Gözlə,deyin!
Müəllif: Səmi


2017-11-21 08:43:43


Xəstələndim,sağaltmağa
Gücü catmaz yüz mələyin.
Yolum sonsuz,gedər-gəlməz,
Nahaqq yerə gözləməyin.

Düzlənmək qismət qəlbimə,
Desəm olar əngəl kimə?
Dolmamaqçün qəm qəlbimə
Tez ağzını büzmələyin.

Könül,bu sirri tap,açaq:
-"Qiyamət nə vaxt qopacaq?"
Axtarıb əcəl tapacaq.
Canı ondan gizləməyin!

Ölüm həyatdan bac alıb,
Həyat ölümlə ucalıb.
Ömür köhlənim qocalıb,
Qaça bilmir,bizləməyin.

Yenə düşüb dərd izimə,
Ağrı dolub hər dizimə.
Çox axtarsa Nərgizimə
Səmi gələr,gözlə,deyin!

20.07.2012

176 dəfə oxundu

Axtarış