GƏRƏK - MURAD ELOĞLU
Müəllif: Yazarlar.AZ


02.09.2020



(Vətən qeyrətini çəkəsən gərək!)
Azadlıq nübarın dərmək istəsən,
Cəsarət toxumun əkəsən gərək!
Vətənə anamsan deməyin azdır,
Vətən qeyrətini çəkəsən gərək!

Hər zaman ucalıq gətirməz səbir,
Töhməti boynundan götürməz səbir,
Həsrəti, möhnəti, bitirməz səbir,
Səbri ətəyindən tökəsən gərək!

Səbirlə ötürmə illəri bir-bir,
Səbirlə ağartma telləri bir-bir,
Vətənə uzanan əlləri bir-bir,
Qəzəblə, nifrətlə bükəsən gərək!

Ay Murad, yazmaqla ağarmaz günün,
Bülbültək oxumaq, deyildir ”şənin”,
Qələbə naminə sinsi düşmənin,
Qartaltək bağrını sökəsən gərək!

Müəllif: Murad Eloğlu

YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

39 dəfə oxundu

Axtarış