Mən kiməm
Müəllif: Ceyhun Fikrət


20.02.2021


Getmək istəyirəm bu şəhərdən,
izim qalmasın bu şəhərdə,
gedim uzaqlara,
tanımadığım bir yerə,
o yerdə tanımasınlar məni,
bilməsinlər dilimi,
döyməsinlər qapımı,
deməsinlər ki,
sən kimsən?
kimlərdənsən.
Qaranlıq otaqımda qərib kimi dolaşım,
pərişan halda yazılarimi ağ vərəqlərə köçürüm,
qara rəngə boyansın,
həmin o ağ vərəqlər,
yazdıqca yazım,
dünyanın pisliklərindən,
acı xatirələrindən,
uşaq kimi baxım özümə,
qayıdım keçmişə,
düşünüm ki,
mən kiməm,
nə üçün burdayam,
hardan gəlmişəm,
hara gedirəm.

Təbriz şəhəri
19.10.2020 ci il

8 dəfə oxundu

Axtarış