LALƏ İSMAYIL - ZAMAN
Müəllif: YAZARLAR.AZ


17.03.2021


"Düşdün qələmimin susan vaxtına"
E.Veliyev

Qürura qul oldub, söylədik, qədər,
Ələdik günləri ömürdən hədər,
Yaşı əbəs yerə sürdük bir təhər,
Nə mən dəyər verdim, nə sən vaxtına.
* * *
Duman pərdə pərdə qurdu qəfəsi,
Edam eylədi göz şehdə həvəsi,
Düşdü sinəmizin payız nəfəsi,
Süsənin sümbülün əsən vaxtına.
* * *
Eşqin tellərinə çəkdin ayazı,
Çəkmədin ağaran tellərə nazı,
Bəxtimə gecikdin, ay qara yazı,
Düşdün taləyimin küsən vaxtına.
* * *
Yaza yetişməsəm, dönərəm qışla,
Dönərəm küləklə, yağan yağışla,
Qonaq ol üzündə bir gilə yaşla,
Əcəl son bağımı kəsən vaxtına.
Müəllif - Lalə İsmayıl

3 dəfə oxundu

Axtarış