“LAZIM”  GƏLSİN...
Müəllif: Zaur USTAC


2018-01-16 14:38:01



Ya ağ olub, ya da qara,
İstəyirəm, bozum gəlsin...
Dar quranlar, salıb tora,
İstəyirəm, çözüm gəlsin...
* * *
Cümlə-cahan batıb qara,
Təbiət də çəkib dara,
İnsan oğlu möhtac qora,
İstəyirəm, Yazım gəlsin...
* * *
Bixəbər, nanəcib gəlib,
Soylu gəlib, nəcib gəlib,
Haram gəlib, vacib gəlib,
İstəyirəm, “Lazım” gəlsin...



* * *
Bəşər itirib həvəsi,
Yox hal, tükənib nəfəsi,
Bizi yorub tütək səsi,
İstəyirəm, sazım gəlsin...
* * *
Ustac verər, düzə dəyər,
Haqq bildiyin, üzə deyər,
Sazı öyər, sözü öyər,
İstəyirəm, bizim gəlsin...
16.01.2018. (13:00 – 10’) Bakı.



Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

15 dəfə oxundu
user profile image
Tunc AY şərh etdi.
6 months ago

"Gəl, daşı tök, ətəyindən, Möhkəm yapış xötəyindən, Can əta et, pətəyindən, Şahə qalxan, sazım gəlsin..." 100% ekskluziv...


Axtarış