İLDIRIM ƏKBƏROĞLU - 70 (03)
Müəllif: Yazarlar.AZ


24.12.2019


QOYMAYIN DAŞI YUXARI

Salacaq birini dağdan dərəyə
Qoymayın, qoymayın daşı yuxarı.
Qəlbində əyriyə yer yoxdur deyə
Dağlar da dayanar başı yuxarı.

Qəlb dolu badədir sözlə siləmə,
Sındırma sən onu şan-şan eləmə,
Düşər səsi-küyü bütün aləmə,
Yollar aparanda boşu yuxarı.

Gözəllik su içər alın tərindən,
Min ümid göyərər bir zoğ yerindən,
Həyat eşqimizdir, bağlar dərindən,
Bizi bu torpağa, quşu yuxarı.

Qıraqdan parıldar şüşə də, zər də,
Ancaq seçən gərək onu dəyərdə,
Nahaqqın meydanı gen olan yerdə,
Qoymazlar qalxmağa başı yuxarı.

Deməyin bu dünya həmin-həmindi,
Ona sırıq çəkir ağlı kəm indi,
Oğulsan yapışıb sən möhkəm indi,
Çiynində bu dərdi daşı yuxarı.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 03 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

1 dəfə oxundu

Axtarış