GƏRƏK
Müəllif: Zaur USTAC


2018-06-14 17:29:25


GƏRƏK
Gədadan bəy olmaz, geysə zər-xara,
Nəcabət adamın kökündə gərək.
Soysuzda ar olmaz, qanmazda həya,
Əzəmət insanın görkündə gərək.
* * *
Arif olan ağzı yelə dolanmaz,
Çeşmə suyu ha lillənə bulanmaz,
“Suzuz quyu su tökməklə sulanmaz”,
Kəramət quyunun təkində gərək.
* * *
Ustac önəm verər söhbətdə süsə,
Düşməsin bir kimsə qəflətdə sisə,
Heç zaman söyməyin əvcəddə nəsə,
Məharət hesabın təkində gərək...

Müəllif: Zaur Ustac زائـــور اوستاج
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

6 dəfə oxundu

Axtarış