Göy qurşağı
Müəllif: Zaur Ümumbəşər


28.10.2017


Yağış, palçıq, günəş
Yağış, palçıq, günəş...
Hanı bəs göy qurşağı?
Heç kəs səsin çıxarmır
Salıb başın aşağı
yağışda islanır,
palçığa batır,
günəşdə qızınır.
Bəs hanı göy qurşağı?
Rəngləri ürək açan
o gözəl gəlməyəcək?
Bəlkə kimsə gizlədir?!
Bəlkə təbiət paxıl?!
Ancaq, bilənlər bilir
Gələcək əvvəl-axır:
Yağış, palçıq, günəş
Yağış, palçıq, günəş
... və əbədi göy qurşağı

07.03.2016

16 dəfə oxundu

Axtarış