İLDIRIM ƏKBƏROĞLU - 70 (12)
Müəllif: Yazarlar.AZ


01.01.2020


ÇİÇƏKCƏN OLAYDIM, KAŞ, SƏNİN ÜÇÜN

Eşqinin məskəni bu ürək, bu can,
Həsrətdir qəlbimi arı tək sancan,
İpər yanağından öpər doyuncan,
Çiçəkcən olaydım, kaş, sənin üçün.

Eşqisiz göylərdə günəş də sönər,
Ay dönüb ulduzsuz torpağa yenər,
Köksünə sığınar, sinənə sinər,
Çiçəkcən olaydım, kaş, sənin üçün.

Öyün, saf eşqinələ, sevginlə öyün,
İstəyin sap kimi düşməsin düyün,
Qoxlayıb min dəfə, tər-tər öpdüyün,
Çiçəkcən olaydım, kaş, sənin üçün.

İldırım,günbə-gün ömür solsa da,
Qəlbim saf istəklə eşqinə fəda,
Sığınım köksünə, qoy, duysun o da,
Çiçəkcən olaydım, kaş, sənin üçün!

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 12 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

4 dəfə oxundu

Axtarış