Var
Yaman sözlə yaxşılara qəst olur,
Nə yaxşı ki, yaxşılardan xeyli var.
Oxşananda daş ürək də məst olur,
Hər ürəyin oxşanmağa meyli var.
* * *
Dünya ilə çoxdan düşüb tərs aram,
Ancaq, bilmə, həzzinə göz yumuram.
Güldən ətir, arıdan bal umuram
Arının da işləyi var, veyli var.
* * *
Düyar eşqə tuş olanlar səfanı
Görən azdır, sevdiyindən vəfanı.
Sevən çəkib hər zilləti, cəfanı,
Axı Qeysi Məcnun edən Leyli var.
* * *
Şərqim “dostda”, qərbim qarı yağıda,
Cəhət-cəhət bölübdülər bağı da.
Azərbaycan, ağlanırsan ağıda,
Burda çox-çox düşmənlərinəli var.
* * *
Ay İldırım, cənnət oldu şimalım,
Barı burdan qoymurlar ki, kam alım.
Tam olmağın, Azərbaycan, amalım
Ümid, inam ürəyimdə hələ var.
Müəllif: İLDIRIM ƏKBƏROĞLU
Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 32 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru