İLDIRIM ƏKBƏROĞLUNUN SƏMƏD VURĞUNA HƏSR ETDİYİ ŞEİR
Müəllif: Yazarlar.AZ


31.12.2019


DEDİLƏR
(Tələbəlik illərində, xalq şairimiz Səməd Vurğuna həsr etdiyim və onun yubuleyində dediyim şer.)

Dağlardan ötürdüm, dil açdı onlar,
Bəsdir bu ayrılıq, nədir dedilər.
Qəlbimiz qalıbdır Vurğunsuz ağlar,
Vəfasız çıxıbdır şair dedilər.

Gəlib yad edərdi,şer deyərdi,
Bölərdik sevinci, bölərdik dərdi,
Ayrılıb bir zaman əlvida dedi,
Elə o gedəndir gedir dedilər.

Qıy vurub səmadan uçdu bir qartal,
Endi bulaq üstə pərişan maral,
Dil açdı kədərlə gah yamac, gah yal,
Kədər qəlbimizi didir dedilər.

Yerə bulud çökdü, yağış ələndi,
Elə bil daşlar da danışdı,dindi.
Hanı elə şair sözüylə indi,
Vurğun qüdrətinə qadir- dedilər.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 11 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

5 dəfə oxundu

Axtarış