Gözün aydın, Vətən!
Müəllif: Əzizağa Elsevər


15.11.2020



Gözün aydın, Vətən! Esse

Gözün aydın, Vətən! Gözün aydın, Kəlbəcər! Bir parça torpağın da erməni çirkabından təmizləndi. 27 illik həsrətdən sonra sənə qovuşduq. Yollara baxmaqdan gözümüzün kökü də saralmışdı. Dağlar dumana qalmışdı. Bu, təkcə duman deyildi, əsil sahibini gözləyən o yerlərin, həm də ahı-amanıydı. Dağlar sanki qəlbiliyindən düşmüşdü, çayların ahəngi pozulmuşdu. Tərtərçay, Xaçınçay, Bazarçay qan ağlayırdı. Sıxılırdı, boğulurdu Kəlbəcər! Torpağı da, daşı da qızıl idi, daşınırdı gecə-gündüz! İsti suyu can dərmanıydı, “Cermux suyu” adıyla axıb gedirdi. Ədalət tərəzisinin pərsəngi pozulmuşdu, gözləri kor, qulaqları kar olmuşdu dünyanın. Zəli kimi daraşıb, Kəlbəcərin sərvətini sorurdular, talayırdılar. Nə utanıb, nə də ar edirdilər. Moskva susurdu, Paris küçə qadınları kimi görməməzlikdən gəlir, Nyu-York, Vaşinqton heç eyninə də bunları almırdı. “Minsk qrupu”nda birləşmişdilər. Qastrol “tamaşaları” vermək üçün tez-tez “səhnəyə” çıxıb yalanlar uydurur, “ şirin nağıllar”, “ dastanlar” yaradırdılar. Lavrovlar – Kələntəryanlar, Zaxarovalar at oynadırdılar. “ Biz dedik, bitdi !” hökm verirdilər. Hər gün səbrimiz soğan kimi soyulur, içimiz qan ağlayırdı. Səbrin də bir həddi, dözümün də bir sonu olar. Azərbaycan əsgəri hələ susur, ədalətsiz dünyadan ədalət gözləyirdi. Sən demə, ədalət qılıncın ucunda, zorun, gücün əlindəymiş. 27 il haqqımızı yedilər, inamımızı çirkli pullar kimi xərclədilər, ümidimizi qırdılar. “ Tərpənməyin! Sülh yolundan başqa bir yol yoxdur!”-dedilər. Dünyanın silahlarını, pullarını gizli-aşkar erməniyə- çirkaba ötürdülər. Vətən torpağımız səngər-səngər qazıldı, sığınacaqlar beton daşlarına büründü. Böyük güclərin “ böyüklüyü” hər gün kərpic-kərpic gözümüzdən düşdü. Daha onlara inana bilmirdik! Niyə də inanaq ki?! Gözümüz görə-görə yalanlar uydurur, yeri gələndə bizə xox gəlir, düşmənin başına sığal çəkib, onun nazıyla oynayırdılar. Düşmən, çirkab erməni də baxıb qudurur, “ağaları ”nın təzə tamaşalarını “oynayıb” dünyaya meydan oxuyurdular.
Daha bitdi bu saxta oyunlar, bu haqsız, yersiz tamaşalar! Erməni mifi dağıldı. Yenilməz Azərbaycan əsgəri yerindən tərpəndi. Dağlar da, daşlar da yerindən oynadı. Ucadan hayqırıb:” Ədalət mənəm! Haqq mənəm!”-dedi. “Basılmaz Ohanyan səddiyəm!”-deyən düşmən it kimi, küçük kimi ulamağa, əli ətəyindən uzun olan “böyüklərə” yalvarmağa başladı. “Böyüklər” yenə böyüklük etmək istədi. Bacarmadılar, daha ox yaydan çıxmışdı. Azərbaycan əsgəri əzə-əzə gəlirdi. Ohanyanlar, Ayrikyanlar, Paşinyanlar dabanlarına tüpürüb, yana-yana qaçırdılar. Hələ çox qaçacaqlar...
Gözün aydın, Vətən! Gözün aydın, Kəlbəcər! Qarış-qarış olsa da, ədalət qayıdır, torpaq qayıdır. 27 illik həsrətdən qurtulub o yerlərə qayıdırıq. Var idik, indi daha əzmlə əbədi var olmaq üçün qayıdırıq. Murovdağ zirvəsi qədər ucalıqdan, üçrəngli, ay-ulduzlu bayrağımızla arzu-arzu, ümid-ümid dalğalanıb, “Eşit, ey dünya! Haq mənəm, ədalət mənəm!” hayqırmaq istəyirik. Dünyaya ədalət gətirmək üçün pozulmuş haqqımızı qaytarırıq! Kəlbəcər mənimdir, eşit, ey dünya! Eşidin, ey ədalətsiz güclər,daha mənə gücünüz çatmaz! Haqq mənəm, haqdan gəlmiş bir ilahi səsəm!
Gözün aydın, Kəlbəcər! Gözün aydın, Vətən! Səni sevən, canından, qanından keçəsi oğulların, qızların var! Sabahın nurlu, daha işıqlıdır. Türkün beli bükülməz, yurdu talanmaz! Dədə Qorqud, Koroğlu yurdudur, sabahı daha nurlu, daha işıqlıdır.
Var ol, Vətən! Sənin varlığında. Biz də varıq. Biz Səndən, Sən Bizdən uzaqda yaşamarıq. Varliğimiz Vətəndir. Torpağına, daşına min kərə qurban olduğumuz Vətən! Dədələrimizin, babalarımızın əbədi, ölməz ruhu yaşayan , Vətən! Nənələrimizin öyüdlərində, analarımızın şirin laylalarında ana südü kimi ruhumuza hopan, Vətən!
Bakı şəhəri,2020 .15.11

12 dəfə oxundu

Axtarış