İLDIRIM ƏKBƏROĞLU - 70 (36)
Müəllif: Yazarlar.AZ


26.01.2020


İntizar

Vaxtsız qönçələri gülə döndərər

Damcı göz yaşını selə döndərər

Yel əsib kösövü külə döndərər

Qəlbi də yandırıb, yaxar intizar .

* * *

Dönər qərinəyə biri gün, sabah

Ovutmur ürəyi nə baxça, nə bağ

Əl-ələ yetməmiş, vüsaldan qabaq

Haqlayıb əlləri saxlar intizar.

* * *

Bir göz qırpımında gələr gələndə

Sığışmaz bərəyə, sığışmaz bəndə

Köklü palıdı da uzun çəkəndə

Kökündən qoparıb yıxar intizar .

* * *

O zülmət gecədir, vüsal səhərdi

Günəş önündəki bulud təhərdi

Vüsal o andakı içəri girdi

Qapıdan səssizcə çıxar intizar.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 36 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

3 dəfə oxundu

Axtarış