MALİK TAĞIZADƏ - ÖZÜ UTANDI
Müəllif: Yazarlar.AZ


25.12.2019



Bir aşiq sevgisin, bəyan eylədi,
Qız qəfil təklifdən, düzü utandı.
El içrə eşqini, əyan eylədi,
Abır, həyasından üzü utandı.

Udqundu, ağzında bal, zəhər boğdu,
Gözləri yaşardı həm, qəhər boğdu.
Basaraq səbrini, bir təhər boğdu,
Qəlbi çırpındıqca, özü utandı.

Heyrətindən oynadı göz, qaşları,
Axdı gözlərindən, sevinc yaşları.
Xəyala apardı, lal baxışları,
Dikildi yollara, gözü utandı.

Xəyalı göylərindən, enə bilmədi,
Bu qəfil təklifdən, dönə bilmədi.
Sükuta qərq oldu, dinə bilmədi,
Qaldı ürəyində, sözü utandı.
24.12.2019.

Müəllif: MALİK TAĞIZADƏ

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

4 dəfə oxundu

Axtarış