Mükafat Yaqub
Görəsən
Çıxasan bir dağ başına,
Dünyanı tamam görəsən.
Baxmayasan heç yaşına,
Hər kəsi sağlam görəsən.
Açıla səma qapısı,
Bəxşişindən sən dərəsən.
Ağrıların küt acısın,
Bəxtin ola kam görəsən.
Açasan boş əllərini,
Diz çökəsən zirvədə, sən.
Fərmi, xoş? - əməllərini,
Aynada bədnam görəsən.
Edəsən tövbəni ki, həm,
Şərbəti-eşqi içəsən.
Ola O, “ol” deyən həmdəm,
Sənə də ehram, görəsən...
Kirli ruhun təzələnsin,
Bəşəri aram görəsən.
Uç, yerlə göy təzələnsin,
Aləmi İslam görəsən.
Mükafat Yaqubov
02 may 2020-ci il. Lerik.