İLDIRIM ƏKBƏROĞLU - 70 (28)
Müəllif: Yazarlar.AZ


15.01.2020


SƏN YUXUMA GƏLMİŞİDİN BU GECƏ
(Nəğmə)
Qış olsa da gəlib tapdı yay bizi,
Qərq elədi öz nuruna Ay bizi.
Həsrət qoymaz bu ayrılıq, tay, bizi,
Ürəyimiz məskən oldu sevincə,
Sən yuxuma gəlmişidin bu gecə.

Sən sevilən mən sevgindən tam dadan,
Əngəl olmaz bu görüşə bir nadan.
Dəstə tutub ulduzları səmadan,
Sənə ənam gətirmişdim, gör, necə,
Sən yuxuma gəlmişidin bu gecə.

Əlim göydə,əl açıram Aya da,
O günləri mürgülərdən oyada.
Kama çatdıq biz xəyalda, röyada,
Kama çatdıq səhərimiz gəlincə,
Sən yuxuma gəlmişidin bu gecə.

Ay İldırım, artıq, saça düşüb dən,
Olmasa da ürəyində bir zədən.
Nə yaxşı ki,illər sonra, təzədən,
Qəlbimdəki həsrətimi bilincə,
Sən yuxuma gəlmişidin bu gecə.

Müəllif: İldırım Əkbəroğlu

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :28 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ



Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

2 dəfə oxundu

Axtarış