Getmək
Müəllif: Aqil Bəkir


07.12.2018


Ən asan şeydir getmək.
Üz çevirib getmək
olanlara, olacaqlara...
Bir düşüncəsizlik etmək
arxada qalanlara...

Tüpürüb getmək həyatın
bütün mənasızlıqlarına.
Ürəkdən gələn bir hayqırtı ilə
Qışqırmaq, bağırmaq-
Özünün vəfasızlığına!.

Getmək ən çətin şeydir
Üz çevirib getmək...
Sevdiklərinə, sevginə
Üz çevirib getmək...
Ən çətin şeydir...

14 dəfə oxundu

Axtarış