İLDIRIM ƏKBƏROĞLU - 70 (02)
Müəllif: Yazarlar.AZ


24.12.2019


ÖZ YOLUYLA YENƏ GEDƏR BU DÜNYA

Öz yoluyla yenə gedər bu dünya,
Həminki tək günəş batar, ay çıxar.
İstəsən də tər qala, gül solmaya,
Xəzan əsər, soyuq düşər, yay çıxar.

Alqışlarla kürsü tutan bir bəndə,
Kim olduğu məlum olar gedəndə.
Bir gündədir güdülən də, güdən də,
Bəd işlərdən xoş günlərdə hay çıxar.

Sığallanıb çoxu, onu öyəndə,
Ayılıbdır başı daşa dəyəndə.
Qürurlanıb, çox döşünə döyən də,
Öz başına döyənlərə tay çıxar.

Ay İldırım, yağdıran var, yağan var,
Nə ağasan, şükür, nə də, ağan var.
Pay adına xalqı soyub yığan var,
Sənin üçün xoş bir sözdən pay çıxar.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 02 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

4 dəfə oxundu

Axtarış