Gedir
Müəllif: Mükafat Yaqub


2017-11-18 16:18:06


Mükafat Yaqub
Gedir
Dağların başına dolanan duman,
Uca zirvələrdən bac alıb gedir.
Bu fani dünyaya aldanan insan,
Kamala çatmamış, qocalıb gedir.

Sən demə ömürdən pay da olarmış,
Dənizə yetməyən çay da olarmış.
Haramı qoruyan qayda olarmış,
Haqqı tapdalayan tac alıb gedir.

Bisavad oturub alim yerində,
Tumuru çırtdayıb indi şərin də.
Məəttəl qalıbdı təki, yerin də,
İnsafı olanlar azalıb gedir.

Sanma ki, dünyanın yüyəni yoxdur,
(Mükafat bilirsə, biləni çoxdur.)
Yolunu düz gedir, əyəni oxdur.
Bəsirət əhlinin acı da toxdur,
Ehsanlıq dərsini ac alıb gedir,
İnsanlıq insandan öc alıb gedir.
Mükafat Yaqubov

5 dəfə oxundu

Axtarış