İLDIRIM ƏKBƏROĞLU - 70 (33)
Müəllif: Yazarlar.AZ


23.01.2020


Dəyişər insanlar.

Dəyişər insanlar, dəyişər dövran,

İtər ümid, inam söz qabağında.

Düşməndən nə qorxu, dost dönən zaman,

Oğulsan sinə gər, döz qabağında .

* * *

Gözdən yaş çıxarmı qəlb kövrəlməsə,

Palıd kökdən aşar, tale gülməsə

Əl tutan tapılmaz yıxılan kəsə,

Hər kəs ocaq eşər öz qabağında.

* * *

İldırım, dövrandan, gəl, çək əlini,

Şerinə bağlama çox da dilini.

Zəmanə qayıdıb kəsər dilini,

Həqiqət dediyin söz qabağında.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 33 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

3 dəfə oxundu

Axtarış