Kirman Rüstəmli - Nəvələr
Müəllif: Yazarlar.AZ


10.09.2020


Ömrümü sizinlə paylaşmaq üçün,
Soyuldum soğan tək belə,nəvələr.
Olmadım heç zaman sizinlə küsgün,
Boyunuz boyuma çatdı,nəvələr.

Bitib tükənməyir heç də məzəniz,
Atlanıb düşürsüz,dünya sizindir,
Köhnəniz bilinmir,nə də təzəniz,
Ağlınız ,zəkanız xeyli zəngindir.

Barmaqlar bir olmur, fərqlidir onlar,
Hansın yaralasan al qanı gələr.
Him-cimi dərk edər,hər sözü anlar,
Hər biri birindən şirin nəvələr.

Nəvələr nəsilə qoldu,budaqdı,
Pöhrəsi yam-yaşıl, fidanlaşırlar,
Nəvələr soyuma nəhəng dayaqdır,
Oxuyur,böyüyür,aydınlaşırlar.
05.09.2020. Bakı.

Müəllif: Kirman Rüstəmli



YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

5 dəfə oxundu

Axtarış