İNTİHAR
Müəllif: Zaur USTAC


2018-02-03 07:09:41


İNTİHAR
Bu gün dar ağacı qurdum özümə,
İçimdən sıyırıb, asdım özümü ...
Kor-kəsməz, korşalmış qəməlti ilə,
Qıyma-qıyma edib, kəsdim özümü ...
* * *
Ümidim intihar etdi bu axşam,
Ruh qəlbin ruhuna yandırıbdı şam,
Özümlə təkbətək, baş-döş qalmışam,
Qapışdıq, tutaşdıq, basdım özümü...
* * *
Ustacam, ruhumu ram eyləmişəm,
Özümü özümə yem eyləmişəm,
Bu illər boşuna qəm eyləmişəm,
Tovladım, yıpradım, qısdım özümü...
03.02.2018. Bakı. (10: 00)
Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac


13 dəfə oxundu

Axtarış