Gördüm
Ömür haqdır, dönməz köçən
Xatirədir olub keçən
Ürəyimi hədəf seçən
Yay gizlənib, oxu gördüm.
* * *
Çox mənlik sındı çətində
Pərtlik dondu ismətində
Taleyimin qismətində
Var yayındı, yoxu gördüm.
* * *
Gedən dönməz, daha getdi
Hər qismət bir cığır seçdi
Ömrün çoxu elə keçdi
Elə bil ki, yuxu gördüm
25.01.2004
Müəllif: İLDIRIM ƏKBƏROĞLU
Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 34 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru