LALƏ İSMAYIL - QIZ SƏNİ ŞAİR EDƏCƏM
Müəllif: YAZARLAR.AZ


24.02.2021


(Deyir, deyib ki "qız, səni şair edəcəm")
Olmasın heç sözdə kəsər,
"Qa"ki dedin, yağlı əsər,
Böylə yazır cümlə bəşər,
Yaz! səni şair edəcəm,
Qız, səni şair edəcəm.
* * *
Cibin məmnun, beş üç manat,
Gözün xumar, sərxoş həyat,
Yum gözünü, xumarlan, yat!
Yaz səni şair edəcəm,
Qız, səni şair edəcəm.
* * *
Cismi qoy şöhrət yoluna,
Şöhrət can qatar quluna,
Çalmasan da tax qoluna-
Saz, səni şair edəcəm,
Qız, səni şair edəcəm.
* * *
Ocaq çatmısan içimdə,
Olmaz Huri sən biçimdə,
Boğacam sərvət içində
Az, səni şair edəcəm,
Qız, səni şair edəcəm!
* * *
Dəb olacaq cızmaqara,
Oxu bəmdən "para, para",
Əcəlim ol, çəksin dara
Naz, səni şair edəcəm,
Qız, səni şair edəcəm.
* * *
Köz söndürər kömür satan,
Pasa dönər dəmir tutan,
Lalə haqqsan, budur xatan,
Söz, səni şair edəcəm,
Qız, səni şair edəcəm.
22 .02 .2021. -Bakı.
Müəllif: Lalə İsmayıl

3 dəfə oxundu

Axtarış