GEDƏ BİLİRSƏNSƏ, GET
Müəllif: Zaur USTAC


2018-04-16 16:40:14




- “... mən gedim...”

...Gedirsən, get,
ancaq
elə, get ki,
arxanca izin qalmasın,
bütün olub - keçənləri, özünlə apar!!!
Yox əgər, sən getsən,
bütün bunlar;
( olub-keçənlər )
qalsa, mənimlə
döyünməz ürəyim,
damarda qan donar!!!
Getmək istəyirsən,
elə, get ki,
qəlbimdə yerin qalmasın,
hər nə var,
yaddaşımdan sil,
apar!!!
Qəlbimdə qaladığın ,
o, “ocağın” közü nə,
külü də qoyma qala,
o, “ocağın” yerini ürəyimdən,
dart, qopar!!!
Sən gedəndən sonra,
elə, olmalıdır ki,
sanki, heç nə olmayıb;
nə, sən məni sevmisən,
nə, mən səni görmüşəm...
Tamam yad adamlarıq...
Sonra məni görəndə,
yanımdan düz keçəsən...
Necə, başqalarının yanından ötdüyün tək;
utanmadan,
çəkinmədən,
qorxmadan – vicdanın töhmətindən.
Heç nə olmayıbmış tək,
Heç nə xatıtlamadan...
( bu, mümkünmü görəsən? )
Əgər, bacarırsansa,
bax beləcə, çıxıb, get...
Nə sən xatırla məni,
Nə mənim yadıma düş!!!
Gedirsən get,
elə, get ki,
yaddaşımdan silin sən...
Ağ kağız tək;
yazdığın,
pozduğun,
saf qəlbimin ləkəsini,
pozub, get...
Necə ki, o,
sən gəlməmiş var idi;
hər qayğıdan azad idi,
təmiz idi,
saf idi...
Əgər, belə, gedirsənsə,
di, dayanma,
durub, get!!!
Yorma məni,
dincəlməyə həsrət qalmış,
qəlbimi...
Bilirəm ki, gedə bilməzsən belə;
söylə,
necə ola bilər,
mən görəndə bənövşəni,
yasəməni,
indi açmış qızılgülü,
ya da ki,
tər qönçəni
yadıma düşməyəsən,
xatırlamayam səni???
Əgər, yadına salsan,
Günəşin dan yeri də,
qürub etdiyi vaxt da,
həzin əsən küləklər...
Gördüyün bütün nə var;
səni xatırladırlar,
səni yada salırlar,
saydığımın hamısın,
yığ gözümün önündən,
hara gedirsənsə, get!!!
İlim, ilim olub, it!!!
Əgər, bacarırsansa,
bax, bu cür gedirsənsə,
onda durma, çıxıb, get...
Məni yorma,
Gülüm get...
Get, get...
Elə, get ki,
sanki, heç olmayıbsan,
yaddaşımdan silin sən,
sonra həyatım boyu,
bir qorxunc kabus kimi,
məni izləməyəsən...
Bu cür gedə bilirsən?
Onda,
gözləmə, dur get...
Sıxma, sıxıq qəlbimi...
Tez ol,
qəlbimi tərk et!!!

Elə, et ki,
qəlbimdə yerin qalmasın,
hər nə var,
yaddaşımdan sil, apar!!!
Qəlbimdə qaladığın,
o, “ocağın” közü nə,
külü də qoyma qala,
o, “ocağın” yerini,
ürəyimdən dart,
qopar!!!
Durma,
tərk et qəlbimi,
könlümü rahat burax...
Ruhum da azad olsun,
Gülüm, məni tərk elə,
qəlbimi rahat burax...
Get,
gözləmə, daha!!!
Görürəm, tələsirsən...
Qəmgin olmaq nə üçün?
Gülə-gülə get barı;
sevindirmə düşməni,
qəmgin etmə dostları...
Gülə-gülə get, Gülüm.
Elə, get ki,
bir daha,
geriyə dönməyəsən!
Rahat olmuş qəlbimi,
narahat etməyəsən...
Əgər, belə gedirsən?
Onda,
dayanma,
tez get!!!
Xəyallarımı tərk et!!!
Elə, et ki,
baş qaldırıb,
asimana baxanda;
Ayın,
mirvari tək
ulduzların
seyrinə dalanda,
sən yada düşməyəsən...
Dur!
Dediyimin hamısına əməl et,
daha məni rahat burax,
ilim, ilim olub, it...
Bax, belə bacarırsansa,
bax, bu cür gedirsənsə,
onda,
məni rahat burax...
Onda,
məni yorma get...

16.08.1996. Xanabad.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #azərbaycan #türkiye

4 dəfə oxundu

Axtarış