarını ucundan
şimşək çaxışı kimi
bir busə göndər ona!

Görürsənmi, kainat
necə intəhasızdır!
Sevgi kimi intəhasız!

Yaxın gəl,
Bir qucaq tutmaq qədər,
bir busə almaq qədər yaxın.
Səpiləcək torpağa.
Ulduzlar axın-axın!

9 dəfə oxundu

Axtarış