GÜZDÜ BU
(İlk Ustacı nümunəsi)
Payızmıdır, Güzmüdür?!
Yada düşən qozdu, qoz…
Heç bilmirəm düzmüdür?!
Yel əsəndə qorxmuşam,
Düşünmüşəm, tozdu, toz…
* * *
Mən toz deyib, qorxduğum,
Başqasına zər olub…
Zərər bilib, qovduğum,
Xeyir olub, kiməsə,
Birisinə, pər olub…
* * *
Yel əsmir, qoz tökülə,
Axı güzdü, güz gəlib…
Yox yağmur, iz sökülə,
Ataların dediyi,
Bəs həmişə düz gəlib?!
* * *
“Yel əsər, qoz tökülər”
Zaur, düzdü, düzdü bu!
Mil gəzən göz tökülər…
Qışı, yazı, yayı var,
Ustac, güzdü, güzdü bu!
29.09.2019.(10:01 – 9’). Bakı.
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ