İLDIRIM ƏKBƏROĞLU - 70 (29)
Müəllif: Yazarlar.AZ


20.01.2020



Biri gözümün

Görmürəm dünyanı əvvəlki kimi

Demə ki, azalıb nuru gözümün.

Neynirəm, loğmanı, ya da həkimi,

Sənsən qığılcımı, qoru gözümün.

Fikrim qəlb oxşayan sözündə qalıb,

Ruhum gül ləçəyi üzündə qalıb.

Neyniyim Vurulub gözündə qalıb,

Sevgi işığımı qoru gözümün.

Rahat ol oxşaram səni qəlbimdə,

Görməz qeyrisini gözüm bu dəmdə.

Qoy baxım gözünə doyunca, həm də,

Silinsin həsrəti, toru gözünün.

İldırım istəsə ulduzu ayı,

Var ancaq neynir o, əlçatmaz payı.

Səni görməyimə bəsdir bir tayı

Götür sənin olsun biri gözümün.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :29 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

2 dəfə oxundu

Axtarış