Gözəl! (Qarğışnamə)
Müəllif: Elnur Rəsuloğlu


20.06.2020


Elnur Rəsuloğlu (Əliyev)

"Qız" adın daşımaq səninçün deyil,
"Qızlıq dünyası"na ləkəsən, gözəl!
Görüm, bu dünyada ömrün uzunu
Kədərli olub dərd çəkəsən, gözəl!

Kar olsun qulağın, lal olsun dilin,
Tökülsün saçların, əyilsin belin.
Getsin, qayıtmasın geri sevgilin,
Gözünü yollara dikəsən, gözəl!

Bütün bədənini bürüsün irin,
Uzaqdan "gəl" desin qartmağın, kirin.
Ağlaya-ağlaya əzizlərinin
Ağ kəfənlərini tikəsən, gözəl!

16 dəfə oxundu

Axtarış