İLDIRIM ƏKBƏROĞLU - 70 (25)
Müəllif: Yazarlar.AZ


12.01.2020


DÜŞDÜ SAF MƏHƏBBƏT DUMANA BELƏ

Habil ,hardan bildin , duydun qəlbimi,
Tezcənək sirr verdin kamana belə.
Ürəyim həsrətdən odlanan dəmi,
O da haray saldı hər yana, belə.

Qəlbdən ötənləri yaradan bilər,
Bir də, əğyar olan aradan bilər.
Simlər necə duyar, haradan bilər,
Gəlməz nə ağıla, gümana belə.

Düşən parıltılar nə qızıl, nə ləl,
Sanki, sehirlənib həm kama, həm əl.
Sevənə get dedin, sevməyənə gəl,
Düşdü saf məhəbbət dumana belə.

Kaman həsrət adlı mey içib daha,
Qəlbi də hədəfə qəm seçib daha.
Leyli-Məcnun dövrü, ta, keçib, daha,
İndi dövran başqa, zamana belə.

İldırım,həsrət də dərdin ağırı,
İnlər kamanın da çağlayan bağrı.
Sevənin qəlbində çəkdiyi ağrı,
Sığmaz bu dövrana, zamana, belə.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :25 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

2 dəfə oxundu

Axtarış