Geriyə baxma
Qəm, kədər içində gün keçdi hədər,
Tay dönməz o günlər, geriyə baxma.
Səni yıxa bilər bir qəza-qədər
Zirvə ucalıqdan dərəyə baxma .
* * *
Dəryay baş vurma, bil heydən salar,
Özündən küs, inci batırsa sular.
Səni qurtarmağa yetməz arzular,
İmdada yetişən bəzəyə baxma.
* * *
Düşərsən irəli, yolun kəsməsə
Bir nadan tor qurub yolu kəsməsə.
Qollar güclü olub, qılınc kəsməsə
Hədərdir, çəkilən nərəyə baxma.
* * *
Özünü itirən yolu itirər,
Bu torpaq tikan da, gül də bitirər.
Acından ölməzsən, Tanrı yetirər
Nadan Əllərində çörəyə baxma .
* * *
İldırım, çox demə kimsə qoymadı
Bu gözəl dünyadan heçkəs doymadı
Hər dərdə kədərə yandın, qıymadı
Halına sızlayan ürəyə baxma.
Müəllif: İLDIRIM ƏKBƏROĞLU
Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 39 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru