İNCİ  QƏRƏNFİL
Müəllif: Zaur USTAC


2018-01-20 13:36:56


İNCİ  QƏRƏNFİL

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil...

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap  məndən inci, qərənfil...

*        *        *

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmisən küçəyə, daşa...

Qaxınc  çiçəyisən, qaxınc çiçəyi,

Qaxanc  örf-adətə, öfkəyə, başa,

*        *        *

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan...

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan...

*        *        *

Ustac  tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına...

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına...



20.01.2018.  Bakı. (15:00)



Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac

8 dəfə oxundu
user profile image
Tunc AY şərh etdi.
10 months ago

çox təsirlidir.


Axtarış