İLDIRIM ƏKBƏROĞLU - 70 (09)
Müəllif: Yazarlar.AZ


29.12.2019


AZƏRBAYCAN TORPAĞIDIR QARABAĞ

Yalalnların dönüb qurumuş arxa,
Yad torpaqda yaşarsan qorxa-qorxa.
Tarix olsun söykəndiyin güc-arxa,
Gör,nə ətir saçır burda baxça-bağ
Azərbaycan torpağıdır Qarabağ!

Sən işğalçı, mən sahibəm, unutma,
Bağa girib bağbanına daş atma.
Ulağını cən atıma tay tutma,
Böhtanınla, öz-özünə çəkmə dağ,
Azərbaycan torpağıdır Qarabağ !

Bir daş göstər, adı dilində olsun.
Bir gül göstər, orda, elində olsun.
Elə şər de faktı əlində olsun,
Cıdır düzü mərd meydanı, etmə ağ,
Azərbaycan torpağıdır Qarabağ!

Gözdən olub özgə yurda göz tikən,
Vurub-tutan babaların qan tökən.
Sən dağıdan, parçalayan, mən tikən,
Aşkar olur gələn dövran, gələn çağ,
Azərbaycan torpağıdır Qarabağ!

Əlin qanlı, get əlinin qanın yu,
Haqlı danış, böhtan demə, dinc uyu.
Yolun sərtdir, son uçurum, son quyu,
Fərəhlənmə öndə görüb zirvə-dağ ,
Azərbaycan tirpağıdır Qarabağ!

Ay İldırım,dünya bilir haqq sənin,
Gözəlliyi gül-çiçəkdir çəmənin,
Özgə yurdda gor evində kömənin,
Yurdu itər, ruhu çəkər zülüm, ah,
Azərbaycan torpağıdır Qarabağ!

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 09 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

6 dəfə oxundu

Axtarış