Mübariz
Milli qəhrəman Mübariz Ibrahimova
Ömür əmanət ömür,
Həyat bahar, qışdımı?…
İgidliyin əzəldən
Qəlbinə dammışdımı?…
* * *
Gəlişinə sevindi
Tapdaq olan cığır, iz,
Boğdun yağı düşməni
Öz qanında, Mübariz.
* * *
Şöhrətinə gün doğdu
Burda torpağın, daşın.
Bir nəfərin önündə
Məğlub oldu bir qoşun.
* * *
Sən sübut elədin ki,
Vətəndir candan əziz.
Vətən də öz bağrına
Basdı səni, Mübariz.
* * *
Sənin gücün haqq gücü,
Haqq arxanda sal qaya.
Döyüşdə haqlı-haqsız
Bəlli oldu dünyaya.
* * *
Qorxaq yağı yenildi,
Qorxaq yağı çökdü diz.
Şəhidlərin ruhunu
Sən şad etdin, Mübariz!
Sən şad etdin, Mübariz!
Müəllif: İLDIRIM ƏKBƏROĞLU
Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 35 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru