Kipriyindən
Müəllif: Mükafat Yaqub


2018-07-10 07:59:05


Mükafat Yaqub
Kipriyindən
Çoxadanın tozudur, dünyanın tozu,
Əlləri asılıb qaş-kipriyindən.
Çox çəkib, çox dartıb, çox yerə yozub,
Oğulsan, dünyanın, aş kipriyindən.

Gəzərsən, aşarsan dağ-dərəsindən,
Ruzi-neməti bol, dad hərəsindən.
Çıxa bilməzsən ha... bax, mərəsindən,
Ələnər başına daş kipriyindən.

Dünyanın əvvəli elə axırdır,
Sanma ki, məst edər, şirin çaxırdır.
Hürküdüb incitmə, harın ayğirdir,
Tapdasa, qurumaz, yaş kipriyindən.

Mükafat Yaqubov.
06.07.2018.

9 dəfə oxundu

Axtarış