Bir qətrə nütfədən yarandı insan,
Zaman ələyində ələndi getdi.
Kim günah qazandı, kimi də savab,
Hər kəs əməlinə büləndi getdi.
Kimi səadətin tapdı tamahda,
Kim ömür keçirdi amanda, ahda.
Sonunda nökər də, vəzir də, şah da,
Bir parça ağ bezə bələndi getdi.
Kiminin şəni az, dərdi çox oldu,
Kiminin qarı ac, özü tox oldu,
Kimi Murad kimi gözü tox oldu,
Kimi də şan-şöhrət diləndi getdi.
Müəllif: Murad Eloğlu
YAZARLAR.AZ
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ