HƏQİQƏT HƏQİQİDƏN BİR ŞEİR
Müəllif: Yazarlar.AZ


24.08.2019



ELƏ YORULMUŞAM Kİ

Elə yorulmuşam ki, elə yorulmuşam ki, Qarabağın dərdinə,
Elə yorulmuşam ki,
Qara bağrın dərdinə.
İnsanlığı bilməyən insanların dərdinə…
İnsanlığı bilməyən insanların dərdi nə?!
Elə yorulmuşam ki…
Elə yorulmuşam ki,
Hər şənliyin sonunda,
arsızlığın donunda,
bu torpaqın qoynunda,
Qaldıraq bayraqları deyən ürəksizlərdən…
Kürəyini düşmənə
qardaş deyib söykəyən, alçaq kürəksizlərdən
elə yorulmuşam ki…
Elə yorulmuşam ki,
Yalan vədələrindən.
Elə yorulmuşam ki,
Məmur oğullarının
Azğın dədələrindən!
Yoruldum Xoçalının,
yoruldum Laçınımın,
Yoruldum Ağdamımın
hər il qayıtmasından!
Yoruldum qaçqınımın
qaçqınlıq libasından!
Yoruldum daha, yetər,
Qacqınıq daha betər!
Soyunun bu libası,
Qaçqınlıq qəm adası.
İsti soba içində, buzdur qaçqın odası.
Yoruldum bu adlara..
Qaçqınlarla bərabər mən də düşdüm odlara.
Elə yorulmuşam ki…
Yormayin bu millətin dərin hafizəsini,
Torpaqla bir veririk ömrün çox hissəsini.
Qaçqınsız deyə-deyə insanlıqdan qaçırıq,
Qaçqınsız deyə-deyə düşmənə yol açırıq.
Özümüz özümüzdən uzaqlaşıb qaçırıq.
Belə getsə oyanıb görəcəyik qaçqınıq.
Elə yorulmuşam ki.
Daha qaçqın olmağa gücüm qüvvətim yoxdu.
Mənim qaçqın olmağa daha, millətim yoxdu!
Elə yorulmuşam ki, saxta verilən vədə.
Özün öz torpağında Qaçqın deyilsən, dədə!

23.08.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

2 dəfə oxundu

Axtarış