İLHAM PƏRİSİ ŞEİRİ
Müəllif: Yazarlar.AZ


05.01.2020


“Mən, Təranə xanımla qohumluq münasibəti ilə əlaqədar, onu gəncliyindən tanımışam və və həmişə onun yazıları, mənim yazılarıma verdiyi qiymətli məsləhətləri, mənim ilham mənbəyim olub, mənə təb verib, yaradıcılığıma qol-qanad verib. Elə ona görə də, həmişə mən Təranə xanımı ilham pərisi bilmişəm və ona elə bu mövzuda da şer yazmışam.”
İLHAM PƏRİSİ
(Təranə Məmmədə həsr edirəm.)

Necə ki xalıya dönər hər ilmə,
Söz də qönçələsin, qoy, kəlmə-kəlmə,
Gələndə mehlə gəl, sükutla gəlmə,
Çağlasın sinəmdə dənizin səsi,
Təb ol ürəyimə , ilham pərisi!

Yer-göy nə gözəldir,rəngdə min çalar,
Quşlar nəğmə deyər, budaqlar çalar,
Gülü qələm öyər, çəkər fırçalar,
Çiçək-gül ətiri çəkər hər kəsi,
Təb ol ürəyimə , ilham pərisi!

Fırça çiçək çəkər öz boyasında,
Qələm nazlandırar söz boyasında,
Təbiət göz oxşar yüz boyasında,
Cənnətdir vətənin dağı-dərəsi,
Təb ol ürəyimə , ilham pərisi!

Mən də, şehli gül tək söz dərə bilim,
Çələngim şer olsun, pay verə bilim,
Doğma kəslərimi şad görə bilim,
Qovsun bahar mehi dumanı, sisi,
Təb ol ürəyimə, ilham pərisi!

İldırım,ömür gün çatır yoxuşa,
Yolda düşə-düşə qara, yağışa,
Təbiət göz oxşar, sən ruhu oxşa,
Gəlsin xoş günlərim, qoy, getsin nəsi,
Təb ol ürəyimə, ilham pərisi!

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 18 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

3 dəfə oxundu

Axtarış