KÖHƏ HAMAM, KÖHNƏ TASDI - MAYIL DOSTU
Müəllif: YAZARLAR.AZ


15.01.2021





Zorlular meydan sulayır,

Yaltaqlar quyruq bulayır,

Məddahlar sümük yalayır,

Mənsəb üstdə basa – basdı.

Köhnə hamam, köhnə tasdı.

***

Dünya bic oyunu sevdi,

Xaçlı öz soyunu sevdi,

Güclünün boyunu sevdi.

Zəifin başından basdı,

Köhnə hamam, köhnə tasdı.

***

Dünya tilsim, tapmacadı,

Kimə yandı, ya acıdı?

Nə olsun ki, qos-qocadı.

Qalibdi, şakəri marsdı,

Köhnə hamam, köhnə tasdı.

***

Məmur özün padşah sanır,

Haram yolu halal qanır,

İnsafı, mürvəti danır,

Bu əməl çoxuna xasdı,

Köhnə hamam, köhnə tasdı.

***

Kədər saxta, qəm bayağı,

Miz bəzənir toy sayağı,

Çatmır çaxır, ya arağı.

Buna necə deyək yasdı?

Köhnə hamam, köhnə tasdı.

***

Düşmən həddin çoxdan aşıb,

Qısqıran var, ağlı çaşıb,

Nə olsun ki, səbrim daşıb?

Unutqanam, yaddaş pasdı,

Köhnə hamam, köhnə tasdı.

***

Əli cibdə verən buyruq,

Gündə yeyir yağlı quyruq,

Kasıb yazıq, boynu buruq

–Kim dinlədi, qulaq asdı?

Köhnə hamam, köhnə tasdı.



Müəllif: Mayıl Dostu

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

2 dəfə oxundu

Axtarış