İtiyim
Müəllif: Səmi


2017-11-21 10:19:29


Cavan oldum,cavanlıqdan doymadım.
Dil-dil ötdüm,dil boğaza qoymadım.
Eşq yolunda dağı-daşı oymadim.
Bisutun tək qayam bərkdir,çapılmır.

Yan-yörəmə işıq salmır çırağım,
Məhvərindən uzaq düşüb qırağım.
Yoxa çıxıb yaşamağa marağım.
Çox axtardım,xeyli gəzdim,tapılmır.

Ağ atımı minib dördəm çapardım.
Yoxa çıxmış itiyimi tapardım.
Qismətimi kor fələkdən qapardım,
Qapan çoxdur,qapılansa qapılmır.

Aşıb qalır,uzaq getmir hellənim.
Həvəs yoxdur coşub-daşım,sellənim.
Ha istədim dərdsiz gəzim,şellənim...
İstək köhnə,təzəsiysə yapılmır.

140 dəfə oxundu

Axtarış