“İldırım Əkbəroğli – 70” - 5
Müəllif: Yazarlar.AZ


26.12.2019


PAYIZ

Günəş çoxdan çıxıb, mürgüdən oyan,
Tökülən yarpaqlar ilmədir, dayan,
Elə bil, xalıdır anam toxuyan,
Təbiət qoynunda toxuyur payız.

Göylərin çiskini yerə hədiyə,
Damcılar dəf çalır dam döyə-döyə,
Yorğun yer uyusun, dincəlsin deyə,
Yellər laylay çalır, oxuyur payız.

Budaqda sığınıb, gör, quş da quşa,
Tənhalıq içində durublar qoşa,
Ağaclar libassız düşüb yağışa,
Hələ taxt üstədir, göz qoyur payız.

Bitsin toy-düyünlə sonu əzəlin,
Bəxtə gül açmağı olur xəzəlin,
Eyvandan boylanan dalğın gözəlin,
Qəlbindən ötəni tez duyur payız.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 05 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

3 dəfə oxundu

Axtarış