İLDIRIM ƏKBƏROĞLU - 70 (21)
Müəllif: Yazarlar.AZ


08.01.2020


ANA
(Dünya işığına həsrət qalan anama…)

Bir ana gözünə işıq nədir ki,
Aldı görməmiş tək, tamarzı təki.
Bəlkə həyat verən istəmədi ki,
Görəsən dünyanın nəsini, ana!

Sən də həyat verən,sən də bir sirsən,
Əllərin göylərdə, hey baş əyirsən.
Yenə də gözünü qurban deyirsən,
Eşitsən övladın səsini, ana!

Nə var göy üzündə, yeddinci qatda,
Behişt də, cənnət də ayağın altda.
Tanrı imtahana çəkər həyatda,
Deyirlər sevdiyi kəsini , ana!

İldırım, o verdi həyatı sənə,
Günəş, Ay nurunu tökdü üzünə.
Nur verə bilməyib nursuz gözünə,
Şad edə bilmədim mən səni, ana!

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :21 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

4 dəfə oxundu

Axtarış