Gəzdirib, göz-gözə gətirən gözəl...
Müəllif: Zaur USTAC


2018-09-04 04:38:38



(Bu gün – 03.09.2018.- 20:00)


Bu gün  gördüm onu, otuz il sonra,

Gəzdirib, göz-gözə gətirən gözəl...

Neçə milyon gözün, qaşın içində,

Sezdirib, üz-üzə götürən gözəl...

*        *        *

Qəfil qarşılaşdı baxışlarımız,

Qəbulmu görmüşdü alqışlarımız,

Damla-damla yağdı yağışlarımız,

Süzdürüb, iz-izə itirən gözəl...

*        *        *

Bir xeyli mən baxdım, o sa baxmadı,

Nə Billah eylədim kirpik qalxmadı:

-Allahım, pünhan ox, həmin oxmudu???

Azdırıb, biz-bizə bitirən gözəl...

*        *        *

Qəfil bir baxış da oldu ərmağan,

Gördüm, gözü dolmuş, bağrım oldu qan,

Köksümdə ürəyim qopardı fəğan,

Sızdırıb, döz-dözə ötürən gözəl…

*        *        *

Baxış o baxışdı, qaçış o qaçış,

İllər gözlərindən heç nə almamış,

Giryan görünürdü, bir az təntimiş,

Sazlayıb, naz-naza yetirən gözəl…

*        *        *

Ustac mükafatın alıb həmişə,

Bir daha mat qaldım, bu gün gərdişə:

-Deməli, yol verməz boşa səyrişə,

Gəzdirib, göz-gözə gətirən gözəl...

04.09.2018. (08:00 – 19’) Bakı.






Müəllif:  Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #zaur #ustac #yazarlar #sevin_ki_seviləsiz


11 dəfə oxundu

Axtarış