Sən məndən, mən isə səndən ötəri
(<<<<40-cı şeir>>>>)
Bir dəfə nə sizə nə bizə gəldik
Birgə dolanmadıq, üz-üzə gəldik
Demə bu dünyaya, bu ərzə gəldik
Sən məndən, mən isə səndən ötəri
<<<<XİDMƏTLƏR>>>>
Ay doğar, gün doğar ümid yerinə
Kökü eşqimizin gedər dərinə
Dönərik nəğmənin cüt sətirinə
Sən məndən, mən isə səndən ötəri
<<<<XİDMƏTLƏR>>>>
Qismət də talehin, bəxtin naxışı
Gül açar gözlərin sevin yağışı
Yararıq dağları, çaparıq daşı
Sən məndən, mən isə səndən ötəri
<<<<XİDMƏTLƏR>>>>
Dərd keçsin ayağa, səadət başa
Ömrümün baharı düşməsin qışa.
Qoşa göyərçin tək uçarıq qoşa
Sən məndən, mən isə səndən ötəri
<<<<XİDMƏTLƏR>>>>
Kimsə çox görməsin bülbülü gülə
Gətirsin hər kəsi kaş, vüsal dilə
İnan özümüzü atarıq selə
Sən məndən, mən isə səndən ötəri
<<<<XİDMƏTLƏR>>>>
Səadət pöhrədir, kökü vüsalda
Qar donar günəşsiz yamacda, yolda
Bircə qalmayaydıq gözləri yolda
Sən məndən, mən isə səndən ötəri
Müəllif: İldırım Əkbəroğlu
Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu gün İldırım müəllimin vəfatından 40 gün ötür… Onu bizdən 40 acı, quru gün ayırır… Yazarlar.az, Ustac.az və YazYarat.com olaraq bu 40 gün ərzində sayla hər gün onun bir şeirini paylaşdıq. Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 40 qeydi ilə yayımlanır. Bu şeir də daxil olmaqla bütün paylaşılan 40 şeir və əlavə olaraq birinci kitabda yer almayan 30 yeni şeir bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir. İnşəallah bu gündən etibarən tək-tək şeir paylaşımları dayandırılaraq (əlbəttə, digər şairlər kimi növbəli paylaşımlar olacaq) kitab üzərində intensiv çalışmalara başlayırıq. Kitaba ön sözü tanınmış xeyriyyəçi, kitabçünas – tənqidçi, yazar Hacıxanım Aida yazır, rəsm tərtibatı Lalə Mikayılzadəyə aiddir. İşçi qrupda elə bir dəyişiklik yoxdur.
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
USTAC.AZ
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ