Hələ yer üzünün uşaq çağıdı
Hələ yer üzünün uşaq çağıdı,
Arzular yenicə ayaq açıblar.
Bitkilər yenicə tumurcuqlanıb,
Adamlar sevgiyə qucaq açıblar.
Hələ yer üzünün uşaq çağıdı,
Hələ eşidilmir aman səsləri.
Hələ nələr-nələr yaşanasıdı,
Dünya tanınmayır yaman kəsləri.
Hələ yer üzünün uşaq çağıdı,
Böyüyə-böyüyə "ağıllanacaq".
Qaytara bilməsə uşaqlığını,
Qorxuram quruca adı qalacaq.
Habil Yaşar 03/00 18.01.2021