İLDIRIM ƏKBƏROĞLU-XEYİRXAH SƏRVƏTİ ALQIŞLA YIĞAR
Müəllif: Yazarlar.AZ


10.01.2020



(Gözəl insan, kitabşünas, yazar, tənqidçi, Ustac Milli Mükafatının ilk sahibi Hacıxanım Aidaya həsr edirəm.)

Dünyanın malına hərisdi bəndə
Ancaq bar şirindir bağban dərəndə.
Şad olar bir kəsi sevindirəndə,
Sevinci nə yerə, nə göyə sığar,
Xeyirxah sərvəti alqışdan yığar.

Doydum deməz acgöz, qurtarmaz kəmi,
Bu da bir müəmma, tapılmaz çəmi.
Yaz günü göyərən göy çəmən kimi,
Elin duaları başından yağar,
Xeyirxah sərvəti alqışdan yığar.

Dünyada qalandır dünyanın malı,
Çoxu son məqamda duyar bu halı.
Hər kəsə sevgisi, yüksək amalı,
Əl tutar köməyə, qarşına çıxar,
Xeyirxah sərvəti alqışdan yığar.

İldırım, qanan az əyrini, düzü,
Qılınc tək parçalar haqlının sözü.
Dünyaya bağlayar bir ümidsizi,
Hər kəsin qəlbində bir ümid doğar,
Xeyirxah sərvəti alqışdan yığar.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :23 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

2 dəfə oxundu

Axtarış