GƏL
Müəllif: Zaur USTAC


2018-01-28 15:19:12


GƏL
Ümiddən bir çələng hörmüşəm, gülüm.
Nə vaxtdır rəfində gözləməkdədir...
Dünyamda bir dünya qurmuşam, gülüm.
Haçandır üfiqdə bəkləməkdədir...

* * *

Gəl, nazı-qəmzəni sən qoy boxçaya,
Arzu-istəyini çıxar taxçaya,
Bu nədir, dönmüsən əntiq axçaya,
Cəmalın yad nəzər süsləməkdədir...

* * *

Ustacı etmisən, özünə möhtac,
Gözünün gülməsi, üzünə möhtac,
Ruhunun dinməsi, sözünə möhtac,
Həp ruhum, ruhunu izləməkdədir...
11.05.2014. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

8 dəfə oxundu
user profile image
Tunc AY şərh etdi.
7 months ago

"Gəl, nazı-qəmzəni sən qoy boxçaya, Arzu-istəyini çıxar taxçaya, Bu nədir, dönmüsən əntiq axçaya, Cəmalın yad nəzər süsləməkdədir..." Super!


Axtarış